Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə72/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   68   69   70   71   72   73   74   75   ...   132

 

324


İthaflar

İlqar Mehdiyev. “Bəhruz Kəngərli tələbəlik illərində”. 2015.


325

   


        

İthaflar


3

Bəhruz Tilis vağzalında Əliqulu Nəcəfovu görəndə heyrətindən qışqırdı. Xəbəri yox idi ki, 

Şirəlibəy ona teleqraf vasitəsilə xəbər vermişdi. 

– Ay bizim şəhərə xoş gəlmisiniz! – deyə Əliqulu əvvəlcə Şirəlibəylə görüşdü, sonra Bəhruza 

tərəf dönüb, ehmallıca burnunu sıxdı – hə, axır mən deyən oldu, yoxsa yox?! Bu da Tilis! Bax, gör 

xoşuna gəlir?!

Bəhruzun gözü dörd olmuşdu. Naxçıvandan da böyük şəhər varmış! Vağzal binasının dar 

keçidindən  ötüb,  geniş  meydana  çıxanda,  bu  meydandakı  faytonların,  adamların  çoxluğunu, 

qarşıdakı uca, yaraşıqlı binaların cərgələndiyini, bu cərgələr arasından daşlı küçələrin uzandığını 

görəndə çaşıb qalmışdı. Taxta çamadanı yerə qoyub, meydanın genişliyinə baxdı. Şirəlibəy Əliqulu 

Nəcəfovun qolundan tutub:

– Fayton götürək – dedi.– Növbə saxlamaq lazımdır.

Əliqulu güldü:

– Sənin üçün məxsusi fayton gətirmişəm. Odur, gözləyir.

Bəhruz faytona minib yanaşı əyləşmiş Şirəlibəylə Əliqulu Nəcəfovun qarşısındakı məxmər 

oturacaqda rahatlandıqdan sonra, faytonçu arxaya çönüb nəsə dedi. Əliqulu dərhal:

– Şirəlibəy, hara sürsün?– soruşdu.

– Qafqaz mehmanxanasına.

Fayton  tərpəndi,  atların  nalları  daşların  üstündə  səs  sala-sala,  vağzaldan  uzaqlaşıb  böyük 

prospektə  çıxdı.  Yuxarı  hissələrində  kiçik  heykəllər,  naxışlar,  ornamentlər  olan,  eyvanlarından 

sarmaşıq sallanan, pəncərələrinə güldanlar qoyulan və tül pərdələr asılan uca imarətlər: müxtəlif 

dükanlar,  avropasayağı  bəzədilmiş  foto-atelye,  gül  mağazaları,  balaca  bağlar,  quş  yuvasına 

bənzəyən küçə fənərləri, dəyirmi şlyapalı, paltarları uzun, gen ətəkli xanımlar, son dəbdə geyinmiş 

qara kostyumlu, panamalı kişilər, xüsusi formada, işıldayan çəkməli hərbçilər, döngələrdə əda ilə 

gəzişən qorodovoylar bir-birini əvəz edirdi. 

Qafqaz mehmanxanasında yaxşı otaqlar olmadığı üçün başqa yer axtardılar. 

– Şeytanbazara, İran mehmanxanasına. 

– Ora pis olmaz. Razıyam – Şirəlibəy bu sözləri deyib, gülə-gülə faytonçuya baxdı. Fayton 

mərkəzdən uzaqlaşıb Kür çayına sarı endi. Hər iki sahili otluq, qayalıq, çəmənlik idi, bir az aralıda 

evlər vardı. Şəhər burdan başlayıb, dağların ətəklərinə qədər uzanırdı. Fayton indi dikdiri qalxdı, daşlı 

küçə onları Şeytanbazara doğru apardı. Küçənin hər iki tərəində mağazalar, dükanlar gözə dəyirdi. 

İran  mehmanxanasinda  yerləşəndən,  əl-üzlərini  yuyub  rahatlanandan  sonra,  Əliqulu  

Nəcəfov dedi:

– Sizi aşağıda gözləyirəm, faytonda! 

– Ay Əliqulu, qardaş, get evə dincəl... Biz də... 

– Çörək yeyin, sonra. Tez olun! 

Bəhruz da, Şirəlibəy də əyinlərini dəyişdilər. Onlar, ata-bala faytona minəndə Əliqulu heyrətlə:

– Paho! – deyə qışqırdı – Vallah-billah sizi tanımadım. Sür Qolovanski küçəsinə. 

Duxanın  qapısı  taybatay  açıq  idi.  İçəri  keçdilər.  Zirzəmiyə  dolama  pillələr  enirdi.  Bəhruz 

üçün hər şey təzə və qeyri-adi idi. Aşağıda onları döşəməsi par-par parıldayan dəyirmi meydanda 

qarşıladılar, nəzakətlə:



 

326


İthaflar

–  Buyurun,  yeriniz  hazırdır!  –  deyib,  rəngbərəng  şüşələrdən  düzəlmiş  alabazək  qapını 

göstərdilər– keçin içəri! 

İçəridə, günbəzvari tavanın altında, küncdə üstü ağ süfrəli boş yer ağarırdı. Bir neçə günbəzvari 

tavan isə o tərələrdə idi, onların altında yeyib içirdilər. Əliqulu qabağa düşüb, həmin küncə getdi, 

Şirəlibəy də dalınca. Qapı ilə günbəzvari tavanların aralığında, divarda başdan – başa rəngli bir 

şəkil vardı. O qədər canlı və gözəl idi ki, yanından laqeyd keçə bilmədi. Zəngin və gözəl geyinmiş, 

qəşəng, gənc bir qadının şəkli çəkilmişdi. Əliqulunun şən qəhqəhəsi eşidildi:

– Bəhruz, gəl, burdan yaxşı görünür – dedi, Bəhruz yaxınlaşan kimi əlavə etdi – Kim çəkibsə, 

qiyamət çəkib!

– Bu qız kimdir?!

– Gürcüstanın şahzadəsi Tamaradır.

– Kim çəkib?!

– Onu deyə bilmərəm.

                                                       

4

Əliqulu Nəcəfovun və Şirəlibəyin ardınca, divarları alabəzək naxışlarla bəzədilmiş böyük, 

işıqlı dəhlizə çıxan Bəhruzun gözlərindən heç nə yayınmırdı. Dəhlizin döşəməsi mərmərdən idi, 

özü də şəkilli, rəngbərəng düzəlmiş mərmərdən. Divarlara tablolar vurulmuşdu. Bəhruz onlardan 

birinə – balaca gölü təsvir edən tabloya yaxınlaşdı. “Göldə üzən yarpaqlara bax! Göyün, buludun 

sularda əksinə bax! Hər şey aydın, düzgün, dəqiq! Necə canlıdır, elə bil şəklə yox, həqiqətən gölə 

baxıram. Bu ki, möcüzədir! Görəsən, kim çəkib?!” Tablo rus rəssamı Polenovun əsəri idi, Bəhruzun 

ağzı açıla qalmışdı.

Bir də gördü ki, Əliqulu da, atası da mərmər pillələrin üstündə dayanıb onu gözləyirlər. İkinci 

mərtəbəyə qalxdılar. Əliqulu otaqlardan birinə girib tez də qayıtdı:

– Gəlin.

Onlar içəri girən kimi tanış elədi:

– Bu Şirəlibəydir, mənim dostum, bu da onun oğlu Bəhruz!

Əliqulu yuxarı  başda, sakit-sakit baxan, arıq, uzun, çənəsi saqqallı adamı Şirəlibəyə göstərdi:

– Bu isə haqqında danışdığım Şmerlinqdir. Bizim “Molla Nəsrəddin”in rəssamı, redaktorun 

dostu!


Şmerlinq dərhal qabağa gəldi. Şirəlibəyin, Bəhruzun əlini sıxdı, əyləşməyi təklif edib, gülə-

gülə, azərbaycanca dedi:

– Çox şadam!

– Mirzə Cəlilin dostu həm də bizim dostumuzdur – Şirəlibəy gülə-gülə dilləndi, Şmerlinq başı 

ilə razılığını bildirdi. Əlini çənəsinə aparıb ucu şiş saqqalını sığallaya-sığallaya əlində şəkillərini 

tutmuş, iri gözləri maraqla, heyrətlə dolu, gur saçlı, qara bığlı, təravətli gəncə məhəbbətlə baxdı, 

yavaş-yavaş ona yaxınlaşdı:

– Rəssam olmaq istəyirsən?!

– Bəli!

– Görürəm, böyük həvəslə gəlmisən. Bu yaxşıdır. Ayaq üstə dayanma, keç əyləş, Şirəlibəy, 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə