Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə63/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   59   60   61   62   63   64   65   66   ...   100

- ayrı-seçkilik olmadan; 
- zəruri hüquqi prosedurları gözləməklə; 
- çevik, ədalətli və effektli konpensasiya verməklə yol verilir. 
İnvestor  milliləşdirmə  həyata  keçirən  dövlətin  qanunvericiliyinə  uyğun  olaraq 
həmin  dövlətin  müvafiq  məhkəməsinə  və  ya  digər  səlahiyyətli  müstəqil  orqana 
qiymətləndirmə  və  ödəmə  ilə  bağlı  müraciət  etmək  hüququna  malikdir  (m.  13(2)). 
Müqavilədə  müharibə,  hərbi konflikt,  vətəndaş  itaətsizliyi  və başqa analoji  hadisələr 
zamanı  dəymiş  zərərə  görə  restitusiya  (ödəmə)  nəzərdə  tutulur  (m.12).  Əmlakın 
məhv olmasına görə çevik, kifayət qədər də effektli restitusiya və ya ödəmə rejimi və 
istənilən tənzimetmə növü üçün ərazisində müvafiq hadisələr baş vermiş dövlətin öz 
investorlarına,  istənilən  razılığa  gələn  digər  tərəfin  investorlarına  və  ya  üçüncü 
dövlətin investorlarına təqdim olunan rejimdə daha əlverişli rejim təqdim edilir. 
 
İnvestisiyaların müdafiəsi və yaxud da dəymiş zərərə görə ədalətli konpensasiya 
prinsipi beynəlxalq hüquqi ifadəyə malik olduğu kimi, dövlətdaxili hüquqla da təsbit 
edilib.  Xüsusi  mülkiyyətin  qanunla  qorunması  Prinsipi,  ilk  növbədə  konstitusiya 
əsasına  malikdir.  AR  Konstitusiyasının  13-cü  maddəsində  qeyd  olunur  ki,  AR-də 
mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 
Azərbaycan  Respublikası  Konstitusiyasında  (1995)  xarici  investorlar  üçün 
qanunvericilik  təminatı  ilə  bağlı  müəyyən  sistem  fəaliyyət  göstərir.  29-cu  maddədə 
qeyd  edilir  ki,  heç  ki  mülkiyyətçinin  iradəsinin  əksinə  olaraq  onu  mülkiyyətindən 
məhrum  edə  bilməz.  Yalnız  məhkəmənin  qərarı  mülkiyyət  hüququnun  məcburi 
kəsilməsi üçün əsas ola bilər. 
 
10.8. İnvestisiya münasibətlərinin  Dünya Ticarət Təşkilatı çərçivəsində 
beynəlxalq hüquqi tənzimlənməsi 
 
Xarici  investisiyaların  universal  qaydada  tənzimlənməsi  GATT-ın  Uruqvay 
(1986-1994)  raunduna  təsadüf  edir.  Hərgah  xarici  kapital  qoyuluşunun  müxtəlif 
aspektlərinə,  o  cümlədən  xarici  investisiyaların  maliyyə  aspektlərinə  Beynəlxalq 


Valyuta  Fondunun  təsis  Sazişində  (m.IV.b.3),  ticarət  aspektinə  Tariflər  və  Ticarət 
üzrə  Baş  Sazişdə  (GATT)  münasibət  ifadə  edilib.  Mübahisələrin  həlli  qaydaları, 
investisiya  təhlükəsizliyi  və  qeyri-kommersiya  risklərinin  sığorta  mexanizmiləri  də 
müxtəlif  vaxtlarda  universal  qaydada  beynəlxalq  hüquqi  tənzimetmənin  predmetinə 
daxil  edilmişdir.  Belə  ki,  1965-ci  ildə  Dövlətlə  digər  dövlətin  şəxsləri  arasında 
investisiya  mübahisələrinin  həlli  qaydaları  haqqında  Vaşinqton  Konvensiyası 
İnvestisiya Mübahisələrinin həlli üzre Mərkəzi təsis etmişdirsə, bir qədər sonra 1985-
ci ildə İnvestisiya təminatları üzrə çoxtərəfli Agentliyin təsis edilməsi haqqında Suel 
Konvensiyasının  qəbulu  problemin  həllində  yeni  bir  mərhələnin  başlanğıcını 
qoymuşdurBilavasitə investisiya fəaliyyəti, investisiyaların daxilolma mexanizmi və 
diger  bu  kimi  məsələlər  müxtəlif  səbəblərdən  universal  beynəlxalq  hüquqi 
tənzimetmənin  obyektinə  daxil  edilməmişdir.  Yalniz,  Uruqvay  raundu  ilk  dəfə  bu 
məsələyə müəyyən bir münasibət bildirir. Belə ki, digər sazişlərlə yanaşı Xidmətlərlə 
ticarət  üzrə  Baş  Saziş  (GATS),  Investisiya  tədbirlərinin  ticarət  aspektləri  üzrə  Saziş 
(TRIMS)  və  Əqli  mülkiyyətin  ticarət  aspektləri  üzrə  Saziş  (TRIPS)  qəbul  edilir. 
Özünün  məhdud  xarakterinə  baxmayaraq  TRIMS  bilavasitə  xarici  investisiya 
qoyuluşunu tənzim edən sənəd kimi qəbul edilməkdədir.  
Beynəlxalq  Ticarət  Təşkilatının  yaradılmasında  məqsəd  Beynəlxalq  Valyuta 
Fondu  və  Beynəlxalq  Yenidənqurma  və  İnkişaf  Bankının  ardınca  beynəlxalq  ticarət 
və  investisiya  münasibətlərinin  davamlı  tənzimlənməsini  təmin  etmək  təşkil  edirdi. 
Bu məqsəd Beynəlxalq Ticarət Təşkilatının Nizamnaməsində də təsbit edilmişdi. Bir 
qisim  dövlətlərin  maraqlarına  cavab  verməyən  müvafiq  layihə  qəbul  edilməsə  də, 
problemin həllinə qismən də olsa, nail olmaq məqsədi ilə GATT qəbul edilir. 
Xarici  investisiyaların,  o  cümlədən,  transmilli  korporsiyaların  fəaliyyətinin 
tənzimlənməsi, 
həmçinin 
onlara 
nəzarət, 
bir 
qayda 
olaraq 
dövlətdaxili 
qanunuvericiliklə  təmin  edilirdi.  GATT-ın  qəbul  edilməsi  yalnız  ticarət 
münasibətlərinə  deyil,  beynəlxalq  investisiya  münasibətlərinin  də  hüquqi 
tənzimlənməsinə  təsir  etmiş  olur.  GATT-ın  qəbul  edilməsi  problemin  universal 
qaydada  beynəlxalq  hüquqi  tənzimlənməsinin  başlanğıcını  qoyur.  Məlum  olduğu 


kimi, 
GATT 
iştirakçı 
dövlətlərə 
ticarət 
münasibətlərində 
yalnız 
tarif 
tənzimlənməsindən  istifadə  etməyə  icazə  verir.  Şübhəsiz  ki,  investisitya 
münasibətlərinin  kompleks  tənzimlənməsi  GATT  çərçivəsində  mümkün  deyildi. 
GATT  müddəaları  müasir  beybəlxalq  ticarət  münasibətlərində  yalnız  qarşılıqlı  tarif 
məhdudlaşdırılmasına  əsaslandığından,  bilavasitə  xarici  investisiyaları  tənzim  edə 
bilməzdi.  Bunu  nəzərə  alaraq,  ancaq  çoxtərəfli  ticarət  danışıqlarının  Uruqvay 
raundunda  bu  məsələ  yeni  məzmunda  gündəliyə  gətirilir.  TRIMS-in  bir  sıra 
məsələləri qeyri-müəyyən olaraq qalmaqdadır. 
TRIMS təbii ehtiyatlar üzərində “ayrılmaz”  dövlət suverenliyi prinsipinə uyğun 
olaraq transmilli korporasiyaların ayrı-seçkilik siyasətinə qarşı əsasən  inkişafda olan 
ölkələrin maraqlarına yönəldiyinə onun bəzi müddəaları xarici investor üçün müxtəlif 
məhdudlaşdırıcı tələblərə əsaslanır və müvafiq dövlətlərin milli təhlükəsizliyin təmin 
olunmasına  yönəlib.  Daha  çox  diqqət  cəlb  edən  tələblərdən  xarici  investor  istehsal 
etdiyi  məhsulun  və  ya  xidmətin  müəyyən  hissəsini  yerli  bazarda  realizə  etməli  və 
yaxud da müvafiq dövlətdə müəyyən istehsal sahələrini inkişaf etdirmək öhdəliyidir. 
İxracla  bağlı  tələbə  görə  investor  növbəti  sadalanan  şərtlər  daxilində  istehsal  etdiyi 
məhsulu ixrac edə bilər: 
a) istehsal olunmuş məhsulun müəyyən edilən minimal sayından; və ya 
b) son məhsulun müəyyən mütləq sayından; və ya 
c) xarici investorun idxal satın almalarını kompensasiya edən sayından; və ya 
d) elə bir ölçüdə ki, xarici investorun bütün valyuta xərcləri bağlanmış olsun. 
Xarici  kapital  qoyuluşunda  qəbul  edən  dövlətin  ictimai  maraqları  (həmrəylik 
inkişaf hüququ) ilə xarici investorun (fərdi mülkiyyət) hüquqları toqquşur. Əslində, 
bu  iki  inkişaf  meylinin  xüsusi  mülkiyyətin  mütləq  müdafiəsinin  qərb  modeli  ilə 
həmrəylik  maraqlarından  çıxış  edən  şərq  modelinin  toqquşmasıdır.  Bundan  çıxış 
yolu  isə  hər  iki  tərəfin  maraqlarının  maksimum  uzlaşdırılması  nəticəsində 
mümkündür.  İnkişafda  olan  ölkələr  TRIMS-dən  onun  əvəzində  daha  təminatlı 
beynəlxalq hüquqi mexanizm aldıqları halda imtina edə bilərlər. Bu sahədə istənilən 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə