270
Ölm zlik
insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri
Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla
fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları
olubdur”.
Ali Məclisin Sədri demişdir: Əgər Əcəmi Naxçıvani Azərbaycan memarlıq sənətində
yeni bir məktəbin əsasını qoymuşdursa, görkəmli fırça ustası Bəhruz Kəngərli də Azərbaycan
rəssamlığında realizm məktəbini yaratmışdır. Onun sənəti daim yaşayan sənətdir, yaradıcılığı
rəssamlıqda yeni məktəbdir. Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının
istifadəyə verilməsi və abidəsinin ucaldılması da Bəhruz Kəngərli yaradıcılığına və şəxsiyyətinə
göstərilən ehtiramın daha bir ifadəsidir. Belə bir tarixi gündə “Naxçıvan – bəşəriyyətin beşiyi”
Üçüncü Beynəlxalq Rəsm Festivalının keçirilməsi məmnunluq doğurur.
Festivala mühüm əhəmiyyət verdiyini bildirən Ali Məclisin Sədri qonaqları salamlamış,
Bəhruz Kəngərli abidəsinin açılışında və “Naxçıvan – bəşəriyyətin beşiyi” rəsm festivalında
iştiraklarına görə onlara təşəkkürünü bildirmişdir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının
Yeni yazılmış "Bəhruz bəy Kəngərli taleyi" kitabının maketinin
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbova təqdimatı.
271
Ölm zlik
Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək demişdir ki, 2013-cü ildə Naxçıvan
Muxtar Respublikası Rəssamlar Birliyi yeni bina ilə təmin olunmuş, rəssamlara hər cür şəraiti
olan emalatxanalar verilmiş, onların albom-kataloqları nəşr olunmuşdur. Gənc rəssamların
formalaşması da diqqətdə saxlanmış, Naxçıvan Dövlət Universitetində təsviri incəsənət və
rəsmxətt, Naxçıvan Müəllimlər İnstitutunda təsviri incəsənət müəllimliyi ixtisasları açılmışdır.
Görkəmli şəxsiyyətlərin Azərbaycan mədəniyyəti xəzinəsinə daxil olan zəngin bədii irsinin
xalqımızın milli sərvəti kimi qorunması və gələcək nəsillərə çatdırılması sahəsində də mühüm
işlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 noyabr tarixli
Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının yaradılması
Bəhruz Kəngərli irsinə göstərilən diqqətin, muxtar respublikada rəssamlıq sənətinə verilən yüksək
dəyərin daha bir ifadəsidir. Ülviyyə Həmzəyeva rəssamlıq sənətinin inkişafına göstərdiyi diqqətə
görə muxtar respublika rəssamları, eləcə də beynəlxalq rəsm festivalının bütün iştirakçıları
adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Rəssamlar İttifaqının katibi, Xalq rəssamı,
professor Ağəli İbrahimov demişdir ki, Bəhruz Kəngərli zəngin yaradıcılıq yolu keçmişdir.
Naxçıvan MR Ali Məclisinin Sədri
Vasif Talıbov B. Kəngərli muzeyində festival iştirakçıları ilə söhbət edərkən.
272
Ölm zlik
Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin dəyərli nümunələridir. Ölkəmizdə görkəmli
rəssamın yaradıcılığına daim yüksək qiymət verilmiş, yubileyləri qeyd olunmuş, sərgiləri
açılmışdır. Naxçıvan şəhərində rəssamın adını daşıyan Rəssamlar Parkının istifadəyə verilməsi,
abidəsinin ucaldılması rəssamlar tərəindən minnətdarlıq hissi ilə qarşılanır. Artıq üçüncü dəfədir
ki, Naxçıvanda beynəlxalq rəsm festivalı keçirilir. Hər il bu festivalda iştirak edən rəssamların
sayının artması da qədim diyarda sənətə verilən qiymətin nəticəsidir. Muxtar respublika inkişaf
edir, müasir görkəm alır. Artıq tarixiliklə müasirliyin vəhdətində inkişaf edən, gözəlləşən
Naxçıvan şəhərinin özü də sənət əsərini xatırladır.
Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Əliyev çıxış edərək
demişdir: Bu gün qədim diyarımızda Bəhruz Kəngərli adına Rəssamlar Parkının və görkəmli
rəssamın abidəsinin açılışı muxtar respublikamızın hər bir ziyalısını ürəkdən sevindirir. Portret və
mənzərə janrında, tarixi mövzuda yaratdığı ölməz əsərləri ilə qədim diyarımızın sənədli tarixini
yaradan Bəhruz Kəngərli bu gün yenidən doğulur. Bəhruz Kəngərli qarış-qarış gəzib-dolaşdığı
yurdumuza bu gün bir rəssam kimi yenidən qayıdır. Sonra Asim Əliyev Bəhruz Kəngərliyə həsr
etdiyi “Bəhruz ömrü” şeirini oxumuşdur:
Zamanın ağrıları dağ idi ürəyində,
Gözü nələr görürdü, qəlbi nələr çəkirdi...
Vətənin ağrısını, dərdini, sevincini
Bir boylu çinar kimi ürəyinə “əkirdi”.
Nəfəsiydi bu torpaq-rənglərdən, boyalardan
Ona ilmə vururdu-xalılar toxuyurdu.
Nəğməli bülbül kimi səhərdən axşamadək
Hər gülə, hər çiçəyə nəğmələr oxuyurdu.
Yurdundan, yuvasından qaçqın, köçkün düşənlər
Onun tablolarında canlı qəhrəman idi.
Bu qanlı cinayətə dağ da, daş da dözməzdi,
Bu dərdə dözən ancaq yenə də insan idi.
Tarix yaradırdı o, ölməz fırçası ilə,
Onun əsərlərində zamanın özü vardır.
Necə varsa çəkmişdi bir vaxt Nuhun qəbrini,
Ucaltdıq Nuh türbəsin-Bəhruz da bəxtiyardır.