vergilərin tutulmasının prinsipləri haqqında 1998-ci il Moskva Sazişi, Avrasiya
İqtisadi Birliyinin 2002-ci il Vergi idarəçiliyinin harmonizasiyasının əsas Prinsipləri
və s. qeyd edilə bilər.
Postsovet məkanında beynəlxalq vergi münasibətlərinin kompleks formada
tənzimlənməsini nəzərdə tutan akt kimi MDB-nin Model vergi Məcəlləsinə diqqət
yetirilməlidir. MDB iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyası tərəfindən
hazırlanan Model vergi Məcəlləsinin ümumi hissəsi 2000-ci ildə, xüsusi hissəsi isə
2002-2003-cü illərdə qəbul edilmişdir. Ümumi vergi sazişlərinin əsas hissəsi ikiqat
vergiqoymanın aradan qaldırılması üzrə bağlanan ikitərəfli vergi sazişləri aiddir.
Tədricən ikitərəfli tənzimetmə tendensiaysı daha da artmaqdadır. Azərbaycan
Respublikasının müasir müqavilə praktikasında bu sazişlərin sayı 20-dən çoxdur.
ƏDƏBİYYAT SİYAHISI
150.
Sadıqov, Əfsər İsa oğlu. Beynəlxalq iqtisadi hüquq : dərslik / Ə. İ. Sadıqov. - Bakı : Bakı
Universiteti Nəşriyyatı, 2008. - 396 s.;
151.
Əliyev Etibar Əli oğlu. Beynəlxalq iqtisadi hüquq. Dərslik. Bakı: “UniPrint” MMC
nəşriyyat-poliqrafiya müəssisəsi, 2012, 650 səh.
152.
E. Ə. Əliyev Beynəlxalq iqtisadi hüquq: ümumi müddəalar. Bakı, “Hüquq ədəbiyyatı” nəşriyyatı,
2011. – 240 səh. ;
153.
Hacıyev Ş.H., Bayramov Ə.İ., Beynəlxalq iqtisadiyyat. Motodiki göstəricilər, Bakı 2000;
154.
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ;
155.
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000;
156.
A. Ş. Şəkərəliyev. Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı – 1998;
157.
Əliyev Aydın “Azərbaycanın iqtisadi siyasəti. Azərbaycanın xarici ticarət-iqtisadi laqələri”. Qanun,
Bakı-2003;
158. Борисов К.Г. К вопросу о формировании международного налогового права в
международном общении государств / Московский журнал международного права. 1999.
№4
159. Дернберг Р.Л. Международное налогообложение. Москва-Будапешт. 1997
160. Захарина А.С. Налоговое право Европейского союза: действующие директивы ЕС в
сфере прямого налогообложения. М. 2006
161. Калинина
И.В.
О
некоторых
международных
принципах
налогового
администрирования / Налоговед. 2005. №9.
162. Меркулов Е.С. Понятие и предмет международного налогового права: спорные
вопросы / Право и политика. 2004. №4
163. Ша хмаметь ев А. А. Межд унаро дно е на ло гоо бло жение и межд унаро дно е
нало го во е право : право вые аспекты взаимо связи / Финансо во е право . 2006.
№3
164. M it c he l B. Carro ll, G lo ba l P ersp ect ives o f a n Int er nat io na l Ta x La w yer /
H icks v ille, New Yo rk, Expo s it io n Pres s. 1 978.
Mövzu 10. Beynəlxalq investisiya hüququ
10.1. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlənməsinin inkişaf
mərhələləri
10.2. Xarici investisiyaların milliləşdirilməsi və əldə olunmuş gəlirlərin sərbəst
köçürülməsi problemi
10.3. İnvestisiyanın anlayışı və konseptual fərqin beynəlxalq hüquqi əsası
10.4. Beynəlxalq investisiya hüququnun prinsip və mənbələri
10.5. İkitərəfli investisiya müqavilələri
10.6. Beynəlxalq investisiya münasibətlərinin regional beynəlxalq hüquqi
tənzimlənmsi
10.7.
Enerji
Xartiyasına
Müqavilənin
investisiya
münasibətlərinin
tənzimlənməsində əhəmiyyəti
10.8. İnvestisiya münasibətlərinin Dünya Ticarət Təşkilatı çərçivəsində
beynəlxalq hüquqi tənzimlənməsi
10.1. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlən-
məsinin inkişaf mərhələləri
Xarici investisiya münasibətlərinin təzahürü XII əsr Avropa ölkələrinin
(Florensiya, Genuya, Venesiya və s.) şəhər dövlətlərinə təsadüf edir. Bank kapitalının
hərəkəti və ticarət münasibətlərinin inkişafı kifayət qədər riskli bir fəaliyyətolsa
dagəlirli sahə idi. Xarici investisiya münasibətlərinin növbəti inkişaf mərhələsi dəniz
ticarətinin, yeni maliyyə mühasibat sisteminin, yeni səhimdarlar cəmiyyətinin, portfel
investisiya fəaliyyətinin çiçəklənməsi dövrünə (xüsusən də, XV-XVII əsrlərə)
təsadüf edir. Müəssisələrin səhimdar cəmiyyətinə çevrilməsi də bu zaman baş verir.
Metropoliyanın iri ticarət kompaniyaları tədricən mənsub olduğu dövlətin siyasi
rejimini müstəmləkələrə “gətirməyə” başlayırlar. Qəbul edən asılı ölkələrin
qanunverici orqanlarına təsir etməklə daha əlverişli, imtiyazlı investisiya rejimləri
əldə edirlər. Müstəmləkələr xarici investorlər üçün kifayət qədər təminat verdikləri
üçün bu zaman xarici investisiyaların müdafiəsini nəzərdə tutacaq müstəqil təminat
sisteminə də zərurət yox idi. Əksinə, müstəmləkə asılılığında olmayan və müstəqil
investisiya siyasəti yürüdən dövlətlərə kapital qoyuluşu zamanı investorun mənsub
olduğu dövlət investoru qeyri-kommersiya riskləri ilə bağlı daha geniş investisiya
fəaliyyətindən çəkindirirdi. Məhz problemin bu aspekti investisiya fəaliyyətinin
beynəlxalq hüquqi tənzimlənməsi zərurəti ideyasını formalaşdırır.
İlk növbədə, dövlətlərarsı ikirətəfli beynəlxalq müqavilələrlə xarici investisiya
fəaliyyətinin prinsipləri, normaları müəyyən edilirdisə, daha sonra investorla qəbul
edən dövlət arasında “konsessiya” sazişləri institutu formalaşdırılır. Daha erkən
beynəlxalq müqavilələrlə (məsələn, Çin-Böyük Britaniya (1842), Çin-Fransa (1844),
Çin-ABŞ (1844) və s.) dağ-mədən, təbii resusların hasilatı sferasında konsessiya
fəaliyyətinin prinsipləri müəyyən edilirdi. Xarici investisiyanın prinsipləri hələ 1815-
ci il Vyana konqresi zamanı Avropa ölkələri və ABŞ tərəfindən hazırlanmağa
başlanmışdır. Xarici təbəələrə və onların mülkiyyətinə münasibətdə beynəlxalq
minimal standartların müəyyən edilməsi və qəbul edən dövlətlər tərəfindən həmin
standartların formalaşdırdığı konsessiya kontraktlarının qeyd-şərtsiz gözlənilməsi
tələb edilirdi. Bu zaman qəbul edən dövlətin məsuliyyəti konsepsiyası xarici
investisiyalar üçün təminatlı rejimi nəzərdə tutur və tədricən “Sivilizasiyalığın
beynəlxalq minimal standartı” prinsipi formalaşır. Prinsipin formalaşmasını
sürətləndirən həlledici amillərdən biri kimi xarici kapitalın milliləşdirilməsi olur. İlk
belə tədbir 1838-ci ildə Siciliya kralı tərəfindən ingilis konsessiyalarının
milliləşdirilməsi olmuşdur. Müvafiq prinsip üçün qəbul edən dövlətin qanunlarına
hörmət, beynəlxalq hüquqa uyğun milliləşdirmə, qanunçuluq, yerli hüquqi müdafiə
vasitələrinin tətbiqi və s. kimi standartlar fərqləndirilir. XIX əsrin sonlarından
müvafiq konsepsiyaya əks olan, yeni bir konsepsiya meydana gəlir. Argentinalı
hüquqşünas Kalvonun (1822-1906) adı ilə bağlı meydana gələn doktirinaya görə
qəbul edən dövlət xarici şəxslərə özünün vətəndaşlarının malik olduğu rejimdən artıq
hüquqlar verməyə borclu deyil. Qeyd olunur ki, qəbul edən dövlətin kommersiya
dövriyyəsində iştirak edən qeyri-rezidentlər rezidentlərin malik olduğu analoji
hüquları almaq hüququna malikdirlər, amma bundan artıq hüquqi müdafiə tələb
etmək hüququna malik deyillər. Kalvo doktirinası beynəlxalq minimal standartların
əvəzinə milli standartın anlayışını qəbul edir və investisiya fəaliyyətindən yaranan
mübahisələrin də dövlətdaxili qanunvericilik əsasında milli məhkəmələr tərəfindən
Dostları ilə paylaş: |