Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə51/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   47   48   49   50   51   52   53   54   ...   132

 

200


Portret cizgil ri

B.Kəngərli. “Avtoportret”. 1914.


201

   


        

Portret cizgil ri

onun  yaradıcılığı  barəsində  məlumatı  bu 

sözlərlə  davam  etdirir:  “Bəhruz  Kəngərlinin 

hər hansı əsərinə baxırsansa ordan səs eşidirsən, 

söz  eşidirsən.  Bəlkə  də  bu,  rəssamın  ömrü 

boyu səsə, sözə həsrət qalmasından doğur...”

Rəssamın  yaradıcılığını  səciyyələndirən 

jurnalist sonda yenə də onun başqalarını eşidə 

bilməməsinə  qayıdır:  “Bir  təbiətin  səslərinə 

vurulmuşdu,  bir  də  rənglərinə.  Sonra  səslər 

ondan  aralı  düşdü...  Bir  səhər  çiyninə  əl 

toxundu  –  atasının  əli.  Durub  yerinin  içində 

oturdu.  Ona  elə  gəldi  səssiz  yuxu  görür. 

Ancaq bu, yuxu deyildi, atasının sinəsini 

sıxılıb hönkürdü, “eşitmirəm, eşitmirəm, 

ay  ata”  –  dedi.  Otuz  yaşınacan  beləcə 

yaşadı.  Sakitliyə  qulaq  asa-asa.  Ancaq 

uşaqkən  təbiətə  çox  qulaq  asmışdı. 

Qulaqlarında  bir  ana  laylası,  bir  əlçim 

Araz  zümzüməsi,  bir  yağış  gürşadı,  bir 

şəlalə harayı qalmışdı. Bu səslər bir ömrə 

bəs  elədi.  Bu  səslər  gözəlliyə  dönüb 

əsərlərinə gəldi. Bəhruz Kəngərli sənəti 

beləcə yarandı, beləcə yaşayır”...

Göründüyü  kimi  bu  gün  duyulası 

zaman  distansiyasından  çox  işıqlı  və 

qürurverici  görünən  böyük  rəssamın 

portretinin  ilk  cizgiləri  arzuolunmaz 

dərəcədə  bədbin  notlara  bələnmiş  kimi 

göründü.  Nə  qədər  istəməsək  də,  bunu  

“alın yazısı” kimi qəbul etsək də, rəssamın özü 

qısa ömrü boyu bunu başqaları üçün duyulan 

etməməyə çalışdı. Hamı kimi məktəbdə olmasa 

da,  evlərində  atasının  köməkliyi  ilə  savad 

aldı. Nə qədər çətin olsa da, Tilisə üz tutdu, 

müxtəlif millətlərin arasında azərbaycanlıların 

sənətə  olan  vurğunluğunu  başqalarına 

nümayiş etdirə bildi. Davranışı ilə başqalarının 

sevgisini qazandı, ailə həyatı qurdu. İnsanlara 

olan sonsuz  sevgisini qaçqın soydaşlarımıza 

münasibətində  sərgiləməklə,  tariximizdə 

zaman-zaman xatırlanacaq ölməzlik qazandı...

Görkəmli ziyalımız Əziz Şərif “Keçmiş 

günlərdən” adlı xatirələrində səsə həsrət qalan 

rəssam  dostunun  səssizliklə  “mübarizəsi”ni 

belə  təsəvvür  edir:  “Bu  yayda  mənim 

Naxçıvanda  xüsusilə  yaxınlaşıb  dostlaşdığım 

adam Bəhruz Kəngərli olmuşdu ki, öz aramızda 

ona Şamil deyərdik. Şamil uzunsaçlı, düşüncəli, 

sakit, yavaş-yavaş hərəkət edən gənc idi. Bir 

qədər  ağır  eşitdiyi  üçün  adamlardan  kənar 

gəzər,  dalğın  görünərdi.  Səsi  batqın,  nitqi  də 

dolaşıq idi, bəlkə də buna görə də az danışar, 

sözünü  qırıq-qırıq  cümlələrlə  tamamlamağa 

çalışardı. Mənim yaşıdım olardı. Mən onu çox 

sevərdim,  atam  da  onun  hörmətini  saxlayar, 

bizim    dostluğumuzu  bəyənərdi.  Naxçıvanda 

bizə  qonşu  məhəllədə  yaşayar  və  bazara-

dükana gedəndə bizim evin yanından keçməli 

olardı. Biz onunla tez-tez görüşərdik, hər dəfə 

bazardan  qayıdarkən  o,  qapımızı  döyər,  içəri 

girərdi. Biz mənim otağımda daldalanıb uzun-

uzadı dərdləşərdik. Mən öz “bədii əsərlərimi” 

ona  oxuyar  və  skripkada  öz  musiqi  sənətimi 

nümayiş etdirərdim, o isə Naxçıvanda çəkdiyi 

şəkilləri  mənə  göstərər,  Naxçıvanda  öz 

əsərlərinin  sərgisini  təşkil  etmək  arzusundan 

danışardı. Bir-iki dəfə o məni evlərinə aparıb, 

çəkdiyi  şəkilləri  göstərmiş,  onların  yaranma 

tarixindən,  mövzu  və  mənasından  məlumat 

vermişdi.  Hətta  Naxçıvanın  mənzərələrindən 

yağlı  boya  ilə  çəkdiyi  iki  əsərini  mənə 

bağışlamışdı. Təəssüf ki, sonralar bu şəkillərin 

ikisi də haradasa itib-batmışdır...”

Üç  il  ərzində  Bəhruz  bəydən  sənətin 

sirlərini  öyrənən  və  sonralar  görkəmli 

sənətşünas  kimi  tanınacaq  Adil  Qazıyevin 

xatirələrində  də  görkəmli  fırça  ustasınının 

portretini  tamamlaya  biləcək  ikirlər  çoxdur: 

“Bəhruz xalqla əlaqə saxlamağa, onun həyatını 

təsvir etməyə cəhd göstərirdi: məsələn, o şəhərə 




 

202


Portret cizgil

 

 ri



ərzaq malları gətirən və ya bazardan qayıdan 

kəndlilərlə  görüşərdi.  Onların  yolu  rəssamın 

yaşadığı  evin  qarşısından  keçirdi.  Rəssam 

kəndlilərdən  bəzilərini  saxlayıb  söhbət  edər, 

rəsmlərini çəkərdi...”

A.Qazıyevin Bəhruz bəyin digər keyiy-

yətləri  barədə  qeydləri  də  maraq  doğurur: 

”Əhalidə  incəsənətə  hörmət  və  məhəbbət 

oyatmaq  üçün  öz  bilik  və  bacarığını  əsir-

gəmirdi. Təsviri sənəti hədsiz dərəcədə sevən 

bu rəssamın arabir təşkil etdiyi bədii sərgiləri 

və  gənclər  üçün  açdığı  rəsm  dərnəyi 

onu  incəsənətin  təbliğçisi  olduğunu 

və  xalqa  xidmətini  göstərir.  1920-

ci  ildə  B.Kəngərli  Naxçıvan  şəhər 

məktəbi  yanında  rəsm  dərnəyi  təşkil 

etmişdi.  Bu  dərnəyə  məndən  başqa 

rəsm  məşğələlərinə  həvəsi  olan  digər 

tələbələr də cəlb olunmuşdu...” 

Adil  müəllimin  xatirələrindən 

iqtibas  etdiyimiz  bu  sətrlər  isə  gənc 

rəssamın  çoxlarına  məlum  olmayan 

cəsarətini bizə sərgiləyir: “Bəhruz dərin 

məfkurəli və tərbiyəvi əhəmiyyətə malik 

dolğun  məzmunlu  əsərlər  yaratmaq 

barəsində  də  düşünürdü.  Rəssam 

təsadüf  etdiyi  bəzi  hadisələrə  tənqidi 

münasibət bəsləyirdi. Məsələn, əlimizə 

gəlib çatmamış məzmunlu əsərlərindən 

birində o, bazarın ortasında oturmuş və 

yan-yörəsinə müxtəlif ərzaq malları yığan bir 

möhtəkiri  təsvir  etmişdi.  Möhtəkir  əlindəki 

kağız pulunu işığa tutub baxdığı bir vəziyyətdə 

verilmişdi.  Möhtəkirin  bütün  əlamətlərindən 

bəlli  olmuşdu  ki,  bu  məlum  bir  şəxsin 

təsviridir.  Rəssam  sulu  boyalarla  işlədiyi  bu 

şarjı  səliqə  ilə  qara  rəngli  bir  ramkaya  salıb 

bazarda,  adamların  çox  olduğu  yerdə  dükan 

pəncərəsində  qoymuşdu.  Mən  həmin  şəklin 

orada təsvir edilən şəxsin oğlu tərəindən məhv 

edilməsinin şahidi oldum...”

Adil  Qazıyevin  bizim  bilmədiyimiz 

və  bundan  sonra  heç  kim  tərəindən 

xatırlanmayacaq  rəssamın  işləmə  prinsipinə 

və iş şəraitinə aydınlıq gətirən, onun yaradıcı 

kimi  portretini  tamamlayan  ikirləri  tarixi 

əhəmiyyətlidir,  desək,  yanılmarıq:  “Kəngərli 

vaxtının çox hissəsini açıq havada mənzərələr 

çəkməyə sərf edərdi. O, natura seçməyə getdiyi 

zaman  iki  qutu  sulu  boya,  kiçik  bir  taxta 

lövhəsi, bir neçə fırça və bir qab su aparardı 

və sulu boyaları qabaqcadan boya qutusunun 

qapağı  üzərində  yayardı.  Belə  bir  əməliyyat 

qutudakı  quru  boyaların  kirlənməməsi  üçün 

edilərdi. Bəhruz açıq havada çəkdiyi şəkilləri 

elə  oradaca  tamamlayardı.  Evə  qayıdandan 

sonra  yalnız  mürəkkəblə  şəklin  aşağısında 

B.Kəngərli. “Avtoportret”. 1911.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə