Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə45/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   41   42   43   44   45   46   47   48   ...   132

171

   


        

M

e



nz

e

r



e

l

e



r

mənzərələr də təsdiqləyir... 

Əgər  rəssamın  yaradıcılıq  yolunda  və 

bədii axtarışlarında baş verənlərə nəzər salsaq, 

onda çox maraqlı xüsusiyyətləri üzə çıxarmış 

olarıq. Fikir verin, o, Tilis mühitində-tələbəlik 

illərində çəkdiyi əsərlərdə format baxımından 

Naxçıvandakı  kimi  “qənaətcil”  deyildir. 

Başqa  sözlə  desək,  gənc  rəssam  istər  kömür 

və  karandaşla  çəkdiyi  rəsmlərini,  istərsə  də 

yağlı  boya  ilə  ərsəyə  gətirdiyi  portretləri 

kifayət qədər normal formatda işləyib. Bəlkə 

də o, bunu istəməyib, ancaq məktəbin ümumi 

tələblərinə  müvaiq  naturaları  iriölçülü 

işləyib.  Naxçıvanda    isə  gənc  rəssam 

ruhunda  gəzdirdiyi  yaradıcı  missiyanın 

tələblərinə  müvaiq  hərəkət  edir  və 

özünəməxsus sənət dünyasını yaradırdı. 

Demək  olmaz  ki,  Bəhruz  bəy 

təhsil  sonrası  illərdə  iriölçülü  portretlər 

işləməyib. Bizim dövrə gəlib çatmış bir-

neçə əsər bunu təsdiqləyir və qənaətimizcə 

bir  çox  hallarda  bu  portretlərin  sifariş 

xarakterli olmasından irəli gəlmişdir. Elə 

onların  bədii  həllində  rəssamın  klassik 

bədii  həllə  üstünlük  verməsi  də  bundan 

irəli gəlmişdir. 

Digər  portretlərində  və  mən-

zərələrində isə o, görməyə adət etdiyimiz 

Bəhruz bəydir. Məhz bunlar sübut edir ki, 

rəssamın Naxçıvan mühitindəki format seçimi 

–  “qənaətcilliyi”  başqa  səbəblərdən  yox, 

bilavasitə onun qarşısına qoyduğu yaradıcılıq 

vəzifələrindən irəli gəlmişdir...

Rəssamın akvarel mənzərələri ölçülərinin 

kiçikliyi  ilə  yanaşı,  həm  də  icra  texnikasına 

görə diqqət çəkir. Bəhruz bəyin tətbiq etdiyi bu 

ifadə tərzi yağlı  və sulu boya texnikalarının 

qovşağıdır,  desək,  yanılmarıq.  Belə  ki,  onun 

təsvirin  ümumi  rəng  həllinin  nisbətən  sakit-

yumşaq səthini vərəq boyu müxtəlif ölçülü bir 

qədər  tünd  yaxılarla  tamamlaması,  daha  çox  

rəngkarlığa xas bədii-texniki xüsusiyyətdir. 

Ancaq  gənc  fırça  ustası  bunu  elə  bir 

yüksək  sənətkarlıqla  gerçəkləşdirib  ki,  bu 

qovuşaq tamaşaçı nəzərlərini paralamır, onun 

tablonu bütöv görməsinə mane olmur.  Odur 

ki,  rəssamın  kiçik  ölçülü  mənzərə-tabloları 

yüksək  bədii  tutumuna  görə  bənzərsiz 

sənətkarlıq nümunəsi sayılmağa layiqdirlər...



B.Kəngərli. “İlandağ ay işığında”.

1921.


 

172


Natürmortlar

B.Kəngərli tələbəlik illərində.


173

   


        

Natürmortlar

F

ransız  dilində  “cansız  təbiət” 



mənasını 

verən 


natürmort 

sözünün  işığında  son  beş 

əsr  ərzində  müxtəlif  tutumlu  əsərlər 

yaradılmaqdadır.  Bu  janra  aid  edilən  sənət 

nümunələrinin  məna-məzmun  daşıyıcılarının 

bilavasitə  insanların  çox  tez-tez  təmasda 

olduqları müxtəlif tutumlu əşyalar olması 

onun tamaşaçı auditoriyasının genişliyini 

şərtləndirmişdir.  Müxtəlif  əşyalardan 

ibarət natürmortlar ən müxtəlif tamaşaçı 

təbəqəsi  üçün  doğma  və  yaxın,  başa 

düşüləndir,  desək,  yanılmarıq.  Bu  gün 

bu janrın təşəkkülünə  holland,  lamand, 

fransız və s. millətlərin baxışı ilə verilən 

çoxsaylı töhfələrin sırasında azərbaycanlı 

sənətkarların  əsərlərinin  olması  heç 

şübhəsiz  milli  təsviri  sənətimizdə  onun 

geniş  yer  almasının  nəticəsidir.  Qısa, 

lakin  kifayət  qədər  məhsuldar  olan 

yaradıcılığında  bütün  janrlara  rəğbətini 

sərgiləyən  Bəhruz  bəyi  Azərbaycan 

rəssamları  arasında    bu  sahəyə  layiqli 

töhfə  vermiş  yaradıcılardan  saymaq 

olar... 


Rəssamlığa həvəs göstərən və bu sahədə 

özünü  sınamaq  istəyənlər    bir  qayda  olaraq 

tez-tez bu janra müraciət edirlər. Başqa sözlə 

desək,  təsviri  sənət  sahəsinin  bədii-texniki 

vərdişlərini  öyrənmək  üçün  natürmort  ən 

münasib janr sayılır. Buna baxmayaraq Bəhruz 

bəyin bizim günlərə gəlib çatmış bədii irsində 

natürmortlar  çox  azdır.  Tələbəlik  illərində 

çəkdiyi və bir albomda toplanmış 338 rəsm və 

eskizin      arasında  (hazırda Azərbaycan  Milli 

İncəsənət  Muzeyində  saxlanılır)    cəmisi  bir– 

neçə əşya təsviri vardır. Onlar da sırf qaralama 

xarakterlidirlər.  Rəssamın  bundan  sonrakı 

illərdə natürmort işləməsi barəsində məlumat 

yoxdur.  O,  bu  janra  yalnız  ölümündən  bir 

müddət  əvvəl  müraciət  edib.  Bunun  özündə 

qeyri-adilik  axtarmaqdan  uzaq  olsaq  da,  hər 

halda bu əsərlərin hamısının eyni ildə çəkilməsi 

maraq  doğurur.  Bu  natürmortlar  bilavasitə 

Nat³rmortlar

B.Kəngərli. “Mavi rəngli dolça”.

1921.



 

174


Natürmortlar

B.Kəngərli. “Qızılgüllər”. 1916.


175

   


        

Natürmortlar



B.Kəngərli. “Naxışlı mis cam”. 1921.


 

176


Natürmortlar

1921-ci  ildə  çəkilmişdir.  Güman  etmək  olar 

ki, həmin vaxtlarda xəstəliyini yaşayan rəssam 

canlı insanlarla ünsiyyətdən çox, əşyalar aləmi 

ilə təmasa üstünlük vermişdir... 

Sulu  boya  ilə  çəkilmiş  bu  dörd  əsərdə 

müxtəlif  məişət  əşyaları  təsvir  olunmuşdur. 

Bəhruz  bəyin  tamaşaçıda    onun  maddi-

mədəniyyət 

nümunələrinə 

münasibəti 

barəsində  bitkin  təəssürat  oyada  biləcək  bu 

natürmortları  Bakı  muzeyində  saxlanılır. 

Onların  hər  birində  ətraf  mühitdən  təcrid 

olunmuş  əşyanın  iri  planda  görüntüyə 

gətirilməsinə rəğmən demək olar ki, bu 

əsərlərdə əşyalar barəsində daha zəngin 

təəssürat  oyatmaq  rəssamın  başlıca 

yaradıcı  vəzifəsi  olub.  Bunu  rəssamın 

əşyalar üçün seçdiyi tünd və işıqlı fon-

yerliklər  də  təsdiqləyir.  Mis  və  saxsı 

əşyaların  zahiri  görkəminin  onların 

qədimiliyindən xəbər verməsinə rəğmən 

demək  olar  ki,  bu  məntiq  nümunələr 

rəssamı  bir  gözəllik  qaynağı  kimi  də 

cəlb  edə  bilərdi.    El  arasında  “qara 

çıraq”  kimi  tanınan  işıq  daşıyıcısının, 

qabarıq  fakturalı  mavi  su  dolçasının, 

üzəri  naxışlı  mis  camın,  çoxüzlü 

mürəkkəb qabının rəssam təqdimatında 

bədii tutumu kifayət qədər cəlbedici və  

duyğulandırıcıdır... 

“Mavi  rəngli  dolça”nı  (1921)  tünd 

qəhvəyi-bənövşəyi 

yerlikdə 

görüntüyə 

gətirən Bəhruz bəy gözoxşayan forma-biçimə 

malik  saxsı  əşyanın  işıqlı  səthinin  daşıdığı 

estetik  tutumu  yaddaqalan  tərzdə  tamaşaçıya 

çatdırmağa  nail  olmuşdur.  Dolçanın  üzərinə 

səpələnmiş  işığı  əşyanın  oynaqlığı  duyulan 

fakturasını  üzə  çıxarmağa  yönəldən  gənc 

fırça  ustası  son  nəticədə  kompozisiyanın 

gözoxşayan tutum almasını şərtləndirmişdir...

  Rəssamın “Naxışlı mis cam”da (1921) 

əldə etdiyi duyğulandırıcılıq da diqqətçəkəndir. 

Naxışlı mis qabı çəhrayı parça üzərində təsvir 

edən  Bəhruz  bəy  obyektə  yuxarıdan  baxışla 

onun  özünəməxsus  forma-biçiminin  aşıladığı 

gözəllik  qaynaqlarının  seyrçi  tərəindən 

duyulmasına  kömək  etmiş  olmuşdur. 

Kompozisiyanın mərkəzi hissəsini tutan tünd 

camın işıqlı parça üzərində görüntüsü kifayət 

qədər cəlbedicidir...

  Bəhruz bəyin “Mürəkkəb qabı” (1921) 

və  “Çıraq”  (1921)  əsərlərində  görüntüyə 

gətirdiyi  əşyalar  üçün  seçdiyi  fon-yerlik  də 

B.Kəngərli. “Mürəkkəb qabı”. 1921.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə