Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə86/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   82   83   84   85   86   87   88   89   ...   132

357

   


        

İthaflar


başa düşdülər ki, oyun çıxarır, amma sadəlövh Oskar Şmerlinq ona baxıb özünü itirdi, hətta Mişanın 

göz yaşlarının axdığını görəndə pərt oldu. 

– Mixail! – deyə əlini uzadıb çiyninə qoydu – Bəlkə qəlbinə dəydim, üzr istəyirəm, əzizim, 

üzr istəyirəm. 

Güclü dalğa kimi qopan qəhqəhə işıqlı otağın çilçıraqlarını titrətdi. Hər şeyi başa düşən Oskar 

əlini  saqqallı  çənəsinə  qoyub,  doyunca  güldü.  Bu  qələbəsindən  ruhlanan  Mişa  Çiaureli  ayağa 

qalxdı,bir-birinin dalınca iki məzəli əhvalat danışdı,sonra o vaxtın musiqili komediyalarından bir 

ariya  oxudu. Ariya,  nə  ariya!  Mişa  elə  oxuyurdu  ki,  hamı  gülməkdən  ölürdü.  Xüsusilə  Lonqo! 

Dama-dama köynək geymiş bu adamın gödək çiyinləri tir-tir titrəyir, elə bil əyləşdiyi yerdə rəqs 

edirdi. 


Haradansa, üç çalğıçı gəldi, oyun havaları çaldılar. Lado Qudiaşvili ortalığa atıldı. Ketovanın 

əlindən  tutub  apardı.  Keto  bir  oynadı  ki,  hamının  ağzı  açıla  qaldı.  Mişa  Çiaureli  yerində  dura 

bilməyib, oynayanlara qoşuldu. Bayaqdan onlara göz qoyan, gülə-gülə əl çalan Lonqo da ayağa 

qalxdı. Oynayanlar Lonqonu dartdılar. Bəh, bəh, Lonqo bir məzə ilə oynamağa başladı ki, hamısı 

yalan oldu. Bu oynamaq özünə də ləzzət verirdi. Geyimi ilə fərqlənən gödək adamın oynaya oynaya 

bəzən başını qaldırıb məzə ilə baxması gülüş doğururdu. Lado Mariyanı da, Revazı da, Kostanı da, 

Xəlili də dartıb meydana gətirdi. Özü əl çala-çala onların oynamasına tamaşa edirdi.

Musiqi fasilə verəndə Xəlil Musayev ayağa qalxdı. Bəhruz onun sağlıq deyəcəyini gözləyirdi, 

ancaq yox, Xəlil şeir oxumaq istədiyini bildirdi. Nizaminin şeirini ingilis dilində! Bəhruz onun 

Azərbaycan dilində oxuduğu şeirləri çox dinləmişdi. Xəlil başlayanda dərin sükut çökdü. Lanqo 

dörd gözlə baxır, və dinləyirdi. Xəlili alqışladılar, Lonqo yaxınlaşdı, Xəlillə bir-iki kəlmə ingilis 

dilində danışdı. Əli ilə onun kürəyindən vurdu. Bəhruz dostunu təbrik edib soruşdu: 

– İngilis dilini nə vaxt öyrəndin?!

– Elə Tilisdə, bu beş ildə! Mənim məqsədim böyükdür, Bəhruz! Parisə getmək istəyirəm, 

Paris  sənət  beşiyidir.  Sən  çox  fağırsan,  mən  isə  elə  deyiləm.  Görəcəksən,  Bəhruz,  çox  şeylər 

eləyəcəyəm, adım-sanım yüksələcək. Məni bütün dünya tanıyacaq. Çalışmaq, əlləşmək, vuruşmaq 

lazımdır, başqa yol yoxdur. İrəli, yenə irəli! 

Bu zaman əllərdə şəkillər gəzməyə başladı; Oskar Şmerlinqin, Mişa Çiaurelinin, Kostanın, 

Toidzenin, Revaz Abasadzenin məzəli, şən şəkilləri. Hamı baxıb gülürdü. Bunları Bəhruz çəkmişdi. 

Kosta  onun  üzünə  hirsli-hirsli  baxdı,  sonra  güldü,  hətta  özünün  şarjını  bir  də  nəzərdən  keçirib 

qəhqəhə çəkdi:

– Pis  çıxmayıb?!  –  dedi  – Afərin,  Bəhruz!  Canım,  məni  yaman  qaralamısan  ha...  Unutma 

bunu!

Yenə  musiqi,  oynamaq,  müəllimlərin  mənalı,  ağıllı  sözəri,  tövsiyələri,  yenə  sağlıqlar,  son 



görüşlər, ayrılıq anları... Yakov Nikoladze hamını bir-bir öpürdü, Bəhruza çatanda onu qucaqladı, 

uzun müddət qolları arasından buraxmadı. Bayaqdan deyən, gülən, oynayan Lonqo indi uşaq kimi 

kövrəlmişdi. Mişa Çiaureli bu kövrəkliyindən istifadə edib onunla görüşüb öpüşərkən ağlamağa 

başladı. Lonqo da özünü saxlaya bilmədi, göz yaşları yanaqlarından süzüldü.

Məclis başa çatsa da heç kəs getmək istəmirdi. 



 

358


İthaflar

2

Son gün Bəhruzun ürəyində həmişəlik qaldı.

Bütün şeyləri daşıyıb faytona yığdıqdan sonra geriyə, otağa qayıtdı. Mariya otaqda gözləyirdi, 

Bəhruz içəri girən kimi yaxınlaşıb qarşısında dayandı, gözlərini dikib xeyli baxdı. Nə göz yaşı, nə 

ah-uf, nə də qəmli sözlər. Mariya kədərli idi və bu kədər onu füsunkar eləmişdi. Başına qoyduğu 

qara rəngli dəyirmi şlyapa da ona çox yaraşırdı. Birdən ayağının ucu ilə azca yuxarı qalxdı, Bəhruzu 

öpdü. Sonra gözlərini gözlərinə dikdi, və birdən də dönüb otaqdan çıxdı. Bəhruz yerindən tərpənə 

bilmədi, qeyri-ixtiyari çevrilib Bekker saatına baxdı, elə bil onunla da vidalaşırdı. 

Bəhruz  dəhlizə  çıxanda  Maniko  xala  əlində  su  ilə  dolu  mis  qabla  yaxınlaşdı.  Körpəsi  ilə 

onlara qonaq gəlmiş gürcü qızı da Bəhruzla görüşdü. Maniko xala onu qucaqlayıb öpdü, təmiz türk 

dilində uğurlu yol arzuladı, həyətə enib darvazaya qədər ötürdü. Həyətdə işləyən qoca da qapıya 

gəldi, Bəhruz faytona qalxanda Maniko xalanın atdığı su ətrafa dağıldı. 

Vağzala gələnə qədər nə Bəhruz, nə də Mariya dindi. İkisi də kədərli idi. Vağzalda dostları 

köməyə gəldi, şeyləri vaqona daşıdılar. Xəlil Musayev Bəhruzun qoluna girib bir kənara çəkdi:

– Səninlə həmişə əlaqə saxlayacağam, özüm haqqında məlumat verəcəyəm. Məktub yazmağı 

unutma ha. Yaxşı-yaxşı əsərlər yarat. Mən sənə kömək etmək istəyirəm, qoy gedim, Parisdə özümə 

yol açım, səni də dartıb arxamca aparacağam!

– Sağ ol, Xəlil, razıyam. İlk dəfə məktubu gərək sən yazasan, bax, unutma bunu! 

– Mütləq yazacağam! – deyə Xəlil Bəhruzu bağrına basdı. Sonra o biri dostları ilə görüşüb 

öpüşdü. Revaz Abasadze çox kövrəlmişdi, odur ki, üzünü çevirib bir kənarda dayanmışdı. Bəhruz 

onu arxadan qucaqlayanda geriyə çevrildi:

– Bəhruz! – deyə onu bağrına basdı – Bizi unutma, Tilis sənin doğma şəhərindir, yolunu 

gözləyəcəyəm!

– Bir-iki ildən sonra gələcəyəm!

Mariya ona baxmadan Keto ilə Lado Qudiaşvilinin arasında kədərlə dayanmışdı. Bəhruz həm 

Mariyanın, həm Ketonun, həm də Ladonun əllərini sıxdı. Bu arada fürsət tapan Mariya Bəhruzun 

köynəyinin üst cibinə bir parça kağız qoyub pıçıldadı:

“Yolda oxuyarsan!” Birdən Bəhruzun yadına Əliqulu Qəmküsar düşdü. Dünən Əliqulu məktəbi 

qurtarması münasibətilə Tilisin ən gözəl restoranlarından sayılan “ Roza” restoranına aparmışdı və 

bu gün ötürməyə gələcəyini söyləmişdi. Amma indi yox idi. Bu vaxt Əliqulu Qəmküsar təngənəfəs, 

yüyürə-yüyürə özünü yetirdi, hamı ilə bir-bir görüşüb, zarafat edə-edə Bəhruzu bağrına basdı:

– Tezliklə gələcəyəm Naxçıvana, təzə tamaşa ikirləşmişəm, şəkillərini sən çəkəcəksən! 

Bəhruz  vaqona  qalxdı,  boş  pəncərələrdən  birinə  yaxın  gəldi,  qatar  hərəkətə  başlayanda 

kövrəldi, özünü ağlamaqdan güclə saxladı, inana bilmədi ki, həmişəlik ayrılır. O, dostlarına əl etsə 

də, təkcə dayanıb kədər içində yerə baxan Mariyanı gördü. Bir azdan hər şey itdi, gözünün önündən 

Tilisin mənzərələri keçməyə başladı, əlini köynəyinin cibinə atıb, bapbalaca məktubu çıxartdı. 

Məktubda bircə cümlə vardı: “Bəhruz! Mən səni heç zaman unutmayacağam. Mariya.”

                                                           




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə