Beynəlxalq
vergi
hüququnun
mənbələri
dedikdə
beynəlxalq
vergi
münasibətlərini tənzimləyən dövlətdaxili və beynəlxalq hüquqi aktlar başa düşülür.
Beynəlxalq vergi hüququnun xaraqterk əlamətlərindən biri də məhz dövlətdaxili
qanunvericiliyin beynəlxalq vergi hüququnun mənbələri sırasında olmasıdır.
Dövlətdaxili vergi qanunvericiliyi beynəlxalq iqtisadi münasibətlərə birbaşa təsir
qüvvəsinə malik olduğundan beynəlxalq vergi münasibətlərinin tənzimlənməsini
dövlətdaxili qanunvericiliyin rolu olmadan təsəvvür etmək mümkün deyil.
Dövlətdaxili qanunvericilik səviyyəsində vergi ilə bağlı qəbul olunan əksər
aktlarda beynəlxalq vergi münasibətlərini tənzimləyən normalara rast gəlmək olar.
Bu normalar ya konkret vergi münasibətinə dövlətin mövqeyini əks etdirir, ya da
yarana
biləcək
ziddiyyəti
aradan
qaldırmağa
xidmət
edir.
Azərbaycan
Respublikasının qanunvericilik praktikasında əsas yeri 11 iyun 2000-ci ildə qəbul
olunmuş Vergi Məcəlləsi təşkil edir. Məcəllə, demək olar ki, vergi hüququ sahəsində
əksər məsələləri özündə birləşdirir və tənzimetmədə mərkəzi xaraqter daşıyır.
Beynəlxalq vergi münasibətlərinidə yarana biləcək kolliziyaların istisna
edilməsində mərkəzi vergi orqanlarının aktları da əhəmiyyətli rola malikdir. Buna
misal olaraq AR-in Vergilər Nazirliyinin gəlirlərə və əmlaka görə vergilərə
münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq
müqavilələrin icrasına dair prosedur Qaydaları (2006) və s. bu yönümlü aktları hüquq
tətbiqetmə prosesi üçün xüsusi əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, beynəlxalq vergi hüququnun əsas mənbəyi qismində ilk növbədə
beynəlxalq normalar çıxış edir. Beynəlxalq vergi münasibətlərini tənzimləyən
beynəlxalq sənədləri müxtəlif adlarla və müxtəlif tənzimetmə obyektinə, subyektlərin
dairəsinə, tənzimetmənin metoduna görə fərqləndirmək olar.
Bu sistemdə ilk növbədə ümumi xaraqterli szişlər qeyd edilməlidir. Müvafiq
sazişlərdə beynəlxalq münasibətlərin digər sahələri ilə yanaşı, beynəlxalq vergi
münasibətlərinə də aid müddəalar movcud olur. Buna nümumə kimi: 1961-ci il
Avropa Sosial Xartiyasını; Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşvirəsinin
1975-ci il Helsinki Yekun Aktını; Avropa Birliyinin təsis edilməsi haqqında
beynəlxalq sənədlərini; GATT-1947 və ona uyğun qəbul olunan ticarət sazişlərini
ğöstərmək olar.
Çoxtərəfli və ikitərəfli beynəlxalq vergi sazişləri beynəlxalq vergi hüququnun
mənbələri qismində xüsusi katiqoriya təşkil edirlər. Onlardan beynəlxalq vergi
münasibətlərinin tənzimlənməsi sferasında beynəlxalq hüququn əsasını təşkil edən
beynəlxalq sazişlər (məsələn, Avropa İttifaqı haqqında 1992-ci il Maastrixt
Müqaviləsi; Vergi siyasətinin razılaşdırılmış prinsipləri haqqında MDB iştirakçı-
dövlətlərinin hökumətləri arasında bağlanmış 1992-ci il Sazişi, həmçinin universal və
regional model Konvensiyalar); ikiqat verginin aradan qaldırılması haqqında sazişlər
(məsələn, Əmlak və gəlir vergisinə münasibətdə ikiqat vergiqoymanın aradan
qaldırılması haqqında AR hökuməti ilə RF hökuməti arasında 1997-ci il Saziş və s.);
xüsusi sferalı vergi sazişləri (məsələn, Xarici avtomobillərin vergi rejimi haqqında
1931-ci il Cenevrə Konvensiyası; Müəllif mükafatlandırmasından ödənilən ikiqat
vergiqoymanın aradan qaldırılması haqqında çoxtərəfli 1979-cu il Madrit
Konvensiyası və s.); vergi imtiyazları haqqında Konvensiyalar (393); vergi
məsələləri üzrə inzibati yardım və əməkdaşlıq haqqında sazişlər (məsələn, Vergi
məsələlərində qarşılıqlı inzibati yardım haqqında 1988-ci il strasburq – Paris
Konvensiyası, MDB iştirakçı dövlətlərinin vergi cinayətləri ilə mübarizədə
əməkdaşlıq haqqında Sazişi və s.) qeyd edilə bilər.
Ümumi vergi sazişlərinə vergiqoymanın bütün aspektlərini əhatə edən
beynəlxalq sənədlər daxildir. Bura tövsiyə xaraqterli müqavilələr, nümuməvi
müqavilə modelləri aiddir. Beynəlxalq səviyyədə üç model – Avropa, BMT və ABŞ
modeli fərqləndirilir.
BMT modeli 1979-cu ildə ECOSOC tərəfindən tərtib olunub və inkişafda olan
və inkişaf etmiş ölkələr arasında ikiqat vergiqoymanın Model Konvensiyası
adlanmaqla analoji müqavilələr üçün nümunə rolunu oynayır. Bir növ avropa
modelinə alternativ kimi hazırlanmışdır.
Model Konvensiya 7 fəsil və 29 maddədən ibarətdir. Model Konvensiyada ikiqat
vergiqoyma ilə bağlı əsas anlayışlar (m.3), dividentlər (m.10), royaltı (m.12), ikiqat
verginin sadəlaəşdirilməsi metodları, o cümlədən vergidən azadetmə (m.23), vergi
krediti (m.23B), ayrı-seçkilk etməmək (m.24) və s. kimi məsələlər təsbit edilib.
Avropa Modeli 1977-ci ildə Avropa İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının
gəlir və kapitaldan ikiqat vergiqoymanın aradan qaldırılması və onun şərhi haqqında
Nümuməvi Konvensiyasına əsaslanır və rezidentlik prinsipinə uyğun olaraq tətbiq
olunmuşdur. Avropa İttifaqı dövlətlərinin ikiqat vergiqoymanın aradan qaldırılması
ilə bağlı müqavilələrində nümunə kimi istifadə olunur.
Müvafiq Təşkilat çərçivəsində Vergi məsələlərində qarşılıqlıinzibati yardımın
göstərilməsi haqqında (1981) Nümuməvi Konvensiya; Miras və hədiyyələrdən ikiqat
verginin aradan qaldırılması haqqında (1982) Nümuməvi Konvensiya; Gəlir və
kapitala vergi qoyulması haqqında (1992) Nümuməvi Konvensiya hazırlanmışdır.
Sonuncu Nümuməvi Konvensiya ikiqat vergiqoymanı istisna etməklə yanaşı, həm də
vergi ödəmələrindən yayınma hallarına qarşı normaları nəzərdə tutur.
ABŞ modeli 1981-ci ildə ABŞ milli hüququnun ədalətinə uyğun tətbiq
olunmuşdur. Bunlardan başqa ATƏT çərçivəsində Vergi məsələləri ilə bağlı qarşılıqlı
yardım haqqında Model Müqavilə, Daşınmaz əmlak, miras əmlakı və hədiyyələrdən
vergi tutulmaması haqqında 1983-cü il Model Müqaviləsi mövcuddur.
Vergi münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsi əksər regional qrumlar
üçün xaraqterikdir. 1971-ci ildə and qrupu dövlətləri ikiqat vergiqoymanın aradan
qaldırılması haqqında Nümuməvi Konvensiya qəbul ediblər. Yenə də həmin ildə bir
sıra Afrika dövlətlərinin təşəbbüsü ilə ikiqat vergiqoymanın aradan qaldırılması
haqqında çoxtərəfli Saziş imzalanmışdır. Bunun ardınca vergi münasibətlərinin
beynəlxalq hüquqi tənzimlənməsi Ərəb İqtisadi Birliyi tərəfindən həyata
keçirilmişdir. Birliyin üzv-dövlətləri 1973-cü ildə Ərəb vergi Sazişini inmzalamışlar.
1975-ci ildə yenə də Afrika dövlətlərinin ikiqat vergiqoymanın aradan qaldırılması
haqqında çoxtərəfli Sazişi qəbul edilmişdir.
1994-cü ildə Gəlir vergisi haqqında Müqavilə Karib ölkələri Birliyi
(CARICOM) çərçivəsində imzalamışdır. Yenə regional sazişlərə misal olaraq, MDB
iştirakçı-dövltləri arasında əmtəələrin (iş və xidmətləri) ixracı və idxalı zamanı dolayı
Dostları ilə paylaş: |