203
Portret cizgil
ri
imza edər və xüsusi dəftərdə əsərin tarixini,
sıra nömrəsini yazardı.
O, tablolarını böyük səliqəylə işləyir və
otağının divarlarını onlarla bəzərdi. Böyük
otaqda rəssamın elə bil ki, daimi sərgisi
düzəlmişdi. Burada küncdə balaca bir miz
də vardı. Üstü tirmə ilə örtülmüş bu mizin
üzərində hər cür bədii əl işləri: misdən, kaşıdan,
saxsıdan ibarət bəzəkli qab-qacaq, toxuma
corablar, pul kisəsi qoyulmuşdu. Rəssam el
sənəti nümunələrini yüksək qiymətləndirərdi.
O zaman Bəhruz əsərlərini yaratmaq
üçün heç bir yerdən maddi kömək
gözləyə bilməzdi. Yorulmadan çəkdiyi
mənzərə, surət və məzmunlu əsərləri
onun üçün qismən gəlir mənbəyi idi.
B.Kəngərli məhz bu məqsədlə bəzən
öz əsərlərinin surətlərindən ibarət kiçik
albomlar düzəldərdi. Belə albomları o,
“Naxçıvan yadigarı” adlandırardı...”
Adil
Qazıyevin
xatirələrində
rəssamın portret cizgilərini tamamlaya
bilən, onun sənətdəki başlıca yaradıcılıq
prinsipini – realist sənətə münasibətini
əks etdirən ikirlərə də rast gəlmək
mümkündür : “Mən Bəhruz Kəngərli ilə
1919-cu ildə Naxçıvanda tanış oldum.
Bəhruz bizim şəhərdə xüsusi təhsil almış
və peşəkar yaradıcılıqla məşğul olan
yeganə rəssam idi. Mən də o vaxtlar rəsmə həvəs
göstərirdim. Bir dəfə valideynimin məsləhətilə
öz şəkillərimi Bəhruza göstərdim. Bu şəkilləri
mən kitablardan və çap olunmuş şəkillərdən
(reproduksiyalardan) köçürmüşdüm. Bəhruz
mənim çəkdiyim şəkillə diqqətlə baxdıqdan
sonra dedi: “Sən şəkil böyütmədən əl çək,
naturadan baxıb çəkməsən bir şey öyrənə
bilməyəcəksən...” Bundan sonra Bəhruz məni
tez-tez özü ilə mənzərə çəkməyə aparırdı.
İşlədiyimiz zaman o, mənə faydalı məsləhətlər
verirdi. Bir müddətdən sonra, aramızda bir
neçə yaş təfavüt olmasına baxmayaraq, biz
dost olduq...”
Rəssamın gerçəkçi sənət barəsində bu
ikirləri də çox şeydən xəbər verir: “Mən
gördüyüm bu qəribə aləmi rənglərlə təsvir
edirəm. Ancaq yenə də o çəkdiyim şeyin eyni
ola bilmir. Mən çalışıram elə rəsm çəkim ki, o
həmin şeyin eyni ola bilsin”.
Yaradıcı adamların yaratdıqlarında
həm də özünü ifadə etmələri təftişə ehtiyacı
olmayan aksiomdur. Odur ki, Bəhruz bəy
mənzərələrində çoxlarına nikbin görünsə də,
o, çoxqatlı tutuma malik əsərlərində həm də
suallıdır. Naxçıvanlı fırça ustasını görkəmli
mənzərə ustası Səttar Bəhlulzadə ilə müqayisə
edən ədəbiyyatşünas alim M.Cəfər onun təbiət
motivlərində özünü göstərən portret cizgilərini
belə səciyyələndirir: “Bəhlulzadə təbiətə,
varlığa, naturaya sadiq olması, gerçəkliyi
mühaizə etməyə göstərdiyi səyi ilə öz
unudulmaz sələi Bəhruz Kəngərlini xatırladır.
Ancaq yaradıcılıq idealı, ilhamı etibarı ilə
bu iki sənətkar tamamilə fərqlənirlər. Mən
Bəhruz Kəngərlini görmüşdüm, o, həmişə
dalğın, kədərli idi. Onu həmişə qaşları
çatılmış, düşüncəli görərdim. Onda, sənəti
qiymətləndirilməyən, ancaq öz-özünü yaxşı
anlayan, qiymətləndirən bir sənətkar qüruru
vardı. Heç kəsə qarışmaz, daim tək gəzərdi.
Ancaq yoxsul, ayaqyalın uşaqları, qaçqınları
görəndə dayanar, onları danışdırıb, dinləmək
istərdi. Bu da mümkün olmadıqda onların
arxasınca gözdən itirincəyə qədər baxar, sonra
yenə başını aşağı salıb yoluna davam edərdi.
Hiss edərdin ki, o insanı, həyatı çox sevir,
ancaq zəmanəsindən narazı, qəzəblidir.
İnqilabdan əvvəl Bəhruz yaradıcılığında
da belə idi. Mənzərələrində öz ağır zəmanəsinin
dərdini təbiətə danışar, təbiəti də öz ikirləri,
205
Portret cizgil
ri
hissləri ilə həmahəng olmağa, bu ağır dərdə
şərik olmağa çağırardı. Gah kədərlənər,
gah qəzəblənər, təbiəti də kədərləndirib,
qəzəbləndirərdi.
Sovet
Azərbaycanının
yetişdirdiyi
Bəhlulzadə təbiətə xoşbəxt günlərdən danışır,
təbiəti də bu xoşbəxtliyə şərik olmağa çağırır.
Bəhruzun
mənzərələrində
təbiət
sənətkarın qəmlərini, ələmlərini, insanların
faciəsini gizli-gizli danışa bilməsi üçün yeganə
bir sığınacaq guşə idi. Təbiət onun həmdərdi
idi. Bəhlulzadənin mənzərələrində isə təbiət,
qüdrətli insan iradəsinin təsiri ilə azad
nəfəs alır. Sanki gün-gündən çiçəklənib
gözəlləşir. Təbiət Bəhlulzadə üçün,
eyni zamanda, ümumi ruh yüksəkliyini
ifadə edən bir vasitədir. Bəhruz təbiətin
qoynunda özünü həmişə tək, müdaiəsiz
hiss edirdi. Bəlkə elə buna görədir ki, onun
mənzərələrində insan təsviri görünmür...
Bəhlulzadə isə təbiətin qoynunda bir an
belə olsun özünü yalnız, müdaiəsiz hiss
etmir.
Hamı bilir ki, bu fərq iki sənətkar
arasında olan fərq deyil, iki müxtəlif
epoxa arasında olan fərqdir”...
M.Cəfər Bəhruz bəyin onu daima
izləyən təzadlı yaradıcılıq yaşantıları ilə
yanaşı, onun insani keyiyyətlərini də
vurğulamaqla, onun portret cizgilərini bir qədər
də aydınlaşdırmağa kömək edir: “Bəhruz bir
dəfə (1919-cu ildə) Naxçıvanda, indiki Puşkin
küçəsində , yol kənarında, balaca bir otaqda
əsərlərinin sərgisini düzəltmişdi. O, qapının
ağzında dayanmış, yoldan keçənləri çağırırdı
ki, gedib onun sərgisinə baxsınlar. Bəhruz
“kasıb oxumuşlardan” sayılırdı. Həqiqətdə
də, rəssamın güzəranı çox ağır keçirdi.
Əsərlərini alan yox idi. Bu sərgi sübut etməli
idi ki, avamların zənn etdiyi kimi Bəhruz
yoxsul deyildir. Hamıdan varlı, dövlətlidir.
Ancaq o gün böyüklərdən, yaşlılardan heç biri
sərgiyə baxmaq istəmirdi. Yəqin ki, onlar fala
baxdırmağa, istixara eləməyə, dua yazdırmağa
tələsənlərdi. Bu arada bir-neçə uşaq küçədə
oynaya-oynaya
rəssama
yaxınlaşdılar.
Onlar Bəhruzun hamıdan dövlətli olduğunu
bilməsələr də, “mehriban şəkil çəkən dayı”
olduğunu bilirdilər. Bəhruz onları mülayim
baxışları ilə qarşıladı. Həmişə azca titrəyən
səsi ilə uşaqları dilə tutub sərgiyə apardı. O
bir-bir əsərlərini göstərib həvəslə uşaqlara
izahat verirdi və arada bir gülümsəyib deyirdi:
“Əl vurmaq olmaz, olmaz əl vurmaq”.
Mən, həmişə üzü tutqun, qaşları çatılmış
olan rəssamı birinci dəfə burada gülümsəyən
gördüm. Ancaq bu gülüş də kədərli idi. Elə
bil Bəhruz uşaqlara deyirdi: “Görürsünüz də,
uşaqlar, sənəti başa düşən, insanı başa düşən
azdır!..”
Yazıçı-şair Toiq Mahmudun “Uzaqda
dağlar görünür” povestində və şair Adil
Babayevin “Yarımçıq şəkil” pyesində də
rəssamın obrazını tamamlayacaq mənəvi-
psixoloji dəyərlər kifayət qədərdir. Düzdür,
yazılanlar bilavasitə yazıçı və şair təxəyyülünün
nəticəsidir. Amma nəzərə almaq lazımdır ki,
onlar nə qədər təxəyyülünün məhsulu olsa da,
müəllilərin müxtəlif mənbələrdən topladıqları
faktların əsasında yazılıb. Buna əmin olmaq
üçün hər iki ədəbi nümunəni kitaba daxil
etmişik...
Bəhruz bəyin bacısı Mənsurənin rəssam
oğlu Xanlar Məmmədov (Corat) danışır ki,
naxçıvanlı fırça ustasının tələbə yoldaşı olmuş
Lado Qudiaşvili ilə 1974-cü ildə baş tutan bir-
neçə saatlıq görüşündə də dayısı barəsində
xoş sözlər eşidib. Məşhur gürcü rəssamı
azərbaycanlı dostunu yoldaşlıqda sədaqətli,
daima yaradıcılıq axtarışlarına meylli olan