232
Ölm
zlik
sizi görürəm, öz xatirələrimi sizə söyləyirəm və sizinlə birlikdə bu gözəl günü bölüşdürürük.
Mən sizin hamınıza cansağlığı arzu edirəm. Bəhruz Kəngərlinin muzeyinin açılması
münasibətilə sizi təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki bu, təkcə sizin
üçün, bizim üçün deyil, bütün Azərbaycan xalqı üçündür. Ümidvar olduğumu bildirmək istəyirəm
ki, siz də, Azərbaycanın digər dəyərli insanları, elm xadimləri, mədəniyyət xadimləri, siyasət
xadimləri, dövlət xadimləri də bizim tariximizi, tarixi irsimizi daim öyrənib yeni-yeni səhifələr
meydana çıxaracaqlar. Bizim millətimizin zəngin tarixini nə qədər çox araşdırıb, aşağı laylardan
çıxarıb təbliğ edə bilsək, Azərbaycan xalqının nə qədər böyük tarixə malik olduğunu göstərə bilərik
və inanıram ki, biz sizinlə birlikdə bunu edəcəyik. Sağ olun.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov muzeyin açılışında
233
Ölm
zlik
N
axçıvan Muxtar Respublikası Ali Məclisi sədri cənab Vasif Talıbovun “Bəhruz
Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli
sərəncamına əsasən yaradılan və 18 iyun 2002-ci il tarixdə ümummilli lider
Heydər Əliyevin iştirakı ilə açılışı olan Bəhruz Kəngərli Muzeyi 2013-cü ildə burada aparılan
yenidənqurma işlərindən və müxtəlif eksponatlarla zənginləşdirildikdən sonra ictimaiyyətin
istifadəsinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılış
mərasimində iştirak edib. O, çıxışında bildirib ki, muzeyin 2002-ci ildə baş tutan açılışından sonra
Bəhruz Kəngərlinin əsərlərinin və rəssama aid olan eksponatların toplanmasına başlanılıb. Ötən
müddətdə muzey Bəhruz Kəngərli irsinin təbliği istiqamətində müəyyən işlər görüb. O, qeyd edib
ki, Bəhruz Kəngərli irsi çox zəngin irsdir, rəssamlıqda yeni məktəbdir. “Bu irsi tam külliyyatı
formasında qorumaq, ictimaiyyətə təqdim etmək və gələcək nəsillərə çatdırmaq isə bizim üzərimizə
düşən başlıca vəzifələrdən biridir”, – deyən Ali Məclisin sədri əlavə edib ki, 13 fevral 2012-ci ildə
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin
keçirilməsi haqqında sərəncam imzalayıb. Bu sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Ali
Məclisində Tədbirlər Planı hazırlanaraq həyata keçirilib. O, əlavə edib ki, tədbirlər planına əsasən,
Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanılan 191 əsərinin surəti
çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı
B¬hruz K¬ng¬rli muzeyi
Bəhruz Kəngərli muzeyi ilə tanışlıq
239
Ölm zlik
albom-kataloq şəklində buraxılıb. Eyni zamanda muxtar respublikada yubiley münasibətilə poçt
markası və xüsusi zərf buraxılıb, Bəhruz Kəngərliyə aid sənədli ilm hazırlanıb və Bəhruz Kəngərli
Muzeyinin yerləşdiyi bina yenidən qurulub. V.Talıbov həmçinin Bəhruz Kəngərli Muzeyinin tarixi
binada yerləşdiyini bildirərək söyləyib ki, bu bina sovetlər dövründən əvvəl tikilib. İlk vaxtlar bina
Qızlar Məktəbi, sonrakı dövrlərdə isə Pedaqoji Texnikum və Tibb Məktəbi kimi fəaliyyət göstərib.
Ümummilli lider Heydər Əliyev 1938-1939-cu illərdə burada yerləşən Pedaqoji Texnikumda təhsil
almış, texnikumu əla qiymətlərlə bitirmişdir. Ona görə də H.Əliyevin xatirəsinin əbədiləşdirilməsi
üçün binaya xatirə lövhəsi vurulub və burada onun xatirə otağı yaradılıb”.
Tanışlıq üçün deyək ki, iki mərtəbədən ibarət olan muzeyin birinci mərtəbəsində iki iş otağı,
fond və dörd ekspozisiya zalı, ikinci mərtəbəsində isə dörd ekspozisiya zalı və “Heydər Əliyev
xatirə otağı” yerləşir.
Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühaizə olunur. Muzeydə
rəssamın 341 rəsm əsəri var. Bu rəsm əsərlərindən 58-i orijinaldır. Onların arasında rəssamın
tamaşaçılara az tanış olan tələbəlik dövrü işləri ilə yanaşı, “Avtoportret”, “Çoban sürü ilə”, “Ov
itləri”, “Naxçıvan gözəli”, “Naxçıvan toyu”, “Namaz” və s. kimi əsərləri vardır.
Bəhruz bəy Kəngərlinin həyat və yaradıcılığı ilə bağlı müxtəlif fotoşəkillər, köhnə qəzetlərdə
çap olunmuş məqalələrdən iqtibaslar görkəmli rəssamın ömür yoluna işıq salmaqla, muzeydən
alınan təəssüratı onun inandırıcılığına və yaddaqalanlığına kökləyir.
Rəssamın istifadə etdiyi məişət əşyalarının və rəssamlıq ləvazimatlarının ekspozisiyada
nümayişi də maraq doğurur.
Respublikanın tanınmış fırça və tişə ustalarının Bəhruz Kəngərliyə həsr etdikləri təsviri və
tətbiqi sənət nümunələri də ekspozisiyadan alınan təəssüratı daha da zənginləşdirir. Bu mənada
görkəmli heykəltəraş, xalq rəssamı Cəlal Qaryağdı və gənc tişə ustası Rahib Qarayevin hazırladıqları
plastika nümunələrinin, əməkdar rəssamlar Telman Abdinov və rəngkar İsmayıl Əliyevin çəkdikləri
portretlərin, tətbiqi sənət ustası Vidadi Muradovun hazırladığı xovlu xalçanın adını çəkmək olar.
Şair-dramaturq Adil Babayevin görkəmli rəssamın həyatına həsr etdiyi “Bəhruz” (“Yarımçıq
şəkil”) pyesinin C.Məmmədquluzadə adına Naxçıvan Musiqili Dram Teatrında tamaşaya qoyulması
barədə aişa, proqram və fotoşəkillərin ekspozisiyada yer alması isə xalqımızın öz sənətkar oğlunun
xatirəsinə ehtiramını əks etdirir.
Muzeydə “Ulu Kəngərli nəslinin övladları” adı altında nümayiş olunan eksponatlar da bura
gələnlər maraqla qarşılayırlar. Belə ki, burada bu məşhur nəslin dünəni və bu günü haqqında
zəngin məlumat almaq mümkündür...