Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə67/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   63   64   65   66   67   68   69   70   ...   132

311

   


        

İthaflar


İlqar Mehdiyev. “Bəhruz Kəngərlinin uşaqlıq illəri”. 2015.


 

312


İthaflar

yapışmışdı. Təkcə gözləri açıqda qalmışdı. Qabaqdakı qadın dayandı, Nazlını gözlədi, yaxınlaşan 

kimi qulağına nəsə pıçıldadı. Bəhruzun yaxınlığından ötəndə Nazlı başını elə aşağı dikmişdi ki, 

gözləri  də  görünməz  olmuşdu.  Qadının  pıçıltısının  mənasını  Bəhruz  indi  başa  düşdü.  Döngəyə 

çatana qədər dayanıb onların ardınca baxdı. 

Qadın döngədən keçib yox oldu, Nazlı isə ləngidi. Cəld çadrasını açdı, arxaya, Bəhruza sarı 

çevrilib gözlərini ona dikdi. Bu nə gözlər idi; yanan, kədərli, həsrətli, odlu gözlər! Bəhruz yüyürmək 

istədi, amma Nazlı əli ilə yox işarəsini verib cəld yenə çadraya büründü, döngədən keçib görünməz 

oldu. Bu səhnə bir an çəkdi, Bəhruz təkcə “ sabah padşahlıq bağında olacağam “ deyə qışqırdı, 

bununla da hər şey qeybə çəkildi. O, bu an içində Nazlını eynən hörüklü, ağbəniz qıza oxşatdı və 

Nazlı döngədə yox olanda, yenə ürəyində ağır kədər duydu, ikirli-ikirli yoluna davam etdi. Süddü 

nənənin yanından ötüb keçdi, Şahab məhəlləsində dolaşdı, uzun, torpaq küçə ilə irəlilədi. 

Bəhruz  tanış  darvazaya  çatıb  diksindi,  dayanıb  bir  də  naxış-naxış  olan  kərpiclərə  baxdı. 

Daşın üstündə bir qoca demisini tüstülədirdi. Qocanın ağappaq saqqalı sinəsinə enmişdi. Bəhruzun 

salamını  alıb,  hörmətlə  başını  yuxarı  qaldırdı.  Bəhruz  onu  çəkmək  istədi,  xəncərli  kişi  yadlna 

düşəndə, daha dayanmayıb çıxıb getdi.

Bəhruz  keçən  dəfə  gəldiyi  yerə  çatdı,  Nuhun  sərdabasını  axtardı,  yerini  dəqiq  bilmirdi.  

O istiqamətdə getdi, qarşısına çəmənlik çıxdı, ayaqyalın bir qız, bir qız oğlanla çəmənlikdə oynayırdı. 

Bəhruz bir kötüyün üstündə əyləşib çəkməyə başladı. Çəmənlikdən o tərəfdə evlər, ot tayaları, 

uzaqda, həmişə olduğu kimi yenə dağlar göründü. Bəhruz at tappıltıları eşidib, arxaya çevrildi və 

Naxçıvan çaparını görüb yerindən dik qalxdı. Bir neçə il bundan qabaq, Əlixan məhəlləsində, tək 

armudun  yaxınlılığındakı  ağ  uzunsov  binanın  yanında,  göy  gözlü  dərvişi  dinləyərkən,  gördüyü 

çaparın indi qarşısında dayanmasından sevindi. Çaparın uzun qılıncı böyründən sallanırdı. 

– Salam, cavan oğlan! – deyə çapar hörmətlə görüşdü. – Burda nə edirsən?!

– Çəmənə baxıram.

– Nə? Çəmənə? – Çaparən ağlı bir şey kəsmədi, gözünü qıyıb tələsik soruşdu – yaxında bulaq 

yoxdur ki?! Uzaq yol  gəlmişəm, ürəyim yanır. 

Bəhruz bir az aralıdakı bulağı göstərdi .

Çapar içib doyandan sonra suyu üz-gözünə çırpdı, ayağa qalxdı.

– Sağ ol, qardaş! – dedi – Əlindəki nədir elə ?!

– Çəmənliyin şəklini çəkmişəm.

– Göstər görüm, – əlini uzatdı. – Mən də deyirəm ki, bu çəmənə niyə dayanıb baxsın, başına 

hava– zad gəlməyib ki?!

Çapar vərəqi alıb gözdən keçirdi:

– Bərəkallah! – dedi – Məni də çəkərsən? Atımla birlikdə. Qiyamət olar.

– Hələ bacarmaram.

– Niyə bacarmırsan? Çəməni ki, çəkmisən. Heç də pis deyil.

– Oxumağa gedəcəyəm. Tilisə.  Ondan sonra.

– Neynək. Gözləyərəm. Adın nədir?!

– Bəhruz.

– Kimin oğlusan?



313

   


        

İthaflar


– Şirəlibəyin. 

– Şirəlibəy Kəngərlinin? Məhkəmədə işləyənin?

– Bəli, onun.

– Atan məni yaxşı tanıyır. Çapar Məcidəm. İyirmi ildir ki, çapar işləyirəm. Allah qoysa, Tilisə 

nə vaxt gedirsən? 

– Hələ bilmirəm.

– Sözümüz sözdür. Get, sağ-salamat oxu, qayıt! Atımla bir yerdə şəklimi çək! İndi isə hələlik, 

sağ ol, Bəhruz!

– Çapar Məcid ata minib məğrur bir görkəmdə sürüb getdi. 

                                                                       3

Şirin xanım Bəhruzu qarşılayıb:

– Nə yaxşı gəldin! – deyə sevincini gizlətmədi – Qonağımız var. Qazan asmışam, gəl, sən 

çayları apar.  

Bəhruz güllü məcməyi ilə atasının otağına girəndə Əliqulu Nəcəfovu gördü. O, əllərini açıb 

nədənsə hərarətlə danışırdı. Bir anlığa dayanıb Bəhruzun salamını aldı, sonra yenə davam etdi. 

– Əvət yanılırsınız, Şirəlibəy! 

– Bizim hər ziyalımızın borcu milləti düşünməkdir. Düşünmək azdır, əvət çox az! İş görmək 

lazımdır, iş! Hərçənd indi obrazovannı adamlar çıxalıb, qraxmala qərq olan, manjetli, əlində trost, 

gözündə  oçki...  nə  fayda?!  Əl-ələ  vermək,  milləti  irəli  aparmaq,  gözünü  açmaq  gərək... Yainki 

qəlbini kəsavat basan, şəkk gətirən, xudavəndi aləmin hikmətinə bel bağlayan üləmaları, mollaları, 

seyidləri, axundları  məsxərəyə qoymaqla, şeyxlərə rişxənd etməklə nə qazana bilərik, Şirəlibəy?!

Bəs bəndəniz nə etməlidir, Əliqulu?!

– Çox şey! Elə fəqir-füqaralara, biçarələrə kömək əli uzatmağınız azdır məgər?!

– O mənim borcumdur!

– Niyə hamı öz borcunu yerinə yetirmir?! Xalqımız avamdır, din gözünü tutub, cəhalətdə 

boğulur. Məni yandıran odur ki, yaxşı xalqdır, ürəyi təmiz, zəhmət sevən, nəcib, sadə... Nə olsun, 

cəhalət onları çürüdür...

– Bu yaxınlarda kəndlilər hansı bəyinsə evini yandırıblar.

– Görürsən, Şirəlibəy?! Demək camaat ayılır. Elm-ürfan artır, yavaş-yavaş hamı öz haqqını 

qanır.


– Çayını iç, Əliqulu!

– Bu dəqiqə!  Bəs kamallı oğlumuz nə edir?!

– Elə hər gün şəkil çəkir.

– Bərəkallah! – deyə çayı qabağına çəkən Əliqulu qapıda dayanıb atasına nəsə demək istəyən  

Bəhruza sarı döndü – Nəyin var, gəti, göstər!

Bəhruz şəkillərini gətirdi, onları bir-bir göstərdi. Əliqulu: – xub, xub! – deyə-deyə diqqətlə 

gözdən keçirdi, birdən Şirəlibəyə sarı döndü:

– Mütləq Tilisə – özünə məxsus coşqunluqla dilləndi – Orda rəssamlıq məktəbi var.




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə