Mövzu 6. Beynəlxalq iqtisadi mübahisələrin həlli
hüququ
6.1 Beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsinin danışıqlar mərhələsi
6.2 Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq hüquqi həllində xeyirxah xidmətlər və
vasitəçilik mərhələsi
6.3 Beynəlxalq təhqiqat və barışdırma prosedurları
6.4 Beynəlxalq
iqtisadi
mübahisələrin
beynəlxalq
təşkilatlar
çərçivəsində
həlli
xüsusiyyətləri
6.5 BMT Beynəlxalq Məhkəməsi
6.6 Beynəlxalq arbitraj və məhkəmə proseduru
6.7 Dünya Ticarət Təşkilatı çərçivəsində iqtisadi mübahisələrin həlli qaydası
6.8 İnvestisiya mübahisələrin həlli Mərkəzi
6.9 Enerji Xartiyasına Müqavilə çərçivəsində mübahisələrin həlli qaydası
6.10 Enerji resuslarının boru kəmərlərilə tranzit nəqlində mübahisələrin həlli qaydasının
proseduru
6.11 Beynəlxalq iqtisadi mübahisələrin həllində iqtisadi gücün tətbiqi
6.1
Beynəlxalq iqtisadi mübahisələrin tənzim
edilənməsinin danışıqlar mərhələsi
Beynəlxalq iqtisadi mübahisələrin həlli hüququ beynəlxalq hüququn beynəlxalq
mübahisələrin dinc həlli prinsipindən daha geniş məzmuna malikdir. Bu halda
beynəlxalq mübahisələrin dinc həllinin vasitəsi kimi beynəlxalq arbtraj və eləcə də,
beynəlxalq hüquq normalarını pozmuş dövlətə qarşı beynəlxalq məhkəmə və
beynəlxalq təşkilatların qərarlarının icra edilmədiyi halda beynəlxalq hüquqa uyğun
məcburiyyət tədbirlərinin də tətbiqini tənzim edən prinsip və normalar çıxış edir.
Beynəlxalq iqtisadi mübahisələrin həlli vasitəsi kimi, ilk növbədə, danışıqlar,
xeyirxah xidmətlər və vasitəçilik, beynəlxalq təhqiqat və barış prosedurları, arbitraj
və məhkəmə baxışı, eləcə də, beynəlxalq təşkilatlar çərçivəsində kvazi arbitraj,
məhkəmə vasitələri nəzərdə tutulur.
Beynəlxalq iqtisadi mübahisələrin dinc vasitələrlə tənzim edilməsinin ilkin
mərhələsini birbaşa danışıqlar təşkil edir. BMT Nizamnaməsinin 33-cü maddəsinin
1-ci hissəsində və beynəlxalq mübahisələrin dinc vasitələrlə həlli üzrə digər
çoxtərəfli beynəlxalq-hüquqi aktlarda danışıqlar beynəlxalq mübahisələrin dinc həlli
vasitələrinin ilkin qaydası kimi əks olunub. Bu zaman tərəflər yaranmış beynəlxalq
mübahisəni birbaşa əlaqə yaratmaq və ümumi razılıq əsasında həll etməyə çalışır.
Danışıqlar prosesinin mübahisələrin dinc həllinin digər vasitələrindən əsas üstünlüyü
ondan ibarətdir ki, vasitəçi olmadan, birbaşa danışıqlar prosesində tərəflər bir-birinin
mövqeyi və qarşılıqlı iddiaları ilə daha yaxından tanış olmaq imkanına malik olalaq
mübahisəli məsələlərin həllində ümumqəbul edilən nəticə üçün razılığa gəlirlər.
Danışıqlar prosesinin qəbul oluna bilən nəticə ilə yekunlaşması üçün proses
iştirakçıları beynəlxalq hüququn prinsiplərinə, o cümlədən, dövlətlərin suveren
bərabərliyi, dinc yanaşı yaşamaq, güc tətbiq etməmək və güc tətbiq etməklə
hədələməmək prinsipinə əsaslanmalıdır.
Danışıqlar
prosesində
beynəlxalq
iqtisadi mübahisələrin tərəfləri arasında qarşılıqlı qəbul edilə biləcək nəticənin əldə
edilməsinin əsas şərti kimi beynəlxalq hüququn ümumtanınmış prinsipləri ilə yanaşı
mübahisə tərəfi olan dövlətlərin mübahisənin həllinə münasibətdə xeyirxah iradəsi,
tərəflərin beynəlxalq mübahisənin nizama salınması yollarının axtarılmasında
vicdanlı fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Danışıqların təşəbbüskarı kimi
konkret dövlətlə yanaşı, dövlətlər qrupu, üçüncü dövlət, eləcə də, beynəlxalq
təşkilatlar çıxış edə bilər. Danışıqlar tərəflərin sayına görə ikitərəfli və çoxtərəfli ola
bilər. Ikitərəfli danışıqlar vasitəçi olmadan, birbaşa əlaqələrin yaradılması ilə təmin
edilir. Çoxtərəfli danışıqlar isə özünü müxtəlif formalarda biruzə versə də, bir qayda
olaraq, beynəlxalq təşkilatlar vasitəsi ilə təzahür edir.
Mübahisənin xaraqterindən asılı olaraq danışıqlar müxtəlif səviyyələrdə həyata
keçirilə bilər. Dövlət nümayəndələrinin iştirak səviyyəsindən asılı olaraq danışıqlar
da dövlət, hökumət başçıları, nazırlər, eləcə də ayrı-ayrı qrumların rəhbərliyi
səviyyəsində həyata keçirilə bilər. Sonuncu səviyyədə danışıqlar diplomatik və ya
texniki xaraqter daşıya bilər. Danışıqlar müxtəlif qaydada, şifahi və ya yazılı
formada aparıla bilər. Diplomatik praktikada rəsmi yazışmaların bir neçə forması –
məktub, nota (kollektiv nota, verbal nota), memorandum və s. mübadiləsi işlənib
hazırlanmışdır.
Danışıqlar prosesinin prosedur məsələləri əsas etibarilə razılıq əldə edilməsinin,
yəni danışıqların əsas məqsədinin texniki vasitəsidir. Danışıqlar prosesinin bütün
mərhələlərində tərəflər tam məsuliyyət və vicdanla hərəkət etməli, qarşılıqlı
maraqları nəzərə alaraq, güzəşt və razılıq əsasında ümumqəbul edilə bilən nəticəni
təmin etməlidirlər.
Mübahisənin subyektləri tərəfindən müvafiq şərtlərə və tələblərə riayət edilməsi
əksər hallarda müsbət nəticələrlə müşayiət olunur. Əgər danışıqlar prosesində
beynəlxalq iqtisadi mübahisənin subyektləri müəyyən razılığa gələ bilməsələr və
beynəlxalq iqtisadi mübahisəni aradan qaldırmaq mümkün olmazsa bu halda
beynəlxalq mübahisələrin həlli sistemində digər mexanizmə müraciət edilməlidir.
6.2 Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq
hüquqi həllində xeyirxah xidmətlər və vasitəçilik mərhələsi
BMT Baş Məclisinin 1970-ci il Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi
haqqında Bəyannamədə qeyd edilir ki, mövcudluğu beynəlxalq sülhə və
təhlükəsizliyə xələl gətirən beynəlxalq mübahisə və ya istənilən situasiya zamanı
üzv-dövlətlər BMT Nizamnaməsində nəzərdə tutulan bütün dinc və vasitələrdən tam
şəkildə istifadə etməlidirlər.
Müvafiq sistemdə növbəti mərhələni təşkil edən xeyirxah xidmətlərin
beynəlxalq hüquqda müdafiəsi XIX əsrin sonları XX əsrin əvvəllərində qəbul edilən
Haaqa Konvensiyalarına təsadüf etsə də, məsələyə daha ciddi münasibət XX əsrin
30-40-cı illəri üçün xaraqterikdir. Xeyirxah xidmətlərin prosedurunun beynəlxalq
hüquqi tənzimlənməsi Xeyirxah xidmətlər haqqında 1936-cı il və Mübahisələrin dinc
vasitələrlə tənzimlənməsi haqqında 1948-ci il tarixli Amerika Müqavilələrində öz
əksini tapmışdı. Xeyirxah xidmətlərin təklif edilməsi dövlətlərdən xeyirxah
Dostları ilə paylaş: |