Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə60/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   56   57   58   59   60   61   62   63   ...   100

 
Xarici investisiya qouyluşunun təhlükəsizliyi, onların tənzimlənməsi beynəlxalq 
investisiya  hüququnun  prinsip  və  normaları  ilə  tənzimlənir.  Beynəlxalq  investisiya 
hüququnun prinsiplərini növbəti qaydada ifadə etmək olar: 
 
- qəbul edən dövlət tərəfindən xarici investisiyaların tənzimlənməsi; 
 
- qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq; 
 
- qəbul edən dövlətin daxili işlərinə qarışmamaq; 
 
-  müvafiq  kompensasiya  verilmədən  xarici  investisiyaların  milliləşdirilməsinin 
yolverilməzliyi; 
 
- investisiyalardan əldə edilən gəlirin sərbəst xaricə köçürülməsi; 
 
- subroqasiya və s.  
 
Bu  prinsiplər  beynəlxalq  investisiya  münasibətləri  sferasında  qəbul  edilmiş 
ikitərəfli  və  çoxtərəfli  beynəlxalq  sazişlərin  əsasında  dayanır.  Məsələn,  qəbul  edən 
dövlətin  iqtisadiyyatına  zərər  vurmamaq  prinsipinə  uyğun  olaraq  Enerji  Xartiyasına 
Müqavilədə belə bir  müddə təsbit olunub  ki, əgər Razılığa  gələn Tərəflərin  və  yaxu 
da onların vətəndaşlarına mənsub olan hüquqi şəxslər qəbul edən dövlətin ərazisində 
əhəmiyyətli işgüzar fəaliyyətlə məşğul olmadıqda, verilmiş üstünlükləri pozduqda və 
ya  üstələdikdə,  müvafiq  dövlətlər  müqavilə  ilə  nəzərdə  tutulmuş  üstünlüklərdən 
imtina etmək hüququna malikdir (m.17 (II)).  
 
İnvestisiyaların qarşılıqlı  müdafiəsi  və təşviqi  haqqında  müqavilələr əksər digər 
beynəlxalq  iqtisadi  xaraqterli  müqavilələrdə  olduğu  kimi,  beynəlxalq  iqtisadi 
hüququn  bir  sıra  prinsiplərinə  (milli  rejim,  daha  əlverişlilik,  ayrı-seçkiliyə  yol 
verməmək və s.) formada istinad edir.  
 
Qeyd  olunan  müqavilələrdə  əks  olunan  prinsip  və  müddəalar  beynəlxalq 
təcrübəyə  müvafiq  olmaqla  bir-birinə  oxşadırlar.  Bir  qayda  olaraq  həmin 
müqavilələrdə əsas öhdəlik kimi  
-  qarşılıqlı  olaraq  razılığa  gələn  tərəflərin  investisiyalarına  əlverişli  rejim 
yaratmaq; 
-  xarici əmlakın müdafiəsini təmin etmək; 


-  kapital  qoyuluşundanəldə  edilən  gəlirləri  maneəsiz  xarici  köçürmək 
imkanının 
yaradılması, kapital qoyuluşu ilə bağlı məsələlər üzrə mübahisələrin beynəlxalq üçlər 
(münsiflər) məhkəməsində baxılması şərtlərini təmin etmək və s. qeyd olunur. 
 
Beynəlxalq  investisiya  hüququnun  mənbəyi  kimi  yalnız  ikitərəfli  və  çoxtərəfli 
investisiaya  sazişləri,  investisiyaların  təhlükəsizliyi  üzrə  beynəlxalq  sazişlər  deyil, 
həm  də  məskunlaşma  haqqında  sazişlər  ticarət,  maliyyə  aspekti  beynəlxalq 
müqavilələr və s. çıxış edir.  
 
10.5. İkitərəfli investisiya müqavilələri 
 
 
Xarici  kapital  qoyuluşu  üç  komponentdən:  qəbul  edən  dövlətin  siyasi 
rejimindən,  iqtisadi  inkişafın  sabitliyindən  və  hüquqi  təminatdan  asılıdır.  Hüquqi 
təminatın  daha  səmərəli  forması  isə  beynəlxalq  hüquqi  tənzimetmə  ilə  həyata 
keçirilməkdədir. Xarici investisiyaların beynəlxalq hüquqi tənzimlənməsi isə özünün 
başlanğıcını  ikitərəfli  beynəlxalq  investisiya  müqavilələrindən  götürür.  İkitərəfli 
investisiya  sazişlərində  xarici  sərmayənin  müdafiə  məsələləri  ilə  yanaşı,  bir  qayda 
olaraq,  ümumi  iqtisadi  əməkdaşlığın  və  inkişafın  genişləndirilməsi  zərurəti  ifadə 
edilir.  
 
Xarici  investisiyalara  münsibətdə  qəbul  edən  dövlət  ilk  növbədə  investorun 
mənsub 
olduğu 
dövlətlə 
fəaliyyətinin 
şərtlərini 
müəyyən 
edərək 
milli 
qanunvericiliyinə  deyil,  beynəlxalq  müqavilə  formasında  qarşılıqlı  tənzimetmə 
formasına  üstünlük  verməkdədir.  Həm  ikitərəfli,  həm  də  çoxtərəfli  sazişlərdə 
investisiya  fəaliyyətinin  xüsusi  rejimi  ilə  yanaşı,  müqavilələrdə  qarşılıqlı  olaraq 
investorların  hüquq  subyekliyinin  tanınması  və  dövlət  (milli)  mənsubiyyəti, 
qanunvericilik  təminatları,  bir  sözlə  beynəlxalq  xüsusi  hüquq  münasibətləri 
sferasında meydana çıxan problemlərin ümumi hüquqi tənzimlənməsi əks olunur. Bir 
qayda  olaraq  beynəlxalq  müqavilələrdə  xarici  investorlar  üçün  kapital  qoyuluşu  və 


onunla  bağlı  fəaliyyətə  ədalətli,  bərabərhüquqlu  və  əlverişli  rejimin  təmin  olunması 
üzrə dövlətin öhdəliyi ifadə olunur.  
 
Ümumi  məsələlərlə  yanaşı  həmin  müqavilələrdə  investisiya  prosesinin  xüsusi 
məsələləri də təsbit edilir.  
 
UNCTAD-ın  hesabatlarına  görə  dünyada  ən  çox  baölanan  sazişlərin  bir 
kateqoriyasını  məhz  ikitərəfli  investisiya  müqavilələri  təşkil  edir.  İkitərəfli 
investisiya  sazişlərinin  qlobal  xaraqter  alması  onunla  əlaqədardır  ki,  istər  inkişafda 
olan,  istərsə  də  keçid  iqtisadiyyatlı  dövlətlər  qeyri-bərabər  beynəlxalq  iqtisadi 
vəziyyətdə  çoxtərəfli  beynəlxalq  investisiya  sazişləri  ilə  inkişaf  etmiş  dövlətlər 
qarşısında öhdəlik daşımaq marağında deyillər. Buna görə də ikitərəfli sazişlər əsasən 
iqtisadi  potensialı  müxtəlif  olan  ölkələr  arasında  bağlanmış,  daha  sonra  isə  siyasi 
etimaddan  asılı  olaraq  daha  da  genişlənərək  ikitərəflilik  çoxtərəfliyə  transformasiya 
edilir.  İkitərəfli  investisiya  müqavilələrinin  Almaniya,  ABŞ,  Fransa,  Yaponiya  və  s. 
modelləri fərqləndirməməkdir. Bu sahədə daha çox sazişlər II Dünya müharibəsindən 
sonra xarici investisiyalara xüsusi zərurət duymuş AFR-ə məxsusdur.  
 
Xarici  investisiyaların  təhlükəsizliyinin  təminat  sferasında  bir  qayda  olaraq 
AFR, Yaponiya, ABŞ modelləri diqqəti cəlb edir. Əgər ABŞ təminat, sığorta sistemi 
özünün  “kvazıbeynəlxalq”  xaraqteri  ilə  və  ABŞ  ilə  ona  mənsub  şəxslərin  xüsusi 
kapitalını  qəbul  edən  dövlət  arasında  beynəlxalq  investisiya  sazişlərinin 
bağlanmasına  əsaslanırsa,  alman  və  yapon  təminat  sistemi  isə  beynəlxalq  sazişin 
mövcudluğundan  asılı  olmayaraq  dövlətdaxili  təminatdan  çıxış  edir.  Hər  bir  halda 
kapital ixrac edən dövlət qəbul edən dövlətdə siyasi risklə bağlı vəziyyət yarandıqdan 
sonra  özünün  investoruna  dəymiş  zərəri  ödəyir  və  subroqasiya  prinsipi  əsasında 
qəbul edən dövlətə qarşı tələb hüququ həmin dövlətə keçir. Qeyd etmək lazımdır ki, 
alman  və  yapon  təminat  sistemi  nəzəri-praktik  baxımdan  beynəlxalq  müqavilə 
qaydasını  istisna  etməsə  də,  subroqasiya  üçün  əsas  kimi  dövlətdaxili  qanunvericilik 
çıxış edir.  
 
AFR-in  bağladığı  sazişlər  ABŞ  müqavilələrindən  daha  geniş  məzmuna  malik 
olduğundan, sonradan ABŞ və AFR modelinə üstünlük verməkdədir. Nəticə etibarilə 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə