Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə34/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

mübahisənin son həlli kimi Enerji Xartiyasına Müqavilənin arbitraj qaydasına istinad 
edilməsi nəzərdə tutulur.  
Enerji Xartiyasına Müqavilə qeyri-kommersiya risklərinin beynəlxalq sığorta, 
təminat sistemini də nəzərdə tutur (m.15). Lakin bu məsələ daha səmərəli  formada 
MIGA çərşivəsində tənzimlənir  
 
6.11. Beynəlxalq iqdisadi mübahisələrin həllində iqdisadi  
gücün tətbiqi  
 
Beynəlxalq  iqdisadi  mübahisələrin  həlli  beynəlxalq  hüquqa  uyğun  qeyri-dinc 
vasitələrin  də  fərqləndirilməsini  zəruri  edir.  Dövlətdaxili  hüquqda  olduğu  kimi, 
beynəlxalq  hüquq  da  hüquq  güclə  təmin  olunduğu  halda  özünün  funksiyasını 
səmərəli  formada  həyata  keçirmiş  olur.  Təəsüf  ki,  (bəzən  dövlətdaxili)  beynəlxalq 
hüquqda  gücün  tətbiqi  əksər  halda  ikili  standartlardan  sənayecə  inkişaf  dövlətlərin 
maraqlarından asılı olaraq tətbiq edilir. Müasir beynəlxalq iqdisadi mübahisələr üçün 
hüquq  qaydası  nöqteyi-nəzərindən  əsas  problem  aparıcı  inkişaf  etmiş  dövlətlərin 
iqdisadi  məcburetməsi  altında  qəbul  etdirilən  və  saxlanılan  ədalətsiz  beynəlxalq 
əmlak bölgüsü və beynəlxalq iqdisadi münasibətlər sistemidir.  
Gücün istər hüquq pozuntusu halında əks tədbir kimi istərsə də hüquq pozuntusu 
kimi  tətbiqi  hallarını  bir-birindən  fərqləndirmək  mövcud  hüquqi  faktlar  düzgün 
qiymətləndirmək  üçün  inkişaf  səviyyəsindən  iqtisadi  potensialından  asılı  olmayaraq 
bütün  adətlərin  maraqlarının  nəzərə  alındığı  beynəlxalq  hüquq  qaydası 
formalaşdırılmalıdır. 
Hazırda  siyasi  sferada  güc  tətbiq  halını  müəyyən  etmək  və  əks  tədbirlər 
haqqında  qərarlar  qəbul  etmək  səlahiyyəti  BMT  Təhlükəsizlik  Şurasına  məxsusdur. 
BMT  Təhlükəsizlik  Şurasının  iqtisadi  sanksiyalarına  misal  kimi  Cənubi  Rodeziya, 
CAR,  İraq,  Yuqaslaviya,  Liviya,  Nikaraqua,  Dominkan  Respublikasına  və  s.  qarşı 
tədbirləri qeyd edilə bilər.  
Bir  çox  hallarda  dövlətlərin  tətbiq  etdikləri  iqtisadi  əks  tədbirlər  iqtisadi  gücün 
qeyri-qanuni tətbiqidir. İqtisadi gücün belə tətbiqi genişlənib iqtisadi təcavüzə çevrilə 


biləcək silahlı münaqişə ilə nəticələnmə təhlükəsi yaradır. Bir qayda olaraq müvafiq 
tədbirlərin  məqsədini  siyasi  təzyiq  daxili  işlərə  qarışmaq,  dövlətin  suveren 
hüquqlarının  həyata  keçirməsini,  resusları  üzərində  hüquqlarını,  gəlir  və  üstünlüklər 
əldə etməsini məhdudlaşdırmaq xarakteri daşıyır. 
Beynəlxalq  iqtisadi  münasibətlərdə  dövlətlərin  sərbəst  şəkildə  meydana  çıxan 
təhlükələrin 
səviyyəsini 
dəyərləndirmək 
hər 
hansı 
bir 
hüquqi 
faktları 
qiymətləndirmək  və  nəticə  etibari  ilə  hüquqa  uyğun  iqtisadi  gücün  tətbiq  edilməsi 
üçün  beynəlxalq  iqtisadi  təhlükəsizlik  sisteminin  yaradılması  ilə  bağlı  müxtəlif 
fikirlər  irəli  sürülməkdədir.  Xüsusən  də  BMT  Təhlükəsizlik  Şurası  ilə  yanaşı 
beynəlxalq  birliyin  maraqlarına  uyğun  iqtisadi  təhlükəni  dəyərləndirən  və  iqtisadi 
gücü  tətbiq  edə  biləcək  iqtisadi  Təhlükəsizlik  Şurasının  da  yaradılması  ilə  bağlı 
təkliflər irəli sürülməkdədir. Hətta hal-hazırda “G 7”-nın belə bir qrup kimi çıxış edə 
bilməsi ehtimalı qeyd edilməkdədir.  
Sonuncu variant yalnız sənayecə inkişaf etmiş dövlətlərin maraqlarına uyğun ola 
bilər.  Belə  ki,  “G  7”həmin  dövlətlərin  siyasi  formudur.  İqdisadi  Təhlükəsizlik 
Şurasının  yaradılmasına  gəldikdə  isə  onu  qeyd  etmək  lazımdır  ki,  əvvəla,  müvafiq 
mexanizmin  fəaliyyəti  üçün  BMT  Təhlükəsizlik  Şurasının  indiki  statusu  ləğv 
edilməlidir.  Digər  tərəfdən,  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  əsasında  iqdisadi 
maraqlar dayandığından müstəqil Təhlükəsizlik Şurasına zərurət yoxdur.  
İqtisadi  xarakterli  hüquqauyğun  məcburiyyət  tədbirləri  (sanksiyalar)  müəyyən 
bir sistemə malikdir. Hüquq pozuntusu törədən dövlətə qarşı cavab tədbiri kimi 
- əmtəə idxalının məhdudlaşdırılması; 
- ticarətin idxal və ixracının kvotalandırılması, lisenziyalandırılması; 
- qeyri-tarif tənzimlənməsi tədbirlərinin tətbiqi: 
- müvafiq dövlətin hüquqi və fiziki şəxslərinin əmlakının milliləşdirilməsi; 
- fondların sekvestri, aktivlər üzərində həbs qoyulması; 
-  embarqo  (müəyyən  əmtəə,  əmtəələr  qrupu  üzrə  ixrac  və  idxalının 
dayandırılması ilə iqtisadi əlaqələrin tam və ya qismən kəsilməsi); 


-  boykot  (ticarət,  nəqliyyat  və  digər  münasibətlərin  kəsilməsinə  yönəlmiş  geniş 
xarakterli tədbirlər kompleksinin tətbiqi); 
-  blokada  (iqtisadi  resursların  tükəndirilməsi,  üçüncü  dövlətlər  tərəfindən 
təcridedilmə,  eləcə  də  hüquqi  və  fiziki  şəxslər  səviyyəsində  iqtisadi  münasibətlərin 
kəsilməsi) qeyd edilə bilər. 
Beynəlxalq iqtisadi münasibətlərdə iqtisadi (qeyri-hərbi) xarakterli gücün tətbiqi 
üzrə  məcburiyyət  tədbirləri  ilə  yanaşı,  BMT  Nizamnaməsinə  (m.  39,  41,  42)  uyğun 
olaraq  hərbi  gücün  sanksiyalaşdırılması  da  mümkündür.  Buna  misal  olaraq,  1977-ci 
ildə BMT Təhlükəsizlik Şurası CAR-ın siyasətini sülhə və beynəlxalq təhlükəsizliyə 
təhdid kimi qiymətləndirərək 418 saylı Qətnaməsi ilə CAR-ın silahla təchizatına tam 
embarqo qoymağı tövsiyə etmişdi. 
İraqın  Küveytə  müdaxiləsindən  sonra  1990-cı  ildə  BMT  TŞ  661  saylı 
qətnaməsilə  İraqa  iqtisadi  blokadanın  elan  edilməsi  üzrə  sanksiya  hər  hansı  bir 
kontrakt  və  lisenziyadan  asılı  olmayaraq  bütün  dövlətlər  üçün  müvafiq  əlaqələrin 
dayandırılması  üzrə  öhdəlik  müəyyən  edirdi.  BMT  Təhlükəsizlik  Şurasının  digər, 
670  saylı  qətnaməsində  qeyd  edilir  ki,  İraq  hökumətinin  BMT  Təhlükəsizlik 
Şurasının  qətnamələrinə  zidd  olan  istənilən  aktı  etibarsız  və  əhəmiyyətsizdir. 
Müvafiq olaraq, İraq tərəfindən, beynəlxalq publik qayda pozulduğu üçün dövlətlərin 
qanunvericiliyi  İraqın  qanunlarına  istinad  edə  və  həmin  dövlətin  məhkəmələri 
müvafiq qanunları tətbiq edə bilməzdi. 
Həmin  tədbirlər  seriyasından  Liviyaya  münasibətdə  BMT  Təhlükəsizlik 
Şurasının  1992-ci  il  748  saylı  Qətnaməsi  ilə  hava  embarqosu  və  silah  təchizatı 
embarqosu qeyd edilə bilər. 
 
ƏDƏBİYYAT  SİYAHISI 
 
 
84. 
Sadıqov,  fs r İsa  oğlu. Beyn lxalq  iqtisadi  hüquq :  dərslik  /  Ə.  İ. Sadıqov.  -  Bakı  :  Bakı 
Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə