Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə78/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   74   75   76   77   78   79   80   81   ...   132

339

   


        

İthaflar


O biri otağa keçdilər, Revaz qızlarla zarafat etməyə başladı. Eteri pərt olan Bəhruzun qolundan 

tutdu:


– Gəlin bura, Bəhruz, gəlin əyləşin. Ona ikir verməyin.

Revaz  hardansa  çaxır  gətirdi,  qızlar  isə  yemək-içmək.  Gürcü  qızlarının  mehribanlığından 

kövrələn Bəhruz hər üçünün sağlığına badə qaldırmağı təklif etdi. Revaz gözlərini qıya-qıya ona 

məna ilə baxdı:

– Vallah – billah səhərdən Bəhruzu Ortaçala qızlarının yanına apara bilmirəm. Səbəbini indi 

tapmışam. Bu qızlardan birinə vurulub. Bəhruz, düzünü de, hansına?

– Hər üçünə.

– O... Düz demədin, Bəhruz! – Revaz şərabı içdi – bilirəm, kimə vurulmusan! Boy... Bu nədir, 

niyə içmirsən?! 

– İçə bilmirəm.

–  Daha  nə  oldu,  qızlardan  uzaq  qaçırsan,  şərab  içmirsən,  qorxuram  axırda  dostluğumuz 

pozulsun.

– Qoxma, Revaz, mən dostluqda möhkəməm!

Bəhruz ordan çıxıb, Davidovski küçəsinə gəldi. Əliqulu Nəcəfovun qapısını döydü. Qapını 

Qəmər açdı. Bəhruz əyilib onu yerdən götürdü, qucağına alıb üz-gözündən öpdü, ovcunu saçaqlı 

konfetlərlə doldurdu. Otağa girdi, Əliqulu gözlərində pensne nəsə yazırdı. Bəhruzu görən kimi, 

qələmi atıb ayağa qalxdı: 

– Xoş gördük oğul! – deyə Bəhruzu bağrına basdı.– Gəl otur, nə var, nə yox Naxçıvanda, 

Şirəlibəy necədir, anan necədir?!

– Hamının salamı, duası var. Nə yazırsan, Əliqulu dayı?!

– Nə yazacağam, felyeton... “Molla Nəsrəddin” jurnalı üçün. Adını belə qoymuşam: “Şəriətdə 

şərm yoxdur”. Məncə pis deyil. Bu ruhanilər avam camaatın qanını sorurlar. Çıxar, oxuyarsan.

Bəhruz evə gələndə Bekker saatına baxa-baxa ikirləşirdi.

                                                            



3

Səhər  dərsə  gedəndə  xəyalında  bir  nəfər  dolanırdı:  Mariya  Ratiyeva!  Mərmər  pillələrlə 

qalxarkən, Ketovana rast oldu.

– Necəsən, Bəhruz?! Xoş gəlmisən!

– Sağ ol Keto! Sən də xoş gəlmisən.

Gülə-gülə ikinci mərtəbəyə qalxdılar. Qapının yanında heç kəs yox idi. Bəhruz heyrətlə:

-Nə əcəb Revaz görünmur?! – soruşdu. 

– Birinci biz gəlmişik! – Keto şən əda ilə güldü.

Elə  bu  zaman  Xəlil  Musayevin  uca  boyu  qaraldı,  yaxınlaşıb  Bəhruzla  öpüşdü,  zarafatla 

Ketonu da öpmək istəyədə, o – ehey... deyə geri çəkilə-çəkilə qışqırdı. Sonra Lado, sonra Kosta, 

sonra Mişa Çiaureli, sonra o biri tələbələr...

İlk dərsdə Oskar Şmerlinq içəri girdi, tələbələrin yay işləri ilə maraqlandı. Hər tələbə ayağa 

qalxıb divar boyu bir-iki şəkil düzdü. Öz-özünə balaca bir sərgi yarandı. Şmerlinq şəkilləri gözdən 

keçirə-keçirə sinifdə qopan coşğun və kəskin mübahisəyə qoşuldu. Bəhruzun “kafər” deyə qışqıran 




 

340


İthaflar

Qulam Heydəri əl – əl gəzdi. Hamı Şmerlinqin təriləyəcəyini gözləyirdi. Əksinə, o, ikirli – ikirli 

Bəhruza tərəf baxanda, otağa dərin, intizarlı bir sükut çökdü. 

– Satira sənin yolun deyil, Bəhruz! Sən öz yolunu tapmalısan! Başqalarını təqlid etmək sənətə 

yaddır.

Şmerlinqin bu ciddi tənqidi onu sarsıtdı. Uşaqlar da özlərini itirdilər. Gərgin vəziyyət yarandı. 



Müəllim özü də belə gərginliyi gözləmirdi, yavaş-yavaş söhbətini Bəhruzun sulu boya ilə işlədiyi 

mənzərənin üstünə gətirib çıxartdı. Bununla gərginliyi azaltmağa nail ola bildi, sonra o biri uşaqların 

işlərinin təhlilinə başladı.

Bəhruz,  necə  oldusa,  birdən  arxaya  çevrildi,  Kostanın  böyründə  əyləşən  Mariyanı  görüb 

diksindi. Gözləri ilə onun gözlərini tutmaq istədi, duydu ki, Mariya ona yox, müəllimə baxır. Amma 

gözlərini çəkmədi, inadla baxanda Mariyanın dözə bilmədiyini, azacıq qızardığını, gülümsündüyünü 

və başını aşağı dikdiyini gördü. Bəhruz üzünü sinfə sarı çevirdi.

Tənəffüsdə Mariyanın yanına getdi.

Mariya heç kimə baxmadan nəsə çəkirdi. Çiyinlərindən zərif, rəngarəng, tül şal sallanırdı, 

saçlarını yığıb gül şəklində arxada sancaqlamışdı. Bəhruz onun yanında durub:

– Salam, Mariya! – dedi.

– Salam! – deyə Mariya ona baxmadan pıçıldadı.

– Necəsən, Mariya?!

– Pis deyiləm. Bəs sən necəsən, Nazlı necədir?!

– Nazlının toyu oldu.

– Necə? – Mariya işindən ayrılıb, heyrətlə Bəhruza baxdı – toyu?!

– Bəli! – Bəhruz qızarıb başını aşağı dikdi. Mariya ona təsəlli vermək məqsədilə:

– Daha nə etmək olar?! – dedi – Nazlının toyu olub, çox yaxşı, kədər, dərd nəyə gərək?!

                                                                

 4

Bəhruzun Naxçıvan toyuna aid əsərini Toidze bir neçə dəfə gözdən keçirdi. Sonra çaparın 

eskizlərinə, qaralamalarına baxdı. Uzun müddət ikirləşdi və soruşdu:

– Niyə axıra qədər işləməmisən?!

– Çaparın vaxtı yox idi.

– Onu hökmən tap, çoxlu qaralama elə. Başqa çaparı yox, elə bu çaparı... yaxşı bir əsərin 

ruşeymini görürəm.  Çapar. Naxçıvan çaparı. Qiyamət bir əsər yaratmaq olar, koloritli, gözəl, canlı... 

tələsmə, Bəhruz, sən bu çapar haqqında yaxşı-yaxşı düşün. Naturadan çox çək, onda istədiyinə nail 

ola bilərsən. Səndən bir söz soruşmaq istəyirəm: Şmerlinqin tənqidinə necə yanaşırsan?! 

– Həm haqlıdır, həm də yox...

– Nəyə əsasən belə deyirsən?!

– Buyurun, baxın! – deyə Bəhruz ona bir şəkil uzatdı – Necədir, şəkildəki tanışdırmı?!

Toidze diqqətlə baxdı, sonra qəhqəhə ilə gülməyə başladı:

– Bu ki, bizim Revazdır – dedi – Əl-qolunu ölçə-ölçə danışan vəziyyədə çəkmisən. 

– Bəli!

– Təbiidir. Ayrı-ayrı detalları yaxşı verə bilmisən. Afərin. Amma bunlara baxmayaraq, əzizim, 




341

   


        

İthaflar


Bəhruz,  Şmerlinqin  sözlərində  böyük  həqiqət  var,  çünki  sən  karikaturaçı  deyilsən,  elə  Revazın 

portretini götürək, burada sən özün yoxsan, çünki sənə məxsusu cəhətlər yoxdur, çünki bu əsər 

Bəhruzun deyil, sanki başqa bir adamındır. Sənin yolun, ruhun ayrıdır, bəlkə də, Naxçıvan toyunda, 

Nax


çıvan çaparında üzə çıxacaqsan?!

– Başa düşürəm.

– Çox şadam. İndi kimin dərsidir?! 

– Nikoladzenin. 

– Nikoladze sevdiyim sənətkarlardan biridir. Əminəm ki, onu sən də sevəcəksən. 

– Sevirəm!

– Əgər sevirsənsə, onu dərindən başa düşməlisən. Nikoladze bəlkə də yaxşı müəllim deyil, 

ancaq yaxşı sənətkardır. 

Bəhruz  ondan  ayrılıb,  uzun  dəhlizə  çıxdı,  Nikoladzenin  birinci  mərtəbədə  yerləşən 

emalatxanasına doğru getdi, mərmər pillələri düşüb, Polenovun “Göl” tablosunun önündən keçdi, 

elə bu zaman Mariya Patiyeva ilə üz-üzə gəldi. 

– Salam, Bəhruz! 

– Salam! – Bəhruz ötüb keçmək istəyəndə Mariya onun qolundan tutub saxladı, gözlərinin 

içinə baxıb ciddi halda soruşdu:

– Nə olub sənə?!

– Heç...


– Hamısını başa düşürəm, Bəhruz, anlayıram ki, Nazlını çox sevirsən, unuda bilmirsən. Ancaq 

məni heç cürə başa düşmək istəmirsən. Yəqin ki, heç zaman başa düşməzsən də! Hələlik, Bəhruz!

 – Hələlik!

Nikoladzenin  emalatxanasında,  bir    küncdə  əyləşən  Bəhruz  Mariyanın  sözləri  haqqında 

ikirləşirdi. Elə xəyala dalmışdı ki, hər şeyi unutmuşdu. Müəllimin qarşısında dayandığını görsə 

də, öz aləmindən ayrıla bilmirdi. Müəllim mehribanlıqla və heyrətlə Bəhruza baxırdı. Tələbələr 

gülürdülər.  Get-gedə  bu  gülüş  qəhqəhələrə  çevrildi.  Bəhruz  o  yan–  bu  yana  baxıb  qızardı, 

Nikoladzenin mehriban üzünü görən kimi sakitləşsə də, dərhal ayağa qalxdı.

–  Əyləş,  oğlum,  əyləş!  –  deyə  Nikoladze  əlini  onun  çiyinlərinə  qoydu  –  Narahat  olmağa 

dəyməz. Bil ki, xəyalsız sənətkar yoxdur!

Dedi,  geri  çevrilib,  öz  yerinə  qayıtdı.  Müxtəlif  heykəllərlə  dolu  olan  bu  emalatxanadan 

işgüzarlıq əhval-ruhiyyəsi yağırdı. Bəhruz bu dəfə işləyə bilmir, hara baxırdısa, Mariyanın səsini 

eşidirdi. 

                                                       



5

Bəhruz Şeytanbazara yaxınlaşanda, uzaqda, ağ çadrada bir qızı görüb ildırım vurmuş kimi 

yerindəcə dayandı. Elə bu anda dünya gözlərində sehrləndi, təzə bir möcüzənin baş verəcəyini 

gözləməyə başladı. Ağ çadralı qız ona tərəf gələndə elə bildi Nazlıdır. Qız yanından ötüb keçdi, 

Bəhruz titrədi, insan-insana necə oxşarmış! Nazlı kimi qəşəng, təravətli, ağappaq. Kiminsə: 

– Təbrizə... Təbrizə... – qışqırığı Bəhruzu bu hisslərdən ayırdı. O yanda, divar dibində yerə 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə