Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə73/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   69   70   71   72   73   74   75   76   ...   132

327

   


        

İthaflar


siz  də...  Əliqulu,  əzizim,  sən  ki,  qonaq  deyilsən.  Özünü  sərbəst  apar.  Rahatlanın,  mən  də  indi 

gələcəyəm.

Şmerlinq otaqdan çıxan kimi, Əliqulu yumşaq, dərin kresloya sərələndi, Bəhruzun üstünə 

düşüb özünü zirək, dilli-dilavər, bacarıqlı aparmasını tapşırdı. Şmerlinq qayıtdı və onları başqa iri, 

geniş, işıqlı bir otağa apardı. Bəhruza müraciətlə:

– İşlərini divar boyu düz – dedi – Toidze və Lonqo indi gəlməlidirlər.

Bəhruz şəkilləri bir-bir çıxarıb divar boyu yanaşı qoyurdu. Bu işə elə aludə oldu ki, Toidzenin 

və Lonqonun nə vaxt gəldiyindən xəbər tutmadı. Axırıncı işini divara söykəyib, kənara çəkiləndə, 

onların uzaqdan şəkillərinə baxdıqlarını görüb həyəcanlandı. Xüsusilə Lonqonun sərt sifəti onu 

bərk  qorxutdu.  Bayaqkı  tablodan  sonra  öz  əsərləri  gözündən  düşmüşdü,  üstəlik  də  belə  ciddi 

müəllimlərin onları diqqətlə nəzərdən keçirdiyini görəndə ümidsizliyə qapıldı.

Bu, onun həyatında ilk, böyük imtahan idi!

Gözlənilmədən Toidzenin qəhqəhə çəkməsi Bəhruzu daha da həyəcanlandırdı, düşündü ki, 

heç nə, batdım. Toidze Qulam Heydərin aftafanı yuxarı qaldırıb qışqırması səhnəsini göstərən şəklə 

barmağını uzadıb Şmerlinqə gülə-gülə dedi:

– Bax, ardıcılın gəlir, daha nə dərdin?!

Şmerlinq də bu şəklə biganə qalmayıb onu təbəssümlə nəzərdən keçirdi. 

Lonqo irəli gəlib soruşdu:

– Bu nə ağacdır?! 

– Narbənd. 

– Bu ağac haqqında eşitmişəm. Ağac da orijinaldır, iş də!

Bəhruzun  daha  nə  qorxusu,  nə  də  ümidsizliyi  vardı.  Şirəlibəy  susub  sakit-sakit  baxsa  da, 

təmkinli görünsə də, daxilindəki gərginliyi duymaq çətin deyildi. Əliqulu Nəcəfov isə gah Toidzeyə, 

gah Şmerlinqə, gah Lonqoya izahat verir, təriləyir, mənasını deyir, yeri düşəndə zarafatından da 

qalmırdı.

Baxışın uzanması Bəhruzu həm sevindirir, həm də darıxdırırdı. Nəhayət, onlar şəkillərə baxıb 

qurtardı, hər üçünün ikri bir oldu. Heç şübhəsiz Bəhruzun istedadı vardır, amma çox öyrənməli, 

çox işləməlidir! Bunun üçün də oxumalıdır. İşləri göstərdi ki, tələbə olmağa layiqdir! 

Hamıdan çox Əliqulu Nəcəfov sevinirdi. İlk məşğələlərə qədər vaxt çoxdu, bu müddətdə bir 

sıra inzibati işləri də həyata keçirmək lazım idi. Şmerlinq Bəhruza uzun  siyahı yazdırdı, Toidze isə 

onun tərcümeyi-halına dair qeydlər götürdü.

Bəhruzun həyatında yeni dövr başladı.

                                                            

5

Bu dövrün ilk günləri bədii mağaza, kirayə ev, Şirəlibəyin doktor Şengelayanın qohumlarına 

dəyməsi, onun hədiyyələrini çatdırması, ata-oğulun yazıçı Mirzə Cəlillə görüşməsi... Bəhruz bir də 

ayıldı ki, atasını Tilis vağzalında yola salır. 

Şirəlibəy tutqun idi, sakit-sakit oğluna baxır, nəsə demək istəyir, amma susurdu. Qatarın yola 

düşməsinə az qalmış əlini Bəhruzun  çiyninə qoydu:




 

328


İthaflar

– Narahat gedirəm, oğlum! – dedi – hərçənd salamat, fəqir növcavansan, şəkki-şübhəm də 

yox. Özündən muğayat ol, tez-tez məktub yaz!

– Yaxşı yol, ata. Məndən nigaran qalmayın.

... İri pəncərəsi bağçaya açılan bu geniş otaq ona dar gəldi, köynəyini soyunub köhnə taxtın 

üstünə atdı. Sağda hündür, ağır daşlı Bekker saatı qoyulmuşdu. Solda isə üst-üstə uzunsov, altı 

gözlü, pianoya oxşayan qədimi şkaf vardı. Bəhruz atasının bədii mağazadan aldığı fırça qutusunun 

qapağını açıb qaldırdı. Su tökmək, rəng qoymaq üçün ayrıca yerlər, qablar gördü və birdən-birə 

qatarın pəncərəsində dayanan atasının kədərli, mukəddər üzünü xatırladı.

Bəhruz səhər tezdən oyandı. Səliqə ilə geyinib kağız, qələm götürüb məktəbə getdi. Mərmər 

dəhlizdən keçib, yenə göl mənzərəsinə baxdı, pillələrlə yuxarı qalxıb, sinin qapısına doğru gedəndə 

elə bildi ki, hamıdan əvvəl gəlib. Qapını açmaq istəyəndə, pəncərəyə söykənmiş bir gənci görüb 

dayandı. Gənc uca boylu idi, yekə, yastı burnu, sifətinə ilk baxışda sərtlik gətirirdi. Əslində belə 

deyildi. Gülə-gülə:

– Gəl, tanış olaq– dedi – Mən Revazam. Sən öz adını demə, çünki bilirəm. De görüm, niyə bir 

saat qabaq gəlmisən, yoldaş Bəhruz Kəngərli?! 

Bəhruz çaşdı, özünü itirdi, ilk dəqiqədən döşünə yatmış Revaza baxa-baxa qaldı. 

– Hə, niyə dinmirsən? – Revaz yenə gülə-gülə davam etdi – Axı bu sualı sən də mənə verə 

bilərsən. Elədir, yoxsa yox?! Bu gün birinci gündür, adam tələsir, can atır... Bax, odur bizim kimi 

biri də gəlir. Sən tanımazsan onu, amma mən tanıyıram. Lado Qudiaşvilidir.

Gödəkboy, bığ yeri təzəcə tərləmiş, üzü işıqlı bir gənc qapıya doğru getdi, qızılı dəstəkdən 

tutub dartdı:

– Hörmətli tələbə Lado Qudiaşvili! – deyə Revaz ona müraciət etdi – Otaqda hələ heç kəs 

yoxdur. Buyurun, yaxın gəlin, əvvəlcə tanış olaq. Mənim adım Revaz, bu tələbənin isə adı Bəhruzdur. 

Lado onlara tərəf gələ-gələ:

– Çox şadam! – üzü daha da işıqlandı – hörmətli Revaz, ərz elə görək bizi haradan tanıyırsınız? 

Axı bu gün birinci gündür. 

 – Bəli, birinci gündür –  Revaz təsdiq etdi – Maraqlanmışam. Siniimizdə kim oxuyursa, 

onların siyahısı məndədir. 

Elə isə de görək, o gələn qız bizimlə oxuyur?! 

– Bəli, bizimlə, Ketovan Maqalaşvilidir!

– Daha sözüm yox! – deyə Lado heyrətlə gözlərini qıydı, sini axtaran, ora-bura baxan qızı 

səslədi – Keto, bura gəl! Dərsə gecikmişik. 

Saçlarına bant bağlamış, naxışlı, güllü kofta geymiş, yupyumru bir qız son sözlərini eşidən 

kimi qorxdu, gözlərini qırpa-qırpa onlara baxdı:

– Müəllim buraxmadı sizi? 

Lado ciddi görkəm aldı:

– Yox, buraxmadı.

–  Vay, bəs nə edək?!

– Bizə təkcə tələbə dostumuz Revaz kömək edə bilər. Lado Revazı ona göstərdi – Çünki yerin 

altından da xəbərdardır, üstündən də...



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə