Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə44/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   40   41   42   43   44   45   46   47   ...   100

 
Dövlətdaxili  qanunvericiliyin  ümumqəbuledilmiş  beynəlxalq  ticarət  hüquq 
normalarına  müvafiq  olaraq  dəyişdirilməsi  xüsusi  bir  problem  olaraq  diqqəti  cəlb 
edir. Bu zaman üzv olmaq istəyən dövlətlər üçün: 
-  Dünya Ticarət Təşkilatı qaydalarının tətbiqi zamanı maksimum uzunmüddətli 
keçid dövrünün verilməsinə; 
 
-  milli  sənaye  üçün  mühüm  əhəmiyyət  kəsb  edən  mallar  üzrə  yüksək  idxal 
gömrük rüsumlarının tətbiqinə; 
 
-  xidmətlər  sahəsində  danışıqlar  zamanı  inkişafda  olan  ölkələr  üçün  xüsusi  və 
diferensial güzəştli rejimin verilməsinə; 
 
-  yerli  mütəxəssislər  olduğu  halda  xaricilərin  işə  düzəlmə  qaydalarının  qeyri-
liberal tənzimlənməsinə, kvotalaşdırılmasına;  
 
-  kənd  təsərrüfatı  sahəsində  istehsala  subsidiya  verliməsinə  nail  olmaq  xüsusi 
əhəmiyyət daşıyır.  
 
  
 
7.14.  Dünya Ticarət Təşkilatına  
üzvlüyə qəbulun mərhələləri 
 
 
Dünya Ticarət Təşkilatına yeni üzvlərin qəbulu növbəti mərhələlərdən keçir: 
 
-  qəbul  ilə  əlarədar  baş  direktora  ərizə  və  xarici  ticarət  rejimi  haqqında 
memorandum tətbiq edilməsi; 
 
-  ərizə  və  memorandumun  Dünya  Ticarət  Təşkilatının  xüsusi  qrupu  tərəfindən 
öyrənildiyi zaman üzv-dövlətlərlə müvafiq məsələlər üzrə danışıqların aparılması; 
 
-  Dünya  Ticarət  Təşkilatının  xüsusi  işçi  qrupu  üzv  olmaq  istəyən  dövlətin 
öhdəliklərinin məcmuunu nəzərdə tutan hesabat və protokol layihəsini hazırlaması; 
 
- Nazirlər Konfransının 2/3 səs çoxluğu ilə hesabatı qəbul edib və Dünya Ticarət 
Təşkilatına daxil olmaq haqqında protokolu iddiaçı hökumətə göndərməsi; 
 
-  üzv  olmaq  istəyən  ölkələrin  Dünya  Ticarət  Təşkilatına  daxil  olmaq  haqqında 
protokolu imzalaması, ratifikasiya etməsi mərhələsi qeyd edilməlidir.  


 
Faktiki  olaraq  üzv  olmaq  istəyən  dövlət  üçün  konkret  şərtlər  ikinci  mərhələdə 
hazırlanır.  Bu  zaman  müvafiq  dövlətin  statusu  üzvlərin  statusuna  yaxınlaşır. 
Qoşunlma  prosesi  birtərəfli  proses  sayılmalıdır.  Belə  ki,  Dünya  Ticarət  Təşkilatının 
üzvü  olan  dövlətlər  qoşulma  prosesində  olan  dövlətin  qarşısına  müəyyən  tələblər 
qoyduqları  halda,  qoşulma  prosesində  olan  dövlət  üzvlər  qarşısında  tələblər  qoya 
bilməz.  Bir  qayda  olaraq  bu  mərhələdə  qoşulma  prosesində  olan  dövlət  tərəfindən 
iqtisadi  potensialı  güclü  olan  dövlətləri  “islah”  etmək  tendensiyası  diqqət  cəlb  edir. 
Üzvülük  zamanı  qeyri-məqbul  vəziyyətə  düşməmək  üçün  üzv  dövlətlərlə  ikinci 
mərhələdə  aparılan  ikitərəfli  danışıqlarda  müvəffəqiyət  qazanılmalıdır.  Üzv-
dövlətlərlə  ikitərəfli  danışıqlar  oferta  əsasında  həyata  keçirilir.  Ofreta  gömrük 
tariflərinin  sturukturu,  tarif  kolonları  (sütünlar)  və  onlara  uyğun  ümumi  və  daha 
əlverişli rüsum  dərəcələri, tarif dərəcələrinin  ilkin  və son “bağlanılma”, “ortalanma” 
səviyyəsi ifadə edilir. Gömrük tarif məsələləri üzv-dövlətlər tərəfindən öyrənildikdən 
sonra  iddiaçı  dövlətə  təqdim  edilir.  Qarşılıqlı  güzəşt  və  öhdəliklərdən  sonra  əldə 
edilmiş  konsensus  nəticəsində  işçi  qrup  xidmətlər  üzrə  spesifik  öhdəliklərin 
siyahısını,  həmçinin  əmtəələr  sferasında  tarif  güzəştləri  və  kənd  təsərrüfatına, 
sənayeyə  yardım  sahəsində  öhdəliklərin  siyahısını,  vergi  sistemi,  tədiyyə  balansı, 
xarici  investisiyaların,  əqli  mülkiyyətin  və  s.  müdafiə  sistemi,  daha  əlverişlilik 
prinsipindən istisna və s. ilə əlaqədar sənədləri hazırlayıb Dünya Ticarət Təşkilatının 
müvafiq qurumlarına təqdim edir.  
 
Tarif  danışıqları  Dünya  Ticarət  Təşkilatına  qəbul  prosesinin  bir  hissəsini  təşkil 
edir.  Ilk  baxışdan  elə  görünə  bilər  ki,  Dünya  Ticarət  Təşkilatı  üzvləri  məhsulların 
geniş hissəsinə yüksək tarif endirimləri tətbiq etməyi xahiş edəcəklər. Qəbul olunma 
mərhələsində olan ölkə öz maraqları çərçivəsində həmin xahişləri qiymətləndirilməli 
və  üzvlərlə  fərdi  məsləhətləşmələr,  formal  və  qeyri-formal  danışıqlar  keçirərək 
qarşılıqlı razılığa gəlməlidir.  
 
  Tarif  təklifinin  əsas  elementlərini  tarif  siyasəti,  məcburi  tarif  norması,  tarif 
normasının differensiyası və s. təşkil edir.  


 
Tarif 
danışıqlarına 
daxil 
olmazdan 
əvvəl 
mill 
maraqlar 
aydın 
müəyyənləşdirilməli və təklifdə bir sıra məsələlərin həlli göstərilməlidir: 
 
-  iddiaçı  ölkələrin  bəzi  sektorları  müdafiə  müdafiə  etmək,  zəif  sənaye 
sektorlarını  gücləndirmək  ehtiyacı  sınaqdan  keçirilməlidir.  Nəzərdə  tutulmalıdır  ki, 
tariflər  Dünya  Ticarət  Təşkilatı  çərçivəsində  yerli  istehsalçıları  müdafiə  etmək  üçün 
yeganə qanuni vasitədir;  
 
-  yerli  iqtisadiyyat  üzərində  təsirin  saxlanılması  diqqət  mərkəzində  olmalıdır. 
Ölkələrin  makroiqtisadi  mexanizmlərinə,  tədiyyə  balansına,  əmək  bazarına  tarif 
endirimlərin təsiri hesabaalınmalıdır. Tərif endirimlərinə məruz qalan sektorlar idxal 
edilmiş məhsulların sərt rəqabəti nəticəsində işsizliyin artırılmasına səbəb ola bilər; 
 
-  bəzən  dövlət  gəlirlərinin  aşağı  düşməsi  tendensiyası  diqqəti  cəlb  edir. 
Əsasəndə  inkişafda  olan  ölkələrdə  gömrükdən  gələn  gəlirlər  büdcənin  əsas  mənbəyi 
olduğundan  və  digər  alternativ  vergi  sistemləri  çatışmadığı  üçün  dövlət  gəlirinin 
azalması əhəmiyyətli dərəcədə hiss oluna bilər.  
 ƏDƏBİYYAT  SİYAHISI 
 
105. 
SadıqovƏfsər İsa  oğlu. Beynəlxalq  iqtisadi  hüquq :  dərslik  /  Ə.  İ. Sadıqov.  - 
Bakı : Bakı Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
106. 
Əliyev  Etibar  Əli  oğlu.  Beynəlxalq  iqtisadi  hüquq.  Dərslik.  Bakı:  “UniPrint” 
MMC nəşriyyat-poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
107. 
E.  Ə.  Əliyev  Beynəlxalq  iqtisadi  hüquq:  ümumi  müddəalar.  Bakı,  “Hüquq  ədəbiyyatı”  nəşriyyatı, 
2011. – 240 səh. ; 
108. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ; 
109. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000; 
110. 
Əli Həsənov. Müasir beynəlxalq münasibətlər və Azərbaycanın xarici siyasəti. Bakı – 2005. 
111. 
Z.  Ə.  Səmədzadə.  Azərbaycanın  xarici  iqtisadi  əlaqələri.  “İqtisadiyyat  və  həyat”  jurnalı.  Bakı  – 
1991; 
112. 
Natiq  Əliyev  “Azərbaycanın  sənaye  və  yanacaq-enerji  kompleksinin  vəziyyəti  və  inkişaf 
istiqamətləri”       Bakı 2006; 
113. 
Hacıyev Ş.H., Bayramov Ə.İ., Beynəlxalq iqtisadiyyat. Motodiki göstəricilər, Bakı 2000; 
114. 
Ə. Ə. Bayramov. Regional iqtisadi inteqrasiya. Bakı - 1997. 
115. 
Е. Ф. Авдокушин Международные экономические отношения. Москва – 2001; 
116. 
В.  Е.  Рыбалкин,  Ю.  А.  Щербанин,  Л.  В.  Балдин  и  др.  Международные  экономические 
отношения. Москва - 2001; 
117. 
Вельяминов  Г.М.  Международное  экономическое  право  и  процесс  (  Академический  курс): 
Учебник. - М.: Волтерс Клувер 2004; 
118. 
Октай  Эфендиев,  Этибар  Алиев.  Внешнеэкономическая  деятельность  современного 
Азербайджана. Баку – 2007; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə