Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə81/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   77   78   79   80   81   82   83   84   ...   132

 

346


İthaflar

İlqar Mehdiyev. “Bəhruz Kəngərli təhsilsonrası illərdə”. 2015.


347

   


        

İthaflar


Cəfərqulu xan bir anlıq tərəddüd içində böyründə dayanan qıza baxdı, sonra ağır hərəkətlə 

otağa keçdi. Qız da arxasınca! Daz bəyzadə onların ətrafında fırlanır, gah izah etmək istəyir, gah 

qulluq göstərir, gah da yaltaqcasına üzlərinə gülürdü. Bütün şəkilləri gözdən keçirdikdən sonra xan 

qızına baxıb:

– Hansı xoşuna gəlir?! – soruşdu. 

– Hamısı!

– Düz deyirsən, yaxşı şəkillərdir!

– Ən çox bu xoşuma gəlir– deyə qız otağın sağ divarındakı Haça dağın şəklini göstərdi. Sulu 

boya ilə işlənən şəkildə dağın əzəməti, nəhəngliyi gözəl verilmişdi. Cəfərqulu xan o şəkilə bir də 

diqqətlə baxdı və dedi:

– Bizim dağlardır! Gözəl çəkib!

Bəhruzun  bir  gözü  qızda  qalmışdı,  qızın  şəkillərə  baxmasında  təkcə  maraq  yox,  həm  də 

daxili ehtiyacdan doğan sevgi vardı. Qəribə o idi ki, gülümsünəndə xalı yoxa çıxır, hələ uşaqlığını 

itirməyən qəşəng üzü işıqlanırdı. Cəfərqulu xan Haça dağdan gözünü çəkmək istəmirdi. Bəhruza 

tərəf çönüb dedi:

– O şəkli alıram! Bilirəm ki, qiyməti yoxdur, nə qədər versəm yenə azdır! 

Cəfərqulu  xan  bəyzadəyə  şəkli  aparmağa  işarə  vurdu.  Bəhruz  onu  divardan  alıb  verəndə,   

qeyri – ixtiyari qıza tərəf döndü. Qız onun baxışlarını görüb gülümsündü, yenə xalı itdi və üzü işıqla 

doldu. Bəyzadə şəkli götürüb qabağa düşdü. Qız getmək istəmir, yenə şəkillərə baxır, Cəfərqulu 

xanın  qulağına  nəsə  pıçıldayırdı.  Hər  ikisi  Bəhruza  təşəkkürünü  bildirib  tələsmədən  otağı  tərk 

etdilər. Əvvəlcə faytona Cəfərqulu xan, ardınca isə qızı qalxdı. Qız fayton tərpənəndə geriyə – 

Bəhruza  tərəf  boylandı,  gülə-gülə  əlini  yellədi.  Bəhruz  yerində  mıxlanmış  kimi  uzun  müddət 

onların dalınca baxa-baxa qaldı.

Hətta qarşısında dayanmış Adili belə görmürdü. Adil altdan yuxarı heyrətlə ona baxırdı.

– Bəhruz! – Adil dilləndi – Hürnisə... huşunu itirib.

– Nə, nə dedin?!

– Hürnisə...

– Harada?! 

– Öz həyətlərində.

Zavallı  qızcığaz!    Bəhruz  həyətə  girəndə  qonşu  qadınların  əhatəsində,  onun  halsız  halda 

dəhlizdə uzandığını görüb:

-Su... Su gətirin – deyə dərhal qızın başını tutub yuxarı qaldırdı. Ağarmış üzünə su səpdi,  

Hürnisə diksinib gözlərini açdı. 

– Yatağa uzadın, dincəlsin. Adil, gəl kömək elə...

Bəhruz ilk dəfə idi ki, Hürnisənin yaşadığı bu evə, bu otağa girirdi. Yerə rəngi solub getmiş 

köhnə palazlar döşənmişdi. Küncdəki ucuz, qədim sandığın üstünə mitili çıxan yorğan-döşəklər 

yığılmışdı. Otaqda daha heç nə yox idi. Bu yoxsulluqdan ürəyi sıxılan Bəhruzun gözləri yavaş-

yavaş özünə gələn Hürnisənin sifətinə dikilmişdi. Bu qarayanız sifətdə kölgəli bir kədər titrəyirdi. 

Bəhruz  Hürnisəni Adilə  tapşırıb  ağır  kədər  içində  geriyə  qayıtdı. Alça  ağacının  böyründə 

əyləşib xəyala qapıldı.




 

348


İthaflar

                                                  BEŞİNCİ HİSSƏ



                                                           

1  

     


Bəhruz Tilisə getməyə hazırlaşırdı.

Cəfərqulu xanın qızı ilə sərgiyə gəlməyi qeyri-adi hadisəyə çevrildi. Hər yerdə bu barədə 

söhbət gedirdi. Bundan sonra sərgiyə gələnlərin içində başqa xanların, bəylərin özləri, övladları da 

olurdu. Hamısı da ondan şəkil alırdı. 

Havalar möhkəm isti keçirdi. Küçədə   gedərkən istidən adamın üzü qarsıyırdı. Amma tər 

gətirmirdi. Bəhruz bunu çoxdan başa düşmüşdü, ona görə də günəşin ən şıdırğı vaxtında belə şəhərə 

çıxmaqdan qorxmazdı. 

Belə isti günlərin birində Bəhruz balaca Adillə şəhəri dolaşıb, bazarlıq edib geri qayıdırdı. Bu 

zaman iynə ucu boyda yağış damlaları töküldü və bu hamı üçün möcüzəyə bərabər oldu.

Bəhruz sərgi otağına girəndə, ipək, göy köynək geymiş yaraşıqlı, nazik bığlı bir gənc ona 

tərəf gəldi. Gülə-gülə əl uzatdı, sonra qapının yanındakı Nazlının bir neçə il bundan əvvəl çəkdiyi 

portretini göstərib dedi:

– Mən bu şəkli almaq istəyirəm.

Bəhruz sarsıldı, birdən-birə cavab verə bilmədi, dünya başına dolandı, çünki bunu heç cürə 

gözləmirdi,  Nazlının  portretini  satmaq  üçün  sərgiyə  qoymamışdı.  Bu  təklif  isə  onu  çıxılmaz 

vəziyyətə salmışdı. Başını qaldırıb üzdən çox tanış gələn gəncə baxdı. Gənc Bəhruzun tərəddüdünü 

duyub:

– Nə oldu sizə?! – yenə gülə-gülə soruşdu – Narahat olmayın, Bəhruz bəy, mən səni də, atanız 



Şirəlibəyi də yaxşı tanıyıram. Adım Əkbərdir, Əkbər bəy...

-Tanıyıram, eşitmişəm, bu şəkil sizə layiq deyil, ağam. Baxın, daha yaxşı şəkillər var, buyurun, 

seçin, alın!

– Yox, mən bunu almaq istəyirəm.

– Onu satmıram.

– Qorxmayın, xəsislik etmərəm. Neçə desəniz, o qədər də verərəm. 

– İnanın, Əkbər bəy, ciddi sözümdür, satmıram.

– Üç qat artıq verərəm.

– Yox, ağam! İnciməyin, Əkbər bəy, bu, mənim üçün əziz şəkildir.

– Demək belə... Pəs otuz qat artıq versəm, onda necə?

– Ağam, Əkbər bəy, dünyanı versəz də onu satmaram!

– Xub... xeyli xub... – deyə gənc pərtliyini gizlətmək istəsə də bacarmadı, yanaqları qızardı. 

Barmaqlarını oynada-oynada şəkilləri bir də gözdən keçirib dedi:

– Xoşuma gəldiniz, Bəhruz!

– İnciklik olmasın, bəy!

– Arxayın ola bilərsən, səni başa düşürəm, yəqin ki, bu qız sənə çox doğma adamdır.

         Əkbər bəy qapıya sarı gedib əlini uzatdı, Bəhruzla xudaizləşdi və əlavə etdi:

– Bir şey lazım olsa qulluğunuzda hazıram!




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə