Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə79/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   75   76   77   78   79   80   81   82   ...   132

 

342


İthaflar

yatan,  başlarını  dik  tutub  ətrafa  baxan  dəvələrin  cərgəsində  dayanmış  uzun  əbalı  bir  adam  var 

səsilə car çəkirdi. Bəhruz əlində kuzə, bağlama tutmuş çadralı qadınların, qara papaqlı, saqqallı, 

əbalı kişilərin yanından keçib, qaynayan bazarın taybatay açılmış qapısına doğru getdi. Qapının sol 

tərəində yükləri boşalmış bir neçə araba, onların böyründəcə aralığa alınmış on-on beş qoyun vardı. 

Burda qızğın alver gedirdi. Böyük, geniş bazar meydanının hər tərəindəki müxtəlif dükanların 

qarşısı adamlarla dolur, boşalırdı. Dükanlarla bazar qapısı arasındakı boş yerdə böyük bir dəstə 

dövrələmə nəyəsə tamaşa edirdi. Ondan azca aralıda isə xoruz döyüşdürənlərin səs – küyü aləmi 

götürmüşdü. 

Bəhruz qapıdan keçib bazarın gur yerinə girib gəzdikdən, albomuna bir neçə qaralama etdikdən 

sonra geri qayıtdı. Dərhal dipdiri bir qoyunu çiyninə alıb aparan bir qara papaqlı kişini çəkdi. Bazar 

meydanının  aşağı  tərəinə  doğru  addımladı  və  kərpic  hasarın  böyründə  dayanıb,  sinəsində  saz 

oxuyan dərvişi gördü. Dərvişin səsi də, nəğməsi də Bəhruza tanış gəldiyindən marağlanıb irəlidə 

dövrələmə  dayanmış  adamların  cərgəsinə  yaxınlaşdı.  Naxçıvanda,  əvvəl  Əlixan  məhəlləsində, 

sonra bazar məscidinin qarşısında gördüyü dərviş idi. Bəlkə səhv edir?! Yox, işıqlı göy gözləri elə 

onunkudur ki, var. Açıq hava rəngli əbası da eyni ilə həminkidir. Bəhruz irəli çıxıb, bir az qabaqda 

dayandı. Cərgələr arasında  uşaqlar daha çox gözə dəyirdi. Dərviş isə hamını mehribanlıqla süzə-

süzə sazı bağrına basıb həvəslə oxuyurdu. Birdən nəğmənin ritmini dəyişdi. Dərviş onların ruhuna 

uyğun gələn məzəli bir nəğməni, məzəli bir hərəkətlərlə oxudu. Bəhruza Əlixan məhəlləsindən 

tanış olan bir nəğməni ikinci dəfə eşitmək xoş oldu. Nəğmə başa çatan kimi əl çaldılar, xüsusilə 

də uşaqlar. Dərviş əlini atıb bir torba götürdü. Bəhruz bildi ki, onun içindən ilan çıxacaqdır. Çıxan 

kimi cərgələrin arasından “ah” nidası keçdı. Maraqdan gözlər böyüdü. İlan dərhal dərvişə sarılanda 

heyrət daha da çoxaldı, sarıla-sarıla qalxıb gözləri qabağında başını dik tutdu, dilini çıxartdı. Sonra 

boşalıb toqqa kimi yerə düşdü və camaata doğru süründü. Təkcə Bəhruzdan başqa hamı qorxub 

həyəcan  içində  geriyə  çəkildi.  İlanın  lap  yaxınlaşdığını  görəndə  Bəhruz  sarsıldı,  qorxudan  onu 

tər basdı. Yaxşı ki, ilan adəti üzrə geriyə döndü. Qorxu hissi keçdi, rahat nəfəs alan Bəhruz başını 

qaldıranda  gözləri  dərvişin  gözləri  ilə  qarşılaşdı.  Bayaqdan  göy  gözlərdən  süzülən  mehribanlıq 

işığı elə bil azaldı, narahat bir kölgə titrəməyə başladı. Cingilti ilə, dalbadal kəşkulə pullar yağış 

kimi töküldü. Dərviş ilanı torbaya qoyub, bağladı. Bəhruz ətrafa dağılan camaatın arasından keçıb 

ona yaxınlaşdı, hörmətlə salam verdi. Dərviş salamı alıb şübhəli-şübhəli baxdı:

– Məndən nə istəyirsən?– yavaşca soruşdu.

– Yəni məni tanımadın?! 

– Niyə tanımadım, Naxçıvandakı oğlan deyilsən?

– Bəli.


– Niyə məni izləyirsən, dalıma düşürsən?!

–  Nə  izləyirəm,  nə  dalına  düşürəm.  Burada  təhsil  alıram.  Bazara  gəldim,  gördüm  camaat 

yığışıb... Səni görən kimi tanıdım. 

– Tilisdə harda oxuyursan?! 

– Rəssamlıqda. Şəkil çəkirəm.

– Yəni elə məktəb var?

– Var. Təzə açılıb.

       


 Dərviş ona mənalı-mənalı bir də baxdı, deyəsən, inanmırdı. 


343

   


        

İthaflar


– Nə çəkmisən, göstər görüm.

– Bax! – Bəhruz albomunu açıb göstərdi. 

– Pis deyil! – deyə dərviş Bəhruzun karandaşla çəkdiyi şəklə baxdı. Çiynində qoyun aparan 

kişi... Bu adamı Şeytanbazarda görmüsən?!

– Bəli.

– Mənim səndən gözüm su içmirdi...



– Niyə ki?!

– Nə bilim, indi aləm bir-birinə qarışıb, cibəgirən var, cəsus var, oğru var... hər yerə baxırsan 

gündə bir çaxnaşma... Məzhəb itib, hökumət gündə bir qanun çıxarır, orda qırğın, burda qırğın...ona 

görə də şübhələndim səndən...

Dərviş Bəhruza diqqətlə, məna ilə bir də baxdı. Deyəsən, yavaş-yavaş ona inanırdı. Gəncin 

qarayanız üzündən, iri gözlərindən, dalğalı gur saçlarından, bir sözlə bütün varlığından təmizlik, 

səmimilik yağırdı və belə bir insana inanmamaq olmazdı. Özü də bu gənc heç kəsə bənzəmirdi: 

qəribə sakit danışığında, mehriban, isti baxışında, zərif hərəkətlərində  sehirli bir cazibə gizlənmişdi.

– Nə vaxt Naxçıvana gedəcəksən?! – Bəhruz ondan maraqla soruşdu.

–  Bilmirəm.–  Dərviş  çiyinlərini  atdı  –  Çünki  İrəvana,  Dərbəndə,  sonra  Şirvana,  Təbrizə 

gedəcəyəm.

– Demək, səni daha görməyəcəyəm. 

– Bilmək olmaz. Dağ-dağa qovuşmasa da, insan insana rast gələ bilər. Bu günki kimi...

– Elə bilirəm ki, təkcə dərviş deyilsən!

– Bəs nəyəm?! – dərviş diksinib yenə şübhəli Bəhruza baxdı. 

– Çünki o biri dərvişlərə bənzəmirsən.

–  Səhv  edirsən,  qardaş!  Dərvişlikdən  başqa  sənətim  yoxdur.  Bir  də  uşaqları  çox  sevirəm. 

Onlar üçün nəğmələr oxuyuram. Oyunlar çıxarıram.

– Səni uşaq vaxtı da görmüşəm.

– Harada?! 

– Naxçıvanda, Əlixan məhəlləsində, Tək armudun yanında, ağ binanın önündə... 

– Hə, orda çox oluram! – dərviş torbasını çomağının ucuna keçirib çiyninə qaldırdı – hələlik, 

cavan oğlan!

– Hələlik! – Dərviş Tilis küçəsində, camaatın arasına qarışıb bir anda gözdən itdi.

                                                          

6

Onun Tilisdəki tələbəlik həyatı gözəl, mənalı, sakit günlərlə keçib gedirdi. Bir də gözünü 

açanda özünü Naxçıvanda, doğma həyətdə, alça ağacının yanında gördü. Sərgi açmaq istəyirdi, 

bu məqsədlə qapısı həm həyətə, həm də küçəyə baxan otağı Şirin xanımın köməyi ilə boşaltdı. 

Qonşuluqda yaşayan balaca bir oğlan – Adil onun köməyinə gəldi. Şirin xanım Hürnisəni səslədi, 

qız həyətə girəndə Bəhruz gözlərinə inanmadı. Hürnisə dəyişmiş, böyümüş, ətə-qana dolmuşdu. 

Şirin xanımın yanında dayanıb çəkinə-çəkinə:

– Xoş gəlmisən, Bəhruz dadaş! – dedi. 




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə