Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə61/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   57   58   59   60   61   62   63   64   ...   100

alman  modeli  investisiyaların  daha  geniş  və  xüsusi  ad  altında  beynəlxalq  hüquqi 
təminat  sistemlərinin  (investisiya  mübahisələrinin  həlli  ilə  bağlı  beynəlxalq 
mexanizmlərin,  qeyri-kommersiya  risklərinin,  beynəlxalq  sığorta  sisteminin  və  s.) 
yaradılmasını  da  sürətləndirmiş  oldu.  Nisbətən  zəif  inkişaf  etmiş  ölkələr  üçün 
Amerika  modelinin  təhlükəsi  ondan  ibarətdir  ki,  “investisiya  anlayışı”  özündə 
qanunauyğun  verilimiş  lisenziyaları,  əmtəələrin  istehsali  və  satışı,  o  cümlədən 
(faydalı  qazıntıların  hasilatı,  kəşfiyyatı  və  s.  ilə  bağlı),  qanunla  və  müqavilə  ilə 
verilən hüquqları ifadə edir.  
 
İnvestisiya  anlayışının  müvafiq  ABŞ  modeli  xarici  investisiyaların  daxil 
olmasında  icazəli  sistemi  təsis  etmiş  ölkələrin  qanunvericiliyə  uyğun  olmadığından 
və  bir  çox  sahələr  xüsusi  icazə  tələb  edən  fəaliyyət  kimi  qiymətləndirildiyindən 
təşviq edilmir. ABŞ modelinə görə investisiya fəaliyyəti publik-hüquqi xaraqter kəsb 
etdiyindən qəbul edən dövlət tərəfindən onun  geri çağrılması  mümkün deyil  və belə 
olduqda,  müvafiq  fəaliyyət  beynəlxalq  hüququn  insan  (əmlak)  hüquqları  ilə  bağlı 
normalarla tənzimlənməlidir 
 
Beynəlxalq  hüquqla  xarici  investisiyaların  xüsusi  halda  milliləşdirilməsi  yol 
verilir ki, bu da ikitərəfli investisiya sazişlərində də öz əksini tapıb. Burada ikitərəfli 
investisiya  sazişləri  yenilik  təqdim  etmir.  Lakin  bəzi  ikitərəfli  investisiya  sazişləri, 
xüsusən  də,  ABŞ  modeli  ekspropriasiyaya  və  ya  milliləşdirməyə  bərabər  istənilən 
tədbir və ya tədbirlər sistemi ilə bağlı  müddəaları əks etdirir. İstər ekspropriasiya ilə 
bağlı  tədbirlər  sistemində,  istərsə  də  ödəniləcək  kompensasiya  formulasının  ifadə 
tərzində  ilk  tendensiya diqqəti cəlb edir. Belə ki, əsasən  inkişaf etmiş dövlətlərin öz 
aralarında  bağlanan  sazişlərdə  (məsələn,  AFR  ilə  Hollandiya  arasında  bağlanan 
sazişdə  “əsaslandırılmış  kompensasiya”  kimi)  ümumi  ifadə  formulası  təsbit  edilirsə, 
iqtisadi  inkişaf  baxımından  fərqli  ölkələr  arasında  bağlanan  sazişlər  də  isə  (“çevik, 
adekvat,  effektiv,  ədalətli  kompensasiyanın”  verilməsi  kimi)  daha  dəqiq  formuladan 
istifadə  olunur.  Sonuncu  variant  AR  ilə  bağladığı  beynəlxalq  sazişlər  üçün  də 
xaraqterikdir.  Ekspropriasiya  edilmiş  əmlakın  ödənilməsi  meyarı  da  xarici  kapitalın 
təhlükəsizliyi  üçün  mühüm əhəmiyyət kəsb edir.  Belə ki, bəzi beynəlxalq sazişlərdə 


(məsələn,  İtaliya  və  Kakidoniya  arasında  bağlanan  ikitərəfli  investsiya  sazişində) 
götürülən  əmlakın  bazar  qiymətilə  ödənilməsi  formulasından  istifadə  edilirsə, 
digərlərində  milliləşdirmə anında  götürülmüş əmlakın  real dəyəri  ilə  ödəmə  nəzərdə 
tutulur.  
 
İnvestisiya  fəaliyyətində  meydana  çıxan  xüsusi  məsələlərdən  biri  də 
mübahisələrin  həlli  mexanizmilə  bağlıdır.  İnvestorlar  bir  qayda  olaraqq 
mübahisələrin  həlli  vasitəsi  kimi  qəbul  edən  dövlətin  məhkəmə-arbitraj  orqanlarına 
deyil  milli  mənsubiyyəti  olmayan  beynəlxalq  kommersiya  arbitraj  məhkəmələrinə 
müraciətə üstünlük verirlər. 
 
10.6. Beynəlxalq investisiya münasibətlərinin regional  
beynəlxalq hüquqi tənzimlənməsi 
 
 
Beynəlxalq  investisiya  münasibətlərinin  regional  tənzimetmə  mexanizmləri  bir 
qayda  olaraq  maneə  və  məhdudiyyətlərin  xaraqterindən,  xarici  investorların 
daxilolma  və  fəaliyyət  rejimindən  asılı  olaraq  fərqləndirilir.  Avropa  İttifaqı,  İqtisadi 
Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  (OECD),  Asiya-Sakit  okean  İqtisadi  Əməkdaşlıq 
Təşkilatı  (ASEAN),  Şimali  Amerika  Azad  Ticarət  Zonası  (NAFTA)  istisna  olmaqla 
əksər  inteqrasiya  qrumları  xarici  investisiyaların  daxil  olmasında  liberallaşdırmanı 
nəzərdə tutmurlar. Regional inteqrasiya sazişləri üçün xaraqterik məsələlərdən biri də 
ondan ibarətdir ki, bəzən investisiya məsələləri təsis sazişinə daxil edilirsə, bəzən də 
sonradan  əlavə  saziş  və  protokol  bağlamaqla  investisiya  məsələləri  üzrə  müstəqil 
tənzimetmə sistemi formalaşdırılır.  
 
İnvestisiyaların tənzimlənməsinin daha təkmil regional sistemi Qərbi və tədricən 
Mərkəzi Avropa ölkələrinin iqtisadi və siyasi mərkəzi kimi çıxış edən Avropa İttifaqı 
və  onunla  sıx  əməkdaşlıqda  olan  digər  Avropa  sturukturlarına  məxsusdur.  Azad 
ticarət  zonasından  ümumi  bazara  kimi  inkişaf  mərhələsi  keçmiş  Avropa  İttifaqı 
iqtisadi  siyasətin  həyata  keçirilməsində  dövlətüstü  mexanizmlər  də  təsis  etməklə 
investisiya fəaliyyəti üçün də mühüm form kimi çıxış edir. Avropa İttifaqı ilə yanaşı 


Avropa  Azad  Ticarət  Assosasiyası  investisiya  problemlərini  də  əks  etdirən  yeni 
konvensiya  imzalayıb.  Həmin  konvensiyaya  görə  xarici  investisiyaların  daxilolma 
proseduruna  münasibətdə  milli  rejim  təqdim  edilir.  Eyni  zamanda  əqli  mülkiyyət 
hüquqlarının  müdafiəsi,  maliyyə bazarının  tənzimlənməsi qaydalarının  unifikasiyası, 
Avropa  Azad  Ticarət  Assosasiyası  üzvü  olan  dövlətin  müəssisəsinin  digər  üzvünün 
ərazisində  sərbəst  müəssisə  yaratmaq  hüququ  və  digər  müəssisələrin  beynəlxalq 
hüquqi tənzimlənməsi təmin edilib.  
 
Avropada  kapitalın  liberal  fəaliyyət  rejiminin  əsası  hələ  1994-cü  ildə  Belçika, 
Lüksemburq  və  Hollandiya  arasında  bağlanan  Gömrük  İttifaqı  haqqında  Sazişə 
təsadüf    edir.  Müvafiq  saziş  1957-ci  il  İqtisadi  ittifaqın  yaradılması  haqqında 
müqavilə ilə daha sərbəst iqtisadi məkanın yaradılmasına zəmin hazırlamışdı. 1957-ci 
il Müqaviləsinin 4-cü maddəsində qeyd edilir ki, hər hansı bir məhdudiyyət olmadan 
müvafiq  dövlətlər  arasında  kapitalın  sərbəst  hərəkəti  təmin  olunmalıdır.  Fiziki 
şəxslərin  hərəkət  sərbəstliyi  qəbul  edən  müvafiq  dövlətin  rezidentləri  üçün  nəzərdə 
tutulan rejimlə müəyyən edilir (m.2). 
 
1992-ci  il  Avropa  İttifaqı  haqqında  Maastrix  Müqaviləsi  kapitalın  hərəkət 
rejiminin  liberallaşdırılması  haqqında  yeni  müddəaları  təsbit  edir.  Müqavilədə  qeyd 
edilir ki,  üzv dövlətlər,  həmçinin  üzv dövlətlərlə  üçüncü dövlətlər arasında kapitalın 
hərəkətinə olan bütün maneələr aradan götürülür (m.73(b)). Bu müqavilədə kapitalın 
sərbəst  hərəkəti  üçün  geniş  təminat  sistemi  yaradılsa  da,  müəyyən  istisnalar  da 
nəzərdə tutulur (m.73(f)). 
 
   Avropa İttifaqı çərçivəsində investisiyaların tənzimlənməsi: 
-  qarşılıqlı kapital qoyuluşunun tam liberallaşdırılması;  
-  iştirakçı 
ölkələrin 
müəssisələri 
üçün 
vahid 
qanunvericiliyin 
formalaşdırılması; 
-  qarşılıqlı olaraq investisiyaların stimullaşdırılması üzrə tədbirlərin müəyyən 
edilməsi; 
 
-  vahid  hüquq  qaydası  çərçivəsində  fəaliyyət  göstərən  müəssisələrin 
qovuşmasının dövlətüstü qaydalarının işlənib hazırlanması; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə