Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə43/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   39   40   41   42   43   44   45   46   ...   100

fəaliyyət  göstərən  və rəsmi adı konfrans, bəzi ədəbiyyatlarda  isə “Təşkilatın samiti” 
kimi istifadə edilən) Nazirlər Konfransıdır.  
 
Dünya  Ticarət  Təşkilatının  təsis  edilməsi  haqqında  Sazişin  IV  maddəsinin  1-ci 
bəndinə  əsasən  Nazirlər  Konfransı  iki  ildə  bir  dəfədən  az  olmayaraq  şağrılmalıdır. 
Bir  qayda  olaraq  konfransda  üzv  dövlətlər  ticarət  və  ya  xarici  işlər  nazirliyi 
səviyyəsində təmsil olunur.  
 
Nazirlər  Konfransı  çoxtərəfli  ticarət  müqavilələri  haqqında  Uruqvay  raundu  ilə 
qəbul edilmiş prinsipial məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi ilə bağlı 
şağrılır. Bununla  yanaşı Nazirlər  Konfransı Təşkilatın bütün  funksiyalarını  istisnasız 
həyata  keçirmək  və  Təşkilatın  fəaliyyəti  ilə  bağlı,  eləcə  də  çoxtərəfli  ticarət 
müqavilələrindən hər hansı birinin predmetini təşkil edən bütün məsələlərlə əlaqədar 
istənilən qərarı qəbul etmək səlahiyyətinə malikdir.  
 
Dünya  Ticarət  Təşkilatının  digər  baş  orqanı  daimi  fəaliyyət  göstərən  bütün 
üzvlərin  nümayəndələrindən  təşkil  olunan  Baş  Şuradır.  Nazirlər  Konfransının 
sessiyalararası dövründə (ildə 8-10 dəfə) Cenevrədə, bir qayda olaraq üzv dövlətlərin 
səfirləri,  ya  da  Dünya  Ticarət  Təşkilatında  mövcud  dövlətlərin  nümayəndələrinin 
rəhbərləri  səviyyəsində  toplaşır.  Baş  Şura  çərçivəsində  müxtəlif  şura,  komitə  və 
qruplar fəaliyyət göstərir.  
 
Daha əhəmiyyətli və prinsipial problemlərə baxan Nazirlər Konfransından fərqli 
olaraq  Baş  Şura  Nazirlər  Konfransı  adından  Dünya  Ticarət  Təşkilatının  gündəlik 
işinin əsas hissəsini tamamlayaraq, cari və prsedur məsələləri həll edir. Bundan əlavə, 
Baş Şura 2 xüsusi tərkibdə (formada) fəaliyyət göstərir: mübahisələrin həlli və ticarət 
icmalının  üzrə  Orqan  qismində  Təşkilatın  ayrı-ayrı  üzvlərinin  ticarət  siyasıti 
icmalının sistemini hazırlayır.  
 
Baş Şuranın qərarı konsesus yolu ilə qəbul olunur. Konsesus baş tutmadıqda isə, 
əgər  Dünya  Ticarət  Təşkilatının  təsis  edilməsi  haqqında  Sazişdə  və  Dünya  Ticarət 
Təşkilatı  sisteminə  daxil  olan  beynəlxalq  müqavilələrdə  başqa  hal  nəzərdə 
tutulmamışdırsa, qərarın üzvlərinin əksəriyyətinin sadə səs çoxluğu ilə qəbul olunur.  


 
Baş  Şura  Nazirlərin  Konfransına  tabedir  və  davamlı  olaraq,  öz  fəaliyyətinin 
bütün  istiqamətləri  ilə  bağlı  onun  qarşısında  hesabat  verir.  Nazirlər  konfransı 
bilavasitə Baş Şuraya tabe olan 3 orqan təsis etmişdir.  
 
 
Dünya  Ticarət  Təşkilatının  inzibati  idarəçilik  funksiyası  Təşkilatın  katibliyi 
tərəfindən yönəldilir. Katiblik daimi fəaliyyət göstərməklə 
 
- ali və icraedici orqanların qərarlarının layihəsinin hazırlanması; 
 
-  üzvlərin  məlumatlandırılması,  müxtəlif  xidmətlərin  təqdim  edilməsini  həyata 
keçirir. 
 
Dünya  Ticarət  Təşkilatının  Katibliyi  Baş  direktor  tərəfindən  idarə  olunur. 
Nazirlər  Konfransı  (və  ya  Baş  Şura)  Dünya  Ticarət  Təşkilatının  Baş  direktorunu 
təyin edir.  
 
Təşkilatın daimi fəaliyyət göstərən icraçı orqanı – Katibliyi (aparatı) beynəlxalq 
məmur statusu almış təqribən 500-ə qədər əməkdaçından ibarətdir.  
 
Katiblik  Dünya  Ticarət  Təşkilatının  bütün  orqanlarının  fəaliyyətini  kordinasiya 
edir,  eyni  zamanda  lazımi  hüquqi  və  analitik  dəstək  göstərir.  Məhz  katibliyin 
mütəxəssisləti  ticarət  mübahisələrinə  baxılması  ilə  bağlı  milli  ticarət  siyasəti  üzrə 
icmalın hazırlanmasını təmin edir.  
 
 
Təşkilatda  üzvlük  məsələsi  özünəməxsusluğa  malikdir.  Dünya  Ticarət  Təşkilatının 
üzvləri  təkcə  dövlətlər  deyil,  həm  də  özlərinin  xarici  ticarət  münasibətlərini  idarə 
edən tam  muxtariyyətə  malik olan  gömrük əraziləri, o cümlədən,  Honkonq, Tayvan, 
Fələstin, Avropa İttifaqı və s. çıxış edir.  
 
Dövlət  qismində  tanınmasına  nail  ola  bilməyən  qurumların  beynəlxalq 
dövlətlərarası  təşkilatlarda  iştirakı  xüsusi  problemlərdən  biridir.  Dünya  Ticarət 
Təşkilatının  təsis  aktı  bu  məsələdə  xüsusi  mövqeyə  malikdir.  Dünya  Ticarət 
Təşkilatına  qoşulma  prosesi  nə  qədər  siyasi  arqumentə  söykənsə  də  Təşkilatda 
iqtisadi  məzmun  üstünlük  təşkil  edir.  Bu  və  ya  digər  dövlətin  qarşılıqlı 
tanınmasından,  diplomatik  əlaqələrdən  asılı  olamyaraq  üzvlüyün  reallaşdırılması 
mümkündür. Əgər bir dövlət digərini tanımırsa onlar Dünya Ticarət Təşkilatının təsis 


edilməsi  haqqında  Sazişin  XIII  maddəsindən  istifadə  edirlər.  Hazırki  mexanizm 
Təşkilatın bir üzvünün digər üzvünə qarşı onun bütün qaydalarının tətbiq edilməsinə 
imkan  verir.  Dolayısı  ilə  GATT-ın  XXXV  maddəsi  də  həmin  mövqedən  çıxış  edir. 
Bu  məsələ  də  Ermənistan  tərəfindən  de  fakto  təcavüzə  məruz  qalmış  AR  üçün  də 
xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  AR-dən  öncə  Təşkilata  üzv  olmasına 
baxmayaraq qeyd etdiyimiz qaydaya əsasən Ermənistan Azərbaycan Respublikasının 
üzvlüyünü maneələndirmək imkanına malik deyil
 
Beynəlxalq  müqavilələrdən  çıxmaq  haqqında  ümumi  qaydaya  əsasən  üzvlüklə 
yanaşı  Dünya  Ticarət  Təşkilatından  çıxmaq  məsələsi  də  təsis  aktında  təsbit  edilib. 
Dünya  Ticarət  Təşkilatının  Baş  dirüktoru  üzvlükdən  çıxmaq  haqqında  yalnçz 
müraciəti  aldıqdan  sonra  6  ay  müddətində  müvafiq  qərar  qüvvəyə  minir.  Qoşulma 
haqqında Saziş ölkələrin qanunvericiliklərinin bir hissəsi olduğu üçün həmin sazişdə 
çoxtərəfli,  universal  ticarət  klubu  kimi  Dünya  Ticarət  Təşkilatından  çıxmaq  şərtləri 
barədə qeydlər edilə bilər.  
 
Dünya  Ticarət  Təşkilatına  üzvlük  iqtisadi  təhlükəsizliyin  təminatı  baxımından 
əhəmiyyət  daşıyır.  Hər  bir  dövlət  üzvlüyə  qəbul  prosesində  milli  maraqlarını  qlobal 
iqtisadi  təhlükəsizliklə  uzlaşdırmağa  çalışır.  Müvafiq  vəzifənin  həlli  AR  üçün  də 
istisna təşkil etmir.  
 
Azərbaycan Dünya Ticarət Təşkilatına üzv olması prosesində  
 
- AR-in müharibə vəziyyətində olması; 
 
- beynəlxalq təşkilatlarla əməkdaşlıq; və  
 
- ikitərəfli əlaqələr nəzərə alınmalıdır. 
 
Dünya Ticarət Təşkilatına yeni üzv ölkələrin qoşulmasının əsas şərtlərindən biri 
onların  milli  qannvericiliyinin  və  təcrübələrinin  Dünya  Ticarət  Təşkilatı  hüququna 
uyğunlaşdırılması  təşkil  edir.  Milli  qanunvericiliyin  unifikasiyası  məsələsi  Dünya 
Ticarət Təşkilatının təsis edilməsi haqqında Sazişin XVI maddəsinin 4-cü bəndindən 
irəli  gəlir.  Həmin  maddəyə  görə,  hər  bir  iştirakçı  dövlət  öz  qanunlarını,  normativ 
aktlarını  və  öhdəlikləri  ilə  bağlı  inzibati  qərarlarını  müvafiq  müqavilələrə 
uyğunlaşdırmaq vəzifəsi daşıyırlar.  


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə