Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə84/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   80   81   82   83   84   85   86   87   ...   132

353

   


        

İthaflar


var. Özü də onu yataq otağımda, çarpayının üstündəki divardan asmışam. Bildiniz hansı rəsmi?! 

Uzaqda  görünən dağları... Haça dağı... Mən gimnaziyanın yanında, pansionda yaşayıram, bax, 

bu rəiqələrimlə birlikdə. Buyurun, qonaq gəlin, dostlarınızı da götürün, indicə bizimlə görüşən, 

Çiaurelini də, kimi istəsəniz... hələlik, Bəhruz, gözləyəcəyəm! 

– Sağ olun, Narınc, gələcəyəm.

Bəhruz qızları küçəyə qədər ötürdü, küçədə isə onları fayton gözləyirdi. Faytona minəndə, 

Narınc bir an geriyə– qapı ağzında dayanan Bəhruza baxdı – hələlik – deyə əlini qaldırdı, Bəhruz 

da eyni hərəkətlə cavab verdi. Narıncın üzündəki təbəssümü, sönməyən işığı ürəyində qaldı. Fayton 

daş küçədə səs sala-sala uzaqdlaşdı. Dərslərdən sonra Bəhruz yenə Tilisi gəzməyi qət etmişdi. Odur 

ki, Qolovanski küçəsindən keçə-keçə hansı tərəfə getmək haqqında ikirləşirdi, birdən qarşısına 

çıxan Olqinski küçəsinə döndü. Hər iki tərəi kərpic hasar olan, qarşısından iri rəngli darvazalar, 

qapılar çıxan bu küçə dağ ətəyinə doğru uzanırdı. Bəhruz arxasında səliqə-səhmanlı,həyət, həyətin 

başında ikimərtəbəli, şərq üslubunda, uzun eyvanlı bir bina olan qara rəngli dəmir hasarın qarşısında 

dayandı.  Sıra-sıra  düzülmüş  uzun  dəmirlərin–  hasarın  arasından  hər  şey  görünürdü:  həyətdəki 

ağaclar,  qızılgül  kolları,  payız  çiçəkləri,  ikinci  mərtəbəyə  qalxan,  üstü  örtülü  pilləkan,  naxışlı, 

bəzəkli sürahilər, uzun eyvanın sütunları, sütunlar arasındakı şəbəkələr... Kimsə, hardasa tar çalırdı, 

bu səsin həzinliyi altında Bəhruz tələsə-tələsə qaralamalar çəkirdi. Böyründə kiminsə dayandığını 

duydu, üzünü tük basmış, gözləri hədəqəsindən çıxmış, əcaib bir adam əyilə-əyilə onu başdan-

ayağa, sonra da ayaqdan-başa süzdü. Bəhruz qorxdu, gözlərini ondan– şalvarı əzik-üzük, ayaqları 

yalın, başı qırxılmış bu adamdan çəkə bilmədi. Bu adam əllərini bir– birinə vura-vura qələtən 

elə  dəli  qəhqəhə  çəkdi  ki,  Bəhruzun  tükü  ürpəşdi.  Elə  bərkdən  gülə-gülə  də  uzaqlaşdı.  Bəhruz 

yuxarı məhəllədən enəndə axşam düşmüşdü.  Saray küçəsinə gəlib, Banovski teatrının önündən 

keçdi. Bir də gördü ki, “simpatiya” restoranındadır. Stolların yanınan ötüb küncdəki stolda başını 

qolları arasına qoyub mürgüləyən bir adamın qarşısında əyləşdi. Albomu açıb onu bu vəziyyətdə 

çəkməyə başladı. Mürgüləyən adam yavaş-yavaş başını qaldırdı. Yorğun, əzgin, yuxulu olsa da, 

diriləşən,  canlı  gözləri  Bəhruza  dikildi.  Bəhruz  albomu  örtüb  özünü  itirdi,  ancaq  qarşısındakı 

adamın gözlərində qəzəb yox, mülayimlik, yazıqlıq görüb sakitləşdi.

– Kimsan?! – gürcücə soruşdu.

– Tələbəyəm. – Bəhruz da gürcücə cavab verdi.

– Rəssam olmaq istəyirsən?!

– Bəli!

– Duxanların divarlarındakı şəkilləri görmüsən?!



– Görmüşəm.

– Xoşuna gəlir?!

– Çox!

– Hansıları daha yaxşıdır?



– Şahzadə Tamara... Bir də, bir də Orta Çala gözəlləri...

Bəhruz müsairinin çallaşan saçlarına, qırışlar basmış geniş alnına, düşüncəli, ikirli-kədərli 

sifətinə diqqətlə baxdı. Qısa söhbətdən sonra bu adam xəyala daldı, dodağında solğun təbəssüm 

doğdu və azca keçməmiş itdi. Sonra kədər içində yenə başını qolları üstünə qoydu, mürgüləmək 




 

354


İthaflar

istəyirdi ki, şvesar gəlib, onu silkələdi, zorla, darta-darta götürüb apardı. Bəhruz baxa-baxa qaldı, 

bilmədi ki, bayaq qarşısında dayanan adam əsərlərinə heyran olduğu böyük gürcü rəssamı Niko 

Pirosmanidir. 



5

Yay gəldi, Bəhruz bu dəfə Naxçıvana yox, tələbə dostları ilə müəllim Toidzenin rəhbərliyi 

altında təcrübə məşğələsinə – Krıma yola düşdü. Ömründə ilk dəfə idi ki, dəniz görürdü, sahildə 

dayananda  üzündə  elə  qəribə  heyrət  doğdu  ki,  ona  baxan  dostlarını  gülmək  tutdu.  Onlar  uzun 

müddət bu barədə deyib-gülüb zarafatlaşırdılar. Krım təbiətini çəkmək Bəhruz üçün vətən təbiətini 

çəkmək demək idi. Hər rəngdə doğma torpağının nəfəsini duyur, işlədikcə Naxçıvan, Araz, Haçadağ 

xəyalından çəkilmirdi. O vaxt Krımda Bəhruzun bütün tələbələrlə və müəllim Toidze ilə birlikdə 

çəkdirdiyi foto-şəkil indi incəsənət muzeyində yadigar kimi qalır.

Krımdan qayıtdıqdan sonra çətin və qızğın günlər başlandı. Təzə əsərlərin müzakirəsi, həm 

gündüz,  həm  axşam  məşğələlər,  Əliqulu  Qəmküsarın  narahatlığı,  atası  Şirəlibəyin,  daha  sonra 

babası Əşrəfbəyin gəlməsi, başqa hadisələr yuxu kimi keçib getdi. Əsərlərin müzakirəsi zamanı 

Toidzenin və Lonqonun onu təqdir etməsinin sevinci uzun müddət qəlbində soyumadı. 

İndi  italiyalı  müəllim  Lonqonun  dərsi  idi. Arıq,  üzünün  əzələləri  aydın  görünən,  qupquru 

bir adam olan Lonqo rus dilini gözəl bilməsə də şirin danışığı, zəngin məlumatı, biliyi, ciddiliyi 

və  yumoru  ilə  tələbələrin  məhəbbətini  qazanmışdı.  Lonqo  təmiz,  səliqəli  və  gözəl  geyinməyi 

bacarırdı, həmişə, eyni cür geyinməz, paltarlarını tez-tez dəyişərdi. Bu tələbələrin xoşuna gələr, 

onun geyimlərini izləyər, səliqəsində və zövqündə ciddi nöqsan tapa bilməzdilər.

Bəhruz bu dəfə Mariyanın yanında əyləşmişdi.

– Burda niyə?! – Mariya etirazını bildirmişdi – axı Kostanın yeridir.

– Səninlə söhbətim var.

– Dərs vaxtı?!

– İmkan olanda.

– Lonqonun dərsində belə imkan ola bilməz.

– Bəlkə oldu?!

– Bilmirəm, qoy Kosta öz yerinə keçsin. 

– Kostadan narahat olma. Ketovanın yanındadır. 

Lonqo adəti üzrə yenə kitablarla gəlmişdi. Danışdığı mövzü üzrə mütləq şəkil göstərir, izahat 

verirdi. Həm  də söhbətini elə qurur, elə aparırdı ki, şəkil göstərmək göydən düşmə olmur, zəruri 

tələbdən, dərin maraqdan və istəkdən doğurdu. Müəllim indi Rafael sənətindən danışır, arabir arıq 

qollarını qaldırır, coşurdu. Bütün sinif diqqət kəsilmişdi. Bəzi rus sözlərini düzgün tələffüz edə 

bilmədiyi üçün yüngül gülüş qopdu. Həmin anda da kəsildi. Müəllim eyni həvəslə söhbətinə davam 

etdi. Bir azca keçmişdi ki, dərsin ən şirin və sakit yerində top atəşi gurladı, həmişəki kimi Lonqo 

diksindi. Uşaqlar gülüşdülər. Çünki hər gün, eyni vaxtda atılan bu top atəşi çox zaman lonqonun 

dərsində baş verirdi və hər dəfə də müəllim qorxub diksinirdi.

Bundan sonra saatına baxırdı, çünki bu top atəşi düz saat on ikinin olduğunu bütün Tilisə 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə