212
R
ssam haqqında fikirl r
B
əhruz Kəngərlinin “Qaçqınlar” silsiləsinə daxil olan rəsm əsərləri Azərbaycan təsviri
sənətinin nadir qaçqınlar serialıdır. Qaçqınların vəziyyəti. Geyimi, məişəti, psixologiyası,
ağrıları və ümidləri heç bir əsərdə Bəhruz Kəngərlinin rəsmlərindəki səviyyəsində dərin
və incə cizgilərlə, bütün aydınlığı ilə ifadə olunmamışdır. Rəsmlərdəki bir süjet ətrafında birləşmiş
insanların taleyini Bəhruz Kəngərlinin “Qaçqınlar” epopeyası adlandırmaq mümkündür. Bir sözlə,
Bəhruz Kəngərli torpağın, insanın, təbiətin bütün ruhunu torpaqda və təbiətdə adi gözlə baxanda
görünməyən sənətkar istedadı ilə kəşf olunan rənglərinin dahiyanə şəkildə ifadəsi ilə təsviri sənətdə
bütün təbiiliyi ilə canlandırmışdır.
İSA HƏBİBƏYLİ
AMEA-nın vitse-prezidenti, akademik
B
əhruz Kəngərli Azərbaycanın ən az yaşamış rəssamlarındandır. Bəhruz Azərbaycanın ən
məhsuldar rəssamlarındandır. Mənə məlum olanı 600-700-dən artıq əsəri qalıb (bir başqa
qənaətə görə əsərlərinin sayı 1500-lə 2000 arasındadır). Və o rəsmlərin hər biri bu qeyri-
adi gəncin sükut üzərində qələbəsinin əks-sədası, yenilməz iradəsinin rəmzidir...
RAFAEL HÜSEYNOV
Akademik, millət vəkili
K
əngərlinin əsərlərindən və söylədiklərindən bəlli olur ki, o hər bir boyakarın fəaliyyətində
ictimai səciyyə daşıyan lövhələr yaratmağın vacib və əhəmiyyətli olduğunu duyurdu. Lakin
tələbkar rəssam özünü belə əsərlər yaratmaq üçün hələ hazırlıqlı hesab etmirdi. Bəhruzun
dediyi kimi, rəssam gərək öz üzərində çoxlu çalışıb lazımi bacarıq və bilik əldə etsin. Odur ki,
Kəngərli də hər bir təbiət obyektini və hadisəni müxtəlif fəza və işıq şəraitində işləyir, təsvir etdiyi
şeyi ətralı öyrənib bu sahədə yüksək peşəkarlığa nail olmağa çalışırdı. Bəhruzun çoxlu kiçik etüd
və akvarelləri təbiəti və onun rəngarəng hadisələrini düzgün əks etdirməyi bacarmaq üçün bir vasitə
idi.
ADİL QAZIYEV
Sənətşünaslıq elmləri doktoru
213
R
ssam haqqında fikirl r
B
öyük tarixi olan Azərbaycan təsviri sənətində ilk dəfə “psixoloji portret” anlayışı məhz
Kəngərlinin “Qaçqınlar”ı ilə bağlı ortaya çıxır. Rəssamın “Əfşar kəndindən qaçqın qızın
(Cümsünün) portreti”nə baxdıqda bu kiçik yaşlı qızın gözlərində nə qədər həyəcan,
kimsəsizlik və məzəmmət görünür. Artıq bu gün nə Əfşar kəndi var, nə də didərgin düşmüş Cümsün,
lakin bu gün başqa tərk olunmuş kəndlər var, yurdsuz-yuvasızlar var. Bax, buna görə də bu günün
Kəngərlisi lazımdır ki, bu faciələri olduğu kimi kağıza köçürsün, əbədiləşdirsin.
TELMAN İBRAHİMOV
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor
B
əhruzun mənzərələrində təbiət sənətkarın qəmlərini, ələmlərini, insanların faciəsini gizli-
gizli danışa bilməsi üçün yeganə bir sığınacaq guşə idi. Bəhruz təbiətin qoynunda özünü
həmişə tək, müdaiəsiz hiss edirdi. Bəlkə də buna görədir ki, onun mənzərələrində insan
təsviri görünmür...
MƏMMƏD CƏFƏR CƏFƏROV
Akademik
B
əhruz Kəngərli Naxçıvan diyarının özünəməxsus koloritini, uca dağların əzəmətini, geniş
üfüqlərin ənginliyini, isti və parlaq boyaların ahəngini müşahidəkarlıqla qavrayıb bütün
genişliyi, həcmliyi, təravəti ilə mənzərələrində canlandırmışdır. Sakit və tənha təbiət
qoynunda günün müxtəlif çağlarında dağların, çəmənlərin, çayların, şəlalələrin günəşdən rəng alıb
rəng verən mənzərələrini dönə-dönə seyr edən rəssamın lirik duyğuları, incə hissləri tükənməz
şeiriyyətlə aşılanmışdır.
NURƏDDİN HƏBİBOV
Sənətşünaslıq elmləri doktoru, professor
214
R
ssam haqqında fikirl r
K
əngərli bütün yaradıcılığı boyu təbiətə, naturaya sadiq qalan, ona realist rəssam gözü ilə
baxan bir sənətkar idi. Buna görədir ki, onun əsərlərində təsvir edilən mənzərəni idealizə
etmək, süni surətdə gözəlləşdirmək kimi realist sənətə yabançı meyillərə təsadüf edilmir.
Lakin Kəngərlinin əsərləri təbiəti sadəcə olaraq təqlid etmək, ehtirassız,soyuq bir qəlblə mexaniki
surətdə onun üzünü çıxarmaq kimi naturalizmə xas olan təmayüllərdən də tamamilə uzaqdır.
Kəngərli təbiət təsvirlərini yalnız real və inandırıcı deyil, eyni zamanda ehtirasla, qüvvətli daxili
hisslərlə əks etdirirdi. Onun şairinə ilhamla çəkilmiş əsərlərində zəngin lirika, nikbin bir əhval-
ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən
doğur. Rəssamın bu cür lirik əsərləri tamaşaçıya təbiətin gözəlliyini dərk etməyi öyrədir, onun
estetik zövqünü tərbiyə edir, təbiətə, vətənə məhəbbət hisslərini qüvvətləndirir.
KƏRİM KƏRİMOV
Sənətşünaslıq elmləri doktoru, akademik
A
zərbaycan incəsənəti tarixində Bəhruz Kəngərliyə qədər şərti əlamətlərdən azad, tam
mənasilə realist portretlər yaradan sənətkar olmamışdır. Bəhruz, portret sənətinin
xüsusiyyətlərini dərindən bilmiş, portreti bədii obraz səviyyəsinə qaldırmağa çalışmışdır.
Məhz buna görə də, Bəhruzun portretlərinin çoxu ölçülərindən (onun çəkdiyi portretlər də çox kiçik
olurdu), materialından və işlənmə texnikasından asılı olmayaraq, realist portret janrının tələblərinə
cavab verir.
MÜRSƏL NƏCƏFOV
Sənətşünaslıq elmləri doktoru, professor
Z
aman-zaman təkrar olunan ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın
nəticəsində yerindən-yurdundan didərgin düşən qaçqınların obrazları Kəngərli
yaradıcılığının portret janrında sanballı yer tutur. Onun “Qaçqın Cümsün”, “Ayaqyalın
qaçqın oğlan” və s. onlarla qadın, uşaq və kişi portretləri təkcə sənətkarlıq səviyyəsinə görə deyil,
tarixi bir sənəd kimi də dəyərli mənbələrdir.
SARA NƏZİROVA
Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi