273
Ölm zlik
Ömrünün illərini sovurmadı boşuna,
Qısa ömrünü belə yaşadı insan kimi.
Zamanın sınağından, çətin imtahanından
Çıxıb Bəhruz, yaşayır əsil qəhrəman kimi.
Türkiyənin FEMİN ART Beynəlxalq Assosiasiyasının üzvü, rəssam-yazıçı Hülya Sezgin tədbirdə
çıxış edərək demişdir ki, bəşəriyyətin beşiyi olan Naxçıvan qədim tarixi, zəngin mədəniyyəti ilə
bura gələn qonaqlarda böyük təəssürat doğurur. Naxçıvanın müasir inkişafı, tarixi, mədəniyyəti,
burada yaşayan insanların qonaqpərvərliyi rəssam və yazıçı kimi müraciət etdiyim əsas
mövzulardır. Görkəmli rəssam Bəhruz Kəngərlinin adını daşıyan Parkın və onun abidəsinin
istifadəyə verilməsinə böyük əhəmiyyət veririk. İnanırıq ki, gələcəkdə bu parkda rəssamlar
vətənpərvər sənətkar Bəhruz Kəngərli sənətindən ilham alaraq dəyərli əsərlər yaradacaqlar. Sənət
dostluq, birlik və sülh deməkdir. Hər bir sənət əsəri tariximizi yaşadan, bu günümüzü gələcəyə
çatdıran vasitələrdir. Naxçıvan şəhərindəki Möminə xatın türbəsinin üzərində yazıldığı kimi: “Biz
gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Gürcüstan-Azərbaycan Assosiasiyasının rəhbəri Tamar Lamparadze demişdir: “Naxçıvan
– bəşəriyyətin beşiyi” Üçüncü Beynəlxalq Rəsm Festivalı müxtəlif ölkələrdən olan rəssamlar
arasında sənət və dostluq simvoluna çevrilmişdir. Bu festivalda, eləcə də Bəhruz Kəngərli
adına Rəssamlar Parkının açılışında iştirak etmək mənim üçün böyük məsuliyyət deməkdir.
Böyük Azərbaycan rəssamı Bəhruz Kəngərli Gürcüstanda da sevilir, onun yaradıcılığına yüksək
qiymət verilir. Çünki Bəhruz Kəngərlinin həyatının bir hissəsi Tilisdə keçmiş, orada təhsil
almışdır. Naxçıvanlı rəssamlarla yaradıcılıq əlaqələrini gücləndirmək, qarşılıqlı olaraq festival və
sərgilərdə iştirak etmək üçün bundan sonra da səylə çalışacağam.
Sonra Ali Məclisin Sədri Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışını etmiş,
görkəmli rəssamın abidəsi önünə gül qoymuş, “Naxçıvan – bəşəriyyətin beşiyi” Üçüncü
Beynəlxalq Rəsm Festivalının iştirakçıları ilə xatirə şəkli çəkdirmişdir.
Parkda açıq havada rəssamların işləməsi üçün hər cür şərait yaradılmış, yaşıllıq zolaqları
salınmış, müasir işıqlandırma sistemi qurulmuşdur.
Ali Məclisin Sədri və tədbir iştirakçıları Bəhruz Kəngərli Muzeyinə də baxmışlar.
Azərbaycan Rəssamlar İttifaqının üzvü, Xalq rəssamı Arif Hüseynov qraika üslubunda
işlədiyi Bəhruz Kəngərlinin portretini muzeyə hədiyyə etmişdir.
Muzeylə tanışlıqdan sonra Ali Məclisin Sədri tədbirin iştirakçıları olan gənc rəssamlarla,
Naxçıvan Dövlət Universitetinin təsviri incəsənət və rəsmxətt, eləcə də Naxçıvan Müəllimlər
İnstitutunun təsviri incəsənət müəllimliyi ixtisasları üzrə təhsil alan tələbələrlə görüşmüş, onlara
Bəhruz Kəngərli yaradıcılığından bəhrələnmələri barədə tövsiyələr vermişdir.
277
İthaflar
B
elə deyirlər ki, ömrün ən böyük qazancı ömürdən
sonrakı həyatı qazanmaqdır. Yalnız bunu dərindən
dərk edənlər bütün çətinliklərə və məhrumiyyətlərə
baxmayaraq ona doğru gedirlər. Çox qısa və çox zəngin yaradıcılığı
ilə Azərbaycan təsviri sənət tarixində silinməz iz buraxmış Bəhruz
bəy Kəngərli məhz belələrindən olmuşdur, desək, yanılmarıq.
Bəhruz bəy ona ayrılmış cəmisi 30 illik ömür payında sübut
etdi ki, həyatın mənası heç də onun uzunluğu ilə ölçülməməlidir. Çox
kiçik yaşlarında doğma anasını itirib yetimləşməyəndə də, səsə həsrət
qalıb yazıqlaşmayanda da, iziki çatışmazlıqlarına baxmayaraq uzaq
Tilisdə yad millətin nümayəndələri ilə çiyin-çiyinə sənət zirvəsinə
yüksəlməkdən usanmayanda da, qayıdanda isə ona hər işdə dayaq
ola bilən atasını itirəndə də həyatdan küsmədi, onun imtahanlarından
sınmadı... Ruhunda gəzdirdiyi, Allah-təalanın ona bəxş etdiyi yaradıcı
missiyadan sona qədər istifadə etməyə çalışdı. Yəqin ki, çox qısa
zaman kəsiyində çoxsaylı əsərlər yaratması da elə bunun göstəricisidir.
Bu gün onun adının hər bir azərbaycanlı üçün qürurverici səslənməsi
isə onun həyatda qazana biləcəyi ən böyük mənəvi sərvətdir, desək,
yanılmarıq. Azərbaycanda yaşayıb-yaradan hər bir sənətkarın onu
unutmaması, yeri gələndə böyük rəssamı və özünü yaşadacaq
əsərlər ərsəyə gətirmələri təqdir olunası haldır. Daha çox “Unutsaq,
unudularıq!” deyimindən qaynaqlanan bu bədii münasibət – ithalar
demək olar ki, rəssamın vəfatından sonra başlamaqla, bu günümüzə
kimi davam etməkdədir. Düzdür, ölkənin sovetləşməsindən dərhal
sonra “bəy oğlu”na münasibət bu günkü kimi olmayıb. Bununla belə
hələ 1921-ci ildə rəssamın sağlığında – doğma Naxçıvanda böyük fərdi
sərgisinin keçirilməsinin özü yeni rejimin ona müsbət münasibətini
əks etdirirdi. Baxmayaraq ki, bu ekspozisiyada qaçqınların taleyinə
də, dini abidələrn dağıdılmasına da müəlliin məni münasibəti
görünməkdəydi...
Rəssamın vəfatından sonrakı illərin bütünlükdə keçmiş SSRİ
məkanı üçün kifayət qədər təzadlı keçməsinin qarşılığında ona olan
“sərin” münasibətin səbəbini başa düşmək çətin deyil. 1928-ci ildən
başlayaraq onun əsərlərinin Azərbaycan Dövlət Muzeyi tərəindən
ݲthaflar