Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə77/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   73   74   75   76   77   78   79   80   ...   100

yaradılması  niyyətləri  haqqında  Bəyanət (1997);  AR  Hökuməti  və Ukrayna Nazirlər 
Kabineti arasında neft sahəsində əməkdaşlığın prinsipləri haqqında Saziş (2004): AR 
Höküməti  və  Yunanıstan  Hökuməti  arasında  təbii  qaz  və  neft  sahəsində  əməkdaşlıq 
haqqında  Memorandum  (2007);  AR  və  İran  İslam  Respublikası  Hökuməti  arasında 
Ordubad və Marazad Su elektrik Stansiyalarının tikintisi barədə (2007) Protokol və s. 
qeyd edilə bilər.  
Enerji  Xartiyasına  Müqavilə  bir  çox  universal  və  regional  sazişlərin  hüquqi 
tənzimetmə  əsasmı  təşkil  edir.  «Səkkizlər  qrupunun»  2006-cı  il  Qlobal  enerji 
təhlükəsizliyinin  Sankt-Peterburq  sammitinin  sənədlərində  enerji  təhlükəsizliyinin 
təminatı üçün EXM-in prinsiplərinə istinad edilir. 
Dövlətlərarası  neft  və  qaz  nəqli  sistemlərinin  yaradılması  üçün  təşkilatı 
prinsiplərə  dair  1999-cu  il  (Kiyev)  Çərçivə  sazişinin  Preambulasında  deyilir  ki, 
dövlətlərarası  neft  və  qaz  nəqli  sistemlərinin  tranzit  riskləri,  sərmayə  qoyuluşu, 
təhlükəsizlik  məsələləri  və  s.  beynəlxalq  iqtisadi  hüququn  qaydalarına  və  Enerji 
Xartiyasına Müqavilədə bəyan edilmiş prinsiplərə uyğun həll ediləcək. 
EXM-in  əsas  məqsədini  energetika  sahəsində  əməkdaşlığa  rəvac  verən  hüquqi 
çərçivənin  yaradılması  təşkil  edir.  Müqavilənin  3-cü  maddəsində  beynəlxalq  enerji 
bazarına  çıxışın  yaradılması  yönümündə  fəaliyyət  göstərmək  və  ümumilikdə  enerji 
material və məhsulları üçün açıq və rəqabətli bazarı inkişaf etdirmək nəzərdə tutulub. 
Enerji Xartiyasına Müqavilə GATT-la birlikdə eyni istiqamətli struktur elementi kimi 
nəzərdə tutulduğundan onun qaydalarına söykənir.  
EXM  enerji  təhlükəsizliyi  üçün  investisiyaların  təminat  prinsiplərilə  yanaşı 
(221),  mübahisələrin  həlli  prosedurunu  nəzərdə  tutmaqla  energetika  sahəsində 
beynəlxalq hüquqi əsaslar yaradır. 
Beynəlxalq  enerji  hüququnun  spesifik  mənbəyi  kimi  EXM-in  əhəmiyyətini 
qısaca olaraq növbəti qaydada ifadə etmək olar: 
-  kollektiv  enerji  təhlükəsizliyi  üzrə  beynəlxalq  hüquq  düşüncəsinin 
reallaşdırılması; 


-  enerji  sektorunda  iqtisadi  fəaliyyətlə  ətraf  mühitin  beynəlxalq  hüquqi 
mühafizəsində hüquqi mütənasibliyin bərqərar edilməsi: 
- texnologiyanın mübadiləsinin təşviq edilməsi; 
-  beynəlxalq  enerji  şəbəkəsinin,  infrastrukturunun  yaradılması  istiqamətində 
inteqrasiya  prosesinin  sürətlənməsi  və  90-cı  illərin  əvvəllərində  siyasi  müstəqillik 
əldə etmiş dövlətlərin milli dövlətçiliyinin gücləndirilməsi: 
- dövlətlərin energetika qanunvericiliyinin təkmilləşdirilməsi; 
- enerji resurslarının tranzit qaydaların müəyyən edilməsi;  
- mübahisələrin həlli qaydaları və s. qeyd edilə bilər. 
 
11.4. Beynəlxalq enerji münasibətlərinin institusional  
tənzimetmə mexanizmi 
 
İnstitusional  tənzimetmə  proseduru  beynəlxalq  enerji  diplomatiyasının  realizəsi 
üçün  də  xarakterik  olmaqla  müəyyən  bir  tarixə  malikdir.  Beynəlxalq  energetika 
sferasında 
beynəlxalq 
təşkilatlar 
çərçivəsində 
universal 
əməkdaşlıq 
öz 
başlanğıcını 
BMT-nin 
yaradılmasından 
götürür. 
Beynəlxalq 
enerji 
hüququnun 
formalaşmasını 
sürətləndirən 
amillərdən 
biri 
də 
bu 
sahədə 
kifayət 
qədər 
beynəlxalq 
təşkilatların 
fəaliyyət 
göstərməsidir. 
Beynəlxalq 
enerji münasibətlərinin tənzimlənməsi sferasında fəaliyyət göstərən təşkilatlar kimi 
- BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC): 
- Ərzaq və  Kənd təsərrüfatı Təşkilatı (FAO). Təşkilatın  fəaliyyət sahələrindən 
birini  məhz  kənd  yerlərində  yeni  və  bərpa  olunan  enerji  mənbələrinin 
mənimsənilməsi təşkil edir; 
- Beynəlxalq Valyuta Fondu (IMF); 
- Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı; (IBRD); 
- Beynəlxalq Maliyyə Korporasiyası (IFC); 
- İnvestisiya Təminatları üzrə Çoxtərəfli Agentlik (MIGA); 


- Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA): 
- Ticarət və İnkişaf üzrə BMT Konfransı (UNCTAD): 
-  Beynəlxalq  Enerji  Agentliyi  (IEA).  Beynəlxalq  energetika  proqramına 
müvafiq  olaraq  1974-cü  ildə  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf  Təşkilatı  çərçivəsində 
təsis edilib; 
- Nüvə Enerjisi Agentliyi (NEA). 1958-ci ildə Avropa Nüvə Enerjisi Agentliyi 
kimi  təsis  edilmiş,  1972-ci  ildən  isə  müasir  adı  ilə  tanınır.  İqtisadi  Əməkdaşlıq  və 
İnkişaf Təşkilatı çərçivəsində fəaliyyət göstərir. Mənzil-qərargahı Parisdə yerləşir; 
- Neft İxrac Edən Ölkələrin Təşkilatı (OPEC). 1960. Vyana; 
- Avropa Kömür və Polad Birliyi 1951, Paris; 
- Atom Enerjisi üzrə Avropa Birliyi, 1957, Roma; 
- Ərəb iqtisadi və sosial inkişaf fondu (AFESD). 1971, Səfət (Küveyt); 
- Şərqi və Cənubi Afrika Ümumi Bazarı (COMESA). 1994. Lusaka (Zambiya) 
və s. qeyd edilə bilər. 
BMT 
özünün 
əsas 
məqsəd 
və 
vəzifələrini 
həll 
etmək 
üçün  XX  əsrin  ortalarından  meydana  gələn  və  qloballaşma  dövrünün 
problemlərindən  və  iqtisadi  inkişafın  maddi  əsası  olan  təbii  ehtiyatların  rasional, 
təhlükəsiz  istismarı  ilə  sağlam  ətraf  mühit  hüququnu  təmin  etməlidir.  Təbii 
ehtiyatlardan,  xüsusən  də,  enerji  resurslarından  istifadə  BMT  çərçivəsində  müəyyən 
bir tədbirlər sisteminin yaradılmasını zəruri edib: Bu sahədə kompleks tədbirlər kimi 
Ətraf mühit üzrə BMT Proqramının (UNEP) təsis edildiyi I972-ci il (Stokholm) Ətraf 
mühit  problemləri  üzrə  konfrans,  1992-ci  il  BMT-nin  İqlim  dəyişikliyi  üzrə  çərçivə 
Konvensiyasını qəbul edildiyi konfrans və d. belə təşkilati tədbirlər qeyd edilməlidir. 
Ətraf  mühitin  mühafizəsi  üzrə  BMT-nin  fəaliyyəti  yalnız  problemin  bir  aspekti  ilə, 
daha doğrusu, nəticəvi fəaliyyətlə bağlı olan bir məsələdir. Burada daha əhəmiyyətli 
məsələ  enerji  resurslarının  idarə  edilməsi  ilə  bu  resursların  istifadəsindən  yaranan 
tullantıların  qarşısının  alınması  və  ya  bu  tullantıların  ləğv  edilməsini  koordinasiya 
etmək təşkil edir. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə