Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə80/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   76   77   78   79   80   81   82   83   ...   132

 

344


İthaflar

– Xoş gördük, Hürnisə, maşallah daha böyük qız olmusan!

Hürnisə  tezliklə  Bəhuzun  ən  yaxın  köməkçisi  oldu.  Şəkillərini  onun  və Adilin  köməyilə 

çərçivəyə saldıqdan sonra onları özü otaqdan asırdı. Hazırlıq başa çatdıqdan sonra Bəhruz sərgi 

otağına heç kəsi buraxmırdı. Sonuncu gün Adil dözə bilməyib gizlicə içəri girdi. Bəhruzu içəridə 

görüb ürəkləndi. Gözü dörd oldu. Otağın hər tərəində naxışlı çərçivələrin içində bir-birindən gözəl, 

əlvan, rəngarəng şəkillərin düzümünü görüb uşaq heyrəti ilə:

– Oy... – deyə səsləndi, gözləri böyüdü, işıqlandı – nə qəşəngdir!

Adil onun ilk sərgisini görən ilk adam oldu. Bəhruz elə sevindi ki, oğlanı bağrına basdı. 

O gün gözləməkdən Bəhruzun gözünün kökü saraldı, heç kəs gəlmədi. İkinci, üçüncü gün də 

heç kəs gəlmədi.

Həyəcan içində otağa girən Hürnisə:

– Gəldilər! – deyə sevinclə qışqırdı. Mütəkkəyə söykənib Haça dağı çəkən Bəhruz albomu 

xalçanın üstünə atıb, ildırım kimi sıçradı, həyətə çıxmağı ilə sərgi otağına girməyi bir oldu. İçəridə 

iki nəfər vardı; ikisi də cır-cındır içində. Bəhruz başa düşdü ki, onlar ya bazarın, ya da məscidin 

dilənçiləridir.  Bir  kənara  çəkilib  başını  aşağı  dikdi.    Bu  vaxt  küçə  qapısına  kölgə  düşdü.Kölgə 

böyüdü, yaxınlaşdı, Bəhruz başını qaldıranda qarşısında o gün axtardığı qoca dilənçini gördü. Nə 

kökə  düşmüşdü:  ovurdları  batmış,  yanaqlarının  sümükləri  çıxmış,  dağınıq,  ağappaq  gur  saçları 

çiyinlərinə  qədər  tökülmüş  və  əcayib  bir  görkəm  almışdı.  Qupquru,  damar-damar,  qabıq-qabıq 

uzun əlləri budaq kimi sallanmışdı. Bəhruz onu dərhal tanısa da, birdən birə dillənə bilmədi, susub 

baxdı. Qoca dəli bir qəhqəhə çəkdi:

– Oğul, məni tanımadın?! 

– Tanımışam.

– Görürsən, hələ Naxçıvanın tozu olmaq istəmirəm.

– Nə bildin ki, sərgim açılıb?!

– Bazarda eşitdim.

– Xoş gəlmisən, buyur, tamaşa elə.

Qoca dilənçi dörd gözlə sərgiyə baxmağa başladı. Birdən Narbənd ağacını təsvir edən rəsmi 

yoldaşına göstərib:

– O ağac budur! – deyə qollarını göyə qaldırdı – Budur! Gözümün qabağında çəkib!

– İlahi...–  deyə o biri dilənçi başqa lövhənin önündə dayanıb əllərini göyə qaldırdı – kərəminə 

min şükür! Sənin qüdrətindir, iradəndir bunlar! 

İki gün sonra sərgiyə Əliqulu Nəcəfov gələndə, Bəhruz sevinib onun üstünə cumdu.

– Əliqulu dayı! – deyə qışqırdı – Xoş gəlmisən! – Qollarını  açdı, Əliqulu Nəcəfov Bəhruzu 

qucaqladı.

– Qiyamət iş görübsən, mərhəba! – dedi. 

Şirəlibəy onun gəldiyini görən kimi qapıda göründü, bağrına basıb, əl-ayağa düşdü.

 – Canım – gözüm...–  Əliqulu Nəcəfov yarı ciddi, yarı zarafat dilləndi – Mən sizə yox... 

sərgiyə baxmağa gəlmişəm.

– Sərgi öz yerində, dostluq da öz yerində!

Şirəlibəy onu tərk etsə də, Bəhruz Əliquludan ayrıla bilmədi. Böyründə dayanıb bəzi suallarına 

cavab verirdi. Bir portretin önündən keçəndə, Əliqulu Nəcəfov ayaq saxladı:




345

   


        

İthaflar


– Məhəmməd peyğəmbərin də şəklini çəkmisən?! 

– Çəkmişəm. Hələ yenə çəkəcəyəm. 

– Dinə belə inanırsan?!

– Bilmirəm. Amma hamı allaha, peyğəmbərə inanır.

– Düzdü, hamı inanır. Camaat bilsə ki, sən peyğəmbərin şəklini çəkmisən,bu sərgini müqəddəs 

pirə çevirər. Mənim üçün onsuz da pirdir!

Gülə-gülə əllərini Bəhruzun kürəyinə vurdu. Şirəlibəyin həyətdən tez-tez boylandığını görüb:

– Atan yaman narahatdır! – pıçıldadı -Yəqin plov sifariş verib!

– Bəs onsuz olar, Əliqulu dayı?! 

– Ay şeytan, sən də atan kimisən, qonaq-qara sevən olacaqsan. 

Şirəlibəy dözə bilməyib həyətdən səsləndi:

– A balam, harda qaldınız, gəlin görək! Şirin xanımın çayı soyuyur...

                                            

7

Bəhruz sərgidən doğan kədərini unutdu, çünki gələnlərin sayı çoxalmışdı, onların arasında 

xurcunlu kəndlilər də, ayaqyalın dilənçilər də, bəylər də, bazar satıcıları da, tacirlər də, uşaqlar da, 

hətta ara-sıra qadınlar da, qızlar da olurdu. Bir gün isə, mötəbər bir şəxsin gələcəyini Bəhruza xəbər 

verdilər. Bu xəbəri gətirən gödək boylu, daz başlı, səliqəli geyinmiş, bir bəyzadə irişə-irişə:

– Gəda-güdanı yığıb eləmə! – dedi – Bil ki, sən böyük şərəfə nail olursan! Eşitdin?!

– Eşitdim, bəy!

İki saat keçdikdən sonra həmin bəyzadə daz başının tərini silə-silə həyəcanla qapıdan içəri 

girdi:

– Hazır olun! – deyə-deyə otağı dörd gözlə süzdü, Bəhruza sarı döndü– Qonağın pişvazına 



çıx, tez elə!

Bəhruz küçəyə çıxanda,  o başdan asta-asta gələn faytonu gördü. 

Bəyzadə yaylığını cibinə soxub irəliyə çıxdı. Od rəngli atlar tanıyırmış kimi, onun qarşısında 

dayandı. Fayton elə təzə idi ki, işıq saçırdı. Yanları naxışlı idi. Oturacaqlarına ağ, tüklü, yumşaq 

qoyun dərisi, söykənəcəklərinə xalılar döşənmişdi. Faytonun qarmon kimi açılan, bükülən üst qatı 

havanın isti olmasına baxmayaraq örtülmüşdü. Daz başlı bəyzadə yüyürüb faytondan düşən ağ ipək 

köynək geymiş, qotazlı göy qurşaq bağlamış, yekəpər saqqallı bir adamın qarşısında əyildi:

– Buyur, xan! – dedi, əli ilə sərgi otağını göstərdi. Şəkilləri çəkən oğlan da burdadır. 

Faytondan ağappaq paltarda bir qız da düşdü. Güllü kələğayısı olsa da, başını, üzünü örtməmiş, 

çiyinlərinə, qollarına salmışdı. Səliqə ilə daranmış qapqara saçlarının hörükləri bir yerə yığılmışdı. 

İlk gəncliyin təravəti ilə dolu dəyirmi, qəşəng sifətində bapbalaca təzəcə bir xal dərhal gözə dəyirdi. 

Xırda gözləri sifətinə yaraşırdı. Əlində yelpazə tutmuşdu.

Xan asta yerişlə Bəhruza yaxınlaşıb, hörmətlə və ehtiramla baş əydi. “Bu ki, Cəfərqulu xandır” 

deyə Bəhruz ikrindən keçirdi, dərhal da: 

– Xoş gəlmisiniz, xan! – deyə onu otağın açıq qapısına dəvət etdi, həm də üzünü qıza tərəf 

çevirdi:


– Buyurun, xanım!


Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə