261
Ölm zlik
B¬hruz b¬y K¬ng¬rli
ad¯na R¬ssamlar
Park¯
Q
ürurverici sənəti ilə xalqımıza zaman-zaman başucalığı gətirən Bəhruz bəy
Kəngərlinin xatirəsinə göstərilən diqqət və ehtiram ölkəmizin müstəqillik
qazandığı illərdə də davam etdirilməkdədir. Naxçıvan Muxtar Respublikası
Ali Məslisinin Sədri Vasif Talıbovun şəhərdə “Bəhruz bəy Kəngərli adına Rəssamlar Parkı”nın
yaradılması haqqında” 14 noyabr 2015-ci il tarixli sərəncamı da bunun təsdiqidir. Naxçıvanda
III “Naxçıvan – bəşəriyyətin beşiyi” rəsm festivalı günlərində – 25 may 2016-cı ildə həmin
parkın açılışı olmuş, burada görkəmli rəssamın abidəsi (müəllii Rahib Qarayev) ucaldılmışdır.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası
264
Ölm zlik
Ali Məclisinin Sədri Vasif Talıbov Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə
verilməsi və görkəmli rəssamın abidəsinin ucaldılması münasibətilə tədbir iştirakçılarını və
muxtar respublikanın bütün yaradıcı ziyalılarını təbrik edərək demişdir: Bəhruz Kəngərli
Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, zəngin yaradıcılıq imkanlarına
malik olan vətənpərvər sənətkar idi. O, Azərbaycan rəssamlığında orta əsr miniatür sənətindən
realizmə keçidin, bununla da yeni boyakarlıq məktəbinin əsasını qoymuş, bu sənəti
təkrarolunmaz forma, janr və təsvir vasitələri ilə zənginləşdirmişdir.
Ali Məclisin Sədri demişdir: Realist rəssamlığın vəzifəsi yalnız həyatın və ya təbiətin
surətini çıxarmaq deyil, onu ifadə etmək və yaşatmaqdır. Öz dövrünün reallıqlarını böyük şövqlə
kətana köçürən Bəhruz Kəngərli də rəssamlıq sənətini xalqın həyatına yaxınlaşdıraraq ölkəsinin
tarixi keçmişini və yaşadığı dövrün ictimai-siyasi hadisələrini dolğun şəkildə əks etdirə bilmişdir.
Bəhruz Kəngərlinin ustalıqla yaratdığı “Qaçqınlar” silsiləsi erməni daşnaklarının azərbaycanlılara
qarşı törətdikləri soyqırımı siyasətinin acı nəticələrini əks etdirir. Rəssam qaçqın ömrü yaşayan
insanların faciəsini əks etdirərək o dövrdə tarixşünaslıqda qələmə alına bilməyən həqiqətləri
sənətin dili ilə gələcək nəsillərə çatdırmışdır. Bəhruz Kəngərlinin təbiət təsvirləri və Naxçıvanın
Bəhruzsevərlər abidənin önünə gül-çiçək düzərkən.
265
Ölm zlik
tarixi abidələrinin əks olunduğu əsərləri də böyük sənətkarlıqla işlənmişdir. Rəssamın bu qəbildən
olan əsərləri Naxçıvanın qədim tarixinə bələdçi rolunu oynayır. Naxçıvan şəhərindəki Nuh
peyğəmbərin məzarüstü türbəsi bərpa olunarkən görkəmli rəssamın “Nuhun qəbri” silsiləsindən
olan əsərlərinin də əsas kimi götürülməsi sənətin yaradıcı gücünün ən yaxşı nümunəsidir.
Qeyd olunmuşdur ki, teatr rəssamlığı, qraika və digər sahələrə də müraciət edən, portret
janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu Vətəninə, xalqına bağlı
insan olmuş, mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışmışdır. Azərbaycanın görkəmli
ədəbiyyatşünas-alimi Məmmədcəfər Cəfərov öz xatirələrində yazırdı ki, Bəhruz Kəngərli keçmiş
Puşkin küçəsində, yəni, indi tədbir keçirilən bu ərazidə fərdi sərgi düzəldərək yoldan keçənləri
əsərlərinin sərgisinə baxmağa çağırırdı. Maddi çətinliklərə baxmayaraq, gənclərə rəsm sənətinin
sirlərini öyrətmək üçün dərnəklər açan Bəhruz Kəngərli onların təhsil alması qayğısına da
qalırdı. Bu baxımdan Bəhruz Kəngərli şəxsiyyətini yalnız rəssam kimi deyil, həm də Azərbaycan
xalqının görkəmli ziyalısı kimi dəyərləndirmək, tədqiq etmək, öyrənmək və öyrətmək lazımdır.
Ümummilli liderimiz Heydər Əliyev Bəhruz Kəngərli şəxsiyyətinə və onun milli sərvətimizə
çevrilən zəngin irsinə yüksək qiymət verərək deyirdi: “Bəhruz Kəngərli nadir istedada malik
Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan – bəşəriyyətin beşiyi" festivalının
iştirakçıları ilə söhbət edərkən.