Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə76/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   72   73   74   75   76   77   78   79   ...   132

 

334


İthaflar

toz qopara-qopara yanından keçirdilər. Bu vaxt qarşısında dayanan bir faytondan onun sahibi yerə 

tullandı:

– Bəhruz! – deyə qışqırdı – A bala, xoş gəlmisən!

– Kərbəlayi Abbas, sənsən?!

– Mənəm, oğlum, mənəm! Gəl, min aparım! Oy... Şirəlibəydən muştuluq alacağam. Sənin 

kimi oxumuş, ağıllı cavanları görəndə ürəyim dağa dönür.

Kərbəlayi Abbas çamadanları faytonun arxasına qoyub yuxarı çıxdı, qamçını fırladıb atları 

qovdu. Bəhruz şəhərə baxırdı. İlk gözünə dəyən Xan diki oldu, onun üstündə Rəhim xanın uzunsov 

binası ağarırdı. Fayton yoxuşu surətlə qalxıb İmamverdi türbəsinin yanından keçib getdi. Bəhruz 

faytondan şəhərə baxdıqca, Möminə xatın məqbərəsi də, küçələr də, məscid də, minarə də, qızlar 

bulağı da, bazar da – hər şey ona ilk dəfə görürmüş kimi təzə gəlirdi.

Fayton  kəsə  yolla  Zaviyyə  məscidinin  böyründən  keçib,  doğma  küçəyə  tərəf  gedəndə 

Bəhruzun ürəyi bir tikə oldu. İlk dəfə gözünə dəyən qoz ağacı yaşıl dalğa kimi axıb keçdi. Fayton 

ətrafı kərpic hörgülü, üstü yumru dəmirlə bəzənmiş solğun qapının yanında dayananda, Kərbəlayi 

Abbas ildırım kimi özünü həyətə saldı. “Muştuluq” deyə qışqıran kimi, Şirin xanımın “Bəhruz, 

balam” səsi aydınca eşidildi və kök, ətli-canlı, gen, qat-qat tumanlı, arxalıqlı, sırğalı qadın qapıya 

yüyürdü, içəri girən Bəhruzu bağrına basdı, “Oğlum, canım-ciyərim, qurbanın olum”...

Şirəlibəy  köynəkdə,  jiletdə  alça  ağacınınm  yanında  dayanmışdı.  Bəhruz  gülə-gülə  atasına 

yaxınlaşdı:

– Salam, ata! 

Şirəlibəy qollarını açıb onu qucaqladı.

– Xoş gəlmisən – deyə fərəhlə başdan-ayağa süzdü, Bəhruz üstü gömgöy alçalarla dolu olan 

ağaca getdi, əlini yarpaqlara toxundurdu. Bu vaxt həyətin bir küncündə qısılıb kədər içində dayanan 

Hürnisəni gördü.

– Salam, Hürnisə! Necəsən, bəs anan necədir? !

Sonuncu kəlimələr ağzından çıxan kimi Hürnisənin iri gözləri doldu, üzünü dərhal çevirib 

sürətlə qaçıb həyətdən çıxdı. Bəhruz özünü itirdi. Çamadanları gətirən Kərbəlayi Abbasa muştuluq 

üçün nəsə pay verən Şirin xanım yana-yana dilləndi:

– Onun anası bu qış rəhmətə gedib , a bala!

Bəhruz sarsıldı, bir an gözünü yumdu, Şirəlibəy onun qolundan tutub evə sarı apara-apara:

– Qorxma, oğul – dedi –  Hürnisə elə bizim həyət-bacada böyüyür. Ağıllı da qızdır.

Bəhruz o günün səhəri yuxudan gec oyandı. Həyətə çıxanda gördü ki, qara papaqlı arabaçı 

dirəkdən asdığı qoyunun dərisini soyur, qapıda da onun iri, iki təkərli arabası. 

– Şirin xanım bu qoçu sənin adına saxlatdırıb. Deyirdi ki, Bəhruz gələnə kimi kökəlsin.

– Qurban demişəm! – Şirin xanım fərəhlə Bəhruza baxdı.

                                                

4

Bu sevinc içində Bəhruzun ürəyinə iynə kimi batan həsrət ona dinclik vermirdi. Hara baxırdısa, 

Nazlını axtarır, heç yerdə görə bilmirdi. 



335

   


        

İthaflar


Bir neçə gün keçdi. 

Nəhayət, Şirin xanım söz arası, elə-belə “qonşumuzun toyudur” kəlmələrini eşidəndə Bəhruz 

hər şeyi başa düşsə də, ürəyi deşim-deşim olsa da, özünü sakit və təmkinli apardı. 

Bəhruz qoz ağacına qalxıb, hasardan azca yuxardakı budağın üstündə əyləşib, kürəyini başqa 

bir budağa söykədi, ətraf qaranlıqlaşanacan beləcə oturdu. Hardasa, bir ümid işığı yandı ki, bəlkə 

Nazlı əvvəlki kimi, yenə gəlib çıxa! Qaranlıq təkcə qoz ağacını yox, bütün bağları, həyət-bacanı 

uddu, amma Bəhruzun ümid işığını söndürə bimədi.

Nazlı gəlmədi, Bəhruz ağacdan düşüb evə gedəndə ürəyində hələ də o işıq yanırdı.

Bəhruz uşaqlıqda, Nazlı ilə bir toyda olmuşdu və o toyu heç zaman unutmurdu. Bu axşam isə 

Nazlının öz toyu olmalı idi. Neçə gün idi ki, dalbadal eskizlər edirdi, gah qadınları, gah qızları, gah 

üç nəfər çalğıçını, gah evin pəncərələrini, gəbələrini, xalılarını çəkirdi. Bunlar, hələlik eskizlər idi 

və heç nə alınmırdı. Birdən hiss elədi ki, nəsə çatışmır?! Nə?! Ayağa qalxdı, toya getmək, uzaqdan 

olsa Nazlını görmək istəyirdi. 

Toy  Qulam  Heydərin  böyük  qonaq  otağında  təşkil  edilmişdi.  Divar  boyu  mütəkkələr, 

nazbalınclar düzülmüşdü. Hər tərəfdə qəndillər və şamdanlar işım-işım yanırdı. Qızlar, gəlinlər, 

qadınlar  rəngbərəng,  əlvan  paltarlarda,  parıltılı,  işıqlı  bəzəkdə  elə  bərq  vururdu  ki,  otaq 

gözqamaşdırıcı zərlər içində şəfəqlənirdi. Bəhruz ilk baxışda gördüyü belə rəngarəngliyə, əlvanlığa 

heyran  oldu.  Sonra  üç  nəfər  çalğıçının  musiqisi  altında  rəqs  eləyən  qırmızı  qanovuzlu  qızların 

incə  bellərinin    ilan  kimi  qıvrıldığını,  əyildiyini,  ipək  içindəki  çiyinlərin,  upuzun  qollarını,  ağ, 

zərif boyunların hərəkətlərindəki zəriliyi görəndə yerində dayana bilmədi. Naxçıvan qızlarının bu 

hərəkətlərində təsvirə gəlməz bir gözəllik gizlənmişdi.

Toyu aparan arıq, zərif gənc bir qadının camaata müraciətində, oynayanları həvəsləndirməyində 

– ay şabaş – deyə çağırmağında, gah çalğıçılara, gah qızlara işarə etməyində bir gül incəliyi vardı. 

Açıq bənövşəyi rəngli, güllü paltarı toydakı bütün qızların, gəlinlərin paltarlarından fərqlənirdi. 

Əlini irəli uzadır, zərləri elə səpirdi ki, xırda-xırda parıltılı qığılcımlar bütün otaq boyu fırlanır, 

çiyinlərə, paltarlara qonur, yerə tökülürdü. Nazlı qırmızı paltarda, qızıl pullarla şəfəq saça-saça 

könülsüz otağa girdi. Oynamaq istəmirdi. Üç qız əllərindən tutub zorla oynamağa çəkəndə musiqinin 

ritmi dəyişdi. Nazlı ortada qalmışdı. Qırmızı paltarda boyu daha uzun görünürdü. Beli də nazik 

üzükdən keçərdi. Toyu aparan qadının əli yenə uzandı, zərləri səpələdi, gəlinin və onunla oynayan 

qızların başında şəfəq-şəfəq qığılcımlar yandı. Birdən Bəhruz bütün bu parıltılar içində Nazlının  

yanaqlarından süzülən ağ-appaq göz yaşlarını gördü. Nazlı üç qızı kənara itələdi, çalğıçılara başqa 

musiqi sifariş verdi. İrəliyə atıldı, nə atıldı. Od kimi oynayırdı, hamı təəccüb, sevinc qarışıq bir 

təbəssümlə çəpik vururdu. Nazlı qızları oyuna dəvət edirdi. Bənövşə paltarlı qadın isə yenə əlini 

uzadıb, zərləri hamının başına səpirdi. Bəhruz başa düşdü ki, bu oyun Nazlının üsyanı, etirazı idi, 

ancaq bunlar musiqi və çəpik sədaları altında itib görünməz oldu.

Bəhruz bütün gecəni yatmadı, pəncərəyə qoyduğu otuzluq lampanın işığında yeni qaralamalar, 

eskizlər çəkdi.



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə