Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə85/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   81   82   83   84   85   86   87   88   ...   132

355

   


        

İthaflar


xəbər verirdi. Çox vaxt Lonqonun saatı düz göstərmirdi. Yenə hamişəki kimi, qızıl zəncirli saatı 

yan cibindən çıxartdı. Bundan istifadə edən Bəhruz pıçıldadı:

– Dərsdən sonra bir yerdə gedək?!

– Yox!


– Niyə üzün dönüb, Mariya? Günahım nədir?!

– Sus!


Lonqonun saatı yenə düz deyildi, on dəqiqə qabağa qaçırdı, ehtiyatla düzəldib, təzədən onu 

yan  cibinə  qoydu  və  dərsinə  davam  etdi. Yenə  əvvəlki  sakitlik  bərpa  oldu,  Rafaelin  şəkillərini 

göstərəndə isə maraq daha da gücləndi, onları bu maraqdan doğan bir ehtiyac və həyəcan bürüdü. 

Hər əsər– kamillik nümunəsi idi, hər canlı portret sanki insan əlləri ilə yox, möcüzədən, sehrdən 

yaranmışdı.  Aina  məktəbi  ilə  əlaqədar  Freskalar  böyük  heyrət  gətirdi.  Tələbələr  elə  vəcdə 

gəlmişdilər  ki,  tənəffüs  belə  yadlarına  düşmürdü,  ehtirasla,  qızğınlıqla,  heyrət  və  məftunluqla 

Rafael sənəti haqqında danışırdılar. 

Dərs sona çatandan sonra hamı dağıldı, otaq boşaldı. Axşam məşğələsinə hələ çox qalırdı, 

buna görə də Bəhruz Mariyanı kafeyə dəvət etdi, ondan rədd cavabı alanda pərt olub, soruşdu:

– Niyə mənimlə getmək istəmirsən?!

– İstəmirəm, vəssalam!

– Mən səni anlaya bilmirəm.

– Anlamaq da lazım deyil, Bəhruz. Mən ki, səni qınamıram.

– Düzdür, qınamırsan. Axı biz yaxın olmuşuq...

– İndi də uzaq deyilik. Krımda da həmişə böyrümdə idin. Hələ onu demirəm ki, gecə zorla 

otağıma girmək istəyirdin.

– Üzr istəmişəm ki, buna görə... 

– Mən də bağışlamışam, Bəhruz! İstəyirsən, sənə deyim, niyə belə fır-fır fırlanırsan, ürəyindən 

nələr keçir, niyə narahatsan, deyim Bəhruz, deyim?-De!

– Sən o gecənin təkrar olunmasını istəyirsən!

Bəhruz sarsıldı, çünki bu istək heç şübhəsiz, güclü idi, hətta o gecə yadına düşəndə, varlığını bir 

od yandıra-yandıra keçirdi və indi bu istəyinin Mariya tərəindən üzünə şax deyilməsi gözlənilməz 

olsa da ona təsir göstərməyə bilmədi. Özünə gələndə, hissə qapılmış Mariyanın həzin bir səslə 

dilləndiyini gördü. 

– O gecəki hadisənin necə baş verdiyini bilmirəm, çünki özümə hər şey yuxu kimi gəlir. Səhər 

oyananda gözlərimə inanmaq istəmirdim. İnana bilmirdim ki, yanımdakı sənsən. Çünki sehr məni 

elə tutmuşdu ki! Gözlərimdə hər şey qızıl parıltılar içində idi, hər şey! Hələ indi də unutmamışam, 

elə bilirəm ki, o gecə bir də təkrar ola bilməz!

Bu zaman Kosta qapıda göründü, hirsli-hirsli:

– Mariya!– deyə səsləndi – Harda qaldın?!

– Kosta, incimə, bu dəqiqə gəlirəm. Hələlik, Bəhruz, axşama kimi!

Bəhruz  yerindən  tərpənə  bilmədi,  düşündü,  gözü  Mariyada  qaldı.  Sonra  yavaş-yavaş  boş 

dəhlizə çıxdı, mərmər pillələrlə birinci mərtəbəyə endi və şəhərə yollandı.

Gəzə-gəzə İrəvan meydanına gəldi, meydanda nədənsə adam çoxdu, Bəhruz qarşısındakı ilk 




 

356


İthaflar

küçəyə – Sololak küçəsinə döndü, azca getmişdi ki, gördü ki, böyük bir izdiham axır: bayraqla, 

şüarla! Dayanıb izdihama baxanda Bəhruzun gözünə dərviş dəydi, diqqətlə baxdı, özüdür ki, var, 

nə o yan, nə bu yan, geyimi indi tamam başqa cürədir. Arxasınca getmək istədi, birdən onu itirdi, 

daha görə bilmədi, yüyürdü, axtardı. Yox. Deyəsən, səhv etmişdi. 

Geri qayıdanda, məşğələnin vaxtına az qalırdı. Bəhruz içəri girəndə gördü ki Oskar İvanoviç 

Şmerlinq qapıya yaxınlaşır. Qısa saqqallı müəllim həmişə ciddi idi, yenə eyni ciddiyyətlə, ağır və 

təmkinli yerişlə irəliyə çıxdı.

                                       

ALTINCI HİSSƏ

                                            

1

Sonuncu il! İldırım kimi sürətlə ötdü. Bəhruz gözünü açıb, özünü buraxılış gecəsində, ondan 

bir neçə saat sonra ziyafətdə gördü. Təhsil illəri nə tez başa çatdı! Elə bil Tilisə gəldiyi dünən 

idi:  Şirəlibəylə  Qolovanski  küçəsindəki  bədii  mağazaya  girdiyi,  kağız,  rəng,  fırça  aldığı  da  elə 

dünən baş vermişdi. Doğrudanmı dostlarından, Revazdan, Ladodan, Mişadan, Xəlil Musayevdən, 

Kostadan, Ketodan, Mariyadan həmişəlik ayrılacaqdır?! Ürəyində onlara, müəllimlərə möhkəm 

bağlılığın,  dərin  ünsiyyətin,  məhəbbətin  olduğunu  duyur,  indidən  ağır  bir  kədərə  qapılırdı. 

Buraxılış gecəsi rəsmi, qısa oldu, sırayla dayanmış müəllimlər bir-bir irəli çıxıb iki-üç kəlimə ilə 

molbert arxasındakı tələbələrə uğurlar arzuladılar. Sonra Oskar Şmerlinq onlara vəsiqə payladı, son 

vida nitqi söylədi. Ziyafət isə restoranda təşkil olunmuşdu. Şamdanlı çilçıraqla bəzədilmiş böyük 

bir  otaq  bərq  saçırdı.  Qapıdan,  pəncərələrdən  zərif  pərdələr  asılmış,  divarlara  müxtəlif  şəkillər 

həkk edilmişdi. Bu yeri Revaz, Mişa Çiaureli ilə birlikdə tapmışdı. Mişanın nüfuzu yenə birə on 

dostlarının gözündə böyüdü. Çünki hara gedirdilərsə Mişa Çiaurelini dərhal tanıyır, ona xüsusi 

hörmət göstərirdilər.

Tələbələr bir nəfər kimi vaxtında yığışmışdılar. Müəllimlərdən birinci Lonqo gəldi, keyi kök 

idi, dərhal Mişa Çiaurelini yanına çağırdı, məzə ilə təzə italyan anekdotu danışıb, hamını güldürdü. 

Özü də gülməkdən axıb gedirdi,sonra Yakov Nikoladze, sonra Oskar Şmerlinq, daha sonra Toidze, 

hamı Revazın düzəltdiyi planla əyləşdi, təkcə Mişa Çiaurelidən başqa! Çünki Lonqo onu öz yanına 

çağırdı və Mişanın müəllimlər cərgəsində olması gülüş üçün yaxşı bir vasitə oldu. Bayaqdan gülən-

güldürən Mişa Çiaureli dəyişib ciddi bir adama çevrildi, özü də Oskar Şmerlinq kimi!

Məclis  başlandı,  Toidze  masabəyi  seçildi.  Əvvəlcə  gürcücə,  sonra  rusca  hamını  güldürə– 

güldürə, şən, ümumi bir sağlıq dedi. Bəhruz Lado Qudiaşvili ilə Xəlil Musayevin arasında idi. 

Balaca billur qədəhini Keto ilə, Revaz ilə yanaşı əyləşən Mariyaya tərəf uzatdı. Mariya onu görüb 

qədəhini qaldırdı. Qədəhlər cingildədi. Kimsə pıçıldadı:

– Uşaqlar, Mişaya baxın!

Mişa Çiuareli özünü ciddi tutmuşdu, bu gün adəti əleyhinə gedən Oskar Şmerlinq gülə-gülə 

qədəhini Mişanın qədəhinə uzadanda, onun ciddi sifətini görüb istər-istəməz qəhqəhə çəkdi. Hamı 

gülsə də, təkcə Mişa gülmədi, yenə ciddi vəziyyətdə qaldı, hətta ağlamsındı, doluxsundu. Uşaqlar 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə