Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə74/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   70   71   72   73   74   75   76   77   ...   132

329

   


        

İthaflar


Revaz bu zarafatdan sınmadı:

– Qoqo! – deyə qıza müraciət etdi – heç narahat olmayın. Bir az səbr eləyin, hər şey düzələcək!

Revaz hamını bir-biri ilə tanış edəndə, uzun, arıq, sümüklü bir gənc yaxınlaşdı:

– Revazcan! – deyə qollarını açıb, Revazı bağrına basdı. – Sənin üçün elə darıxmışam ki! 

Canım, bunlar yəqin tələbə dostlarımızdır. Məni tanış elə də!

– Aman verirsən ki! – Revaz əvvəlcə onun özünü tələbələrə təqdim etdi – Xəlil Musayev. 

Dağıstanlı. Tilisə gəldiyimiz gün tanış olmuşuq.

Xəlil Musayev bir-bir əl verib uşaqlarla görüşdü. Sonra sinif qapısını göstərib:

– Niyə burada dayanmışıq?! – dedi – Gəlin, keçək içəri!

Ketovan qapını açıb içəri girdi.

Lado, sonra Revaz, Bəhruz, Xəlil qəhqəhə ilə içəri keçdilər. Ketovan yuxarı başa keçib ciddi 

görkəm aldı:

– Bir dəqiqə! Bir dəqiqə! Qulaq asın! İlk dərsi qəhqəhələrlə başlamağınız münasibətilə sizi 

təbrik edirəm!

Tələbələr Ketonun bu təbrikini də şənliklə qarşıladılar. Bu vaxt sinin qapısı ağzında iki gənc 

göründü. Onlardan biri səssizcə keçib arxa cərgədə əyləşdi. Lado onu göstərib Revazdan soruşdu:

– O kimdir?

Səhv etmirəmsə, Kostadır.

Qırmızı yanaqlı, diri gözlü, başında əyri-üyrü yay şlyapası, gülə-gülə baxan ikinci gənc hamını 

maraqla süzürdü. Demək olar ki, hamı ona baxırdı.

– Ey, aktyor – deyə Revaz ona əl elədi – Deyəsən, bizim sinfə səhv gəlmisən. Diqqətlə bax, 

görürsən, bura sənin yerin deyil. 

– Niyə?!

Çünki burada aktyor yoxdur, hamı rəssamdır.

– Mən də rəssam olmaq istəyirəm. 

– Bəs sən Mişa Çiaureli deyilsən?!

– Özüdür ki var.

– Axı səni səhnədə oynayan görmüşəm. 

– Nə olar, indi də rənglə oynamağımı gör!

Mixail Çiaureli yaxınlaşıb hamını salamladı. Bəhruza baxıb qaş-gözünü oynatdı, Ketovanın 

qarşısında şlyapasını çıxarıb baş əydi. Ketovan yüngülcə salamını aldı. 

– İcazə verərsən, yanında bərqərar olum? 

– Buyura bilərsiniz. 

Bəhruz  pəncərə  tərəfdə,  Ladonun  o  yanındakı  molbertin  arxasında  dayandı.  Otaq  böyük 

və işıqlı idi. Sağ divarındakı üç iri pəncərədən qalın, ağ pərdələr asılmış, ortası yığılıb gül kimi 

düzəldilmişdi. 

Toidze içəri girdi, otağın baş tərəində səhnə kimi hündür bir yerə çıxdı. İlk dərs münasibətilə 

onları  təbrikdən,  qayda  –  qanun  haqqında  məlumatlardan  sonra  ani  fasilə  verib,  hamını  bir-bir 

nəzərdən keçirdi. Sonra üzünü Revaza tərəf çevirib:

– Deyəsən, hamı gəlib?!




 

330


İthaflar

– Bəli! – Revaz ayağa qalxdı – Bir nəfər siniimizdə artıqdır.

– O kimdir?!

  – Aktyor.

– Mişa Çiaureli?! Bizim Mişa heç yerdə, heç zaman artıq ola bilməz. O, çox qabiliyyətli 

tələbədir, cəsarətlə deyirəm, böyük gələcəyi var.

Hamı heyrət içində gözünü Mixail Çiaureliyə dikdi. Təkcə Ketovan Maqalaşvilidən başqa! 

Toidze Revazdan soruşdu:

– Bəs Mariya Ratieyva hanı?!

Mariya ayağa qalxdı. Bəhruz geriyə çevrildi. Mariya onlara nisbətən böyükdü. Ucaboyludu, 

çiyinlərinə güllü ipək şal salmışdı. Mariyadan o tərəfdə, qapıya yaxın yerdə, Kosta adlı sarışın bir 

tələbə əyləşmişdi. 

Toidze üstünə pərdə salınmış heykələ yaxınlaşdı. Pərdəni götürüb:

– Bu heykəli çəkin! – dedi, göstərişlərini verib otaqdan çıxdı.

Bəhruz karandaşı əlinə götürdü.

                                                 



ÜÇÜNCÜ HİSSƏ

1

Revaz  Abasadze  istirahət  günü  Bəhruzu  evlərinə  dəvət  etmişdi.  Onların  evi  Aleksandr 

bağının sağ tərəində, poçt binasının yerləşdiyi uzun prospektin başında, gül mağazasının yanında 

idi.  Bəhruz  iri  dəyirmi  bir  həyətə  girdi,  ünvana  baxıb  Revazın  yaşadığı  mənzili  axtardı.  İkinci 

mərtəbəyə qalxıb, qapının zəngini basıb gözləməyə başladı. Qapı gec açıldı. Bəhruz qarşısında ağ 

köynəkdə, yaraşıqlı, incə belli bir qız görüb, əvvəlcə çaşdı, dinə bilmədi, sonra udquna-udquna 

soruşdu:

– Revaz burada olur?!

– Bəli, buyurun, keçin içəri. 

– Evdədir?

– Keçin otağa – Qız sualına cavab vermədən gülə-gülə onu və dəvət etdi -Çəkinməyin, keçin.

Bəhruz sıxıla-sıxıla dəhlizdən ötüb açıq qapıdan otağa girəndə iki qızın yanaşı dayandığını 

görüb yenə çaşdı, başını tərpətməklə salam verdi. Qızlar gülə-gülə salamı alıb iri divanı göstərdilər:

– Buyurun, əyləşin! – Revaz evdə yoxdur –  qapını açan qız dedi –  amma narahat olmayın, 

harda olsa, bir-iki dəqiqəyə gələcəkdir. Mənim adım Eteridir, Revazın xalası qızıyam, baxın, o iki 

qızın biri Revazın əmisi qızı, o biri isə bibisi qızıdır. 

Bəhruz başını qaldırıb Eteriyə baxdı. Onun qəşəng, ala gözləri işıq kimi titrəyirdi. 

– Gəlin əyləşin! – Bəhruz Eteriyə kreslonu göstərdi – Olarmı şəklinizi çəkim?!

– Olar, niyə olmur – Eteri kresloda əyləşdi – Bəs o qızlar?! 

– Onları da sonra çəkərəm.

Zəng səsi eşidildi, qızlardan biri qapıya cumdu, Revaz təngənəfəs içəri daxil oldu. Yanaqları 

qıpqırmızı qızarmışdı.




331

   


        

İthaflar


– Bu nədir, canım, birinci dəfədir bizə ayaq açır, gör ev sahibi kimi divanda özünə necə yer 

eləyib –  deyə Revaz şampan şüşəsini stola qoydu. Bəhruz sanki eşitmir, elə Eterini çəkirdi. Başını 

qaldırıb  tez-tez  ona  baxanda,  qız  özündən  asılı  olmayaraq  qızarır,  həyəcanlanırdı.  Eteri  həssas 

qızdı, Bəhruzun baxışlarına dözə bilmirdi. Revaz isə bayaqkının əksinə, qızların üstünə yeriyib 

ciddi tərzdə deyirdi:

– Hə, görürsünüz yanınıza kimi gətirmişəm?! Quzu kimi sakit, fağır, qara qaşlı, qara bığlı 

çinar kimi bir cavan! Yaxşı-yaxşı baxın, yaxşı-yaxşı ikirləşin, hansınızın ürəyi istəsə bu gül kimi 

dostuma ərə verəcəyəm. Amma bir şərtlə: dava salmayın. Qızlar indi gülmür, ciddi görkəm alıb 

baxırdılar. Revaz onların qulağına nəsə pıçıldadı, hər ikisi qəhqəhə çəkəndə, Bəhruza sarı çevrildi: 

– Yoldaş rəssam, mənim bacım naturada dayanmağı sevmir. Onu nahaq məcbur edirsən.

– Yox, özüm istədim – Eteri dərhal cavab verdi – məni dayanmağa heç kəs məcbur etmir. 

– Pardon! – Revaz pərt oldu, yenə qızlara nəsə deyib onları qonşu otağa apardı.

Bəhruz eyni həvəslə Eterinin şəklini çəkirdi. Qız soruşdu:

– Demək, kimi görsəniz beləcə çəkirsiniz?!

– Hamını yox, təkcə gözəl qızları...

– Mən gözələm?!

– Sözsüz!

– Göstər görüm.

– Hələ qutarmamışam.

– Bəs nə vaxt qutaracaqsınız?!

– Heç zaman...

Revaz qonşu otaqdan qayıdıb hay-küylə içəri girdi:

– Canım, belə şey olmaz, Bəhruz, bura işləməyə gəlmisən, yoxsa Eterinin şəklini çəkməyə?

  –  Mən  hazır!  –  Bəhruz  Revazın  qarşısında  əsgər  kimi  dayandı  –  Buyur,  nə  deyirsənsə, 

qulluğundayam. Unutma ki, hələ Ladonun nə izi var, nə tozu...

Ondan  narahat olma, Lado yerin deşiyindən də olsa çıxıb gələcək. 

Bu vaxt qapının zəngi eşidildi: Revaz Eterinin dalınca qışqırdı:

– Qapını açmağa tələsmə, bu hökmən Ladodur. Qoy bir az gözləsin. Lado qapıdan içəri girən 

kimi hirslə şampan şüşəsini stolun üstünə qoydu:

– Bu nədir, qapını açmırsınız, – qızları görən kimi gözləri işıqlandı – Bəh, bəh, indi bildim 

niyə açmırdınız. 

Revaz qaşqabağını tökdü:

–  Eteri xanım, gedin qızlarla yemək hazırlayın. Bəhruz, Lado, sən də, gəlin bu otağa...

– Canım, qoy nəfəsimi dərim, o dəqiqə işləmək olar? 

– Olar, Lado, olar...

Revaz  otaqda  natürmort  hazırlamışdı.  Hər  üçü  onu  çəkməyə  başladı.  Xeyli  sonra  Lado 

Bəhruzdan soruşdu:

– Qızlar xoşuna gəlir?!

– Üçü də gözəldir!

–  Üçü  də  sənə  qurban  –  Lado  şirin-şirin  güldü  –  Elə  bilirəm  ki,  Revaz  bizdən  inciməz. 

Zarafatdır!



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə