Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti


 . GATT-ın raundları və beynəlxalq ticarətin hüquqi



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə41/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   37   38   39   40   41   42   43   44   ...   100

 
7.10 . GATT-ın raundları və beynəlxalq ticarətin hüquqi 
                                tənzimlənməsinin inkişaf mərhələləri 
 
GATT-ın  hüquqi  inkişaf  prosesi  ticarət  danışıqları  (raundlar)  vasitəsilə  həyata 
keçirilmişdir.  Ilkin  dövrün  əsas  problemi  tarif  danışıqları  üzrə  olmuş  və  Cenevrədə 
(İsveçrə)  (1947)  keçirilən  danışıqların  əsas  nəticəsi  yalnız  gömrük  rüsumlarının 
məhdudlaşdırılmasına  deyil,  həm  də  gələcəkdə  keçiriləcək  tarif  danışıqlarının 
prosedur  qaydalarının  işlənib  hazırlanmasına  yönəlmişdi.  Danışıqların  Annesi 
(Fransa) (1949) və Torkidə (İngiltərə) 1950-1951) küçirilən raundları, eləcə də 1955-
1956-cı  illər  Cenevrədə  (İsveçrədə)  keçirilən  raundun  da  yekunu  əsasən  tarif 
məsələlərinə,  gömrük  rüsumlarının  aşağı  salınmasına  həsr  olunmuşdu.  Bu 
danışıqların gedişində 50 min əmtəəyə toxunulmuş, bütövlükdə, ticarət dövriyyəsinin 
yarısını təşkil edən 55 min tarif güzəşti edilmiş və gömrük rüsumlarının dərəcəsi 25% 
azldılmışdı. 
Dillon  raundu  (1960-1961)  gömrük  rüsumlarının  yenidən  (orta  hesabla  6,5%) 
aşağı  salınmasına  gətirib  çıxarır.  Danışıqların  əsas  predmeti  isə  Avropa  İqtisadi 
Birliyinin təsisi  ilə əlaqədar  olmuşdur.  Avropa İqtisadi  Birliyinin  yaradılması,  vahid 
gömrük tarifinin  müəyyən edilməsi, kənd təsərrüfatı siyasəti, Avropa İqtisadi Birliyi 
çərçivəsində üçüncü dövlətlərə preferensiyaların verilməsi müzakirə obyekti olur.  
Kennedi  raundunu  (1963-1976)  müasir  GATT-ın  tarif  siyasəti  sferasında 
əhəmiyyətli  mərhələ  kimi  qiymətləndirmək  olar.  Lakin  bu  mərhələdə  də  ümumi 
öhdəlik  olaraq  gömrük  rüsumlarının  50%  məhdudlaşdırılmasına  nail  olunmadı. 
Sənaye əmtəələrinə qoyulan gömrük rüsumları orta hesabla 5 il müddətinə 35% aşağı 
salınır.  Gömrük  rüsumlarının  aşağı  salınması  nızırdı  tutulan  əmtəələr  dünya 
ticarətinin  ¾-nü  təşkil  edirdi.  Qalan  bir  hissə  isə  kənd  təsərrüfatı  məhsulları,  digər 
“həssas” sənaye malları, tekstil, polad və s. aid idi.  


Tokio  raundu  (1973-1979)  çoxtərəfli  ticarət  danışıqları  prosesinin  qeyri-
qənaətbəxş  dünya  iqtisadi  vəziyyəti  dövrünə  təsadüf  edir.  1973-1974  illərdə  baş 
verən enerji böhranı beynəlxalq iqtisadi təhlükəsizliyin pozulmasına gətirib çıxarır. 
Buna  baxmayaraq,  Tokio  raundunda  da  müsbət  məqamlar  diqqəti  cəlb  edir. 
Gömrük  rüsumlarının  aşağı  salınması,  qeyri-tarif  maneələrinin  ləğvi,  yeni  hüquq 
qaydasının  (Standartlar  üzrə  Məcəllə;  Subsidiya  və  kompensasiya  üzrə  rüsumlar 
Məcəlləsi; Gömrük qiymətləndirilməsi Məcəlləsi;  Antidempinq Məcəlləsinin qəbulu 
və  s.)  formalaşması  dünya  ticarətinin  yüni  kontekstində  tənzimlənməsinə  gətirib 
çıxarır.  
GATT-ın  tarixində  köklü  dəyişiklik,  şübhəsiz  ki,  Uruqvay  raunduna  (1986-
1994)  təsadüf  edir.  Uruqvay  raundu  GATT  çərçivəsində  həyata  keçirilən  çoxtərəfli 
ticarət  danışıqlarının  8-ci  raundu  olaraq  Dünya  Ticarət  Təşkilatının  1995-ci  il 
yanvarın  1-dən  fəaliyyətinin  başlanğıcını  qoyur.  Uruqvay  raundunun  sazişlər  paketi 
təqribən  50  çoxtərəfli  sazişi  və  Dünya  Ticarət  Təşkilatının  təsisi  haqqında  sazişləri 
əhatə edir. Bu sazişlər:  
- Tariflər və Ticarət üzrə Baş Saziş (GATT-1994); 
- Kənd təsərrefatı üzrə saziş; 
- Sanitar və fitosanitar tədbirlərin tətbiqi haqqında saziş; 
- Paltar və tekstil və geym məmulatları haqqında saziş; 
- Ticarətdə texniki maneələr haqqında saziş; 
- İnvestisiya tədbirlərinin ticarət aspektləri haqqında saziş (TRİMS); 

GATT- 
1994-ün 
7-ci 
maddəsinin 
tətbiqi 
(əmtəənin 
gömrük 
qiyməyləndirilməsi) haqqında saziş; 
- Əmtəə qaydaları haqqında saziş; 
- İdxal lisenziyalaşdırması prosedurası haqqında saziş; 
- Subsidiyarlar və kompensasiya tədbirləri haqqında saziş; 
        - Xidmətlərlə ticarət haqqında Baş Saziş (GATS); 
 
- Əqli mülkiyyətin ticarət aspektləri haqqında saziş (TRİPS); 


 
Mübahisələrin  həlli  proseduru  və  qaydaları  haqqında  müqavilə  və  s.  qeyd  edilə 
bilər. 
 
  1986-cı  ildə  çoxtərəfli  ticarət  danışıqlarının  Uruqvay  raundu  üzrə  qəbul 
edilmiş  nazirlərin  Bəyannaməsinə  uyğun  olaraq  GATT  iştirakçısı  olan  dövlətlər 
GATT qaydaları  ilə  uyğunlaşmayan  məhdudlaşdırıcı tədbirləri (Standstill),  GATT-a 
uyğun olmayan bütün məhdudlaşdırıcı tədbirlərin (Roll back) tədricən ləğv edilməsi 
öhdəliyi  qəbul  etmişlər.  Müvafiq  öhdəliklərin  icrasına  nəzarət  etmək  məqsədilə 
nəzarət Orqanı da təsis edilmişdir. 
 
Hüquqi aspektdə Dünya Ticarət Təşkilatının fəaliyyətində Təşkilat üçün spesifik 
olan  adət  və  müqavilə-hüquqi  (diskiriminasiyaya  yol  verməmək,  daha  əlverişlilik, 
milli  rejim,  preferensiya)  prinsiplər  çıxış  edir.  Bu  prinsiplər  öncə  GATT-da  ifadə 
edilmiş, sonradan yekun Mərakeş sənədləri paketində də möhkəmləndirilmişdir. 
 
Sazişin ikinci maddəsində qeyd edilir ki, hər bir razlığa gələn tərəf hər hansı bir 
ölkəyə  təqdim  olunan  bütün  immunitetləri,  üstünlükləri,  imtiyazları,  güzəştləri 
mütləq və dərhal bütün digər razılığa gələn tərəfə də tətbiq edəcək. Ayrı-seçkiliyə yol 
verməmək  prinsipinin  minimal  standartı  kimi  daha  əlverişlilik  prinsipi  çıxış  edir. 
GATT-dan  çıxış  edərək  daha  əlverişlilik  prinsipi  şəxslərə  deyil,  ancaq  əmtəələrə 
tətbiq olunur. 
 
 
 
7.11  Dünya Ticarət Təşkilatının təsis edilməsi 
 
 
Dünya  Ticarət  Təşkilatı  (World  Trade  Organisation)  GATT-in  (1947)  həm 
maddi  hüquqi,  həm  də  institusional  mexanizmi  əsasında  yaradılmış,  dünyada  baş 
verən  qloballaşma,  iqtisadiyyatların  bir-birinə  inteqrasiyası  proseslərinin  önündə 
gedən,  yarandığı  vaxtdan  etibarən  əhatə  dairəsini  ticarətin  geniş  bir  sferası  ilə,  o 
cümlədən, ticarətlə  yanaşı  iqtisadiyyatın  xidmət, əqli  mülkiyyət, investisiya  və digər 
sahələri  hesabına  genişləndirən  beynəlxalq  müqavilə  əsaslı  təşkilatdır.  Dünyanın 
ümumi  ticarət  dövriyyəsinin 95%-nı əhatə  edən  və 170-ə  yaxın dövlətin  üzv  olduğu 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə