Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə69/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   65   66   67   68   69   70   71   72   ...   132

317

   


        

İthaflar


yenə də onun üzünə yaxınlaşdırdı.

– Bəhruz! – deyə yanıqlı-yanıqlı pıçıldadı və gözlərini yumdu.

Nazlı  ağacdan  düşüb  gedəndən  sonra  da  Bəhruz  uzun  müddət  yerindən  tərpənmədi.  Qoz 

ağacının üstündə, yaşıl işıq çadırında sehrlənmiş kimi qalmışdı.



5

Bəhruz tezdən oyanıb həyətə çıxanda sərt ayazdan üşüdü. Birdən onu çörək ətri vurdu. Bu xoş 

ətir təndirəsərdən axıb gəlirdi. O tərəfə gedib yaydığı kündələri böyük həvəslə təndirə yapan Şirin 

xanımın arxasında dayandı. Gənc qadının əlləri od kimi idi, böyük teştdəki xəmirdən ayırıb kündə 

düzəldir, yayır, üstünü naxışlayır, yumurta sarısı sürtür , xaşxaş tökür, bişənləri təndirdən çıxarıb, 

əvəzinə  təzələrini  vururdu,  bir  dəqiqə  belə  dayanmırdı.  Bütün  hərəkətlərindəki  gözəllik  əlinin, 

boynunun,  saçının,  başından  sürüşüb  düşən  kəlağayısının  gözəlliyi  ilə  uyuşur,  təndirə  əyiləndə 

totuq yanaqları istidən od kimi alışıb yanırdı. 

Birdən arxaya çevrilən Şirin xanım onu görüb:

– Bı saat qurtarıram, a bala! – dedi – İndi çörəyini verəcəm. Samovarı da qaynatmışam.

 Eybi yoxdur, tələsmə! 

Bu zaman güllü məhrəbanı çiyninə salmış Şirəlibəy həyətə çıxdı. Həmişə torpaq dəhlizdə 

yuyunurdu. İndi də sütuna vurulmuş əlüzyuyana yaxınlaşdı:

– Salam, Bəhruz! – deyə yuyuna – yuyuna oğlunu salamladı. – İşlərin necədir?!    

– Yaxşıdır, ata.

– Əliqulu Nəcəfov Tilisdən qayıdıb. Bu axşam bizə gələcək. Görək oxumağın barədə  nə 

deyir?! 

– Ata, mən çox istəyirəm ki, gedim...

– İnan, mənim balam, mən səndən çox istəyirəm.

Şirəlibəy məhrəba ilə əl-üzünü silə-silə rəngləri solsa da, gözəlliyini itirməmiş bağ-bağçaya 

göz gəzdirdi. Şirin xanım buğlanan ətirli çörəkləri içəri otağa daşıdı və hər ikisini səhər yeməyinə 

səslədi. Səhər yeməyindən sonra Şirəlibəy işə, Bəhruz isə şəkil çəkməyə getdi.

Küçədə,  Nazlıgilin  qapısından  bir  az  aralıda,  köhnə,  uçuq  hasarın  arasındakı  sınıq-salxaq 

bir qapının böyründə balaca Hürnisə dayanmışdı. Bəhruz ona yaxınlaşıb salam verdi. Qız səhərin 

ayazında  büzüşmüşdü.  Əynindəki  köhnə,  uzun  donun  rəngləri  solmuşdu.  Onun  fağır,  yazıq  və 

yoxsul görkəmi Bəhruzun ürəyini titrətdi, hətta yanında ayaq saxladı:

– Necəsən, Hürnisə? – soruşdu.

Hürnisə  “yaxşıyam”  deyə    astadan  pıçıldayıb,  başını  yana  əyib,  bir  az  da  büzüşdü,  lap 

balacalaşdı və iri gözlərini mənalı-mənalı altdan yuxarı Bəhruza dikdi.

Bəhruz  bazar  məscidinə  tərəf  getdi.  Qoca  dilənçilərdən  birinin  şəklini  çəkmək  istəyirdi. 

Soyuqdanmı, nədənsə məscidin divarları yanında heç kəs yox idi. Bazar tərəfdə böyuk bir dəstənin 

yığıldığını görüb ora tərəf getdi. Camaat; uşaqlar, qocalar, bazara gedib gələnlər dərvişin başına 

yığışmışdılar.  Bəhruz  dərhal  onu  tanıdı.  Bu  onun  Əlixan  məhəlləsində,  Təkarmudun  yerindəki 

Ağ binanın yanında gördüyü göy gözlü, hava rəngli əba geymiş, cavan dərviş idi. Bu dəfə ilan 




 

318


İthaflar

oynadırdı. Uzun bir ilan ayaqlarından tutmuş boynuna qədər dərvişə sarılır, sonra da onunla üz-

üzə dayanırdı. İlan dərvişin gözü qarşısında uzun, qara dilini çıxarıb, qorxunc, əcayib bir şəkil 

alanda hamını vahimə basırdı. Birdən gözlənilmədən açılıb dərvişin ayaqları altına sürüşür, sürətlə 

toplaşanlara doğru sürünür, “vay” sədaları altında çəkilən kütlənin yanından geri qayıdır, yerdə 

qıvrıla-qıvrıla qəribə oyunlar çıxarırdı. Dərviş ritmik nəğmə oxuduqca ilan neçə yerdən bədənini 

qaldırır, yerə çırpır, eyni hərəkəti tez –tez təkrar edirdi.

Dərviş camaata qəribə məlumatlar verirdi, hardasa iğtişaş olub, adamlar hökumət əleyhinə 

çıxıblar. Çünki indi hamı azad və xoşbəxt yaşamaq istəyir. Bəhruz ömründə ilk dəfə eşitdiyi bu 

sözləri  dinlədikcə  qəribə  xəyallara  düşürdü.  Dərvişin  indi  məzəli  mahnı  oxuduğunu  görəndə 

təəccüblənsə də, bayaqkı sözlərin ürəyindən getmədiyini aydın duyurdu. Onun göy işıqlı gözlərində 

elə duruluq, elə salıq vardı ki, adamı özünə cəlb edirdi. Bəhruz da məftunluqla ona baxırdı. Dərviş 

aramla, sakit-sakit şeir oxuyurdu.  Şeir də Bəhruzun xoşuna gəldi, odur ki, sevinclə əl vurmağa 

başladı. Adamlar dağılsa da, Bəhruz yerində dayanmışdı. Dərviş qutunu, sazını, naxışlı, yaraşıqlı 

xurcuna oxşar torbaya qoyurdu. Birdən başını qaldırıb Bəhruza tərəf diqqətlə baxdı. Sonra yenə işi 

ilə məşğul oldu. Torbanı uzun, parıldayan, qara ləkəli çubuğa keçirdi və dalına atıb soruşdu:

– Kimsən?!

– Bəhruz.

– Nə istəyirsən?!

– İcazə versən, şəklini çəkərəm.

– Yolunla düz get, oğul, özünü uşaq kimi aparma! Bir ayağım burda, o biri Ordubadda, səhər 

İrəvanda, axşam Gəncədə! Buyur, gəl dalımca, tap görüm, məni necə tapırsan?! Tapa bilsən, o vaxt 

şəklimi çəkərsən. Yaxşı?! Xudahaiz!

Dərviş  bu  sözləri  deyə-deyə  ciddiləşdi,  onun  saf,  təmiz  göy  gözlərində  nifrət  qığılcımları 

parıldadı. Bəhruz heyrət içində bir şey anlamadan baxa-baxa qaldı. Yavaş – yavaş uzaqlaşan dərviş 

bazarın qoşa qapısı yanında ayaq saxlayıb, bir də geriyə çevrildi. Bəhruzun hələ də dayandığını 

görəndə daha da şübhələndi və adamlara qarışıb yox oldu. 

Bəhruz evə gələndə Əliqulu Nəcəfov getməyə hazırlaşırdı. Onu görən kimi, həyətdə ayaq 

saxlayıb: 

– Gəl, balaca dostum, gəl görək!  Atana demişəm, Tilisə hazırlaş!

Bəhruz onun böyründə dayananda Əliqulu Nəcəfov başını azca boynuna qısıb adəti üzrə əlini 

uzadıb ehmallıca Bəhruzun burnunu sıxdı.

–  Deyəsən,  mən  də  Tilisə  gedəcəyəm,–  dedi  –  Özu  də  həmişəlik.  Sənin  kimi  məktəbə 

girəcəyəm, sənin kimi.

Şirəlibəy heyrətləndi:

– Hansı məktəbə?!

– Molla Nəsrəddin məktəbinə – Əliqulu Nəcəfov onun bu sadəlovh heyrətinə gülə-gülə cavab 

verdi – Jurnalda işləmək dəxi mənim üçün bir məktəbdir! 

Bəhruza bu xəbər dünya sevinci verdi.

– Nə vaxt?! – deyə soruşdu.




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə