241
Ölm zlik
Y
aradıcı insanların ərsəyə gətirdikləri sənət əsərləri ilə
yanaşı onların zaman-zaman topladıqları və təmasda
olduqları əşyalar da maraq doğurur. Özü də duyulası
zaman distansiyasından tarixə bələnmiş müxtəlif funksiyalı həmin
əşyalar xüsusi əhəmiyyət kəsb edirlər. Çox yaxşı haldır ki, Bəhruz bəy
Kəngərli ilə bağlı belə əşyalar mövcuddur və onlar bizim dövrə gəlib
çatıblar. Rəssamın Naxçıvandakı muzeyi ilə yanaşı, Azərbaycan Milli
İncəsənət Muzeyinin fondlarında da bir vaxtlar Bəhruz bəyin istifadə
etdiyi şəxsi əşyaları saxlanılır.
Bu baxımdan ilk növbədə Naxçıvan muzeyindəki qədim samovar
və sandıqçanın, mis cam və şamdanın, molbert və mürəkkəb qabının
adını çəkmək istərdik.
Bakı muzeyində isə əşyaların sayı daha çoxdur. Bunların sırasında
müxtəlif məişət əşyaları və geyim atributları vardır. Mürəkkəb qabı,
şirəli qab, qələmdan, kisə, şəbküllah, qalstuk, tütün kisəsi, daraq qabı,
möhür qabı və s. rəssamın belə şəxsi əşyalarındandır. Bundan əlavə
Bəhruz bəyin əli ilə üzəri mənzərə ilə bəzədilmiş qələmdanı və onun
şəxsi möhürünü qiymətli əşyalar sırasına daxil etmək olar.
R¬ssam¯n ¼¬xsi ¬¼yalar¯
Rəssamın etüd çantası
253
Ölm zlik
K
itabın əvvəlki bölümlərində yeri gəldikcə şərəli həyat
yolu ilə xalqımıza qürur və başucalığı gətirən Bəhruz bəy
Kəngərlinin bədii irsinə verilən dəyərdən söz açmışıq.
Qənaətimizcə, zaman-zaman yaranan ithalar – çoxsaylı ədəbi-bədii
nümunələr yazıçı və şairlərin, eləcə də həmkarlarının ona olan sevgi
və ehtiramı ilə yanaşı, həm də bu sənətkara ümumxalq məhəbbətini
ifadə edir. Vəfatından sonrakı bir əsrə yaxın müddətdə onun adı ilə
bağlı müxtəlif məzmunlu tədbirlərin keçirilməsi, rəssamın adının
əbədiləşdirilməsi (Naxçıvan MR-da Kəngərli rayonunun yaradılması
(2004), Naxçıvanda B.Kəngərli adına sərgi salonunun açılması,
şəhərdəki küçələrin birinə onun adının verilməsi və s.) ilə bağlı
addımların atılması dövlətimizin xalqının adını qan yaddaşında
yaşatdığı sənətkar oğluna ehtiramının rəsmiləşdirilməsi hesab etmək
olar.
½¬r¬fli ºm³r yoluna
veril¬n d¬y¬r
Kəngərli rayonunun görünüşü