230
Ölm
zlik
Deyə bilmərəm nə qədərdir, amma indi təkcə Naxçıvanda yox, ümumən Azərbaycanda da
Bəhruz Kəngərlini yaxşı tanıyanlar o qədər də çox deyildir. Amma onun əsərləri həddindən artıq
qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun
yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm, xüsusən o ağır dövrün, 1918-1919-1920-ci
illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını, az da olsa, öz əsərlərində əks
etdiribdir.
Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda bizim sənətşünaslar, tədqiqatçılar
Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar.
Həm Bəhruz Kəngərlini Azərbaycan xalqının görkəmli və yüksək mədəniyyətə malik olan
nümayəndəsi kimi təbliğ etsinlər, həm də böyük rəssam kimi təbliğ etsinlər.
Mən bu muzeyin yaradılması haqqında Naxçıvan Muxtar Respublikası rəhbərliyinin
təşəbbüsünü çox yüksək qiymətləndirirəm. Bu muzeyin yaranması təkcə Naxçıvandakı tədqiqatçılar
üçün yox, bütün Azərbaycan tədqiqatçıları üçün böyük imkanlar yaradacaqdır. Mən onların
hamısını dəvət edirəm ki, bu işlə məşğul olsunlar. Hesab edirəm ki, bu tövsiyələrim bir sənətşünas,
tədqiqatçı kimi, bir alim kimi, onlar üçün çox faydalı olacaqdır. Onların gördükləri iş Azərbaycan
mədəniyyətinin nə qədər zəngin olduğunu göstərəcəkdir.
Bəli, bu gün demək olar ki, Bəhruz Kəngərlinin əsərləri Azərbaycanın rəssamlıq sənətinin,
mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki,
Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur. Yeri gəlmişkən, bu bina haqqında
da bir neçə kəlmə demək istəyirəm. Çünki mən bu binada oxumuşam, təhsil almışam. Mən burada
orta təhsil alandan sonra Bakıya gedib Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsinə daxil
olmuşam. Mən həmişə Naxçıvanda oxuduğum dövrü xatırlayıram, bu dövr mənim yadımdan heç
vaxt çıxmayacaqdır. Birinci sinifdən sona qədər heç vaxt yadımdan çıxmayacaqdır.
Ona görə də müəllimlərin hamısı yadımdadır. Hansı binada, hansı sinifdə oturmuşam,
o da yadımdadır. Hansı partanın arxasında oturmuşam, o da yadımdadır. İndi içəri keçsək sizə
göstərərəm, biz hansı sinifdə dərs keçirdik – hamısı yadımdadır. Nə üçün? Çünki həyatımızın ağır
dövründə – təkcə mənim həyatımda yox, bütün xalqımız ağır dövr yaşayırdı – çətin problemlər
içərisində burada o qədər məhəbbətlə, o qədər sevgi ilə o qədər köklü təhsil aldım ki, sonra bütün
başqa yüksək təhsil ocaqlarında oxumaq mənim üçün çətin olmadı. Əksinə, buradakı kimi, mən
sonra da həmişə tələbələrin içində seçilən olmuşam.
Ona görə bu divarlar mənim üçün əzizdir. Bu bina mənim üçün əzizdir. Bunun balkonu var
idi, bilmirəm indi durur, yoxsa yox. O tərəfdə də bir bina var idi, o da buna bitişik idi. O indi var,
yoxsa yox?
Vasif Talıbov: Cənab Prezident, bəli, musiqi məktəbidir. Ancaq bundan bir az aralıdır.
Heydər Əliyev: O, buna bitişirdi. Çünki sinilərin bəziləri orada idi. Bunun həyəti var idi, belə
geniş deyildi, kiçik idi. İndi genişləndirmisiniz. Həyətdə idman etmək üçün bəzi imkanlar vardı.
Burada gözəl müəllimlər var idi.
Mən birinci gün sevdiyim müəllim Lətif Hüseynzadə ilə görüşdüm. Elə bil ki, dünən idi.
Mənim yadımdadır, o, Azərbaycan dili dərsi keçirdi, Azərbaycan ədəbiyyatı dərsi keçirdi. Məndən
bəzən soruşurlar, axı Siz təhsilinizin əsas hissəsini rus dilində almısınız, işlərinizin hamısı, demək
231
Ölm
zlik
olar ki, o dövrün tələblərinə görə rus dilində gedibdir. Bəs nə cür olubdur ki, Azərbaycan dilini
bəzi azərbaycanlılar kimi unutmamısınız? Onlar heç əvvəl də bilməyiblər ki, unutsunlar, o qədər
bilməyiblər. Belələri, xüsusən Bakıda çoxdur. Burada belələri azdır. Burada hamısı Azərbaycan
dilində yaxşı təhsil alır və Azərbaycan dilini yaxşı bilən adamlar çoxdur. Ona görə mən onlarla
yarışa girmək istəmirəm. Bilirəm ki, onlar güclüdürlər. Amma o illər Lətif müəllimin, təkcə Lətif
müəllimin deyil, başqa müəllimlərimizin də bizə verdiyi dərslər, şəxsən mənə verdiyi dərslər və
tövsiyələr bu günə qədər yadımdadır və bütün həyatımda həmişə mənə kömək edibdir.
Mən o gün Lətif müəllimlə görüşəndə bilirdim ki, yaşı çox olsa da, səhhəti pis deyil.
İndi təsəvvür edin, o günkü mərasimdə əvvəldən axıra qədər iştirak edirdi. Demək, sağlamlığı
da yaxşıdır. Yenə deyirəm, müəllimlər, bir yerdə oxuduğumuz məktəb yoldaşlarım, bu binanın
divarları, siniləri mənim üçün həmişə əziz olubdur. Mən buraya gələndə elə bilirdim ki, böyük bir
saraya gəlirəm.
Vasif Talıbov burada Məmməd Cəfər Cəfərovun bir ifadəsini yada saldı ki, Bəhruz Kəngərli
Puşkin küçəsində kiçik bir otaqda özünə sərgi düzəltmişdi və insanları çağırırdı ki, gəlin, baxın.
Bu həqiqətdir. Çünki Məmməd Cəfər çox ədalətli, bilikli alim idi. Onun dediyi sözlərin hamısı,
güman edirəm ki, həqiqətə uyğundur. Amma o Puşkin küçəsi haradadır? Puşkin küçəsi budur. Bu
küçə axıra qədər, Şahab məhəlləsinə qədər Puşkin küçəsidir. Özü də deyə bilərəm ki, Puşkin küçəsi
yuxarıdan Əlixan məhəlləsindən gəlib keçir və Şahab məhəlləsinin axırında qurtarır. Mən sonralar
bəzən deyirdim ki, bu küçəyə Puşkinin adı nə vaxt verilibdir?
Puşkinin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Naxçıvanın mütəfəkkir adamları –
onların adları yadımdan çıxıb, ona görə təkrar etmək istəmirəm, gərək ki, o vaxt Sidqi, başqa bir
iki nəfər də olmuşdu – şairə öz münasibətlərini bildirmək üçün bu böyük küçəni Puşkin küçəsi
adlandırmışdılar. Mən də burada doğulmuşam. Puşkin küçəsi ilə gedəndə, balaca bir döngə vardı,
elə idi ki, iki adam bir-birinin yanından keçəndə toqquşurdu. Belə bir dar küçə idi, elə adı da Dar
küçə idi. Oraya heç fayton, araba da girmirdi. Orada atamın balaca bir həyəti var idi, mən orada
doğulmuşam. Allaha şükürlər olsun ki, o yer qaldı. Düzdür, bir az dağılmışdı və mən 1990-cı ildə
burada olanda atamın yurdunu abadlaşdırdım. Mən buraya gələndə elə orada yaşayıram. Mən bunu
sevirəm. Çünki orada doğulmuşam. Bizim həyətdə quyu var idi, o quyudan su içmişəm. Quyu suyu
bir az duzlu idi, amma Puşkin küçəsindən yuxarıdan yaxşı su axırdı, anam, böyük bacım vedrə ilə
oradan su gətirirdilər.
Sonra o vaxt Naxçıvanda suyu süzən daşlar var idi. İndi mən görürəm, çoxları bilmir bu
nədir. O vaxtlar qəribə idi. Daşı yonurdular, yonurdular, ona vedrə ilə su tökürdülər. Altına isə yenə
vedrə qoyurdular. Su damcı-damcı vedrəyə süzülürdü. Ondan ancaq çay üçün, yemək üçün istifadə
olunurdu. Mən bunların hamısını yaşamışam. İndi görürəm ki, burada bunları beş-altı adam bilir.
Başlarını tərpədib mənim dediyim sözləri təsdiq edirlər. Amma qalanları bilmirlər. Mən gələndə
bunlardan soruşdum ki, daşdan su necə süzüldüyünü bilirsiniz? Onlar dedilər, biz belə şeylər
bilmirik. Harada görüblər?
Bəli, həmin bu Puşkin küçəsi də mənim üçün əzizdir. Çünki bu küçədən gedirdik, gəlirdik,
gəncliyim belə keçirdi. İndi buraya gəlmişəm, həm məktəbimi görürəm, həm yaşadığımız yeri,
həm də Puşkin küçəsini görürəm. Bunlar tarixin nişanələridir. Amma mənim üçün ən əziz odur ki,