Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə50/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   46   47   48   49   50   51   52   53   ...   132

 

194


Son söz  v zi...

Belə  bir  durumda  onun  təkliyini  ona 

unutduracaq  rəsm  çəkmək  qabiliyyətinin 

aşkarlanması  da  onu  sınağa  çəkməkdən 

“usanmayan”  Yaradanın  yalnız  özünə 

bəlli olan bir lütfü idi... Əslində bu Tanrı 

lütfünün  mahiyyətində  də  Bəhruz  bəyi 

növbəti  dəfə  sınağa  çəkmək  niyyəti 

vardı və bunun nəticəsi onsuz da təzadlı 

yaşantılar  burulğanında  çırpınan  gənci 

ya  birdəfəlik  sındırmalı,  yaxud  da  ona 

verilən  yaratmaq  gücünün  sayəsində 

ölümsüzlüyə 

yüksəlməliydi... 

Bəhruz bu sınaqdan da üzüağ çıxdı. 

Yəqin ki, Allah-təala bir müsəlman 

balasının  yeniyetmə  yaşlarında 

xristianların  arasında  nümayiş 

etdirdiyi çalışqanlığı və  fədakarlığı 

əvəzsiz qoya bilməzdi və qoymadı 

da...  Beləcə,  ruhunda  yaşayıb-

yaratmaq istəyi coşub-daşan Bəhruz 

bəy  doğma  Naxçıvana  qayıtdı 

və  “alın  yazı”sında  hifz  olunan 

missiyasının  icrasına  başladı...  

Onun  çox  qısa  zaman  kəsiyində 

nələr  etdiyi  barədə  yuxarıda  söz 

açmışıq. Etiraf edək ki, onun  ərsəyə 

gətirdiyi  sənət  möcüzələri    bir 

ömür üçün həddindən çox görünür. 

Odur  ki,  çox  vaxt  onun  yaradıcılığından 

söz  düşündə  heç  kəs  bizim  dövrə  gəlib 

çatan  əsərlərin  çox  qısa  bir  müddətdə 

yaradıldığına  çətinliklə  inanır.  Əgər  bu 

məsələdə kəmiyyət keyiyyəti üstələsəydi, 

bəlkə də bu barədə danışmağa dəyməzdi. 

Amma  iş  burasındadır  ki,  hər  şey 

tərsinədir  və  say  çoxluğunun  əsərlərin 

bədii tutumuna heç bir məni təsiri yoxdur.  

Adama elə gəlir ki, bədii kamilliyin qeyri-

adiliyi duyulan bu əsərlər illərlə təcrübəsi 

olan  sənətkarın  fırçasının    məhsuludur. 

Amma bildiyimiz kimi bu belə deyildi və 

bu  əfsunlayıcı  və  heyrət  doğurucu  sənət 

möcüzəsini  azərbaycanlı  sənətkar  15-22 

yaş  arasında  yaratmışdı...  Bəlkə  də  bir 

soyuq fevral günü dünya ilə vidalaşanda 

Bəhruz bəy qoyub getdiklərindən narahat 

deyildi.  Yaratdıqlarının  bu  gün  hər 

birimizə  qürurverici  qəbul  olunması  da 

bunu  təsdiqləyir.  Həmin  günü  onu  son 

mənzilə  salmağa  gələn  insan  axınının 

nəhayətsizliyi  isə  sübut  edirdi  ki, 

Naxçıvan kimi və nəyi itirdiyini çox yaxşı 

başa düşür... 

P.S.  Bəhruz  bəy  Kəngərlinin 

başqalarına  örnək  ola  biləcək  həyat 

hekayəti  doğrudan  da  çox  təsirlidir. 

Zamanında  həyat  və  yaradıcılığı  ilə 

Naxçıvan  mühitini  duyulası  dərəcədə 

rövnəqləndirən 

və 


rəssamlığımızın 

Bəhruz  bəy    zirvəsini  yaratmağa  nail 

olmuş  gənc  yaradıcının    yoxluğu,  onu 

görənlərin və onunla ünsiyyətdə olanların 

onların  varlığı  dövründə  acılı-şirinli 

xatirələri  yaşatsa  da,  zamanın  axarında 

həmin  insanların  dünyalarını  dəyişməsi 

ilə xatırlana biləcəklərin üzərinə tədricən 

unutqanlıq  külü  səpildi.  İş  o  yerə  çatdı 

ki, sovet dönəmində onun şəhərin cənub-

şərqindəki köhnə şəhər qəbristanlığındakı 

məzarı belə it-bata düşdü. 

Məzarın  taleyi  əlaqədar  qurumların 

yadına  düşəndə  onların  köməyinə 

rəssamın  qohumu  Sabir  Kəngərlinin  o 

vaxtlar    iti  olan,  hələ  də  kortalmayan 




195

   


        

Son söz  v zi...

“yaddaşı”  çatdı.  Atası  ilə  hər  cümə 

axşamı 30 illik ömrünü rənglərdə “əridən” 

qohumlarının məzarını ziyarət edən Sabir 

kişinin  köməkliyi  ilə  rəssamın  əbədi 

uyuduğu  məkan  dəqiqləşdirildi.  Yerli 

hökumət  orqanlarının  səyi  ilə  1997-ci 

ildə görkəmli fırça ustasının məzarı bərpa 

olundu,  onun  üzərində  abidəsi  ucaldıldı 

(müəllii xalq rəssamı Hüseynqulu Əliyev) 

və    bu  yer  sənətsevərlərin  ziyarətgahına 

çevrildi. Zamanında bütün çətinliklərə və 

mərhumiyyətlərə baxmayaraq yaradıcılıq 

hünəri  göstərməklə  sözünü  deməyə  nail 

olan  və  əbədiyyətə  qovuşan  rəssamın 

həmin  andan  hər  bir  azərbaycanlının 

dilinin  əzbəri  olması,  heç  şübhəsiz  onun 

vətəninə  olan  sonsuz  sevgisinə  layiqli 

cavabdır. 

Ondan  sonra  –  indiki  bu  cür 

şəraitdə  bu  günümüzün  Kəngərlisinin 

yetişməməsi  də  gənc  sənət  fədaisinin  – 

vətənpərvər-rəssamın  zamanında gördüyü 

ölçüyəgəlməz tarixi işin dəyərini birə beş 

qat  artırır.    Qənaətimizcə,  istənilən  tərif 

və  təqdir  Bəhruz  bəyin  –  Azərbaycan 

təsviri  sənətini  dünyaca  şöhrətləndirən 

Kəngərli  nəsli  nümayəndəsinin  halal 

haqqıdır.  Odur  ki,  biz  bildik-bilmədik, 

bundan  sonra  Naxçıvan  torpağına  ilk 

dəfə  üz  tutan  insanlar  mütləq  cəmisi  30 

il  yaşamaqla  sənət  möcüzələri  yaratmış 

Bəhruz  bəy  Kəngərlini  soraqlayacaqlar. 

Bunu Bəhruz bəy Kəngərlinin başqalarına 

örnək ola biləcək çox təsirli həyat hekayəti 

şərtləndirir...

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonu



K ng rlil r


197

   


        

K ng rlil r




Kəngərlilər


199

   


        

Portret cizgil

 

 ri


B

əhruz  bəy  Kəngərli  barəsində 

danışarkən  məşhur  “Hər  bir 

sənətkar  öz  dövrünün  aynası 

olmalıdır”  deyimini  dilə  gətirməyimiz  yəqin 

ki, təbii görünür. Belə ki, onun bütün həyatı və 

yaradıcılığı bu çoxqatlı və çoxmənalı deyimi 

təsdiqləyən  və  əyaniləşdirən  bir  mənəvi-

psixoloji  qaynaqdır.  Doğrudan  da  onun 

rəssamlığın  yaşantı  ifadə  edə  biləcək 

bədii-texniki vasitələrinə bələdçiliyindən 

sonra  yaratdığı  avtoportretlər,  yaşadığı 

şəhərin  və  əhatələndiyi  –  ünsiyyətdə 

olduğu  insanların  özlərini  özlərindən 

gizlədə  bilməyəcək  görüntülərinə  və 

çöhrələrinə  tutduğu  “bədii  güzgü”lər 

qeyri-adi dərəcədə sərtliyi və amansızlığı 

ilə seçilir. 

Görəsən Allah-təalanın cəmisi 30 il 

keşməkeşli ömür payı verdiyi bəndəsinə 

bu cür həyat yolu bəxş etməsində niyyəti 

nəydi?    Qismətinə  doyunca  doğma  ana 

nəvazişi görmək yazılmayan və ruhunda 

yaradıcılıqla  məşğul  olmaq  missiyasını 

gəzdirən  gənci  başqalarını  nəvazişə 

səsləməklə sınamaq  Tanrının hansı istəyindən 

irəli  gəlmişdi?  Səsə  həsrətinin  yerini  təbiətə 

və  rənglərə  məhəbbəti  ilə  dolduran  rəssamın 

sınaqlar burulğanından xilas ola bilməməsi axı 

onun  hansı  suçunun  nəticəsiydi?  Bu  sualları 

çoxaltmaq  da  olardı.  Bəlkə  də  buna  ehtiyac 

yoxdur. Çünki indiki məqamda məqsədimiz bir 

qədər  başqadır.  İstəyimiz  təsviri  sənətimizin 

“səməndər  quşu”nun  portretini  yaratmaqdır. 

Bu  məsələdə  yardımçımız  rəssamın  çəkdiyi 

avtoportretlər  və  onun  Bəhruzsevərlər 

tərəindən sözlə “çəkilmiş” portretləri olacaq. 

Gəlin  rəssamın  sözlə  təsvirin  vəhdətindən 

yaranan və təzadlarla dolu portret cizgiləri ilə 

birlikdə tanış olaq...

Tanınmış jurnalist İntiqam Mehdizadənin 

eşitdiklərinin  və  təxəyyülünün  nəticəsi 

olan  kövrək  sətirlər  bizi  sonralar  böyük 

rəssam  olacaq  Bəhruz  bəyin  uşaqlıq  illərinə 

qaytarır:  “Təbiətin  səslərinə  vurulmuşdu,  bir 

də  rənglərinə.  Sonra  səslər  ondan  getdikcə 

uzaqlaşdı;  elə  bil  kimsə  onları  günü-gündən 

alır,  azaldırdı...  Günlərin  bir  günü  çox 

sevdiyi qədim şəhərin səsli-küylü bazarlarını, 

məhəllələrini  bəs  deyincə  dolandı.  Ürəyinə 

danmışdı ki, nə isə olacaq. Bütün səsləri sanki 

qulağına  yığmağa  tələsirdi.  Həmin  axşam 

xoş  bir yuxuya getdi. Qulaqlarında bir əlçim 

Araz  zümzüməsi,  bir  az  göy  gurultusu,  bir 

şəlalə harayı. Səhər yuxudan gec oyandı. Atası 

Şirəlibəy məəttəl qaldı. Oğlu hər gün obaşdan 

durar,  soyuqdan  əsə-əsə  günün  doğmasını, 

üfüqün  əlvan  rənglərə  boyanmasına  baxar, 

rəsm çəkərdi. Bəs bu səhər nə olub?

Ata oğlunun otağına keçdi. O, şirin-şirin 

yatırdı.  Bir  səslədi,  iki  səslədi,  oyanmadı. 

Çiyninə  toxunan  kimi  gözlərini  açdı. Yerinin 

içində  oturub  maddım-maddım  atasına 

baxmağa başladı. Ona elə gəldi ki, səssiz yuxu 

görür. Ancaq bu, yuxu deyildi. O səhər Bəhruz 

“eşitmirəm, ata” deyib hönkürdü. Sonra ona elə 

gəldi  ki,  təkcə  rənglərlə  dünyanın  nəğməsini 

eşidir...” 

Gələcəkdə  xalqının  fəxrinə  çevriləcək 

rəssamın uşaqlıq illərinin ən ağrılı məqamını 

bədii  şəkildə  şərh  edən  İntiqam  Mehdizadə 

Portret cizgil¬ri



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə