Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə57/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   53   54   55   56   57   58   59   60   ...   100

vergilərin  tutulmasının  prinsipləri  haqqında  1998-ci  il  Moskva  Sazişi,  Avrasiya 
İqtisadi  Birliyinin 2002-ci  il Vergi  idarəçiliyinin  harmonizasiyasının əsas Prinsipləri 
və s. qeyd edilə bilər.  
 
Postsovet  məkanında  beynəlxalq  vergi  münasibətlərinin  kompleks  formada 
tənzimlənməsini  nəzərdə  tutan  akt  kimi  MDB-nin  Model  vergi  Məcəlləsinə  diqqət 
yetirilməlidir. MDB iştirakçı-dövlətlərinin Parlamentlərarası Assambleyası tərəfindən 
hazırlanan    Model  vergi  Məcəlləsinin  ümumi  hissəsi  2000-ci  ildə,  xüsusi  hissəsi  isə 
2002-2003-cü  illərdə  qəbul  edilmişdir.  Ümumi  vergi  sazişlərinin  əsas  hissəsi  ikiqat 
vergiqoymanın  aradan  qaldırılması  üzrə  bağlanan  ikitərəfli  vergi  sazişləri  aiddir. 
Tədricən  ikitərəfli  tənzimetmə  tendensiaysı  daha  da  artmaqdadır.  Azərbaycan 
Respublikasının müasir müqavilə praktikasında bu sazişlərin sayı 20-dən çoxdur.  
 
 
 
ƏDƏBİYYAT  SİYAHISI 
 
150. 
SadıqovƏfsər İsa  oğlu. Beynəlxalq  iqtisadi  hüquq :  dərslik  /  Ə.  İ. Sadıqov.  -  Bakı  :  Bakı 
Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
151. 
Əliyev  Etibar  Əli  oğlu.  Beynəlxalq  iqtisadi  hüquq.  Dərslik.  Bakı:  “UniPrint”  MMC 
nəşriyyat-poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
152. 
E.  Ə.  Əliyev  Beynəlxalq  iqtisadi  hüquq:  ümumi  müddəalar.  Bakı,  “Hüquq  ədəbiyyatı”  nəşriyyatı, 
2011. – 240 səh. ; 
153. 
Hacıyev Ş.H., Bayramov Ə.İ., Beynəlxalq iqtisadiyyat. Motodiki göstəricilər, Bakı 2000; 
154. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ; 
155. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000; 
156. 
A. Ş. Şəkərəliyev. Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər. Bakı – 1998; 
157. 
Əliyev Aydın “Azərbaycanın iqtisadi siyasəti. Azərbaycanın xarici ticarət-iqtisadi laqələri”. Qanun, 
Bakı-2003; 
158.  Борисов  К.Г.  К  вопросу  о  формировании  международного  налогового  права  в 
международном общении государств / Московский журнал международного права. 1999. 
№4 
159.  Дернберг Р.Л. Международное налогообложение. Москва-Будапешт. 1997 
160.  Захарина  А.С.  Налоговое  право  Европейского  союза:  действующие  директивы  ЕС  в 
сфере прямого налогообложения. М. 2006 
161.  Калинина 
И.В. 
О 
некоторых 
международных 
принципах 
налогового 
администрирования / Налоговед. 2005. №9. 
162.  Меркулов  Е.С.  Понятие  и  предмет  международного  налогового  права:  спорные 
вопросы / Право и политика. 2004. №4 


163.  Ша хмаметь ев  А. А.  Межд унаро дно е  на ло гоо бло жение  и  межд унаро дно е  
нало го во е  право :  право вые  аспекты  взаимо связи  /  Финансо во е  право .  2006. 
№3 
164.  M it c he l  B.  Carro ll,  G lo ba l  P ersp ect ives  o f  a n  Int er nat io na l  Ta x  La w yer  /  
H icks v ille, New Yo rk, Expo s it io n Pres s. 1 978.  
 


Mövzu 10. Beynəlxalq  investisiya hüququ
 
10.1.  Xarici  investisiyaların  beynəlxalq  hüquqi  tənzimlənməsinin  inkişaf 
mərhələləri 
10.2.  Xarici  investisiyaların  milliləşdirilməsi  və  əldə  olunmuş  gəlirlərin  sərbəst 
köçürülməsi problemi   
10.3. İnvestisiyanın anlayışı və konseptual fərqin beynəlxalq hüquqi əsası 
10.4. Beynəlxalq investisiya hüququnun prinsip və mənbələri 
10.5. İkitərəfli investisiya müqavilələri 
10.6.  Beynəlxalq  investisiya  münasibətlərinin  regional  beynəlxalq  hüquqi   
tənzimlənmsi 
10.7. 
Enerji 
Xartiyasına 
Müqavilənin 
investisiya 
münasibətlərinin 
tənzimlənməsində əhəmiyyəti 
10.8.  İnvestisiya  münasibətlərinin  Dünya  Ticarət  Təşkilatı  çərçivəsində 
beynəlxalq hüquqi tənzimlənməsi 
 
 
 
10.1. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlən- 
məsinin inkişaf mərhələləri 
 
 
Xarici  investisiya  münasibətlərinin  təzahürü  XII  əsr  Avropa  ölkələrinin 
(Florensiya, Genuya, Venesiya və s.) şəhər dövlətlərinə təsadüf edir. Bank kapitalının 
hərəkəti  və  ticarət  münasibətlərinin  inkişafı  kifayət  qədər  riskli  bir  fəaliyyətolsa 
dagəlirli sahə idi. Xarici investisiya münasibətlərinin növbəti inkişaf mərhələsi dəniz 
ticarətinin, yeni maliyyə mühasibat sisteminin, yeni səhimdarlar cəmiyyətinin, portfel 
investisiya  fəaliyyətinin  çiçəklənməsi  dövrünə  (xüsusən  də,  XV-XVII  əsrlərə) 
təsadüf  edir.  Müəssisələrin  səhimdar  cəmiyyətinə  çevrilməsi  də  bu  zaman  baş  verir. 
Metropoliyanın  iri  ticarət  kompaniyaları  tədricən  mənsub  olduğu  dövlətin  siyasi 
rejimini  müstəmləkələrə  “gətirməyə”  başlayırlar.  Qəbul  edən  asılı  ölkələrin 
qanunverici  orqanlarına  təsir  etməklə  daha  əlverişli,  imtiyazlı  investisiya  rejimləri 
əldə  edirlər.  Müstəmləkələr  xarici  investorlər  üçün  kifayət  qədər  təminat  verdikləri 
üçün  bu  zaman  xarici  investisiyaların  müdafiəsini  nəzərdə  tutacaq  müstəqil  təminat 
sisteminə  də  zərurət  yox  idi.  Əksinə,  müstəmləkə  asılılığında  olmayan  və  müstəqil 
investisiya  siyasəti  yürüdən  dövlətlərə  kapital  qoyuluşu  zamanı  investorun  mənsub 
olduğu  dövlət  investoru  qeyri-kommersiya  riskləri  ilə  bağlı  daha  geniş  investisiya 


fəaliyyətindən  çəkindirirdi.  Məhz  problemin  bu  aspekti  investisiya  fəaliyyətinin 
beynəlxalq hüquqi tənzimlənməsi zərurəti ideyasını formalaşdırır.  
 
İlk  növbədə,  dövlətlərarsı  ikirətəfli  beynəlxalq  müqavilələrlə  xarici  investisiya 
fəaliyyətinin  prinsipləri,  normaları  müəyyən  edilirdisə,  daha  sonra  investorla  qəbul 
edən  dövlət  arasında  “konsessiya”  sazişləri  institutu  formalaşdırılır.  Daha  erkən 
beynəlxalq müqavilələrlə (məsələn, Çin-Böyük Britaniya (1842), Çin-Fransa (1844), 
Çin-ABŞ  (1844)  və  s.)  dağ-mədən,  təbii  resusların  hasilatı  sferasında  konsessiya 
fəaliyyətinin prinsipləri müəyyən edilirdi. Xarici investisiyanın prinsipləri hələ 1815-
ci  il  Vyana  konqresi  zamanı  Avropa  ölkələri  və  ABŞ  tərəfindən  hazırlanmağa 
başlanmışdır.  Xarici  təbəələrə  və  onların  mülkiyyətinə  münasibətdə  beynəlxalq 
minimal  standartların  müəyyən  edilməsi  və  qəbul  edən  dövlətlər  tərəfindən  həmin 
standartların  formalaşdırdığı  konsessiya  kontraktlarının  qeyd-şərtsiz  gözlənilməsi 
tələb  edilirdi.  Bu  zaman  qəbul  edən  dövlətin  məsuliyyəti  konsepsiyası  xarici 
investisiyalar  üçün  təminatlı  rejimi  nəzərdə  tutur  və  tədricən  “Sivilizasiyalığın 
beynəlxalq  minimal  standartı”  prinsipi  formalaşır.  Prinsipin  formalaşmasını 
sürətləndirən  həlledici amillərdən biri  kimi xarici kapitalın  milliləşdirilməsi olur. İlk 
belə  tədbir  1838-ci  ildə  Siciliya  kralı  tərəfindən  ingilis  konsessiyalarının 
milliləşdirilməsi  olmuşdur.  Müvafiq  prinsip  üçün  qəbul  edən  dövlətin  qanunlarına 
hörmət,  beynəlxalq  hüquqa  uyğun  milliləşdirmə,  qanunçuluq,  yerli  hüquqi  müdafiə 
vasitələrinin  tətbiqi  və  s.  kimi  standartlar  fərqləndirilir.  XIX  əsrin  sonlarından 
müvafiq  konsepsiyaya  əks  olan,  yeni  bir  konsepsiya  meydana  gəlir.  Argentinalı 
hüquqşünas  Kalvonun  (1822-1906)  adı  ilə  bağlı  meydana  gələn  doktirinaya  görə 
qəbul edən dövlət xarici şəxslərə özünün vətəndaşlarının malik olduğu rejimdən artıq 
hüquqlar  verməyə  borclu  deyil.  Qeyd  olunur  ki,  qəbul  edən  dövlətin  kommersiya 
dövriyyəsində  iştirak  edən  qeyri-rezidentlər  rezidentlərin  malik  olduğu  analoji 
hüquları  almaq  hüququna  malikdirlər,  amma  bundan  artıq  hüquqi  müdafiə  tələb 
etmək  hüququna  malik  deyillər.  Kalvo  doktirinası  beynəlxalq  minimal  standartların 
əvəzinə  milli  standartın  anlayışını  qəbul  edir  və  investisiya  fəaliyyətindən  yaranan 
mübahisələrin  də  dövlətdaxili  qanunvericilik  əsasında  milli  məhkəmələr  tərəfindən 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə