Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə69/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   65   66   67   68   69   70   71   72   ...   100

fəaliyyəti  qeyri-formal  xarakter  kəsb  etsə  də,  enerji  siyasətində  müəyyən 
koordinasiyanı  təmin  edir.  Beynəlxalq  Enerji  Forumunun  fəaliyyəti  analiz  edilərkən 
o,  dünya  enerji  siyasətində  inteqrasiya  prosesini  təşviq  edən  siyasi  dialoq  mərkəzi 
kimi  diqqəti  cəlb  edir.  Buna  baxmayaraq  əsasən  2002-ci  il  Osaka,  2004-cü  il 
Qleniqls,  2006-cı  il  Sankt-Peterburq  Qlobal  enerji  təhlükəsizliyi  sammitləri 
nəticəsində  daha  dəqiq  təşkilatlanma  istiqamətində  tədbirlərin  genişlənməsi  tədricən 
nizamnaməsiz və beynəlxalq təsis müqaviləsi olmayan «enerji» BMT-nin yaranması 
meylləri; işçi katibliyin mövcudluğu, dünya enerji bazarında resursların istehsalçıları 
və  istehlakçıları  arasında  dialoqun,  şəffaflığın  və  stabilliyin  yüksəldilməsi 
tendensiyaları diqqəti cəlb edir. 
Enerji  resurslarının  istifadəsində  ətraf  mühitə  mənfi  təsiri  azaltmaq  məqsədilə 
BMT-nin fəaliyyət istiqamətlərindən biri də Katibliyi Bonnda (Almaniyada) yerləşən 
BMT-nin  İqlim  dəyişikliyi  üzrə  çərçivə  Konvensiyasıdır.  Həmçinin  konvensiyaya 
qəbul  edilmiş  eyni  adlı  (1997)  Kioto  Protokolunun  implementasiyası  ilə  əlaqədar 
üzv-dövlətlərin  Nəzarət  Konfransı  qeyd  edilməlidir.  Nəzarət  Konfransı  (Komitəsi) 
çərçivəsində  keçirilən  danışıqlar  elektrik  enerjisinin  yeni,  bərpa  olunan,  həmçinin 
bərpa olunmayan mənbələrindən istifadə, onların nəqli və d. məsələləri əhatə etməklə 
üzv-dövlətlərin ticarət siyasətinə əhəmiyyətli təsir etməkdədir.  
BMT  çərçivəsində  enerji  məsələsi  ilə  məşğul  olan  digər  struktur  Ticarət  və 
İnkişaf  üzrə  BMT  Konfransıdır  (UNCTAD).  UNCTAD  ayrı-ayrı  təbii  resursların 
istifadəsi  üzrə  model  hüquqi  tənzimetmə  qaydalarını  hazırlamaqla  yanaşı  inkişafda 
olan ölkələrin iqtisadi mövqeyini möhkəmləndirmək üçün tədbirlər də həyata keçirir. 
Transmilli  korporasiyaların  davranış  qaydaları,  kontrakt  modelləri,  eləcə  də  enerji 
resurslarının ticarətinə Dünya Ticarət Təşkilatının «hüquq» qaydasının tətbiqi, enerji 
ekspertizası və d. məsələlərin həlli UNCTAD-ın fəaliyyət istiqamətlərindəndir. 1986-
cı  ildə  UNCTAD  çərçivəsində  yaradılan  Dəniz  Dibinin  İstifadəsi  üzrə  Beynəlxalq 
İdarə  sahil  sularında,  həmçinin  dəniz  dibində  faydalı  qazıntıların  hasilatı  sferasında 
siyasətin  formalaşdırılması  və  hüquqi  rejimin  müəyyən  edilməsi  istiqamətində 
fəaliyyət göstərir.  


 
11.5. Beynəlxalq enerji hüququnun prinsipləri 
 
Beynəlxalq hüququn norma və prinsiplərinin sistemləşdirilməsi yeni normaların 
yaradılması  baxımından  əhəmiyyətlidir.  Belə  bir  nəticə  beynəlxalq  enerji  hüququ 
üçün  də  qiymətlidir.  Burada  yardımçı  prinsip  və  normaların  təşəkkül  prosesi 
getməkdədir  və  bu  zaman  EXM,  onunla  bağlı  Protokol,  nüvə  enerjisi  sahəsində 
müqavilələr  və  digər  beynəlxalq  hüquqi  aktlar  müvafıq  prinsiplərin  əsası  kimi  çıxış 
edir. 
Beynəlxalq  enerji  hüquq  münasibətlərinin  subyektləri,  iştirakçıları  üçün  prinsipləri 
növbəti ardıcıllıqla müəyyən etmək olar: 
- enerji resursları üzərində dövlət suverenliyi prinsipi; 
- enerji təhlükəsizliyinin təmin edilməsi prinsipi; 
- enerji bazanın tənzimlənməsində liberallaşdırma prinsipi; 
- enerji effektivliyi və ətraf mühitin mühafızəsi prinsipi: 
- enerji dövriyyəsində əməkdaşlıq və monitorinq prinsipi. 
 
11 .6Enerji resursları üzərində dövlət suverenliyi prinsipi 
 
Enerji  resursları  üzərində  döviət  suvereniiyi  prinsipi  «dövlətlərin  suveren 
bərabərlik» və yaxud «dövlətlərin təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində 
suverenliyi»  prinsipindən  doğur.  Təbii  ehtiyatlar,  enerji  resursları  üzərində  dövlət 
suve-renliyi prinsipi  BMT  Baş Məclisinin  məlum 1962-ci  ıl Qətnaməsində, 1974-cü 
il «sənədlər üçlüyündə» və d. aktlarda ifadə edilıb. 
1974-cü  il  Dövlətlərin  iqtisadi  hüquq  və  vəzifələri  Xartiyasında  «Dövlətlərin 
hüquqları»  bölməsində  qeyd  olunur  ki,  hər  bir  dövlət  özünün  bütün  ehtiyatları 
üzərində  tam  və  daimi  suverenliyə  malik  olmaqla  iqtisadi  fəaliyyəti,  o  cümlədən, 
sahiblik,  istifadə  və  istismarı  azad  həyata  keçirməlidir  (m.2  .b.l).  1978-ci  il 
Dövlətlərin müqavilələrə münasibətdə hüquqi varisliyi haqqında və 1983-cü il Dövlət 


mülkiyyətinə, arxivlərinə və dövlət borclarına  münasibətdə hüquqi varislik haqqında 
Vyana  Konvensiyalarında  (m.  13  və  m.  16)  qeyd  edilir  ki,  konvensiya  qaydaları 
dövlətin təbii ehtiyatları üzərində bolünməz suverenlik prinsipinə toxunmur. 1982-ci 
il  Dəniz  hüququ  üzrə  BMT  Konvensiyasında  da  müstəsna  iqtisadi  zonanın  və 
kontinental  şelfin  canlı  və  minerai  ehtiyatları  üzərində  sahil  dövlətinin  suveren 
hüquqları əks olunub. 
Enerji  resursları  üzərində  dövlət  suverenliyi  prinsipi  EXM-də  enerji  resursları 
üzərində  milli  suverenlik,  milli  hökumətlərin  neft-qaz  və  vergiqoyma  sferasındakı 
siyasəti, həmçinin enerji resurslarının kəşfiyyatı, hasilatında iştirakı həyata keçirmək 
üçün  müvafiq  ərazini  ayırmaq  hüququ  vurğulanır.  Avropa  Enerji  Xartiyası  üzrə 
Konfransın  Yekun  Aktına  I  Əlavədə  qeyd  olunur  ki,  razılığa  gələn  tərəflər  dövlət 
suverenliyini və enerji resurslarına münasibətdə suveren hüquqları tanıyır və bir daha 
süverenliyin  və  suveren  hüquqlann  beynəlxalq  hüquq  normalarına  uyğun  həyata 
keçirilməsini  təsdiqləyirlər  (m.  18(1)).  Hər  bir  dövlət  özünün  «ərazisi»  daxilində 
enerji  resurslarının  kəşfiyyatı,  işlədilməsi  və  həmçinin  işlədilmənin  üsul  və  sürətini, 
istənilən  vergi,  royaltı  və  digər  maliyyə  ödəmələrini  müəyyən  etmək,  kəşfiyyatın 
təhlükəsizliyini  və  ətraf  mühitin  mühafizə  aspektlərini,  belə  kəşfıyyatda  və 
işlədilmədə,  birbaşa  və  ya  dövlət  müəssisələri  vasitəsiiə  iştirak  etməklə  istənilən 
coğrafi rayonu müəyyən etmək hüququnu özündə saxlayır (m. 18 (3)). 
Beynəlxalq  enerji  hüququnun  dövlətlərin  enerji  resursları  üzərində  suverenlik 
prinsipi 
-  dövlətin  özünün  iqtisadi  fəaliyyətində  müstəqilliyini,  təbii  ehtiyatlanna,  o 
cümlədən enerji resurslarına sərbəst sahibliyi, sərəncam və istifadə hüququnu; 
-  enerji  resurslarına,  o  cümlədən  xarici  investisiyalara.  TMK-nın  fəaliyyətinə 
effektli nəzarət hüququnu; 
- enerji resurslarından istifadənin hüquqi rejimini (konsessiyaları), bir sözlə,   
-  iqtisadiyyatda  dövlət  idarəçiliyinin  iştirak  dərəcəsini  müəyyən  etmək 
hüququnu; 
- milli iqtisadı inkişafa naıl olmaq hüququnu; 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə