Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə54/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   50   51   52   53   54   55   56   57   ...   132

 

212


R

ssam haqqında fikirl r

B

əhruz  Kəngərlinin  “Qaçqınlar”  silsiləsinə  daxil  olan  rəsm  əsərləri  Azərbaycan  təsviri 



sənətinin nadir qaçqınlar serialıdır. Qaçqınların vəziyyəti. Geyimi, məişəti, psixologiyası, 

ağrıları və ümidləri heç bir əsərdə Bəhruz Kəngərlinin rəsmlərindəki səviyyəsində dərin 

və incə cizgilərlə, bütün aydınlığı ilə ifadə olunmamışdır. Rəsmlərdəki bir süjet ətrafında birləşmiş 

insanların taleyini Bəhruz Kəngərlinin “Qaçqınlar” epopeyası adlandırmaq mümkündür. Bir sözlə, 

Bəhruz Kəngərli torpağın, insanın, təbiətin bütün ruhunu torpaqda və təbiətdə adi gözlə baxanda 

görünməyən sənətkar istedadı ilə kəşf olunan rənglərinin dahiyanə şəkildə ifadəsi ilə təsviri sənətdə 

bütün təbiiliyi ilə canlandırmışdır.

İSA HƏBİBƏYLİ

                                 AMEA-nın vitse-prezidenti, akademik

B

əhruz Kəngərli Azərbaycanın ən az yaşamış rəssamlarındandır. Bəhruz Azərbaycanın ən 



məhsuldar rəssamlarındandır. Mənə məlum olanı 600-700-dən artıq əsəri qalıb (bir başqa 

qənaətə görə əsərlərinin sayı 1500-lə 2000 arasındadır). Və o rəsmlərin hər biri bu qeyri-

adi gəncin sükut üzərində qələbəsinin əks-sədası, yenilməz iradəsinin rəmzidir...

                                                 RAFAEL HÜSEYNOV



                                                Akademik, millət vəkili

K

əngərlinin əsərlərindən və söylədiklərindən bəlli olur ki, o hər bir boyakarın fəaliyyətində 



ictimai səciyyə daşıyan lövhələr yaratmağın vacib və əhəmiyyətli olduğunu duyurdu. Lakin 

tələbkar rəssam özünü belə əsərlər yaratmaq üçün hələ hazırlıqlı hesab etmirdi. Bəhruzun 

dediyi kimi, rəssam gərək öz üzərində çoxlu çalışıb lazımi bacarıq və bilik əldə etsin. Odur ki, 

Kəngərli də hər bir təbiət obyektini və hadisəni müxtəlif fəza və işıq şəraitində işləyir, təsvir etdiyi 

şeyi ətralı öyrənib bu sahədə yüksək peşəkarlığa nail olmağa çalışırdı. Bəhruzun çoxlu kiçik etüd 

və akvarelləri təbiəti və onun rəngarəng hadisələrini düzgün əks etdirməyi bacarmaq üçün bir vasitə 

idi.

                                                                ADİL QAZIYEV



Sənətşünaslıq elmləri doktoru


213

   


        

R

ssam haqqında fikirl r



B

öyük tarixi olan Azərbaycan təsviri sənətində ilk dəfə “psixoloji portret” anlayışı məhz 

Kəngərlinin “Qaçqınlar”ı ilə bağlı ortaya çıxır. Rəssamın “Əfşar kəndindən qaçqın qızın 

(Cümsünün)  portreti”nə  baxdıqda  bu  kiçik  yaşlı  qızın  gözlərində  nə  qədər  həyəcan, 

kimsəsizlik və məzəmmət görünür. Artıq bu gün nə Əfşar kəndi var, nə də didərgin düşmüş Cümsün, 

lakin bu gün başqa tərk olunmuş kəndlər var, yurdsuz-yuvasızlar var. Bax, buna görə də bu günün 

Kəngərlisi lazımdır ki, bu faciələri olduğu kimi kağıza köçürsün, əbədiləşdirsin.

TELMAN İBRAHİMOV

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor

B

əhruzun mənzərələrində təbiət sənətkarın qəmlərini, ələmlərini, insanların faciəsini gizli-



gizli danışa bilməsi üçün yeganə bir sığınacaq guşə idi. Bəhruz təbiətin qoynunda özünü 

həmişə tək, müdaiəsiz hiss edirdi. Bəlkə də buna görədir ki, onun mənzərələrində insan 

təsviri görünmür...

MƏMMƏD CƏFƏR CƏFƏROV

Akademik

 

B



əhruz Kəngərli Naxçıvan diyarının özünəməxsus koloritini, uca dağların əzəmətini, geniş 

üfüqlərin ənginliyini, isti və parlaq boyaların ahəngini müşahidəkarlıqla qavrayıb bütün 

genişliyi,  həcmliyi,  təravəti  ilə  mənzərələrində  canlandırmışdır.  Sakit  və  tənha  təbiət 

qoynunda günün müxtəlif çağlarında dağların, çəmənlərin, çayların, şəlalələrin günəşdən rəng alıb 

rəng  verən  mənzərələrini  dönə-dönə  seyr  edən  rəssamın  lirik  duyğuları,  incə  hissləri  tükənməz 

şeiriyyətlə aşılanmışdır.



NURƏDDİN  HƏBİBOV

Sənətşünaslıq elmləri doktoru, professor


 

214


R

ssam haqqında fikirl r

K

əngərli bütün yaradıcılığı boyu təbiətə, naturaya sadiq qalan, ona realist rəssam gözü ilə 



baxan bir sənətkar idi. Buna görədir ki, onun əsərlərində təsvir edilən mənzərəni idealizə 

etmək, süni surətdə gözəlləşdirmək kimi realist sənətə yabançı meyillərə təsadüf edilmir. 

Lakin Kəngərlinin əsərləri təbiəti sadəcə olaraq təqlid etmək, ehtirassız,soyuq bir qəlblə mexaniki  

surətdə  onun  üzünü  çıxarmaq  kimi  naturalizmə  xas  olan  təmayüllərdən  də  tamamilə  uzaqdır. 

Kəngərli təbiət təsvirlərini yalnız real və inandırıcı deyil, eyni zamanda ehtirasla, qüvvətli daxili 

hisslərlə əks etdirirdi. Onun şairinə ilhamla çəkilmiş əsərlərində zəngin lirika, nikbin bir əhval-

ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən 

doğur.  Rəssamın  bu  cür  lirik  əsərləri  tamaşaçıya  təbiətin  gözəlliyini  dərk  etməyi  öyrədir,  onun 

estetik zövqünü tərbiyə edir, təbiətə, vətənə məhəbbət hisslərini qüvvətləndirir.

KƏRİM KƏRİMOV

Sənətşünaslıq elmləri doktoru, akademik

A

zərbaycan incəsənəti tarixində Bəhruz Kəngərliyə qədər şərti əlamətlərdən azad, tam 



mənasilə  realist  portretlər  yaradan  sənətkar  olmamışdır.  Bəhruz,  portret  sənətinin 

xüsusiyyətlərini dərindən bilmiş, portreti bədii obraz səviyyəsinə qaldırmağa çalışmışdır. 

Məhz buna görə də, Bəhruzun portretlərinin çoxu ölçülərindən (onun çəkdiyi portretlər də çox kiçik 

olurdu), materialından və işlənmə texnikasından asılı olmayaraq, realist portret janrının tələblərinə 

cavab verir.

MÜRSƏL NƏCƏFOV

Sənətşünaslıq elmləri doktoru, professor

Z

aman-zaman  təkrar  olunan  ermənilərin  azərbaycanlılara  qarşı  törətdiyi  soyqırımın 



nəticəsində  yerindən-yurdundan  didərgin  düşən  qaçqınların  obrazları  Kəngərli 

yaradıcılığının portret  janrında  sanballı yer  tutur.  Onun  “Qaçqın  Cümsün”,  “Ayaqyalın 

qaçqın oğlan” və s. onlarla qadın, uşaq və kişi portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil, 

tarixi bir sənəd kimi də dəyərli mənbələrdir. 



SARA NƏZİROVA

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə