Bəhruz Kəngərli nadir istedada malik bir insandır. O, Azərbaycan xalqının



Yüklə 37,21 Mb.
Pdf görüntüsü
səhifə66/132
tarix12.10.2018
ölçüsü37,21 Mb.
#73524
1   ...   62   63   64   65   66   67   68   69   ...   132

307

   


        

İthaflar


Bütün misralarda güllər öpüşsün,

Gördüyüm lövhələr şeirimə düşsün.

Səs gəldi: şairim, inadı burax,

Əbəs mizrab vurma könül tarına;

Bəhruz hüsnümüzü səndən də qabaq,

Çəkmişdir “Naxçıvan yadigarı”na.

III

Keçib düz “Atabəy məqbərəsi”ndən,



“Əlyabad yolu”yla addımladım mən.

“Edilağa gölü”nə vuruldum bu an,

“Ararat” boylandı dağlar dalından.

“Təndir çeşməsi”nin suyu “gəl” – dedi.

“Qoyun sürüləri” keçdi önümdən

“Axşam qürubu”nu seyr elədim mən.

Bir “Toy” şənliyinə düşdü güzarım.

Dedim, qoy məclisə salam aparım.

Gəlib bardaş qurub, “mübarək” – dedim.

Toyun ağbirçəyi çıxdı qarşıma,

Xınalı əlini çəkdi başıma:

-Yaxşı ki, gəzirsən Vətən mülkünü, 

Oğlum, əhsən sənin düz ilqarına.

Ancaq Bəhruz elin toy-düyününü

Çəkmişdir “Naxçıvan yadigarı”na.

IV

Göydən durna keçdi yenə bir dəstə...



Dedim: – Araz üstdən uçan durnalar,

Məndən qardaşıma salamlar apar!

Fikrimi cəlb etdi “Bulud parçası”,-

Onu da yaratmış Bəhruz fırçası.

Bu böyük rəssamın məzarına mən

Bir əklil apardım dağ güllərindən.

Sənətin ecazkar ülviyyətinə

Bir daha, bir daha vuruldum yenə.

Bu vaxt ürəyimdən qopdu bir nida:

-  Şair, böyük sənət qalır dünyada!

Hər yarpaq başına tutduqca çətir,

Vurul Vurğun kimi öz diyarına;

Bəhruz Kəngərlitək lövhələr gətir

Sən də öz “Naxçıvan yadigarına”.




 

308


İthaflar

İsmayıl İsmayılov. “Bəhruz Kəngərli”. 2015.


309

   


        

İthaflar


Toiq Mahmud

Uzaqda daªlar görünür

POVEST

BİRİNCİ HİSSƏ

1

B

əhruz yaraşıqlı bur gənc olmuşdu. Qalın,qara qaşları, qara bığları dəyirmi, ağ sifətinə 



yaraşırdı.  Boğazlı  surtukünü  geyinib,  kəhrəbaya  oxşayan  düymələrini  bağlayıb, 

kağız, qələm götürüb evdən çıxdı. 

Hava  təzəcə  işıqlanırdı.  Küçədə  başdan  başa  sakitçilik  hökm  sürürdü,  nə  gələn  vardı,  nə 

gedən. Yavaş – yavaş üfüqlər, hava aydınlaşırdı. Bəhruz Puşkin küçəsinin qurtaracağında, Şahab 

məhəlləsində, Süddü nənə deyilən yerə tərəf addımladı. Süddü nənə çapığı olan qara qaya idi. Bu 

qayanın yanından keçib, uzun, torpaq küçə ilə irəlilədi, ətrafı kərpiclə hörülmuş bir darvazanın 

yanında ayaq saxladı. Yanında qoyulmuş yekə daşın üstə əyləşdi, torpaq hasara söykənib, dördkünc 

taxtanı dizləri üstə qoyub darvazanın ətrafındakı kərpicləri çəkməyə başladı.

Qələtən  darvazanın  balaca  qapısı  açıldı,  çarşafsız,  arıq,  incə  belli,  zərif,  ağbəniz  bir  qız 

göründü, gözləri heyrətlə açıldı, qələtən də geriyə döndü. Arxasında qapqara qoşa, uzun hörükləri 

yelləndi və qapı dalında yox oldu. Bəhruz Naxçıvanda hələ bu cür gözəllikdə qız görməmişdi. 

Şirin xanımın danışdığı Sənubər yadına düşdü. Yəqin ki, bu qız Sənubərdən də gözəl idi. Ələlxüsus  

hörükləri! Qara ildırım kimi bir an içində yanan, qapı dalında qeybə çəkilən bu hörüklərin işığı 

ürəyində  qaldı.  Kərpicləri  vərəqə  köçürməyə  çalışsa  da,  gah  itən,  gah  yenidən  doğub  sürüşən, 

qıvrılan, müxtəlif vəziyyətlərdə, rənglərdə parıldayan bu hörüklər ikrində-xəyalında canlanırdı.  

Xeyli sonra qapı yavaşca aralandı. Bəhruz bayaqkı güclü maraq hissi ilə başını qaldırıb baxanda, 

üzünü örtmüş, çarşalı bir qadının həyacanla dediyi bu sözləri eşitdi:  

– Ay qardaş, dur, burdan get!

– Niyə?

– Sözə qulaq as,dur, get. Tez! 



Səs çox incə və titrək idi, bu, ancaq qara hörüklü qızın səsi ola bilərdi. Bəhruz ayağa qalxıb, 

yenə nəsə soruşmaq istəyəndə, onun yenə qapı dalında yox olduğunu görüb susdu. İşini qurtarmamış 

getmək istəmirdi, axı qəbahətli nə etmişdi ki? Bəs onda qadın onu qovmağa cəhd edirdi?! Bəhruz 

bunun mənasını başa  düşmədiyi üçün təzədən əyləşib sürətlə çəkməyə başladı. Hava işıq içində 

par-par yanır, üfüqlərin ətəkləri qızarır və bu qızartı yavaş-yavaş bütün göyü bürüyürdü. 



 

310


İthaflar

Bu vaxt qapı yenə açıldı, bu dəfə zərif köynək üstündən bahalı çuxa, ipək şalvar, ayağına 

qısa boğazlı, dikburunlu məst geymiş, xəncərli, bəznəli, bığıburma  bir kişi çıxdı. Bəhruzu görən 

kimi duruxdu, yanaqları qızardı, gözləri qaynadı. Əsəbi bir hərəkətlə qapını çırpdı, uzunsov, qara 

papağını gözünün üstünə basıb, iti  addımlarla ona yaxınlaşandı.

– Burda nə edirsən?– deyə bağırdı. İtin azıb?!

– Şəkil çəkirəm. 

– Nə şəkil?! Kimə kələk gəlirsən? 

– Kərpicləri çəkirəm. İstəyirsən, bax!

Bəhruz dördkünc taxtanın üstündən vərəqi götürüb ona uzatdı.  Kişinin gözləri qanla dolmuşdu. 

Üzünün əzələləri titrəyirdi. Vərəqə baxmadı, əsəbi bir hərəkətlə əli ilə vurub onu yerə saldı. Bəhruz 

əyilib vərəqi qaldıranda, kişinin qəzəbli sözlərini eşitdi:

– Dur, rədd ol burdan!

– Neyləmişəm  mən?!  –  Bəhruz  qorxa-qorxa  ayağa  qalxıb,  onun  önündə  dayandı.  Kişinin 

əsəbdən rəngi-rufu özündə deyildi, əlini xəncərin qəbzəsinə atdı:

– Nə durmusan,  demirəm rədd ol!!! – xəncəri qınından çıxartdı – sənin kimilərini çox yola 

salmışam, bir də ayağın bura dəyməsin, bil ki, başımızdakı kişi papağıdır. Gözümə görünsən, tikə-

tikə doğrayaram.

Bəhruz  dördkünc  taxtanı  qoltuğuna  vurub,  yavaş-yavaş  uzaqaşmaq  istəyəndə,  hasarın 

arxasındakı evin hündür, bəzəkli eyvanından bayaq küçəyə çıxan qızın həyəcan içində boylandığını 

görə  bildi.  Onun  qorxu  ifadə  edən  ağbəniz  üzünün  gözəlliyi  məsumluqla,  bakirəliklə  dolu  idi. 

Bəhruz zəhmli-zəhmli, qan-qan deyən, xəncərli kişi ilə qızın arasındakı böyük fərqi duyub, acı-acı 

güldü. Kişinin qırx yaşı rahat vardı, qızın isə heç iyirmi də olmazdı. Bu ikirlər içində bir də gördü 

ki, şəhərin kənarına gəlib çıxıb. Uzaqda əzəmətlə dayanan Haça dağın ətrafında qalın duman vardı. 

Duman zirvədən aşağılara sürüşür, o biri dağları ağappaq selində gizlədirdi.

Bəhruz bir daşın üstündə əyləşib, bu dumanlı dağlara tərəf baxmağa başladı. Bir azdan Haça 

dağ dumandan tamam azad oldu, yavaş-yavaş o biri dağlar başını qaldırdı. Duman seyrəlir, uzaqlaşır 

və qeybə çəkilirdi. İndi bu dağlar səhər günəşinin şəfəqləri altında çimirdi...

                                                       

2

Bəhruz  tez-tez  Padşahlıq  bağına  gedirdi.  Sakit  bir  guşəyə  çəkilir,  gah  uşaqların,  gah  da 

ağacların şəkillərini çəkirdi. 

Bu gün evdən çıxanda, tərəddüd içində qapı ağzında dayandı, özündən asılı olmadan bir də 

gördü ki, Nazlıgilin yaşıl rəngli qapısının yanından keçib gedir. Küçədəki hasarın bəzisi hündür, 

bəzisi  alçaq  idi,  onların  arxasından  boylanan  ağacların  budaqları  bəzi  yerdə  bir-birinə  qarışır, 

qucaqlaşırdı.  Bəhruz  döngədən  keçəndə  uzun  bir  küçə  açıldı,  hasarların  arxasındakı  yam-yaşıl 

həyətlərə baxa-baxa irəliləyərkən, birdən onu ildırım vurmuş kimi yerində qurudu. 

Küçənin o başından iki çarşalı qadın gəlirdi. Onlardan biri boy-buxunu, yerişi, hərəkəti ilə 

Nazlıya oxşayırdı. Özüdür ki, var! Nazlı addımlarını bir az da yavaşıtdı, qabaqda gedən qadından 

dalda qaldı. O, başına açıq şabalıd rəngli təzə çadra örtmüşdü, bir əli ilə çadranın ətəklərindən 



Yüklə 37,21 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   132




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə