Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə42/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   38   39   40   41   42   43   44   45   ...   100

bu təşkilat həmin dövlətlər üçün ümumi iqtisadi əməkdaşlıq prinsiplərinin qurulması, 
yeni  ticarət  qaydalarının  formalaşdırılması  və  mübahisələrin  həlli  mexanizmi  üçün 
çoxtərəfli  ticarət  danışıqları  formudur.  Hazırda  dövlətlərin  əksəriyyəti  öz 
fəaliyyətlərini Dünya  Ticarət  Təşkilatının  qayda-qanunlarına  uyğunlaşdırırlar. Qəbul 
edilən  öhdəliyə  görə,  Dünya  Ticarət  Təşkilatının  hər  bir  üzvü  öz  daxili  hüquq 
qaydasını müvafiq çoxtərəfli ticarət öhdəliklərinə uyğun olaraq nizama salmalıdır (m. 
XVI,  b.4).  GATT-1947  ilə  müqayisədə  Dünya  Ticarət  Təşkilatı  onun  bir  çox 
problemlərini və nöqsanlarını istisna edir.  
 
Dünya Ticarət Təşkilatının əsas xüsusiyyəti onun beynəlxalq müqavilə əsasında 
yaradılmasıdır.  1994-cü  il  Uruqvay  raundunun  Yekun  Aktında  təsbit  edilən  və  16 
maddədən  ibarət olan Mərakeş sazişi onun hüquqi əsasını təşkil edir. Dünya Ticarət 
Təşkilatının  təsis  müqaviləsinə  özündə  müxtəlif  saziş  və  əlavələri  əks  etdirən 
Əmtəələrlə  ticarət  üzrə  çoxtərəfli  Saziş  (Əlavə  1A);  Xidmətlərlə  ticarət  üzrə  Bazş 
Saziş (Əlavə 1B); Əqli mülkiyyət hüququnun ticarət aspetləri üzrə Saziş (Əlavə 1C); 
Mübahisələrin  həlli  proseduru  və  qaydaları  haqqında  Saziş  (Əlavə  2);  Ticarət 
siyasətinin icmalı mexanizmi (Əlavə 3); Məhdud saylı iştirakçılarla çoxtərəfli ticarət 
sazişləri  (Əlavə  4)  və  d.  bəyanat  və  razılaşmalar  daxildir.  Bütövlükdə  təşkilatın 
hüquqi  bazasını  1995-ci  ilin  yanvarın  1-dən  qüvvəyə  minən  50-yə  yaxın  sənəddən 
ibarət Uruqvay raundunun sazişlər paketi təşkil edir.  
 
Dünya  Ticarət  Təşkilatının  istər  fəaliyyətinin  səmərəliliyi,  istərsə  də  sturuktur 
baxımından  GATT-1947-dən  fərqləndirən  bir  sıra  əhəmiyyətli  xüsusiyyətləri 
mövcuddur.  Əgər  GATT  çoxtərəfli  fəaliyyətin  nəticəsində  de  facto  təşkilat  statusu 
əldə  etmişdirsə,  başqa  sözlə  kvazibeynəlxalq  təşkilat  kimi  fəaliyyət  göstərirdisə, 
Dünya Ticarət Təşkilatı beynəlxalq hüquqi şəxs statusuna malikdir (m.VIII).  
 
Əgər GATT ilkin dövrlərdə yalnız beynəlxalq saziş kimi diqqəti cəlb edirdisə və 
demək olar ki, heç bir struktura  malik deyildisə, bunun əksinə olaraq Dünya Ticarət 
Təşkilatı təsis edildiyi andan beynəlxalq iqtisadi təşkilat kimi meydana gəlmişdir.  
 
GATT-1947  yalnız  beynəlxalq  əmtəə  ticarətində  tətbiq  olunurdusa,  Dünya 
Ticarət  Təşkilatı daha  geniş sahəni – “görünməyən”  xidmətlərlə ticarəti,  investisiya, 


əqli mülkiyyətin ticarət aspektləri, valyuta-maliyyə münasibətləri ilə bağlı məsələləri 
əhatə edir.   
 
Dünya  Ticarət  Təşkilatının  hüquqi  təbiəti,  xaraqteri  ilə  bağlı  növbəti  fikirləri 
qeyd etmək olar:  
 
- Dünya Ticarət Təşkilatı müəyyən idarəetmə sturukturuna, aparatına malik olan, 
formal hüquqi beynəlxalq təşkilatdır;  
 
- beynəlxalq hüquqa müvafiq olaraq bütün immunitet və imtiyazlara malikdir; 
 
-  beynəlxalq  ticarət  münasibətlərinin  tənzimlənməsini  və  ona  nəzarəti  təmin 
edən effektiv universal beynəlxalq hüquqi mexanizmdir;  
 
-  Dünya  Ticarət  Təşkilatı  formal  olaraq  BMT-nin  ixtisaslaşdırılmış  orqanları 
sisteminə  aid  deyil  və  müvafiq  qurumlarla  qarşılıqlı  münasibətlərini  beynəlxalq 
sazişlərlə həyata keçirir;  
 
-  Dünya  Ticarət  Təşkilatı  dövlətüstü  xüsusiyyətə  və  birbaşa  beynəlxalq  hüquq 
yaratma  keyfiyyətinə,  funksiyasına  malik  olmasa  da,  onun  sisteminə  daxil  edilən 
hüquqi sənədlərin məcmusu Dünya Ticarət Təşkilatının hüququnu formalaşdırıb.  
 
7.12.  Dünya Ticarət Təşkilatının funksiyaları və məqsədi  
 
 
Dünya  Ticarət Təşkilatının qeyd edilən  xaraqterik  xüsusiyyətləri onu təsis edən 
beynəlxalq  müqavilə  ilə  nəzərdə  tutulan  funksiyalarından  meydana  gəlir.  Dünya 
Ticarət Təşkilatı növbəti 
 
- beynəlxalq ticarətin liberallaşdırılmasının beynəlxalq hüquqi tənzimlənməsinin 
(m. III, b.2); 
 
-  beynəlxalq  ticarət  münasibətləri  sahəsində  dövlətlərarası  münasibətlərin 
həllini; 
 
-  müstəsna  hallarda  təşkilat  üzvünün  Dünya  Ticarət  Təşkilatı  çərçivəsində 
üzərinə qoyulmuş öhdəliklərdən azad edilməsini (waivers) (m.IX, 3 və 4);  
 
- Dünya Ticarət Təşkilatı sistemində beynəlxalq sazişlərin şərh edilməsi (m. IX, 
b.2 və 3);  


 
-  ticarət  siyasətinin  icmalı  mexanizmi  vasitəsilə  Təşkilatın  sistemində 
beynəlxalq  ticarət  danışıqlarının  realizəsinə  nəzarəti  təmin  etmək  funksiyalarına 
malikdir.  
 
Dünya  Ticarət  Təşkilatının  sistemində  çoxtərəfli  ticarət  danışıqları  “dövlətin 
məqbul  ticarət  davranışı  məcəlləsi”  formasını  yaradır.  Təşkilatın  üzv-dövlətlərin 
ticarət davranışına birbaşa təsiri bir qayda olaraq digər üzv-dövlətlər vasitəsilə təmin 
edilir.  Mübahisələrin  həlli  (m.III,  b.3)  və  ticarət  siyasətinin  icmalı  mexanizmləri 
(m.III, b.4) Təşkilatın əsas funksiyaları kimi diqqəti cəlb edir.  
 
Dünya  Ticarət  Təşkilatının  əsas  məqsədi  –  beynəlxalq  ticarətin  maksimum 
dərəcədə  liberallaşdırılmasıdır.  Bunun  üçün  dünya  ticarətində  tənzimləyici  alət  kimi 
tarif  üsulları  qəbul  edilir.  Eyni  zamanda  idxal  rüsumlarının  səviyyəsi  tədricən  aşağı 
salınmalı,  beynəlxalq  ticarətdə  mövcud  olan  kəmiyyət  və  digər  məhdudiyyətlər,  bir 
sözlə, inzibati maneələr aradan götürülməlidir. 
 
Dünya  Ticarət  Təşkilatının  sazişlərində  beynəlxalq  ticarətin  liberallaşdırılması 
növbəti məqsədlərə nail olmaq üçün təməl vasitə hesab olunur: 
-  həyat şəraitinin yüksəldilməsinin təmin edilməsi;  
-  real gəlirlərin yüksəldilməsi və tələbatın səmərəli təminatı; 
-  dünyanın bütün resuslarının optimal istifadəsinə nail olmaq; 
-  əmtəə və xidmətlərin istehsalı və satışının genişləndirilməsi; 
-  tam məşğulluğun təmin edilməsi; 
-  Dünya  Ticarət  Təşkilatının  üzvləri  arasında  müxtəlif  iqtisadi  inkişaf 
səviyyətində 
olan və yoxsulluq şəraitində yaşayan ölkələrin müdafiəsi və s.  
 
7.13.  Dünya Ticarət Təşkilatının strukturu və üzvlük 
 
 
Digər  beynəlxalq  təşkilatlar  kimi  Dünya  Ticarət  Təşkilatı  da  xüsusi  sturuktura 
malikdir.  Təşkilatın  sturukturunda  ali  orqan  (üzv  dövlətlərin  nazirləri  səviyyəsində 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə