Beynəlxalq iqtisadi hüquq anlayışı Beynəlxalq iqtisadi hüququn nizamasalma predmeti



Yüklə 2,16 Mb.
Pdf görüntüsü
səhifə83/100
tarix31.08.2018
ölçüsü2,16 Mb.
#65923
1   ...   79   80   81   82   83   84   85   86   ...   100

-  enerji  sistemlərinin  ətraf  mühitə  təsiri,  həmçinin  ətraf  mühitə  mənfi  təsirin 
zəiflədilməsi  və  qarşısının  alınması  mümkünlüyü,  bu  tədbirlərlə  bağlı  məsrəflər 
haqqında əhaliyə məlumatın çatdırılması səviyyəsinin yüksəldilməsini; 
-  enerji-investisiya  layihələrinin  ekoloji  baxımdan  ətraf  mühitə  təsiri  ilə  bağlı 
ilkin mərhələdə, qərar qəbul edilənədək və sonrakı monitorinqini; 
-  razılığa  gələn  tərəflər  müvafiq  ekoloji  proqramlar  və  standartlar  haqqında, 
həmçinin  onların  realizə 
mexanizmlər  barəsində 
məlumat 
mübadiləsinin 
yüksəldilməsi və s. sahədə əməkdaşlığı təşviq etməyi Öhdələrinə götürürlər. 
 
ƏDƏBİYYAT SİYAHISI 
 
1. 
SadıqovƏfsər İsa  oğlu. Beynəlxalq  iqtisadi  hüquq :  dərslik  /  Ə.  İ. Sadıqov.  -  Bakı  :  Bakı 
Universiteti Nəşriyyatı, 2008. - 396 s.; 
2. 
Əliyev Etibar Əli oğlu. Beynəlxalq  iqtisadi  hüquq. Dərslik. Bakı: “UniPrint” MMC nəşriyyat-
poliqrafiya müəssisəsi, 2012, 650 səh.  
3. 
Natiq Əliyev “Azərbaycanın sənaye və  yanacaq-enerji kompleksinin  vəziyyəti  və  inkişaf istiqamətləri”       
Bakı 2006; 
4. 
Ə. Ə. Bayramov. Regional iqtisadi inteqrasiya. Bakı - 1997. 
5. 
E. M. Hacızadə “Neftqazçıxarma kompleksinin iqtisadi inkişaf modeli”. Bakı: Elm, 2002; 
6. 
Ç.M. Abbasov – “ Azərbaycanın dünya iqtisadiyyatınainteqrasiya yolları”. Bakı 2002; 
7. 
E. Ə. Əliyev Beynəlxalq iqtisadi hüquq: ümumi müddəalar. Bakı, “Hüquq ədəbiyyatı” nəşriyyatı, 2011. 
– 240 səh. ; 
8. 
L.H. Hüseynov Beynəlxalq hüquq. B.: “Qanun”, 2012. – 368 səh. ; 
9. 
C. Nuriyev. Beynəlxalq iqtisadi əlaqələrin hüquqi tənzimlənməsi. Bakı – 2000; 
10. Миронов Н.В. Международная энергетическая безопасность: Учебное пособие. М. 2003, 
165 с
 
11. Садыгов А.И. Международные нефтяные контракты АР в системе международного  
 
     энергетического права. Диссертация кан. юрид. Наук. Баку. 2003. 224 с. 
5.  Телегина  Е.А.,  Студеникина  Л.А.  Энергетическая  безопасность  и  энергетическая 
интеграция в   
      Евроазии ХХI веке: азиатский профиль. М. 2006. 224 с. 
6. International Energy Law: Concepts, Context and Players. Prof. Thomas W. Walde, Jean Monnet 
Chair   
    for  EU  Economic  &  Energy  Law  Center  for  Energy.  Petroleum  &  Mineral  Law  &  Policy 
University of   
    Dandee. Scotland UK. 2001. 108 p. 
7.  Jonston  D. The  Production  Sharing  Concept.  PetroMin  Magazine,  Singapore,  1992,  August,  p. 
26-34 
8. Moss G.C. Contra and or License? Regulation of Petroleum Investment in Russia Foreign Legal 
advice   
    Journal of Energy & Natural Resources Law, 1998, v.16, #2, p.186-199 
 


Mövzu 12. Beynəlxalq  nəqliyyat  hüququ 
 
12.1. Beynəlxalq nəqliyyat hüququ anlayışı 
12.2.  Beynəlxalq nəqliyyat hüququnun predmeti və institutları 
12.3. Beynəlxalq nəqliyyat hüququnun beynəlxalq iqtisadi hüquq 
sistemində tutduğu yer 
12.4.Beynəlxalq nəqliyyat hüququnun mənbələri 
12.5. Dəniz daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi 
12.6.  Hava daşımalırının beynəlxalq-hüquqi tənzimlənməsi 
12.7.  Dəmir yolu daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi 
12.8.  Avtomobil daşımalarının beynəlxalq-hüquqi tənzimlənməsi 
12.9.  Beynəlxalq su (çay) daşımalarının hüquqi tənzimlənməsi 
12.10.  Boru kəmər nəqliyyat daşımalarının beynəlxalq-hüquqi 
Tənzimlənməsi 
 
12.1. Beynəlxalq nəqliyyat hüququ anlayışı 
 
Bildiyimiz 
kimi, 
beynəlxalq 
iqtisadi 
hüquqla 
tənzimlənən 
ictimai 
münasibətlərin  dairəsi  kifayət  qədər  genişdir.  Belə  ki,  o,  dövlətlərarası  beynəlxalq 
iqtisadi münasibətlərin ayrı-ayrı, müxtəlif növlərini tənzimləyir. Başqa sözlə, BİH-in 
nizamasalma (hüquqi tənzimetmə) predmetinə müxtəlif növ dövlətlərarası beynəlxalq 
iqtisadi  münasibətlər  daxildir;  dövlətlərarası  beynəlxalq  nəqliyyat  münasibətləri 
həmin  növlərdən  biridir.  Həm  də  beynəlxalq  hüquq  dərsliyində  çox  düzgün  olaraq 
göstərildiyi  kimi,  beynəlxalq  nəqliyyat  münasibətləri  beynəlxalq  iqtisadi 
münasibətlərin  vacib  növüdür.  Bu  münasibətlərin beynəlxalq  iqtisadi  münasibətlərin 
vacib  növü  olması  onunla  izah  edilir  ki,  nəqliyyat  iqtisadiyyatın  çox  mühüm 
sahəsidir.  Nəqliyyat  iqtisadiyyatın  elə  bir  sahəsidir  ki,  onsuz  iqtisadiyyat  öz 
funksiyasını normal surətdə yerinə yetirə bilməz. Təkcə bunu söyləmək kifayətdir ki, 


malların  istehsalına  və  ticarətinə  yönələn  iqtisadi  proses  məhz  nəqliyyat  xidməti 
vasitəsilə  başa  çatır.  Belə  ki,  mallar  nəqliyyatın  köməyi  ilə  istehlakçılara  alıcılara) 
çatdırılır; buna görə də o, iqtisadiyyatın infrastruktur hissəsidir. 
İqtisadiyyatın  xüsusi  xarakterli sahəsi sayılan  nəqliyyat  istehsalın  ümumi şərti 
kimi  çıxış  edərək,  normal  istehsal  prosesinin  həyata  keçirilməsində  əhəmiyyətli  rol 
oynayır. 
Digər  tərəfdən  də,  qeyd  etməliyik  ki,  nəqliyyat  xidmət  sahəsidir;  bu  sahənin 
vasitəsilə  yük  və  sərnişinlərin  daşınması  həyata  keçirilir.  Buna  görə  də  beynəlxalq 
nəqliyyat  münasibətləri,  mahiyyətcə,  beynəlxalq  iqtisadi  münasibətlərdə  nəqliyyat 
xidmətinin ixrac və idxalı ilə bağlı yaranan münasibətlərdir; bu münasibətlər BİH-in 
subyektləri  (dövlətlər  və  hökumətlərarası  beynəlxalq  nəqliyyat  təşkilatları)  arasında 
yaranır  və  müvafiq
 
beynəlxalq  hüquq  normaları  ilə  qaydaya  salınır,  tənzimlənir;  bu 
normaların sistemi beynəlxalq nəqliyyat hüququ adlanır. 
Beynəlxalq nəqliyyat hüququ dedikdə beynəlxalq iqtisadi hüququn subyektləri 
arasında  yaranan  dövlətlərarası  beynəlxalq  nəqliyyat  münasibət-  lərini  tənzimləyən 
hüquq normalarının sistemi başa düşülür. 
Məlum  olduğu  kimi,  iqtisadi  münasibətlər  nəqliyyat  sahəsində  də  yaranır; 
həmin münasibətlərin beynəlxalq-hüquqi tənzimlənməsi kifayət qədər vacib və zəruri 
məsələdir.  Beynəlxalq  nəqliyyat  hüququnun  əsas  təyinatı,  başlıca  məqsədi  də  məhz 
nəqliyyat 
sahəsində 
yaranan 
iqtisadi 
münasibətlərin 
beynəlxalq-hüquqi 
tənzimlənməsini təmin etməkdən ibarətdir. 
 
12.2.  Beynəlxalq nəqliyyat hüququnun predmeti və institutları 
 
Beynəlxalq  iqtisadi  hüquq  nəqliyyat  sahəsində  yaranan  beynəlxalq  iqtisadi 
münasibətləri özü bilavasitə deyil, beynəlxalq nəqliyyat hüququnun vasitəsilə tənzim 
edir.  Beynəlxalq  nəqliyyat  hüququ  BİH-in  struktur  elementi,  tərkib  hissəsidir.  Təbii 
ki,  hər  bir  müstəqil  hüquq  sahəsinin  struktur  elementinin  (tərkib  hissəsinin)  özünün 
nizamasalma predmeti vardır. 


Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə