71
Aktiv və öhdəliklər üzrə ödəniş müddətləri və faiz dərəcələrinin üst-üstə düşməsi, yaxud da nəzarət
olunduğu halda üst-üstə düşməməsi Qrup üçün böyük əhəmiyyət kəsb edir. Banklar üçün həyata
keçirilən biznes sövdələşmələrinin bir çox hallarda müxtəlif növdə olduğu və müddətləri bəlli
olmadığına görə tam üst-üstə düşmə imkanları adi xarakter daşımır. Üst-üstə düşməyən mövqe
potensial olaraq gəlirlilik dərəcəsini artırmaqla yanaşı zərər risklərini də artırır. Aktiv və öhdəliklər
üzrə ödəniş müddətləri, habelə faiz hesablanan öhdəliklərin müddəti bitdiyi halda məqbul sayılan
dəyərdə əvəzlənməsi imkanları Qrupun likvidliyinin, eləcə də onun faiz dərəcələri və valyuta
mübadiləsi məzənnələrinin dəyişkənliyinə məruz qalmasının qiymətləndirilməsində vacib faktor
hesab edilir.
Rəhbərlik hesab edir ki, müştəri hesablarının əksəriyyətinin tələb üzrə ödənilməli olduğuna
baxmayaraq, belə hesabların sayı və növü üzrə müxtəlifləşdirilməsi, habelə Qrupun keçmiş təcrübəsi
bu müştəri hesablarının Qrup üçün uzun müddətdə maliyyələşdirmə vəsaitlərini təmin edə biləcəyini
göstərir. Müştəri hesabları yuxarıdakı təhlildə müqavilə üzrə ödəniş müddətləri əsasında təsnif edilir.
Lakin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxslər yığılmış faizlərin
müəyyən hissəsini əldə etmək hüququndan məhrum olduğu təqdirdə onlara depozitləri ödəniş
müddətindən əvvəl banklardan çıxarmaq hüququ verilir.
Zəmanətlər üzrə ödəniş tələblərini təmin etmək üçün likvidlik tələbləri və ehtiyat akkreditivləri öhdəliyi
qəbul edilmiş məbləğlərdən əhəmiyyətli dərəcədə azdır, çünki Qrup üçüncü tərəflərin müqavilə üzrə
vəsaitləri çıxaracağını güman etmir. Kreditin ayrılması ilə bağlı öhdəliklərin müqavilə üzrə ümumi
məbləği mütləq olaraq gələcək nağd ödəniş tələblərini nəzərdə tutmur, ona görə ki, bu öhdəliklərin
əksəriyətinin müddəti bitmiş olacaq, yaxud da vəsait ayrılmadan xətm ediləcəkdir.
Bu müqavilə üzrə Qrupun ödəmə müddətləri üzrə individual müddətli borc vəsaitləri 16 saylı qeyddə,
subordinasiyalı borc öhdəlikləri isə 19 saylı qeyddə göstərilib.
28. KAPİTALIN İDARƏ EDİLMƏSİ
Qrup kapitalını idarə edərkən rəhbərliyin məqsədi: (i) Azərbaycan Respublikası Mərkəzi Bankı
tərəfindən təyin edilmiş tələblərə riayət etmək, (ii) Qrupun gələcək fəaliyyətini qorumaq və (iii) Bazel
Razılığı əsasında kapitalın adekvatlığı əmsalına nail olmaq üçün ən azı 6% həcmində kapital
saxlamaqdır. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş kapitalın adekvatlığı
əmsalı ilə uzlaşmanı əks etdirən hesablamalar hər ay Audit Komitəsinin rəhbəri, Bankın Maliyyə
Direktoru, İdarə Heyəti Sədrinin birinci müavini, Daxili Audit və Mühasibat və Nəzarət
Departamentinin rəhbərləri tərəfindən imzalanmış hesabatlarda öz əksini tapır. Kapital
idarəedilməsinin digər əsasları hər il qiymətləndirilir.
Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən təyin edilmiş cari kapital tələblərinə əsasən
banklar: (a) minimum olaraq 10,000 min manat məbləğində cəmi kapital saxlamalı (31 dekabr,2011:
10,000 min manat) ; (b) məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə nisbətini (“nizamnamə
kapitalı nisbətini”) 12% həcmində və ya daha yüksək əldə etməli (31 dekabr,2011:12%) və (c) 1-ci
dərəcəli kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə olan nisbətini 6% və ya daha yüksək həcmdə
saxlamalıdır (31 dekabr,2011: 6%).
Rusiya Federasiyası Mərkəzi Bankı tərəfindən təyin edilmiş kapital tələblərinə əsasən banklar:(i)
Rusiya Federasiyası Mərkəzi Bankı tərəfindən təyin edilmiş kapital tələblərinə cavab verməli, (ii)
Qrupun gələcək fəaliyyətini qorumalı və (iii) Bazel Razılığı əsasında kapitalın adekvatlığı əmsalına
nail olmaq üçün ən az 8% həcmində və cəmi kapital və 4% həcmində 1-ci dərəcəli kapital
saxlamalıdırlar.
31 dekabr 2012-ci il tarixinə Bank ARMB-nın kapital adekvatlığına dair olan bütün tələblərinə riayət
etmişdir. (31 dekabr 2011-ci il tarixinə Bank ARMB-nın kapital adekvatlığına dair olan tələblərinə
riayət etməmişdir).
Qrup və Bank kredit müqaviləsinin tələb olunan maliyyə şərtlərinə, həmçinin kapitalın adekvatlığı
şərtlərinə riayət etməlidir (Kapitalın Həcmi və Kapital Standartları üzrə Beynəlxalq görüşdə (aprel,
1998) və Bazel I kimi tanınan bazar risklərinə aid Kapital Sazişinə düzəlişdə qəbul edilmiş və Bazel
Sazişinin tələblərinə əsasən kapital adekvatlığı səviyyəsi daxil olmaqla). Qrupun kapitalı Bazel
Sazişinə əsasən hesablanmış və konsolidə edilmiş maliyyə hesabatlarında əks olunmuşdur:
72
31 dekabr
2012-ci il
31 dekabr
2011-ci il
1-ci dərəcəli kapital
Səhmdar kapitalı
330,834
240,000
Bölüşdürülməmiş mənfəət/(yığılmış zərər)
58,503
13,694
Qeyri-nəzarət payı
2,326
2,037
Çıxılsın: qeyri-maddi aktivlər
(5,295)
(5,860)
Cəmi müəyyən edilmiş 1-ci dərəcəli kapital
386,368
249,871
2-ci dərəcəli kapital
Ehtiyatlar (cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlərin 1.25 %-i)
71,440
63,077
Binalar üzrə yenidən qiymətləndirmə ehtiyatı
28,244
21,074
Subordinasiya borcu
193,184
50,139
Cəmi müəyyən edilmiş 2-ci dərəcəli kapital (1-ci dərəcəli kapitalın
100% həcmindən çox olmamaqla)
292,868
134,290
Çıxılsın: kapitalda iştirak payına qoyulmuş investisiyalar
(575)
(649)
Cəmi idarəetmə kapitalı
678,661
383,512
Risk dərəcəsi üzrə ölçülmüş aktivlər:
Balans üzrə
5,257,262
4,009,597
Balansdankənar
457,918
1,036,549
Cəmi risk dərəcəsi üzrə ölçülmüş aktivlər
5,715,180
5,046,146
Kapital dərəcələri:
1-ci dərəcəli kapital
6.76%
4.95%
Cəmi kapital
11.87%
7.60%
Bankın kapital idarəedilməsinin vacib bir hissəsi kimi Maliyyə Direktoru mütəmadi olaraq kənardan
tətbiq edilən kapital tələblərinin monitorinqini aparır və nəticədə monitorinq hesabatları Audit
Komitəsinin Sədri, İdarə Heyətinin Sədri və Daxili Audit Departamentinin Direktoru tərəfindən
nəzərdən keçirilir və təsdiqlənir. 31 dekabr 2012-ci il tarixinə Qrup və Bank kənardan tətbiq edilən
bütün kapital tələblərini yerinə yetirmişdir.
29. ŞƏRTİ ÖHDƏLİKLƏR VƏ TƏƏHHÜDLƏR
Məhkəmə prosesləri – Qrup vaxtaşırı olaraq və adi fəaliyyəti müddətində müştərilər və müqavilə
tərəflərinin irəli sürdüyü iddialarla üzləşir. Rəhbərlik belə düşünür ki, heç bir yığılmamış maddi itkilər
baş verməyəcək və müvafiq olaraq bu maliyyə hesabatlarında ehtiyatlar nəzərdə tutulmamışdır.
Vergiqoyma – Azərbaycan Respublikasının ticarət, o cümlədən vergi qanunvericiliyi birdən çox
təfsirlərə yol verə bilər. Bundan başqa, biznes fəaliyyəti ilə əlaqədar olaraq vergi orqanlarının öz
mülahizələrinə görə qərar vermələri riski də mövcuddur. Qrup rəhbərliyinin biznes fəaliyyəti ilə
əlaqədar mülahizələrinə əsaslanan müəyyən mövqe vergi orqanları tərəfindən birmənalı
qarşılanmadıqda, Qrup üçün əlavə vergilər, cərimələr və faizlər hesablana bilər.
Belə qeyri-müəyyənlik halları maliyyə alətlərinin qiymətləndirilməsi, dəyərsizləşmə üzrə zərər üçün
ehtiyatların qiymətləndirilməsi və sövdələşmələrin bazar qiymətinin müəyyənləşdirilməsi ilə bağlı ola
bilər. Bundan başqa, belə qeyri-müəyyənlik vergiyə cəlb olunan mənfəətin natamam hesablanması
olaraq ehtiyat üzrə müvəqqəti fərqin qiymətləndirilməsi, habelə müştərilərə verilmiş kreditlər və
debitor borcları ilə bağlı dəyərsizləşmə üzrə zərər üçün ehtiyatların geri qaytarılması ilə də bağlı ola
bilər. Qrup rəhbərliyi ödəniləcək vergi məbləğlərinin hesablandığını düşünür və buna görə də maliyyə
hesabatlarında heç bir ehtiyat nəzərdə tutulmamışdır.
Ümumiyyətlə vergi ödəyiciləri hər üç təqvim ilində bir dəfə vergi auditi yoxlamasından keçirlər. Lakin,
tamamlanmış audit yoxlamaları yuxarı səviyyəli vergi müfəttişlərinin aşağı dərəcəli vergi müfəttişləri
tərəfindən əldə olunan vergi auditinin nəticələrini yoxlamaq məqsədilə həyata keçirilən sonrakı əlavə
audit yoxlamalarının olması ehtimalını istisna etmir. Cinayət işinin araşdırılması zamanı məhdudiyyət
qaydası məhkəmənin qərarına əsasən yeddi ilədək uzadıla bilər.