228
Ölm
zlik
məşğul oldum. Artıq televiziyadan, mətbuatdan bilirsiniz ki, Şahbuz rayonunda yeni bir hərbi
hissə yaranıbdır, fəaliyyət göstərməsi üçün hərbi şəhərcik tikilibdir. Mənə Vasif Talıbov bu barədə
məlumatlar verirdi. Mən də bunu dəstəkləyirdim. Ancaq dünən oraya getdim və gördüklərim məni
çox sevindirdi. Bu məsələni indi geniş izah etmək istəmirəm. Naxçıvan Muxtar Respublikasının
etibarlı müdaiəsi təkcə naxçıvanlıların işi deyil, təkcə Naxçıvanda yaşayanların, Naxçıvanda
yerləşdirdiyimiz hərbi hissələrin işi deyildir. Bu bizim ümumi işimizdir. Millətimizin, Azərbaycan
dövlətinin ən böyük işlərindən biridir.
Ümumiyyətlə, müstəqil ölkənin hərbi qüdrətini inkişaf etdirmək və hər bir hadisənin vaxtında
qarşısını almaq üçün təminat yaratmaq dövlətin əsas vəzifələrindən biridir. Təəssülər olsun ki,
bizim müstəqil dövlətimiz yaranmamış Azərbaycanı yaraladılar, ermənilər torpaq iddiası ilə çıxış
etdilər. Onların qarşısı alınmadı. Sonra bu, müharibəyə çevrildi və Azərbaycan xalqı böyük itkilər
verdi. Torpaqlarımızın bir qismi işğal olundu. İşğal olunmuş torpaqlardan zorla çıxarılmış bir milyon
adam neçə illərdir ki, ağır vəziyyətdə çadırlarda yaşayırlar. Belə bir vəziyyətdə olan respublika
Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün bütün imkanlardan
istifadə edərək, eyni zamanda, ölkənin ümumən müdaiəsini, müdaiə potensialını yüksəltməlidir.
Dövlət başçısı kimi, mən daim bu işlə məşğul oluram və indi yaxşı nəticələrini görürəm.
Dünən Şahbuz rayonunda yeni hərbi şəhərcikdə hərbçilərlə görüşdüm, onların nümayiş
etdirdikləri bəzi silah növləri, əsgərlərin həqiqi Azərbaycan əsgəri kimi yeriməsi, durması,
Azərbaycanın himnini öz səsləri ilə oxumaları – bunlar hamısı məndə o qədər böyük hissiyyatlar
yaratdı ki, düşündüm – bəli, bizim gördüyümüz işlər nəticə verir.
Mən oradan dönəndən sonra Naxçıvan Muxtar Respublikasında olan bütün hərbi hissələrin
komandirləri ilə üç saat müşavirə keçirdim. Müdaiə nazirini dinlədim, Naxçıvan qarnizonunun
komandanı general-leytenant Mustafayevi dinlədim, digər zabitləri dinlədim. Yəni mənə lazım idi
ki, buradakı vəziyyətin nə cür olduğunu özüm biləm. Mən müşavirədən, onun nəticələrindən çox
razı qaldım. Hiss etdim ki, bəli, bizim buradakı hərbi hissələrimiz öz vəzifələrini bilirlər, Naxçıvan
Muxtar Respublikasını hər an qorumağa qadirdirlər Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan
ərazimizin parçalanması nəticəsində ağır vəziyyətdə olduğu halda, bizim buradakı ordu hissələrimiz
yaxşı səviyyədədirlər. Ancaq mən onların qarşılarında vəzifələr də qoydum. O vəzifələri yerinə
yetirmək üçün onlara yardım lazımdır. Mən bunu da edəcəyəm. O vəzifələri, o işləri ki, mən
etməliyəm, edəcəyəm və edirəm.
Yadımdadır, 1996-cı ildə burada hərbi hissə yaradılması haqqında mən göstərişlər verəndə,
Bakıda bəziləri etiraz edə bilmirdilər, amma öz fıkirlərini deyirdilər ki, nəyə lazımdır, nə üçün?
Mənə dünən lazım idi görüm ki, buradakı əsgər nə vəziyyətdədir, zabit necədir, onların döyüş
qabiliyyəti necədir və buradakı komanda heyəti nə səviyyədədir, nə edirlər və Naxçıvanı etibarlı
qoruya bilərlərmi?
Mənim yadıma 1992-ci il düşür. Sədərək istiqamətindən Naxçıvana hücum etmişdilər.
Silahımız, sursatımız yox, oradan-buradan nə isə tapırdıq, biz orada 40 gün döyüşdük. Onda bəzi
insanlar həlak oldu. Ancaq bu, lokal bir şey idi. O vaxt bunun qarşısını mən döyüşlə yox, siyasi
danışıqlarla aldım. Həm Ermənistan tərəi ilə, həm də Türkiyənin rəhbərləri ilə daim danışıqlar
aparırdım. Bunların nəticəsində mən bunun qarşısını aldım. Amma indi o vaxt deyil, Azərbaycan
229
Ölm
zlik
müstəqil dövlətdir. Onun indi gərək Naxçıvanda etibarlı qoşun hissəsi olsun və bu da var. Mən
bilirdim ki, bu var. Amma dünənki günümü buna həsr etdim ki, özüm gözlərimlə bir daha görüm,
qulağımla eşidim, özüm anlayım – bu həqiqətən varmı? İndi sizə deyə bilərəm ki, var. Arxayın
olun.
Mən söhbətimi ondan başladım ki, buraya gələndə özüm-özümə o qədər planlar cızıram ki, bir
də görürsən, gün keçir, vaxt keçir, onların müəyyən hissəsini yerinə yetirə bilmirsən. Vasif Talıbov
mənə məlumat vermişdi ki, Bəhruz Kəngərlinin muzeyi hazırlanıbdır. Mən bu məsələ ilə də məşğul
olmuşdum. Bizim Mədəniyyət Nazirliyi, yaxud Dövlət İncəsənət Muzeyi, hətta Bəhruz Kəngərlinin
bəzi fondlarda saxlanan əsərlərini Naxçıvan nümayəndələrinə göstərmək istəmirdilər ki, bunlar
bizim fonddadır, biz bunu qoruyuruq, saxlayırıq. Qoruyursunuz, saxlayırsınız – bu yaxşıdır. Amma
mən fıkirləşdim ki, onlar daha da yaxşı qorunmalıdır. Yaxşı qoruyub saxlaya bilmirlər.
Sən onu zirzəmidə, yaxud ayrı yerdə qoruyub saxlayırsan. Bəs bizim vətəndaşlarımız, xalqımız
Bəhruz Kəngərlinin yaradıcılığı ilə nə cür tanış olsun?! Hər halda, mən lazımi göstərişlər verdim.
İndi çox şadam ki, burada muzey yaradılıb, sizinlə baxacağıq. Təbiidir ki, onun əsərləri çoxdur,
hamısını buradakı muzeyə vermək olmaz. Mən bu fıkirlə də razıyam. Çünki onlar Azərbaycan
dövlətinin milli sərvətidir, bunlardan istifadə etmək lazımdır. Amma dövlət bunları qoruyub
saxlamalıdır.
Bəhruz Kəngərli haqqında yazıblar, yəqin siz eşitmisiniz, bilirsiniz. Onun əsərlərinin
çoxunu yəqin görməmisiniz. İndi burada nümayiş etdirilən əsərləri hələ çoxları görməyibdir. Bu
onun əsərlərinin az bir hissəsidir. Nadir istedada malik olan bir insan idi. O, Azərbaycan xalqının
professional rəssamlıq sənətində ilk rəssamdır, bunu açıq deməliyik. Bilirsiniz, Əzim Əzimzadəni
böyük şəxsiyyət kimi həmişə təbliğ edirik və bundan sonra da təbliğ edəcəyik. Amma onun əsərləri,
əsasən, qrafıka əsərləridir və daha çox “Molla Nəsrəddin” jurnalı ilə əməkdaşlığı, orada yaratdığı
karikaturaları və bir çox başqa əsərləri ilə tanınır. Amma Bəhruz Kəngərli, birincisi, Tbilisidə
professional rəssamlıq təhsili alıbdır. İkincisi də, iş təhsil almaqda deyil, bu, Bəhruz Kəngərlinin
özünün fıtri istedadı idi. Orada o qədər adam təhsil alıb ki, onların heç də hamısı görkəmli rəssam
olmayıbdır.
Yadımdadır, mən həmin bu binada orta məktəbdə oxuyarkən Bəhruz Kəngərli haqqında
oradan-buradan eşidirdik. Amma Bəhruz Kəngərlini üzə çıxaran, təbliğ edən yox idi. İndi mən deyə
bilmərəm nə üçün. Bəlkə o vaxt hesab edirdilər ki, o, devrilmiş sinin, yəni bolşeviklər tərəindən
devrilmiş sinin nümayəndəsidir. Ona görəmi, ya nəyə görəmi, mən buna cavab verə bilmərəm.
Ancaq onu bilirəm ki, Bəhruz Kəngərli haqqında gənc vaxtımda eşitmişdim. Çünki mən özüm də
rəssamlıqla maraqlanırdım, məşğul olurdum və rəsm əsərləri çəkirdim. Ona görə də marağım daha
çox idi. Ancaq onun haqqında heç bir məlumat yox idi.
Sonralar mən Azərbaycanda sizə məlum olan vəzifələrdə işləyəndə, Azərbaycana başçılıq
edən zaman bir neçə dəfə göstərişlər vermişdim ki, araşdırın, Bəhruz Kəngərlinin əsərlərini
gətirin. Amma nədənsə, hər dəfə – deyə bilmərəm ki, buna müqavimət göstərmişdilər, səhlənkarlıq
etmişdilər – belə qalırdı. İndi nəhayət, biz Bəhruz Kəngərlini üzə çıxardıq. Yəni üzə çıxardıq sözü
dəqiq deyil, o onsuz da yaratdığı əsərlərə görə bizim mədəniyyətimizdə, incəsənətimizdə öz yerini
tutmuşdur. Amma onun əsərlərini elə “dərin quyuya” salmışdılar ki, insanlar onu o qədər də yaxşı
tanımırdılar.