mübahisənin son həlli kimi Enerji Xartiyasına Müqavilənin arbitraj qaydasına istinad
edilməsi nəzərdə tutulur.
Enerji Xartiyasına Müqavilə qeyri-kommersiya risklərinin beynəlxalq sığorta,
təminat sistemini də nəzərdə tutur (m.15). Lakin bu məsələ daha səmərəli formada
MIGA çərşivəsində tənzimlənir .
6.11. Beynəlxalq iqdisadi mübahisələrin həllində iqdisadi
gücün tətbiqi
Beynəlxalq iqdisadi mübahisələrin həlli beynəlxalq hüquqa uyğun qeyri-dinc
vasitələrin də fərqləndirilməsini zəruri edir. Dövlətdaxili hüquqda olduğu kimi,
beynəlxalq hüquq da hüquq güclə təmin olunduğu halda özünün funksiyasını
səmərəli formada həyata keçirmiş olur. Təəsüf ki, (bəzən dövlətdaxili) beynəlxalq
hüquqda gücün tətbiqi əksər halda ikili standartlardan sənayecə inkişaf dövlətlərin
maraqlarından asılı olaraq tətbiq edilir. Müasir beynəlxalq iqdisadi mübahisələr üçün
hüquq qaydası nöqteyi-nəzərindən əsas problem aparıcı inkişaf etmiş dövlətlərin
iqdisadi məcburetməsi altında qəbul etdirilən və saxlanılan ədalətsiz beynəlxalq
əmlak bölgüsü və beynəlxalq iqdisadi münasibətlər sistemidir.
Gücün istər hüquq pozuntusu halında əks tədbir kimi istərsə də hüquq pozuntusu
kimi tətbiqi hallarını bir-birindən fərqləndirmək mövcud hüquqi faktlar düzgün
qiymətləndirmək üçün inkişaf səviyyəsindən iqtisadi potensialından asılı olmayaraq
bütün adətlərin maraqlarının nəzərə alındığı beynəlxalq hüquq qaydası
formalaşdırılmalıdır.
Hazırda siyasi sferada güc tətbiq halını müəyyən etmək və əks tədbirlər
haqqında qərarlar qəbul etmək səlahiyyəti BMT Təhlükəsizlik Şurasına məxsusdur.
BMT Təhlükəsizlik Şurasının iqtisadi sanksiyalarına misal kimi Cənubi Rodeziya,
CAR, İraq, Yuqaslaviya, Liviya, Nikaraqua, Dominkan Respublikasına və s. qarşı
tədbirləri qeyd edilə bilər.
Bir çox hallarda dövlətlərin tətbiq etdikləri iqtisadi əks tədbirlər iqtisadi gücün
qeyri-qanuni tətbiqidir. İqtisadi gücün belə tətbiqi genişlənib iqtisadi təcavüzə çevrilə
biləcək silahlı münaqişə ilə nəticələnmə təhlükəsi yaradır. Bir qayda olaraq müvafiq
tədbirlərin məqsədini siyasi təzyiq daxili işlərə qarışmaq, dövlətin suveren
hüquqlarının həyata keçirməsini, resusları üzərində hüquqlarını, gəlir və üstünlüklər
əldə etməsini məhdudlaşdırmaq xarakteri daşıyır.
Beynəlxalq iqtisadi münasibətlərdə dövlətlərin sərbəst şəkildə meydana çıxan
təhlükələrin
səviyyəsini
dəyərləndirmək
hər
hansı
bir
hüquqi
faktları
qiymətləndirmək və nəticə etibari ilə hüquqa uyğun iqtisadi gücün tətbiq edilməsi
üçün beynəlxalq iqtisadi təhlükəsizlik sisteminin yaradılması ilə bağlı müxtəlif
fikirlər irəli sürülməkdədir. Xüsusən də BMT Təhlükəsizlik Şurası ilə yanaşı
beynəlxalq birliyin maraqlarına uyğun iqtisadi təhlükəni dəyərləndirən və iqtisadi
gücü tətbiq edə biləcək iqtisadi Təhlükəsizlik Şurasının da yaradılması ilə bağlı
təkliflər irəli sürülməkdədir. Hətta hal-hazırda “G 7”-nın belə bir qrup kimi çıxış edə
bilməsi ehtimalı qeyd edilməkdədir.
Sonuncu variant yalnız sənayecə inkişaf etmiş dövlətlərin maraqlarına uyğun ola
bilər. Belə ki, “G 7”həmin dövlətlərin siyasi formudur. İqdisadi Təhlükəsizlik
Şurasının yaradılmasına gəldikdə isə onu qeyd etmək lazımdır ki, əvvəla, müvafiq
mexanizmin fəaliyyəti üçün BMT Təhlükəsizlik Şurasının indiki statusu ləğv
edilməlidir. Digər tərəfdən, beynəlxalq sülhün və təhlükəsizliyin əsasında iqdisadi
maraqlar dayandığından müstəqil Təhlükəsizlik Şurasına zərurət yoxdur.
İqtisadi xarakterli hüquqauyğun məcburiyyət tədbirləri (sanksiyalar) müəyyən
bir sistemə malikdir. Hüquq pozuntusu törədən dövlətə qarşı cavab tədbiri kimi
- əmtəə idxalının məhdudlaşdırılması;
- ticarətin idxal və ixracının kvotalandırılması, lisenziyalandırılması;
- qeyri-tarif tənzimlənməsi tədbirlərinin tətbiqi:
- müvafiq dövlətin hüquqi və fiziki şəxslərinin əmlakının milliləşdirilməsi;
- fondların sekvestri, aktivlər üzərində həbs qoyulması;
- embarqo (müəyyən əmtəə, əmtəələr qrupu üzrə ixrac və idxalının
dayandırılması ilə iqtisadi əlaqələrin tam və ya qismən kəsilməsi);
- boykot (ticarət, nəqliyyat və digər münasibətlərin kəsilməsinə yönəlmiş geniş
xarakterli tədbirlər kompleksinin tətbiqi);
- blokada (iqtisadi resursların tükəndirilməsi, üçüncü dövlətlər tərəfindən
təcridedilmə, eləcə də hüquqi və fiziki şəxslər səviyyəsində iqtisadi münasibətlərin
kəsilməsi) qeyd edilə bilər.
Beynəlxalq iqtisadi münasibətlərdə iqtisadi (qeyri-hərbi) xarakterli gücün tətbiqi
üzrə məcburiyyət tədbirləri ilə yanaşı, BMT Nizamnaməsinə (m. 39, 41, 42) uyğun
olaraq hərbi gücün sanksiyalaşdırılması da mümkündür. Buna misal olaraq, 1977-ci
ildə BMT Təhlükəsizlik Şurası CAR-ın siyasətini sülhə və beynəlxalq təhlükəsizliyə
təhdid kimi qiymətləndirərək 418 saylı Qətnaməsi ilə CAR-ın silahla təchizatına tam
embarqo qoymağı tövsiyə etmişdi.
İraqın Küveytə müdaxiləsindən sonra 1990-cı ildə BMT TŞ 661 saylı
qətnaməsilə İraqa iqtisadi blokadanın elan edilməsi üzrə sanksiya hər hansı bir
kontrakt və lisenziyadan asılı olmayaraq bütün dövlətlər üçün müvafiq əlaqələrin
dayandırılması üzrə öhdəlik müəyyən edirdi. BMT Təhlükəsizlik Şurasının digər,
670 saylı qətnaməsində qeyd edilir ki, İraq hökumətinin BMT Təhlükəsizlik
Şurasının qətnamələrinə zidd olan istənilən aktı etibarsız və əhəmiyyətsizdir.
Müvafiq olaraq, İraq tərəfindən, beynəlxalq publik qayda pozulduğu üçün dövlətlərin
qanunvericiliyi İraqın qanunlarına istinad edə və həmin dövlətin məhkəmələri
müvafiq qanunları tətbiq edə bilməzdi.
Həmin tədbirlər seriyasından Liviyaya münasibətdə BMT Təhlükəsizlik
Şurasının 1992-ci il 748 saylı Qətnaməsi ilə hava embarqosu və silah təchizatı
embarqosu qeyd edilə bilər.
ƏDƏBİYYAT SİYAHISI
84.
Sadıqov, fs r İsa oğlu. Beyn lxalq iqtisadi hüquq : dərslik / Ə. İ. Sadıqov. - Bakı : Bakı
Universiteti Nəşriyyatı, 2008. - 396 s.;
Dostları ilə paylaş: |