Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə75/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   71   72   73   74   75   76   77   78   ...   100

Hal-hazırda  Enerji  Xartiyasına  Müqavilə  Avrasiyanın  51  dövlətini  və  Avropa 
İttifaqını  özündə  birləşdirir.  Asiya  dövlətlərindən  Yaponiya,  Monqolustan 
müqavilənin üzvüdürlər. Çin dövləti də əməkdaşlıqda iştirak edir.  
Enerji  Xartiyasına  Müqavilə  Avropa  İttifaqının  üzvlərini,  keçmiş  SSRİ-yə  daxil 
olan dövlətləri, Şərqi  və Mərkəzi Avropa  ölkələrini 1961-ci  ildə təsis edilmiş (ABŞ, 
Kanada,  Meksika,  Yeni  Zellandiya  istisna  olmaqla)  İqtisadi  Əməkdaşlıq  və  İnkişaf 
Təşkilatının  (OESD)  üzvlərini  birləşdirən  sahəvi  məcəlləşdirmə  aktıdır.  Avropa 
İttifaqının  diplomatik  texniki  və  maliyyə  himayəsi  ilə  hazırlanan  Xartiya  müqavilə 
formasına  qeyri-Avropa  ölkələrini  də  əhatə  etməyə  başlayıb.  Enerji  Xartiyasına 
Müqavilənin  qəbulu  müxtəlif  səbəblərdən,  xüsusilə,  dövlətlərin  iqdisadi-inkişaf 
səviyyəsinin,  qanunvericilik  bazasının  fərqli  olmasından,  tranzit  və  sənayecə  inkişaf 
etmiş dövlətlərin siyasi maraqlarından asılıolduğundan mürəkkəb danışıqlar dövrü ilə 
müşayiət  olunub.  Enerji  Xartiyasına  Müqavilə  iştirakçı  dövlətlərin  qanunverici 
orqanında  ratifikasiya  edilməli  və  30  ratifikasiya  sənədi  Depozitariyə  (Portuqaliya 
hökumətinə)  verildikdən  90  gün  sonra  qüvvəyə  minirdi:  Saziş  1998-ci  ildə  qüvvəyə 
minmişdir.  
Müqavilənin  əsas  məqsədini  Avropa  Enerji  Xartiyasının  bəyan  etdiyi  enerji 
sahəsində əməkdaşlıq üçün prinsipləri formalaşdırmaq və təkmilləşdirmək təşkil edir. 
Müqavilə həmçinin: 
- investisiyaların müdafiəsini; 
- ticarətini; 
- enerji sistemlərinə tranzit qaydalarının tədbiqini; 
- beynəlxalq mübahisələrin məcburi hüquqi qaydada həllinin nəzərdə tutur. 
Enerji  Xartiyasına  Müqavilə  Avropa  Enerji  Xartiyasında  nəzrdə  tutulan  ilkin 
öhdəliklərə 
uyğun 
olaraq 
keçmiş 
SSRİ 
məkanında 
olan 
dövlətlərin 
qanunvericiliyinin,  o  cümlədən,  konstitusiya  normalarının,  kontrakt  hüququnun 
yaradılmasına kömək etməli idi. 
Enerji  Xartiyasına  Müqavilənin  qəbul  edildiyi  bir  dövrdə  müstəsna  iqtisadi 
zonada,  qitə  şelfində  enerji  resurslarının  hasilatı  və  nəqlini  tənzim  edən  Dəniz 


hüququ  üzrə  1982-ci  il  BMT  Konvensiyası  qüvvəyə  minir.  Şübhəsiz,  bu  da  öncə 
qeyd  etdiyimiz  boru  kəməri  hüququnun  beynəlxalq  hüquqi  tənzimlənməsinin 
universal səviyyəyə qaldırılmasını təmin edir. 
 
11.2. Beynəlxalq enerji hüququnun anlayışı və sistemi 
 
Beynəlxalq  enerji  hüququnun  müstəqil  xarakteri  onun  xüsusi  tənzimetmə 
obyektinə,  özünəməxsus  mənbələrə,  prinsiplərə,  subyektlərə  malik  olmasında  ifadə 
olunur.  Hüquqi  tənzimetmənin  obyektini  hər  hansı  bir  predmetlə  bağlı  yaranan 
ictimai  münasibətlər  təşkil  edir.  Müəyyən  bir  hüquq  sahəsində  hüquqi  tənzimetmə 
obyekti  kimi  isə  müvafiq  hüquq  münasibətləri  çıxış  edir.  Bu  mənada  beynəlxalq 
enerji  hüququnun  tənzimetmə  obyektini  beynəlxalq  enerji  (hüquq)  münasibətləri 
təşkil  edir.  Beynəlxalq  enerji  (hüquq)  münasibətləri  enerji  resurslarının  istifadəsi 
nəticəsində yaranır. 
Enerji  resursları  dedikdə,  iqtisadiyyatda  geniş  miqyasda  istifadəyə  yararlı  olan 
müxtəlif növ təbii ehtiyatlar nəzərdə tutulur. 
Enerji kimi enerji  resursları da  ilkin  və törəmə ola bilər. İlkin resurslar təbiətdə 
başlanğıc,  ilkin  formada  əldə  olunur.  Onlar  bərpa  olunan  və  bərpa  olunmayan 
resurslara  bölünürlər.  Bərpa  olunanlara  -  günəş,  külək,  dalğa,  qabarma,  dəniz 
cərəyanları  və  biokütlələrdən  alınan  enerji,  hidroenerji,  geotermal  və  qravitasiya 
enerjisi və s. aid edilir. 
Tükənməkdə  olan  resurslara  -  daş  və  boz  kömür,  torf,  yanar  şistlər,  neft,  təbii 
qaz, nüvə yanacağı və s. aid edilir. 
Enerji  resurslarının  ilkin  forması  emal  və  ya  çevrilmə  nəticəsində  törəmə 
resurslara və müvafiq olaraq törəmə enerjiyə çevrilir. Bir və ya bir neçə çevrilmədən 
sonra  ilkin  enerji  resursları  artıq  törəmə  resurslara  çevrilir.  İlkin  resurslara  enerji 
resurslarının yanacaq forması aiddir. Yanacaq formalarına bərk (briket şəklində torf, 
zənginləşdirilmiş boz kömür, koks), maye (mazut, dizel yanacağı, yağ yanacağı), qaz 
şəkilli  (süni  qaz,  maye  qaz,  hidrogen)  resurslar  aiddir.  Törəmə  enerji  resurslarına 


elektrik  enerjisi,  istilik  enerjisi  (buxar,  qaynar  su,  istilik  tullantıları)  və  s.  misal 
göstərilə bilər. 
Enerji  resursların  iqtisadi  təsnifatı  ilə  yanaşı  həmçinin  enerji  mənbələrinin 
beynəlxalq  hüquqi  təsnifatı  da  mövcuddur.  Avropa  Enerji  Xartiyasında  (1991) 
«Enerji  resursları»  termini  energetikada  istifadə  olunan  istənilən  təbii  komponentlər 
mənasında  işlədilir.  Bu  kontekstdə  «Enerji  resursları»  termini  «təbii  resurslar» 
termini  ilə  eynilik  təşkil  edir.  Lakin  enerji  resursları,  öz  növbəsində,  mineral 
resurslardan  fərqləndirmək  lazımdır.  Mineral  resurslar  litosfer  və  hidrosferin  təbii. 
cansız  resurslarıdır.  Təbii  və  cansızlıq  anlayışı  mineral  resurslarla  yanaşı.  eyni 
zamanda  digər  resursları,  məsələn.  atmosferin  resurslarım  (günəş  və  külək  enerji 
resursları)  da  əhatə  edir.  Enerji  resurslarının  təsnifatı  Dəniz  hüququ  üzrə  1982-ci  il 
BMT Konvensiyası üçün də xarakterikdir. 
Dövlətdaxİli  hüquqda  da  bir  qayda  olaraq  ənənəvi,  bərpa  olunmayan  enerji 
resursları  fərqləndirilir.  Milli  energetikanın  mühafizə  sahəsində  siyasət  haqqında 
1978-ci  il  ABŞ  qanununun  tədqiqatçıları  əsas  enerji  resurslarına  neft  və  qazı  aid 
edirlər.  Digər  hüquqşünaslar  isə  bu  siyahıya  geotermal  resursları,  hidroresursları, 
günəş  və  külək  enerjisi  resurslarını  da  əlavə  edirlər.  Enerji  resurslarının  istifadəsi 
haqqında  AR  Qanunu  (1996)  enerji  resurslarını  daha  geniş  məzmunda  ehtiva 
etmişdir. Enerji resurslarının daha dəqiq və sistemli təsnifatı EXM-in EM Əlavəsində 
təsbit olunmuşdur. 
Nayrobi  proqramı  (1981),  Dəniz  hüququ  üzrə  1982-ci  il  BMT  Konvensiyası, 
Enerji  Xartiyasına  Müqavilə  (1994),  «Səkkizlər  qrupunun»  2006-cı  il  Sankt-
Peturburq sammitində qəbul etdiyi «Qlobal enerji təhlükəsizliyi» üzrə Fəaliyyət Planı 
və  digər  beynəlxalq  sənədlər  çərçivəsində  enerji  təhlükəsizliyinin  məqsədləri  üçün 
enerjinin  yeni  mənbələrinin  istifadəsi  müəyyən  olunub.  Beynəlxalq  birliyin 
qarşısında  duran  əsas  məqsədlərdən  biri  karbohidrogenlərin  istifadəsinə  əsaslanan 
beynəlxalq  iqtisadiyyatdan  yeni  və  bərpa  olunan  enerji  mənbələrinə  daha  geniş 
istifadəyə  əsaslanan  iqtisadi  sistemə  keçid  təşkil  etməlidir.  Bu  halda, 
karbohidrogenlərdən yalnız qeyri-enerji məqsədilə istifadə olunacaq. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə