Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə82/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   78   79   80   81   82   83   84   85   ...   132

349

   


        

İthaflar


– Sağ olun, bəy!

Bəhruz onu ötürüb geri qayıtdı, qeyri-ixtiyari olaraq Nazlının portreti qarşısında dayandı. İndi 

başa düşdü ki, ona bəslədiyi sevgisi bir damcı da olsa azalmayıb.

                                                            



2

Məcid gəlmədi ki, gəlmədi.

Bəhruz qatarda gedirdi. Ürəyində Nazlı canlı bir varlıq kimi qalsa da, hardasa dumana, buluda 

bürünmüş əlçatmaz xəyala çevrilmişdi. Bu xəyal heç zaman ondan kənarda gəzmirdi. Naxçıvanda 

isə bu xəyalın həqiqət olmasını hər addımda gözləyirdi. Məhəllədə, küçədə, dükanda, bazarda ona 

oxşar bir qıza rast gələndə sarsılırdı. Qəribədir ki, Nazlı haqqında heç nə eşitmirdi. Hətta Hürnisə 

belə ondan xəbərsiz qalmışdı. Qəşəng atın belində, böyrü qılınclı, uzun şış papaqlı, bığlı, uca boylu 

çapar Məcid isə sanki qeybə çəkilmişdi. Bəhruz dönə-dönə eskizlərinə, qaralamalarına baxır, onun 

yolunu intizarla gözləyirdi. 

Hörüklü qızı görmək üçün Şahab məhəlləsindəki Süddü nənənin yaxınlığındakı küçədən yenə 

bir neçə dəfə keçib getmişdi. Nə ağ saçlı qocanı, nə qızı, nə də ərini görmüşdü. Hətta bir dəfə 

qocanın yerində,– daş üstündə əyləşib qapını, ətrafdakı kərpic naxışları çəkmişdi.

Qəlbində yurd salan bu nisgillə, həsrətlə, kədərlə Tilisə gəlib çıxdı. 

İndi Toidzenin ikinci dərsi idi, hamı kimi, Bəhruz da işləmək üçün hazırlığını görüb qurtarmışdı. 

Müəllim hələ gəlməmişdi. Lado Qudiaşvilinin qanı qara olduğundan bikef gəzirdi. Həmişə bic-bic 

qıyılan gözlərində qığılcımlar parlamırdı. Kosta bərk məşğul idi, heç kimə qarışmırdı. Revaz isə 

yenə sərkərdəlik edirdi:

– Uşaqlar, bir dəqiqə! – deyə səhnədən hamıya müraciətlə, onları sakit olmağa çağırdı – Bir 

dəqiqə qulaq asın, bir dəqiqə!

Eh, hamı Revaza öyrəşmişdi, kim idi ona qulaq asan? Onsuz da Revaz həmişə öz sözünü hay-

küy içində deyir. Elə hey qışqırır, tələbə dostlarını sakitliyə çağırırdı.        

Bu zaman Toidze xalatlı bir qadınla içəri girdi. Dərhal sakitlik çökdü. Onlar səhnəyə qalxanda 

Bəhruz maraq içində baxır, nəsə qeyri-adi bir şey gözləyirdi. Əvvəlki kimi Toidze ciddi görkəm 

almışdı, canlı naturadan çəkməyin qaydaları haqqında qısa məlumat verib, qadına tərəf getdi. Qadın 

xalatının düymələrini açırdı. Toidzenin sözlərini dinləyib başı ilə razılıq verdi və əynindən xalatı 

çıxartdı.   

Bəhruz ömründə ilk dəfə idi ki, çılpaq qadın görürdü, varlığından qəribə bir gizilti keçib getdi. 

Qadının ağappaq, zərif bədəni vardı, arxasını tələbələrə çevirib, qollarını yuxarı qaldırdı. Zərif, 

mütənasib çiyinlərini, qolları, incə nazik beli, düzgün, hamar, sağlam ayaqları, göppuş oturacaqları, 

baldırları,  bədənindəki  qəribə  çökəklər,  xətlər–  bunlar  birlikdə  gözəllik  yaradırdı,  Bəhruz  bu 

gözəlliyin önündə quruyub qalmışdı, Toidzenin izahatlarını belə dinləmirdi. Elə ki, karandaşı alıb 

hamı kimi, işləməyə başladı, bayaqkı hissləri bir anda yoxa çıxdı, hər şey onun üçün adiləşdi...

Tənəffüsdə  hamı  qadının  bədənindən,  onun  gözəlliyindən  danışırdı,  qızğın  mübahisə 

qopmuşdu.




 

350


İthaflar

Bəhruz dəhlizə çıxdı, iki gün dalbadal Mariya Ratiyevanın dərsə gəlməməsinə görə nigaran 

qalmışdı.  Özünə  yer  tapmırdı.  Həmişə  Mariyanın  yanında  əyləşən  Kosta  yaxınlaşıb,  Bəhruzun 

əhvalını soruşdu:

– Pis deyiləm, Kosta, səndə nə var, nə yox?! 

– Mariya nədənsə gəlmir, ürəyimi yeyə-yeyə ikirləşirəm ki, görəsən nə olub?!

– İstəyirsən dərsdən sonra gedək onlara.

– Mən dünən getmişdim, qapını açan olmadı.

– Nə əcəb getmişdin, Kosta?!

– Yoldaşımız deyil?! – Kosta həm məna, həm də bic-bic gülüb uğundu – mən Mariyanı çox 

istəyirəm.

Dərs başlayanda hamı otağa doldu. Toidze yenə həmin qadınla gəldi. Qadın xalatını soyunub, 

bir kənara atdı, əvvəlki vəziyyətində dayandı. 

                                                       



 3

– Bax, Bəhruz – Mariya gülə-gülə dedi – Bütün Tilisi gəzirik, yoruldum demirik, yaxşı?!

– Yaxşı! – Bəhruz gülə-gülə razılaşdı. 

Tramvay. Sisianov küçəsi. Yoxuş. Tramvay ağzına kimi adamla dolu... Yavaş-yavaş yoxuşu 

qalxır. Bəhruz Mariya ilə arxada, ayaq üstə, pəncərədən baxır. Aşağıda Kür çayı, sahilin o tərəindən 

üstündə  evlər  olan  hündür  qayalar,  sonra  Narınqala,  sonra  şahzadə  Tamaranın  dəyirmi  şəkilli 

Darınca qəsri. Burdan ovuc içi kimi açılan şəhər bütünlüklə, daha gözəl və daha əzəmətli görünür. 

Yenə qırmızı damlar, qüllələr, gümbəzlər... Metex qalası...

Gümüş kimi parıldayan çay. Bağlar – bağatlar, yaşıl düzənlər! Hər ikisinin albomu eskizlərlə, 

qaralamalarla  dolmuşdu.  Sonra  Kür  qırağının  sahilləri.  Balaca  evciklər,  daxmalar,  balıqçılar, 

paltaryuyan qızlar, qadınlar... 

Bəhruz  dayandı,  Kürün  sahilində  iri  daşın  üstündə  paltar  ovxalayan  diribaş,  gözəl  bir  qız 

çevrilib ona baxdı, dizə qədər suya girən qızın qəşəng ayaqları ağarırdı, bunu görən kimi paltarının 

yığılmış ətəklərini buraxdı və ayaqları görünməz oldu. Sonra yenə Bəhruza baxdı. Bəhruz gürcücə 

salamlaşdı, qız başını tərpədib gülümsündü:

–  Mən  gürcü  deyiləm  –  deyə  təmiz Azərbaycan  dilində  sözə  başladı.–  Sizə  nə  lazımdır, 

qardaş?!

– İcazə versən şəklini çəkərdim.

– Niyə?! – Paltarı sıxa-sıxa qız sadəlövhcəsinə soruşdu – ikrin nədir?!

– Rəssamlıq məktəbində tələbəyəm. Bir azca dayansan səni paltar yuyan yerdə... 

– Yox, yox! – qız onun sözünü kəsib, hirsli – hirsli baxdı – biabır olmaq istəmirəm. Lazım 

deyil. Çəkməyin!

Bəhruzun israrı bir nəticə vermədi, qız tez – tələsik paltarlarını yığışdırıb, qaşqabağını töküb, 

ona baxmadan çıxıb getdi. Bəhruz arxaya çevriləndə Mariyanı görmədi, Kür sahili boyunca heç kəs 

gözə dəymirdi. Bəhruz dikdiri qalxdı. Uzaqda, almanların yerləşdiyi daxmaların böyrü ilə gedən 

Mariyanı güclə tanıya bildi, ardınca qaçıb Mixaylovski küçəsində ona çatdı.

– Yaxşı,  hirslənmə!  –  Bəhruz  Mariyanın  azca  yumşaldığını  duyub,  qoluna  girdi,  könlünü 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə