Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə70/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   66   67   68   69   70   71   72   73   ...   132

319

   


        

İthaflar


– Tələsmə, oğlum, yaxşı şəkillər çək! Aparaq göstərək. Dəxi nə qalıb ki?! Bir getmək, bir də 

oxumaq!


Əliqulu Şirəlibəylə nə barədəsə pıçıldaşdı, sonra Bəhruzla görüşdü, yenə ehmallıca burnunu 

sıxıb getdi. Qapıdan çıxarkən, ayaq saxladı:

– Ən yaxşı şəkillərini topla! – deyə Bəhruza ciddi tapşırdı – Gəlib baxacağam!

– Yaxşı!


6

Bəhruz Tilisə getmək eşqiylə yaşayırdı. Qanında, iliyində, bir sözlə varlığında hökmranlıq 

edən  bir  duyğu;  özü  də  ülvi,  böyük,  müqəddəs  bir  duyğu  gizlənmişdi,  bunsuz  onun  nə  gecəsi, 

nə gündüzü, nə də həyatı vardı. Bəhruz nahardan sonra mitəkkəyə söykənib ikirləşirdi. Bu gün 

Naxçıvanın qələ məhəlləsinə kimi gedib çıxmışdı. Gördüklərini bir-bir xatırlamağa çalışdı. Narbənd 

ağacı, onun kölgəsində dincələn bir dilənçi xəyalında canlandı. Qəribə, bir topa, böyük kol kimi 

görünən, sıx yarpaqlı Narbənd ağacının yanından etinasız keçə bilmədi. Ağac dəyirmi, yaşıl papaq 

kimi idi. Bəhruz qarşısında dayananda, cır-cındır içində olan, gözləri çuxura düşmüş  bir dilənçinin 

bardaş qurduğunu gördü. Çuxura düşmüş bu gözlərin dərinliyində yanan işıq Bəhruza tanış gəldi. 

Zavallı, yazıq, müti görəkmi olan qocanın pırdaşıq, ağ saçları gur idi, dərhal əl açdı:

– Allah yolunda! – deyə zarıdı.

Bəhruz əlini cibinə salanda, qocanı harda gördüyünü xatırladı, atası ilə ilk dəfə Naxçıvanı 

gəzərkən, məscidin divarlarına söykənmiş bu dilənçiyə aparıb pul vermişdi. O vaxt da gözlərinin 

dərinliyində yanan işıq Bəhruzu sehrləmişdi. İndi, üstündən bir neçə il keçsə də, heç dəyişməmiş, 

necə varsa, eləcə də qalmışdı. Bəhruzdan pulu alıb:

– Allah səni xoşbəxt etsin, bala! – dedi.– Gecə-gündüz sənə dua oxuyacağam, xudavəndi 

aləm həmişə köməyinə gəlsin!

Bəhruz yenə ağaca baxdı, onu çəkmək üçün münasib yer axtardı, bu zaman qoca dilləndi: 

– Bu ağac kimi ağac heç yanda yoxdur, bala! Gorürsən, altı necə sərindir. Gəl otu, dincini al! 

– Yox, baba. İşim var. Ağacı çəkmək istəyirəm.

– Nəyinə gərəkdir, bala?! – Dilənçinin gözlərinin dərinliyindən süzülən işıq gurlaşdı – Belə 

olmağıma baxma, az-maz oxumuşam, dünyadan başım çıxır. Bu ağacın mindən çox yaşı var.

– Elə şey olmaz. 

– Qurana əl basaram, allaha and içərəm, hərgah sözümdə yalan varsa. Oğul, Naxçıvan şəhəri 

yoxdu, bu ağac – Narbənd elə buradaca bitmişdi. Elə o vaxtdan bəri yaşayır.

Bəhruz  qocadan  aralanıb,  uçuq  hasarın  yanında  dayanıb  baxdı,  Narbənd  ona  qamışdan, 

yarpaqlardan düzələn böyük koma kimi göründü. Qoca onu maraq içində izləyir, hətta bəzən göstəriş 

verməyə can atırdı. Çəkdiyi şəkil Bəhruzun xoşuna gəlmədi, cırıb atdı, ikincisi də yaxşı alınmadı. 

Üçüncüsünü çəkəndə, bir də duydu ki, kimsə arxasında dayanıb. Sürətlə dönəndə dilənçini gördü, 

nə vaxt durub gəlib, xəbəri olmayıb. Bir az əsəbiləşdi, üstünü vurmamağa çalışdı.

– A bala – dedi – Çək, çək, sən allah məni qınama, maraqlandım, ona görə yerimdə otura 

bilmədim


– Necədir, oxşayır?!


 

320


İthaflar

– Oxşayır, oğul, oxşayır. – Qoca həvəslə dilə gəldi – mən oxumuşam, dünyadan xəbərim var...

– Hərgah oxumusan, niyə molla olmamısan, baba?

– Molladan, axunddan, seyiddən zəndeyi-zəhləm gedir. Onları tanımıram, bir allahı tanıyıram. 

Haqq yer üzündə yoxdur, mən haqq-ədalət axtarıram, tapa bilmirəm. Məndən əvvəl yaşayanlar da 

tapmayıb. Məndən sonra gələnlər də tapmayacaqlar. Çünki yoxdur. Kəndlilər qlavanın dəftərxanasını 

dağıtmaq istəyirdilər. Onlara yazığım gəldi. Avamlar, ağılsızlar! Elə bilirlər, bununla haqq-ədalət 

gələcək! 

Bəhruz  qulaqlarına  inana  bilmirdi.  Cır-cındır  içində  olan  bu  adamın  qeyri-adi  sözləri  onu 

heyrətə salmışdı. Qəribə o idi ki, bu sözlərin sahibinin acınacaqlı, dəhşətli görkəmindən miskinlik 

yağırdı. Miskinliyin arxasında, deyəsən, zənginlik gizlənmişdi. Elə ki, Sədinin “Gülüstan”ından 

farsca parçalar oxudu, bizim dilə tərcümə elədi, Bəhruzun ürəyində onun qəribə adam olduğuna 

şəkki-şübhəsi qalmadı. 

– Evin-eşiyin varmı, baba?! 

– Naxçıvan boyda evim-eşiyim var. Bəs deyil mənə?!

– Bəsdir! – desə də, Bəhruz daha heç nə soruşmaq istəmədi. Narbənd ağacını çəkib qurtardığı 

üçün getməyə hazırlaşdı, xudahaizləşəndə nə ikirləşdisə dayanıb qocaya bir də baxdı. Pırdaşıq 

saçları onu əcayib göstərirdi, bu əcayiblik arxasında gözlərinin dərinliyindən süzülüb gələn işıqda 

bir nuranilik də vardı. Bəhruz onu çəkmək ikrinə düşdü:

– Baba, səni harda görə bilərəm?! 

– Məsciddə, bazarda, bu ağacın altında.

– Sən başqa yerdən gəlmisən, yoxsa...

– Bu torpaqda doğulmuşam, bala. Naxçıvanın tozu var e... bu toz kimi yaranmışam, bütün 

ömrüm boyu burda yaşamışam. Dərvişlər kimi başqa yerə getməmişəm. Gözümü açıb elə bu şəhəri 

görmüşəm. Öləndə də elə Naxçıvanın tozu kimi qalacağam. Həə, həə, tozu kimi.

– Sən toz yox, insansan, baba!

– Bu böyük kainatda tozam, bala! Nə vaxt istəsən, gəl, məni tapmaq çətin  deyil, axtaran tapar, 

nə qulluğun olsa, hazıram.

– Sağ ol, baba, gələcəyəm.

                                                                     



* * *

Birdən qapı açıldı, Şirəlibəy içəri girdi, Bəhruz xəyaldan ayrılıb ayağa qalxdı.

– Nə edirsən, Bəhruz?! – deyə atası mənalı-mənalı soruşdu.

– Fikirləşirəm, ata.

– Nə barədə?!

– Bu gün qəribə bir dilənçi görmüşəm. Elə ağıllı sözlər danışırdı, elmli adam kimi.

– Belə adamlar Naxçıvanda çox olub, mənim balam! Zaman onları üzə çıxmağa qoymayıb. 

İtib-batıblar. İndi də elə. Dilənçi bəlkə də böyük adamdır... Amma həyat onu dilənçi gününə salıb. 

Sənə şad xəbər: Əliqulu Nəcəfov Tilisdən məktub göndərib.

– Həmişəlik gedib ora?




Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə