Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə43/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   39   40   41   42   43   44   45   46   ...   132

159

   


        

M

e



nz

e

r



e

l

e



r

Bu yerdə deyək ki, belə müxtəlif bədii tutuma 

malik  mənzərələrin  zamanında  tamaşaçılar 

tərəindən birmənalı qarşılanmadığını ehtimal 

etmək də çətin deyil. Həmin dövrdə Naxçıvan 

rəssamlarla  dolu  olan  və  müxtəlif  cür  bədii 

cərəyanlara şahidlik etmiş  Avropa şəhərlərinə 

bənzəməsə  də,  Bəhruz  bəy  axtarışlarında  

kimlərinsə  xoşuna  gəlmək  prinsipindən  uzaq 

idi. Başqa sözlə desək, gənc olsa da, nə etdiyini 

çox  yaxşı  bilirdi.  Həmin  əsərlərin  zamanın 

sərt  sınağından  çıxmaları  da,  bu  gün  yüksək 

sənətkarlıq  nümunəsi  kimi  qəbul  olunmaları 

da  onun  vaxtında  nümayiş  etdirdiyi 

uzaqgörənliyinin  nəticəsidir...

Zamanında  Naxçıvan  təbiətinin 

real  görkəmini  bədiiləşdirməklə  onun 

əslində  tarixi  əhəmiyyətli  salnaməsini 

yaradan rəssamın yaradıcılığında Əcəmi 

yurdunun  “kişi  gözəlliyi”ni  əks  etdirən 

əsərlər  də  az  deyildir.    Diqqətçəkən 

cəhət  budur  ki,  gənc  fırça  ustası  “kişi 

gözəlliyi”ndə  hifz  olunan  və  arifanə 

baxışla  aşkarlanan    estetik  qaynaqları 

lirik-poetik  ovqata  bələməklə,  onların 

duyğulandırıcı  bədii-estetik  məziyyət 

daşıyıcısına çevrilməsini şərtləndirmişdir. 

Onun  “Dağ  mənzərəsi”  (1918),  “Dağın 

zirvəsi”  (1918),  “Mənzərə”  (1919), 

“Qovaq  ağacı”  (1919),  “Ayın  doğması” 

(1920),  “Payız  mənzərəsi”  (1921),  “Əshabi-

kəhf  dağı.  Payız”  (1921),  “Ağaclar”  (1921), 

“Bağda” (1921) və s. əsərləri bu qəbildəndir. 

Bəhruz  bəyin  yaradıcılığında  yer  almış 

bir mənzərə isə özünün bədii-texniki ifadəsinə 

görə  digərlərindən  fərqlənir.  Bu  “Dağda 

monastr” (1916) əsəridir. Onun başqalarından 

fərqləndirən  xüsusiyyət  sulu  boya  ilə 

çəkilmiş  mənzərədə  applikasiyadan  istifadə 

olunmasıdır.  Rəssam  qarlı  dağ  zirvəsinin  və 

düzənliyin  təsvirində  ağ  və  sarımtıl  kağız 

parçalardan  istifadə  etmişdir.  Qeyd  edək  ki, 

bu əlavənin rəng tutumu kompozisiyanın digər 

detallarının  koloritinə  müvaiq  olması  bədii 

bütövlüyün əldə olunmasına kömək etmişdir...

Rəssamın  mənzərə  yaradıcılığında 

təkcə  Naxçıvan  mənzərələri  yer  almayıb. 

Belə  ki,  bizim  günlərə  onun  Gürcüstanın 

müxtəlif guşələrindən, Krımdan və Qara dəniz 

sahillərindən  aldığı  təəssüratın  yağlı  və  sulu 

boya ilə ifadə olunduğu əsərləri gəlib çatmışdır. 

Həmin əsərlərin yaranma tarixi 1916-1922-ci 

illəri əhatə edir. Başqa sözlə desək, rəssamın 

B.Kəngərli. “Dağın zirvəsi”. 1918.



 

160


M

e

nz



e

r

e



l

e

r



B.Kəngərlinin  çoxşaxəli  yaradıcılığında 

onun  ərsəyə  gətirdiyi  “Naxçıvan  yadigarı” 

albomu  xüsusi  yer  tutur.  Bəhruz  bəy  dəqiq 

sayı  bilinməyən  bu  albomları  həm  özünün 

maddi  ehtiyacını  ödəmək,  daha  çoxsa 

maarifçilik  məqsədilə  tərtib  etmişdir.  Bir 

qayda olaraq albomda 20-yə qədər portret və 

mənzərə təsviri yer alarmış. Kitabın bu qoşa 

səhifəsində  həmin  albomun  səhifələrindəki 

rəsmləri (“Atabəy məqbərəsi”, “İmamzadə”, 

“Atababa  günbəzi”,  “Köhnə  qala”,  “Nuhun 

qəbri”,  “Şəhər  məscidi”,  Əliabad  kəndində 

darvaza”,  “Ədilağa  gölü”,  “İlandağ”,  Ağrı 

dağı,  “Qızlar  bulağı”,  “Naxçıvanda  şəlalə”, 

“Əshabi-kəhf  dağı”,  Nəhəcir  dağı”  və 

müxtəlif  portretlər)  görmək  mümkündür.




161

   


        

M

e



nz

e

r



e

l

e



r


 

162


M

e

nz



e

r

e



l

e

r



Tilisdə  təhsili  başa  vurmasından  sonrakı 

dövrə... Rəssamlıq məktəbi tələbələrinin etüd 

çəkmək məqsədilə yuxarıda adları qeyd olunan 

yerlərdə olmaları istisna deyil. Ancaq Bəhruz 

bəy  həmin  gözoxşayan  təbiət  guşələrinə  

sonralar  da  gedə  bilərdi.  Onun  Naxçıvanda 

ikən əvvəllər çəkdiyi eskizlər əsasında həmin 

dəniz mənzərələrini işləməsini də təbii qəbul 

etmək olar. Onun “Dəniz mənzərəsi” (1916), 

“Krımda  dəniz  sahili”  (1916),  “Dənizin 

görünüşü”  (1916),  “Qara  dəniz”  (1918), 

“Krımda  Div  dağı”  (1919),  “Dəniz 

mənzərəsi” (1922) və s. lövhələri belə 

sənət nümunələridir. 

Bəhruz  bəy  Kəngərli  yaranması 

və  tətbiqi  kifayət  qədər  əhatəli  tarixə 

malik  olan  sulu  boya  texnikasına 

özünəməxsusluq  bəxş  edə  bilən  az-az 

sənətkarlardandır,  desək,  yanılmarıq. 

Bunu  ona  ayrılan  qısa  ömür  payında 

yaratdığı müxtəlif janrlı əsərlərin bədii 

həlli  təsdiqləyir.  Ölçüsündən  asılı 

olmayaraq onların hər birində müəlliin 

tətbiq  etdiyi  bədii  şərhlərdə  obyektə 

ümumiləşdirmədən 

detallaşdırmaya  

kimi uzanan tapınma istəyi duyulandır. 

Təhsilsonrası  illərdə  bütün  janrlarda 

əsərlər  yaratmaqda  davam  edən 

rəssam,  onları  bir  qayda  olaraq    kiçik 

ölçülərdə  ərsəyə  gətirməkdə  davam 

edib. Görəsən  Bəhruz bəy niyə bu qədər kiçik 

formata meylli olub? Bu suala bu vaxta qədər 

onun  barəsində  yazılan  müxtəlif    kitablarda 

dəqiq  cavab  tapılmadığından      bu  məsələyə 

də münasibət bildirməyə  məcburuq. Əvvəlcə 

bu  barədə  mövcud  olan  subyektiv  ikirlərlə 

tanış olaq. Rəssam haqqında çap olunmuş ilk 

tədqiqatın  müəllii  M.Nəcəfov  1957-ci  ildə 

işıq üzü görmüş “Bəhruz Kəngərli” kitabında 

yazır: ”Bəhruz, bir  qayda olaraq, mənzərələrini 

B.Kəngərli. “Gölün görünüşü”. 1917.

B.Kəngərli. “Mənzərə”. 1918.

B.Kəngərli. “Mənzərə. Ayın çıxması”. 1919.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə