Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

baza rolunda çıxış edir. BMT Nizamnaməsinin 33-cü maddəsinin 1-ci bəndində dinc 
vasitələrin  sistemində,  1963-cü  il  BMT  Baş  məclisinin  faktların  müəyyən  edilməsi 
məsələləri  haqqında  Qətnaməsində,  1970-ci  il  “Prinsipləri”  Bəyannaməsində, 
Beynəlxalq 
təhlükəsizliyin 
möhkəmləndirilməsi 
haqqında 
1970-ci 
il 
Bəyannaməsində,  eləcə  də  bir  sıra  ikitərəfli  və  çoxtərəfli  müqavilələrdə  təhqiqat 
proseduru əks olunmuşdur.   
 
Beynəlxalq iqtisadi mübahisələrin dinc yolla həllinin növbəti beynəlxalq hüquqi 
vasitəsi  beynəlxalq  barışıq  prosedurudur.    Beynəlxalq  barışıq  proseduru  beynəlxalq 
mübahisənin  tərəfi  olan  dövlətlərin  paritet  əsaslarla  formalaşdırdığı,  tərkibində 
üçüncü  dövlətlərin  də  iştirak  etdiyi  və  əsas  məqsədi  beynəlxalq  hüququn  prinsip  və 
normaları  əsasında,  dövlətlərin  qarşılıqlı  maraqlarını  nəzərə  alaraq  müqavlə 
layihəsini  tətbiq  etmək  və  tərəflərə  təqdim  etməkdən  ibarət  olan  beynəlxalq  iqtisadi 
mübahisələrin dinc yolla tənzimlənməsi institutudur.  
 
Barışıq  prosedurunun  əsas  fəaliyyət  forması  mübahisələrlə  barışdırma 
komissiyalarında  baxılmasıdır.  Universal  səviyyədə  Millətlər  Liqasının  1928-ci  il 
Qətnaməsi  ilə  qəbul  edilən  Beynəlxalq  mübahisələrin  dinc  yolla  tənzimlənməsi 
haqqında ümumi Aktda əks olunmuşdur. Ümumi Aktda barışıq komissiyasının təyin 
edilmə  müddəti  və  qaydası,  komissiyaya  mübahisənin  təqdim  edilmə  qaydası,  barış 
prosesinin əsas hüquqları, komissiyanın məqsədi və mübahisə edən tərəflərə müvafiq 
təkliflərin çatdırılması qaydası əks olunmuşdur.  
 
Barış  proseduru  beynəlxalq  iqtisadi  mübahisələrin  dinc  yolla  tənzimlənməsinin 
beynəlxalq hüquqi vasitələri sisteminin tərkib hissəsi kimi, BMT Nizamnaməsində və 
müxtəlif çoxtərəfli və ikitərəfli müqavilələrdə təsbit olunmuşdur. Beynəlxalq iqtisadi 
mübahisələrin  dinc  yolla  tənzimlənməsinin  beynəlxalq  hüquqi  vasitələrindən  biri 
kimi  baış proseduru  bir sıra  xüsusiyyətlərinə  görə digər  vasitələrdən  fərqlənir.  Barış 
proseduru tərəflər arasında birbaşa əlaqə  vasitəsi olan  xeyirxah  xidmətlərdən onunla 
fərqlənir ki, barış prosesi tərəflərin əlaqə növlərindən biridir. Xeyirxah xidmətlər eyni 
zamanda tərəflər arasında barışdırma komissiyasının formalaşdırması üçün vasitə ola 
bilər. Barış proseduru araşdırma proseduru ilə bir çox ortaq xüsusiyyətlərə malikdir.  


 
 
6.4. Beynəlxalq iqtisadi mübahisələrin beynəlxalq  
təşkilatlar çərçivəsində həlli xüsusiyyətləri 
 
 
  Beynəlxalq  iqtisadi  mübahisələri  tənzim  edərkən  iqtisadi  səlahiyyətli 
beynəlxalq  təşkilatlar  mübahisələrin  dinc  həllinin  bütün  vasitələrindən  –danışıqlar, 
xeyirxah  xidmətlər,  vasitəçilik,  məsləhətləşmə,  barış,  məhkəmə  prosedurlarından 
kompleks  şəklidə  istifadə  edirlər.  Beynəlxalq  təşkilatlar  çərçivəsində  beynəlxalq 
iqtisadi  mübahisələrin  tənzim  edilməsi  daha  ardıcıl  həyata  keçirilir  və  bu  proses 
mübahisə tərəfi olan dövlətlərə daha ucuz başa gəlir. Digər vacib məsələlərdən biri də 
odur ki, dövlətlərarası iqtisadi mübahisələri tənzim edən beynəlxalq təşkilatlar həmin 
beynəlxalq  iqtisadi  mübahisənin  aid  olduğu  sferada  fəaliyyət  göstərir  ki,  bu  da 
onların  ixtisaslaşması  baxımından  əhəmiyyətlidir.  Beynəlxalq  iqtisadi  təşkilatların 
beynəlxalq  iqtisadi  mübahisələrin  həllində  rolunun artmasına təsir edən  faktorlardan 
biri də belə təşkilatların beynəlxalq iqtisadi mübahisələrin tənzimlənməsi prosesində 
dövlətlərin  iqtisadi  bərabərliyinin  spesifik  beynəlxalq  institutlar  çərçivəsində  təmin 
edilməsidir.  Lakin  belə  pozitiv  təminata  yalnız  beynəlxalq  təşkilatlar  çərçivəsində 
kifayət  qədər  müstəqil  və  avtotritetil  beynəlxalq  məhkəmə,  arbitraj  mexanizmi 
olduqda nail olmaq mümkündür. Başqa sözlə, mübahisələr  
beynəlxalq 
iqtisadi 
təşkilatların  inzibati  orqanların  səlahiyyətləri  çərçivəsində  deyil,  məhkəmə,  arbitraj 
baxışının predmeti olduqda səmərəli həll edilə bilər.  
 
Bu  baxımdan,  xüsusi  səlahiyyətli  beynəlxalq  təşkilatların  arbitraj  proseduru,  o 
cümlədən  Beynəlxalq  Valyuta  Fondu  (İMF),  Dünya  Bankı  çərçivəsində  beynəlxalq 
iqtisadi  mübahisələrin  tənzimlənməsinin  müəyyən  fərqli  xüsusiyyətləri  olsa  da,  hər 
ikisində arbitraj baxışının  mövcudluğu qeyd edilməlidir. İMF, Dünya  Bankı  ilə  üzv-
dövlətlər  arasında,  məsələn,  üzvlüyünü  itirən  dövlətlə  Fond  arasında  beynəlxalq 
iqtisadi mübahisə yaranarkən  mübahisə Beynəlxalq Valyuta Fondu haqqında Sazişin 
29-cu,  Beynəlxalq  Maliyyə  Korporasiyası  haqqında  Sazişin  8-ci,  İnvestisiya 


təminatları  üzrə  çoxtərəfli  Agentliyin  təsis  edilməsi  haqqında  Seul  Konvensiyasının 
8-ci maddələrilə nəzərdə tutulan prosedura uyğun həll edilir.  
 
BMT-nin  Sənaye İnkişafı  üzrə Təşkilatının (UNİDO-nun) Nizamnaməsinə 3-cü 
Əlavəyə  uyğun  olaraq  beynəlxalq  iqtisadi  mübahisələrin  həlli  prosedurunda 
danışıqlar  yolu  ilə  beynəlxalq  iqtisadi  mübahisəni  həll  edə  bilməyən  tərəflərə  öz 
mülahizələrinə əsasən mübahisəli məsələni həll etmək üçün  
 
- Şuraya; 
 
- beynəlxalq məhkəməyə; 
 
- arbitraj məhkəməsinə; və  
 
- barış komissiyasına müraciət etmək təklif edilir.  
 
Buna  baxmayaraq,  UNİDO  çərçivəsində  beynəlxalq  iqtisadi  mübahisələrin 
tənzimlənməsində  mənfi  xüsusiyyətlər  üstünlük  təşkil  edir.  Belə  ki,  beynəlxalq 
iqtisadi  mübahisələrə baxılmasının  müəyyən müddətlə   məhdudlaşdırılması, qaydanı 
pozmuş  dövlətin  beynəlxalq  iqtisadi  hüquq  pozuntusunun  mənfi  nəticələrini  aradan 
qaldırılmasından  yayınmaq  üçün  prosesin  gedişini  ləngitmək,  beynəlxalq  arbitrajın 
təsisindən imtina edə bilməsi imkanı və s. qeyd edilə bilər.  
 
Beynəlxalq iqtisadi təşkilatlardan bilavasitə mübahisələrin həlli mexanizmi kimi 
təsis  edilən  beynəlxalq  qurumlar  da  fəaliyyət  göstərir.  Buna  misal  olaraq,  MIGA  və 
ICSID qeyd edilə bilər.  
 
6.5. BMT Beynəlxalq Məhkəməsi 
 
 
 İlk  beynəlxalq  məhkəmə  təsisatı  Millətlər  Liqasının  Assambleyası  tərəfindən 
1920 –ci ildə qəbul edilən Nizamnamə əsasında fəaliyyət göstərən Beynəlxalq Daimi 
Ədalət  Məhkəməsi  olmuşdur.  Bu  təsisat  Millətlər  Liqasının  müstəqil  orqanı  kimi 
təşkilatın mövcud olduğu dövürdə fəaliyyət göstərmişdir. Məhkəmə 1946-cı ilə kimi 
fəaliyyət  göstərmiş  və  BMT  Beynəlxalq  Məhkəməsinin  təsis  edilməsi  ilə  öz 
fəaliyyətini dayandırmışdır.  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə