Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə75/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   71   72   73   74   75   76   77   78   ...   132

 

332


İthaflar

Qızlar günorta üstü onları yeməyə çağırdılar. Stolun ətrafında əyləşəndə Lado şampan şüşəsini 

götürüb açdı, şərabı qədəhlərə süzdü. Zarafat edib, hamını güldürməyə başladı. Revazın qaşqabağı 

açılmırdı. Eteri hazırcavablığı, kinayəsi, mənalı sözləri ilə üstünlüyünü göstərir, o biri iki qız heç 

nə demədən gülürdü. Bəhruz söhbətə arabir qarışırdı. 

                                                              2

Bəhruz yenə Tilisi gəzirdi. Bu dəfə tək deyildi. Ona Lado da qoşulmuşdu, Revaz da.

Molokan  küçəsindəki  səs-küydən  qulaq  tutulurdu.  Bu  uzun,  daşlı  küçə  boyunca  qapıları 

taybatay açıq müxtəlif dükanlar düzülmüşdü. Sənətkarlar elə küçənin ortasında işləyirdilər. Onlar 

qalayçıları, dəmirçiləri, misgərləri, tənəkçiləri seyr edə-edə keçib gedirdilər.

–  O  kişiyə  bir  bax!  –  Lado  Bəhruza  nəhəng  gövdəli,  qara  saqqalı  sərt  baxışlı  bir  misgəri 

göstərdi  –  Nə  güclü  adamdır!  Gəlsənə  şəklini  çəkək!  Bəhruz  ayaq  saxlayıb  baxdı,  Revaz  da 

dayanıb maraqlandı. Misgər ağır çəkiclə dəmiri sürətlə döyəcləyirdi. Əzələli,  tüklü qolları çılpaq 

idi, boynundan önlük kimi uzun, qara dəri salmışdı. Çəkici yuxarı qaldıranda daha əzəmətli olurdu. 

ətrafında  köhnə,  təzə  qazan,  güyüm,  sini,  dolça,  kasa  görünürdü.  Onlar  qaralamalar  edə  –  edə 

küçənin o başına kimi getdilər. 

– Acmışam, Bəhruz! – deyə Lado onun qolundan tutub yaxınlıqdakı duxanı göstərdi – Gəl, 

girib toqqanın altını bərkidək. Revaz, sən də gəl...

– Mən ac deyiləm. Bu duxanda gözəl şəkil var, onun xətrinə gedərəm...

Pillələrlə  aşağı  düşdülər.  İçəri  isti  və  rahat  idi.  Lado  razı-razı  əyləşib,  ayaq  üstə  qurumuş 

Bəhruza məəttəl qaldı, çünki özünü unudub heyranlıqla nəyəsə baxırdı. Lado onun baxdığı tərəfə 

çevriləndə, divarda bir neçə qızın portretini gördü. Revaz bu şəklə küncdən dayanıb baxırdı.

–  Nə  olub  sizə?  –  Lado  narazılıqla  dilləndi.  –  Gəlin,  əyləşin,  bir  tikə  çörək  yeyək,  şəkil  

qaçmır ki!

Revaz hirsli-hirsli qabağa gəldi:

– İmkan olsa bu şəklə gündə on dəfə gəlib tamaşa edərdim, əsl sənətdir. Sənsə... Eh, Lado!

– Yaxşı, Revaz, bəsdir...

Rəssam  Tilisin  Ortaçala  qızlarının  gözəlliyini  divarda  məharətlə  canlandıra  bilmişdi.  Bu 

şəkildə elə salıq vardı ki, hamını günəş kimi özünə çəkirdi. Lado ram oldu:

– Nə gözəldir! – Ürəkdən dilləndi – Görəsən, kim çəkib? 

–  Bilmirəm.  –  Bəhruz  dedi  və  Revaza  baxdı.  Revaz  çiyinlərini  atdı.  Duxanın  küncündə 

əyləşmiş bir fəhlə dedi:

– Niko çəkib, bizim rəngsaz. İndi orada süd dükanında işləyir. Ona nəsə yazdırırlar, qapıya 

vurmaq üçün... 

– Gedək, uşaqlar, tanış olaq! – Revaz Ladoya yalvardı. 

– Gedək! – deyə Bəhruz dostunun sözünə qüvvət verdi.

Hər ikisi qapıya cumdu, Lado narazılıqla, başını bulaya-bulaya, deyinə-deyinə onların dalınca 

getdi.  Süd  dükanını  axtarıb  tapdılar. Ancaq  rəngsazın  bir  az  bundan  qabağ  getdiyini  bilib  pərt 

oldular. Təzədən həmin duxana qayıtdılar. Yemək sifariş edib Ortaçala gözəllərinin şəkli çəklmiş 



333

   


        

İthaflar


divara heyran – heyran baxdılar. Bu sadə, gözəl şəklin  salığı hər üçünü məftun etmişdi. Yeməkdən 

sonra belə baxır, ikirlərini, mülahizələrini söyləyir, ondan ayrılmaq istəmirdilər.

Duxandan  çıxıb  Aleksandr  bağına  gəldilər.  Xiyabanlardan  keçə-keçə  indicə  gördükləri 

Ortaçala  gözəlləri  haqqında  söhbətlərinə  təzədən  başladılar.  Elə  qızğın  mübahisə  edirdilər  ki, 

hər şeyi unutmuşdular. Birdən Bəhruz “vay” deyə Aleksandr bağının qarşısındakı poçta girmək 

istədiyini söyləyib qaçdı, Lado da fürsətdən istifadə edib, onlardan görüşüb ayrıldı. Revaz Bəhruzun 

dalınca qışqırdı:

– Səni bağda gözləyirəm, tez qayıt!

Poçtdan  qayıdanda  Bəhruzun  üzü  gülürdü.  Atası  Şirəlibəydən  məktub  almışdı.  Məktubu 

qatlayıb  cibinə  qoydu,  əlini  Revaza  uzatdı  ki,  onunla  görüşüb  Lado  kimi  ayrılsın.  Reyvaz  onu 

buraxmadı:

– Elə şey yoxdur – dedi – Eteri bizi gözləyir.

  Qapını onlara sadə ev paltarında Eteri özü açdı, təbəssümü işıqlı olsa da, üzündə titrəyən 

kədər  kölgəsi  daha  güclü  idi.  Bu  kölgə  işıqlı  gözlərində  də,  səsində  də  titrəyirdi.  Bəhruz  bunu 

dərhal duydu, otağa keçən kimi Revazın üzünə baxdı. Revaz:

– Bilirəm, nə soruşacaqsan – dedi – Səbr elə!

Eteri içəri girib:

-Sizə yemək gətirimmi? – Revaza müraciət etdi – Yaxşı gürcü xəngəlimiz var.

– Lazım deyil.

– Paltarımı dəyişim, yoxsa yox?!

Bəhruz zarafatla dilləndi:

– Dəyişmə! Bu paltarda daha gözəlsən!

– Qoy görək! – deyə Eteri güldü – Bəlkə fartuk da taxım?!

– Gəl, elə-beləcə dayan!

– Bəhruz düz deyir! – Revaz Eteriyə diqqətlə baxdı – Bu sadə paltar sənə daha çox yaraşır.

Eteri  daha  heç  nə  demədi,  divanda  əyləşəndə  onlar  çəkməyə  başladılar.  Qızın  kədərli 

duruşundakı gözəlliyi kağızda canlandırmaq çətin idi və Bəhruz ən vacib xətləri çəksə də, istədiyini 

ala bilmirdi. Başını azca yana əymiş, kədərli, ikirli, şahanə, zərif qızın gözəlliyi gənclik məlahəti 

və təravəti ilə işıqlanmışdı. Eteri özünə qapılmış, hər şeyi demək olar ki, unutmuşdu. 

                      



3

Günlər sürətlə keçirdi. Bəhruz gündəlik qayğıların qoynundan ayrılanda gördu ki, vağzaldadır, 

gördü ki, qəhqəhə çəkə-çəkə dostları onu yola salırlar. Təkcə Mariya yoxdur, bir də Mişa Çiaureli. 

Revaz dostlarının əhatəsində, masabəyi kimi Bəhruza yaxşı yol arzulayırdı.

Qatar tərpəndi, yavaş-yavaş perrondan uzaqlaşdı, Bəhruz ağır bir kədər duydu...

Qatar Naxçıvana çatanda günlərlə, aylarla ürəyinə yığılan həsrət bulud kimi sıxlaşıb gözlərində 

sevinc damlalarına çevrildi. Gəldiyini evə xəbər verməmişdi, odur ki, onu heç kəs qarşılamırdı. 

Qatardan düşəndə stansiyanın balaca, ağ binasının böyründə dayandı. Burda hər şey ona doğma 

və əziz idi, hətta adicə bir toz da! Çamadanları yerə qoyub, göz dolusu şəhərə baxdı. Faytonlar 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə